Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5510/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, kredior “xxxx” MMC-nin Borclu qarşı «borcun ödənilməsi haqqında» tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və оnа əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kredior “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu tələbkarın xeyrinə 690 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 710 manat tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “xxxx” MMC xx xxx 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsaslanaraq cavabdehdən pul tələb edir. Lakin həmin müqavilə satıcı “xxxx” MMC-nin müdiri X1 ilə cavabdeh arasında bağlanmışdır. Bundan əlavə, maliyyə arayışı imzalanmamışdır. MPM-nin 279.2.2-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina edə bilər. MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Tələbkar “xxxx” MMC-nin Borclu oğluna qarşı «borcun ödənilməsi haqqında» tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-5510/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5510/2020
22.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver