Məhkəmə qərarları › İş №e-2(004)-5706/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(004)-5706/2021

30.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(004)-5706/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, Kreditor Tələbkar Borclu qarşı “pul tutulması haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: 17.05.2020-ci il tarixli WTCN-006508 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı Tələbkar MMC alıcı Borclu dəyəri 342 manat olan “Samsung A015 16 DS (R) (İMEİ **********74110) markalı mobil telefonu 17.06.2020-ci il tarixdən başlayaraq ilkin ödəniş olmadan hər ayın 17-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 19 manat ödənilməsi şərti ilə 18 ay müddətinə və 27.05.2020-ci il tarixli WTCN-007332 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı Tələbkar MMC alıcı Borclu dəyəri 464 manat olan “Samsung A205 32 DS (R) (İMEİ **********87940) markalı mobil telefonu 78 manat ilkin ödəniş olmaqla 10 ay müddətinə sonuncu ay 35 manat olmaqla hər ay 39 manat ödənilməsi şərti ilə nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Kreditor müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmiş, lakin borclu müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, borclu aldığı cihazların dəyərini müəyyən edilmiş müddət ərzində kreditora tam ödəməmişdir. Bu səbəbdən kreditor hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu 17.05.2020-ci il tarixli müqavilə üzrə 57 manat və 27.05.2020-ci il tarixli müqavilə üzrə 156 manat ödəniş etmişdir, onun 17.05.2020-ci il tarixli müqavilə üzrə 285 manat əsas borc və hesablanmış 23 manat cərimə; 27.05.2020-ci il tarixli müqavilə üzrə 308 manat əsas borc və hesablanmış 33 manat cərimə olmaqla, ümumilikdə 649 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə qeyd edir ki, kreditorun tələbi aşkar olduğundan və tələb sadə yazılı formada bağlanmış 17.05.2020-ci və 17.05.2020-ci il tarixli müqavilələrə əsaslandığından kreditorun tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: ünvan 1 ünvanda qeydiyyatda olan, xx.xx.1979-cu ildə Füzuli rayonunda doğulmuş Borclu 17.05.2020-ci il tarixli müqavilə üzrə yaranmış 285 manat əsas borc və hesablanmış 23 manat cərimə; 27.05.2020-ci il tarixli müqavilə üzrə yaranmış 308 manat əsas borc və hesablanmış 33 manat cərimə, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 669 (altı yüz altmış doqquz) manat pul tutularaq Tələbkar MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Bakı şəhəri Yasamal rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmri icra sənədidir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar