Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5500/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kiçik iddiaya dair ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş məbləğin qaytarılması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 320 manat vəsaitin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-ci maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İddiaçı tərəfindən iddia tələblərinin əsaslandığı halları təsdiq edən sənədlər iddia ərizəsinə qoşmada göstərilsə də, məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən, hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı və iddiaçıya izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Təhminə Xəlilova İş № 2(004)-5500/2023 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal Rayon Məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Azərbaycan Respublikasının Əmək VƏ Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kiçik iddiaya dair ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirərək iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 12:00-da başladı. Prosessual hərəkət saat 12:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-5500/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5500/2023
27.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver