Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5494/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xəzinağa oğlundan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment və əlavə xərclərə görə 600 ( altı yüz) manat sabit pul məbləği və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan anadan olan xx.xx.2010-cu il təvəllüdlü X4 adlı övladları hal-hazırda iddiaçının himayəsindədir. Uşağın bütün qayğısını, ehtiyacını iddiaçı qarşılayır. Halhazırda uşağın ehtiyac və tələbatları artmışdır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Nəzərə almaq lazımdır ki, hal-hazırda bazar iqtisadiyyatının sürətli inkişafı nəticəsində qiymətlərdə də artım müşahidə olunmaqdadır. İddiaçı bütün bu xərclərin öhdəsindən təkbaşına gələ bilmir və uşağı əvvəlki təminat səviyyəsində saxlamaq mümkünsüz olmuşdur. Belə ki, X2 liseyində təhsil alır. Həmin təhsil müəssisəsində illik təhsil haqqı xərci 6500 manat təşkil edir. Onu da qeyd etmək lazımdır ki, tərəflər arasında tərəflərin birgə nikahda olduğu dövrdə Cavabdeh Xəzinağa oğlu övladlarının həmin təhsil müəssisəsində oxumalarına şəxsən razılıq vermişdir və onun maddi imkanı həmin təhsil haqqı məbləğini qarşılamaq üçün olduqca uyğundur. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Cavabdehin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, təhsili övladının xərclərini qarşılamaq baxımından kifayət qədər uyğundur. Belə ki, cavbadeh Ali Hərbi Məktəbdə mühasib vəzifəsində çalışır və yüksək əmək haqqı və digər gəlirləri vardır. Ona görə də Cavabdeh Xəzinağa oğlundan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının və digər gəlirlərinin ¼ məbləğində aliment və əlavə xərclərə görə 600 (altı yüz) manat sabit pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. xx.xx.2023-cü tarixli, MŞB/13/2013-01465 nömrəli X1 Edilməməsi barədə arayış əsasında ilkin X1 edilmiş və ilkin mediasiyanın keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı uşağın bütün xərclərini özü qarşılayır, təkbaşına uşağın xərclərini ödəməyə imkanı çatmır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanmışdır. Hazırda iddiaçı xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment və əlavə xərclərə görə 600 ( altı yüz) manat sabit pul məbləğində aliment cavabdehdən tutulmasını xahiş edir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci bəndinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Həmçinin Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən orta təhsil almaq dövlət tərəfindən pulsuz olaraq təmin edildiyindən iddiaçının tələb etdiyi təhsil xərclərə görə ödənilməli olan 600 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavavbdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-5494/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5494/2023
12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver