Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-575/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X17 qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 xx.xx.2022-ci il təvəllüdlü Mirzəzadə X1 üçün hər ay cavabdehin aylıq gəlirlərinin ¼-i miqdarında alimentin, məhkəməyə müraciət üçün ödədiyi 850 manat məbləğində xərcin, 60 manat mediasiya xidmət haqqının İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X23 ilə uzun müddətli birgə münasibətindən 07 yanvar 2022-ci il təvəllüdlü X6 dunyaya gəlmişdir. Cavabdehlə münasibətləri pozularaq ayrı yaşadıqları üçün ondan uşağın saxlanılması üçün aliment tələb etmək məcburiyyətində qalmışdır. Cavabdehin rəsmi iş yeri və müntəzəm aylıq gəliri olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazını AZEMİS vasitəsilə məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, uşağı saxlamaq yalnız cavabdehin vəzifəsi deyildir, bu həm də iddiaçının vəzifəsidir. İddiaçının uşağın saxlanması üçün maddi vəziyyəti kifayət qədər yüksəkdir. Belə ki, iddiaçı “SOCAR X5” MMC-də mühəndis vəzifəsində çalışır və aylıq əmək haqqı 4323 manat təşkil edir. İddiaçı adına Bakı şəhəri Yasamal rayonu Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi ev 1, 63 nömrəli mənzil var və hazırda mülkiyyətindədir. Həmin ev böyük sahəyə malikdir. Bundan başqa İddiaçı hazırki aliment tələbinə dair iddianın baxıldığı ərəfədə öz adına bahalı son model avtomobil almışdır. Cavabdehin ailə vəziyyəti, uşaqlarının olub-olmaması ilə bağlı bildirilir ki, o, daha əvvəl başqa bir qadınla Buqayenko Yuliya ilə rəsmi nikahda olmuş, onların birgə nikahından iki qız övladları xx.xx.2008-ci il təvəllüdlü X34 Aqşinovna, xx.xx.2009-cü il təvəllüdlü X30 Aqşinovna anadan olmuşdur. Hazırda birgə nikahlarından yetkinlik yaşına çatmayan qızları anaları Buqayenko Yuliya ilə qalırlar. İddiaçının cavabdeh barəsində bildirdiklərini əksinə olaraq cavabdeh tərəfindən hər ay uşaqların saxlanması üçün anaları Buqayenko Yuliyanın hesabına yüksək məbləğdə aliment ödənilir. Cavabdehin bir valideyn kimi rəsmi nikahından olan həmin iki qız övladının saxlanması üçün aliment məsuliyyəti mövcuddur. Cavabdehin aliment öhdəliyi Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-1593/2024 saylı qətnaməsində öz əksini tapmışdır. Qətnaməyə əsasən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1500 ABŞ dolları olmaqla, cəmi 3000 ABŞ dolları aliment məbləğini hər ay X15 nağd və ya köçürmə yolu ilə ödəməlidir. Mərkəzi Bankın hələki dəyişməyən ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi nəzərə alındıqda aydın olur ki, hazırda Cavabdeh hər ay hər bir uşağa görə 2550 manat olmaqla cəmi 5100 manat məbləğində aliment ödənişi vardır. Məhkəmənin nəzərinə çatdırılır ki, heç bir vergi, sığorta haqqı və.s çıxılmadığı halda cavabdehin aylıq əmək haqqısı 15896.09 manat təşkil etsə də o, aylıq olaraq 12936.07 manat əmək haqqı alır. Bu barədə arayış iş materiallarına əlavə edilmişdir. Cavabdehin hazırda mövcud olan aliment öhdəliyi onun əmək haqqısının 1/3 (üçdə bir) hissəsindən də çoxunu, dəqiq desək 39.43 %-ni təşkil edir. (12936.07:100=129.3607, daha sonra 5100:129.3607=39.43%). Cavabdehin diqqətəlayiq digər halları ilə bağlı məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehin öhdəsində 73 yaşlı anası işləyə bilməyən təqaüdçü valideyni X21 var və onun da saxlanması bir övlad oğul kimi cavabdehin üzərindədir. Eləcə də məhkəmənin nəzərinə çatıdırılır ki, cavabdehin boşanmış bacısı X11 iki övladı - X19 və X12 təhsili, saxlanması və digər xərcləri də cavabdehin üzərindədir. Cavabdeh bacısı oğlu X13 hər il təhsil haqqını (2200 Avro, yəni indiki məzənnə ilə hesablandıqda 4026 manat) ödəyir və hər ay müntəzəm olaraq ona xaricdə təhsilini davam etdirmək, zəruri xərclərini qarşılanması üçün 500-600 Avro (yəni indiki məzənnə ilə hesablandıqda ***-**** manat) vəsait göndərir. Hazırki halda uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması ilə bağlı bildirilir ki, uşaq yenicə 2 yaşı tamam olmuşdur, o, hər hansı bir ödənişli və ya ödənişsiz təhsil almır, məktəbəqədər tərbiyə müəssisəsinə (bağçaya) və ya digər dərnəklərə getmir, idmanla, rəsmlə, rəqslə, musiqi ilə məşğul olmur. Sağlamlığı yerindədir, cavabdehin tibbi sığrotası olduğu üçün uşağın bütün tibbi xərcələri də pulsuzdur. Bir sözlə uşağın saxlanması üçün böyük məbləğlərdə aliment məbləğinə ehtiyacı yoxdur. Yuxarıda qeyd edilənlərdən başqa məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının məhkəmə müraciət etmək üçün çəkdiyi xərc (vəkil xərci) 850 manat tələbi də qanunsuz və əsassızdır. Beləki, həmin xərcin təsdiq kimi iddia ərizəsinə “X39 Company” MMC-yə 106/23 saylı müqavilə üzrə 850 manat pulun mədaxil edilməsi barədə xx.xx.2023-cü il tarixli kassa mədaxil orderi əlavə edilmişdir. Lakin hazırkı mülki işdə iddia ərizəsini imza edərək məhkəməyə “Kiçibəyov və Partnyorları” Vəkil Bürosundan Vəkil1 təqdim etmişdir. Vəkil orderində olan qeydiyyata görə isə orderin verilməsinə əsas xx.xx.2023-cü il tarixli 389 saylı müqavilə olmuşdur. İddia ərizəsinə nə “X39 Company” MMC ilə bağlanmış müqavilə, nədəki vəkil ilə bağlanmış müqavilə əlavə edilməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı ona hüquqi yardımın göstərilməsi ilə bağlı “X39 Company” MMC ilə müqavilə bağladığını, ödənişi həmin MMC-yə etdiyini və MMC isə onun əvəzindən Vəkil1 ilə müqavilə bağladığını bildirmiş, Vəkil1 də iddiaçı ilə müqavilə bağlamadığını, məhs həmin MMC ilə aralarında olan birgə əməkdaşlıq müqaviləsinə əsasən hazırkı işdə iddiaçının vəkili qismində iştirak etdiyini, iddia verdiyini bildirmişdir. Məhkəmə tərəfindən həmin müqavilələrin və vəkil qurumuna edilmiş ödəniş qəbzinin əslinin təqdim edilməsi onlara təklif edilmişdir. İcraatda olan iş üzrə iddia ərizəsini və s. iddiaçının adından Vəkil1 imzalamışdır. Fiziki şəxsin nümayəndəsi yalnız onun vəkili və yaxın qohumu ola bilər. Vəkil1 ilə İddiaçı və vəkil qurumu arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmamışdır. Belə olan halda Vəkil1 iddiaçının vəkili sayıla bilməz və onu təmsil edə bilməz. O, iddiaçının vəkili olmadığından iddia ilə məhkəməyə müraciət edilərkən iddiaçının adından iddia vermək, həmin iddianı imzalamaq səlahiyyəti olmamışdır. Qanunvericiliyin normalarından da aydın olduğu kimi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Hesab edirlər ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, yox əgər baxılacaqsa Cavabdeh əmək haqqısından 1/4 hissədə alimentin tutulması qanunsuz olduğundan, tutulacaq alimentin miqdarı onun əmək haqqısının daha az hissəsi olaraq müəyyən edilməli və ya sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iddiaçının aylıq maaşı 4323 manat deyil, 3300 manatdır və hazırda iddiaçı uşağa qulluqla əlaqədar məzuniyyətdə olduğundan heç bir gəliri yoxdur. Mübahisə predmeti olmasa da qeyd edir ki, iddiaçının mülkiyyətində olan ev ona bağışlanılmışdır. Ona hədiyyə edilmiş köhnə maşınını sataraq yeni maşın almışdır. Cavabdeh hazırki işi qəsdən uzadaraq (qarşılıqlı iddia vermiş, sonra ondan əsassız şikayət vermiş) birinci nikahdan olan uşaqların aliment ödənilməsini “təşkil etmişdir”. Cavabdeh tərəf sözügedən alimenti mediasiya sazişi əsasında könüllü ödədiyi üçün bunun iddia tələbinin məbləğinə təsiri olmamalıdır. Çünki özü mediasiyada könüllü saziş bağlamış, sonra özü niyəsə ərizə verərək məhkəmədə bunu təsdiqlətmişdir. Cavabdeh bacısının yetkinlik yaşına çatmış övladlarının xaricdə təhsil alması üçün külli miqdarda xərci könüllü ödəyir. Halbuki bu 18 yaşınadək valideynlərinin, 18 yaşından sonra isə özlərinin öhdəliyidir. Bundan əlavə bildirir ki, cavabdehin anasına dövlət tərəfindən pensiya da ödənilməkdədir, yəni onu saxlamaq öhdəliyi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, etirazın məzmununa uyğun izahat verdi və Cavabdeh əmək haqqısından 1/4 hissədə alimentin tutulması qanunsuz olduğundan, tutulacaq alimentin miqdarı onun əmək haqqının daha az hissəsi olaraq müəyyən edilməsini və ya sabit pul məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan London şəhərinin Çelsi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş “Doğum və Ölüm Aktlarına dair” 184 qeydiyyat nömrəli doğum haqqında aktan müəyyən olunur ki, X20 07 yanvar 2022-ci il tarixdə London şəhərinin Çelsi rayonunda Vestminster xəstəxanasında doğulmuşdur. X8, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 351752 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Buqayenko Yuliya arasında 15 sentyabr 2007-ci il tarixdə nikah bağlanmış və 2968 nömrə ilə akt qeydləri kitabında eyni tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Mirzə Zadə" arvada "Buqayenko" soyadı verilmişdir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 460959 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Buqayenko Yuliya arasında olan nikaha məhkəmə qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə xx.xx.2023-cü il tarixdə 294 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən tərcümə olunmuş Kiyev şəhəri, Obolonski rayonu üzrə Ədliyyə İdarəsi, vətəndaşlıq aktlarının qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-BK 131071 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 Aqşinovna xx.xx.2008-ci il tarixdə Kiyev şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X18 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1297 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İ-BK 180095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 Aqşinovna xx.xx.2009-cu il tarixdə Kiyev şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1436 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X18 qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 01 may 2015-ci il tarixindən "xxxx" ASC-də çalışır. O, hal hazırda Özəl Bankçılıq blokunun baş direktor vəzifəsini tutur. Aylıq əmək haqqı gross olaraq 15896,09 (on beş min səkkiz yüz doxsan altı manat doqquz qəpik) manat və 12936,07 (on iki min doqquz yüz otuz altı manat yeddi qəpik) manat net olaraq təşkil edir. İş materiallarında olan "xxxx" ödəniş tapşırığınnan görünür ki, müştəri Cavabdeh benefisiar İddiaçı xx.xx.2024-cü il tarixində 3500 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" ödəniş tapşırığınnan görünür ki, müştəri Cavabdeh benefisiar İddiaçı xx.xx.2023-cü il tarixində 3395 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" ödəniş tapşırığınnan görünür ki, müştəri Cavabdeh benefisiar İddiaçı xx.xx.2024-cü il tarixində 4000 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" ödəniş cədvəlinnən görünür ki, Mirzə X16 Bugayenkonun "Bank of Amerika" bankındaki ********** saylı hesabına, xx.xx.2020xx.xx.2024 tarixlər arası ümumilikdə 69000 ABŞ dolları vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında 106/23 saylı müqaviləyə əsasən, “X39 Company” ilə vətandaş İddiaçı arasında müqavilə bağlanılmışdır. Müqavilənin 4.1 bəndinə əsasən, müqavilə üzrə xidmətin dəyəri vergilər daxil olmaqla 850 (səkkiz yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa mədaxil orderi “X39 Company” MMC-yə 106/23 saylı müqavilə üzrə 850 manat pul mədaxil edilmişdir. İş materiallarında olan “X39 Company” ilə hüquqi yardım göstərilən İddiaçı dair Yasmal Rayon Məhkəməsində alimet iddiası ilə bağlı Vəkil1 arasında bağlanmış 389 saylı 11 oktyabr 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, qarşılıqlı razılığa əsasən haqq 120 manat müəyyən edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1593/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizə qismən təmin edilmiş, Cavabdeh ilə maraqlı şəxs X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1 “Birgə nikahdan dünyaya gəlm iş övladları xx.xx.2008-ci il təvəllüdlü X34 Aqşinovna və xx.xx.2009-cu il təvəllüdlü X30 Aqşinovna yetkinlik yaşına çatanadək Birinci tərəfin (ananın) himayəsinə verilsi. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları ilə ikinci tərəf (ata) görüşə və ünsiyyət yarada bilər. Birinci tərəf (ana) buna mane olmayacaqdır. 1.3 Bu barışıq sazişi bağlandıqdan sonra İkinci tərəf (ata) birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1500 ABŞ dolları olmaqla cəmi 3000 ABŞ dolları aliment məbləğini hər ay Birinci tərəfə (anaya) nağd və ya köçürmə yolu ilə ödəyəcək. 1.4 Tərəflər razılaşdılar ki, biri-birinə qarşı birgə nikah dövründə əldə olunmuş hər hansı bir əmlak tələbləri və mübahisələri yoxdur”. Qətnamənin alimentlərlə bağlı hissədə dərhal icra olunması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi maraqlı şəxs X9 ərizəçi Cavabdeh xeyrinə tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qət etmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 16(004)-11/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilərək, 2(004)-575/2024 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx.xx.2022-ci il təvəllüdlü Mirzəzadə X2 üçün cavabdeh X14 hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 16(103)-103/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı “alimentin müvəqqəti tutulması” barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024cü il tarixli, e-16(004)- 11/2024 nömrəli qərardadından maraqlı şəxs (mülki iş üzrə cavabdeh) X26 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e-16(004)-11/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisəsiz halı odur ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2022-ci il tarixdə X7 anadan olmuşdur. Uşaq anası İddiaçı yanında qalır. İddiaçının əvvəlki nikahından 2 uşağı anadan olmuşdur. Cavabdeh mülki işin məhkəmə icraatı dövründə, yəni xx.xx.2023-cü il tarixdə əvvəlki nikahından olan uşaqlarının saxlanılması üçün uşaqların anası Yuliya Buqayenko ilə könüllü olaraq hər uşağa 1500ABŞ dolları olmaqla, cəmi 3000 ABŞ dolları məbləğində almentin ödənilməsi ilə bağlı razılığa gəlmiş, yenə Cavabdeh ərizəsi əsasında Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1593/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə tələbinə xüsusi icraat qaydasında 09 fevral 2024-cü il tarixdə baxılaraq ərizə qismən təmin edilərək, barışıq sazişi təsdiq edilmişdir. Azərbaycan Respublikası Ailə Məlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətə layiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İddiaçının himayəsində 1 azyaşlı uşağı vardır və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq gəlirinin 1/4 hissəsi məbləğində aliment tələb edir. Cavabdeh daha az sabit məbləğdə və yaxud daha az hissə olmaqla alimentin təyin edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin əvvəlki nikahından olan iki uşağı ilə bağlı uşaqların anası ilə barışıq sazişi (alimentin məbləği və forması ilə də bağlı) könüllü olaraq bağlanmış və barışıq sazişi 09 fevral 2024-cü il tarixdə məhkəmə tərəfindən təsdiq edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almamışdır. Məhkəmə qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən təsdiq edilmiş barışıq sazişinin şərtlərinə uyğun olaraq ümumilikdə tutulan alimentin məbləği cavabdehin də razılığı ilə sabit məbləğdə və 3000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Sözügedən saziş bağlanan zaman cavabdeh tərəf məhkəmədə iddiaçı tərəfindən belə bir iddianın qaldırılmasından məlumatlı olmuşdur. Hazırki iş üzrə ¼ hissədə alimentin məbləği 3974 manat təşkil edir. Beləliklə də, müəyyən edilir ki, iddiaçı hər üç uşağına ümumilikdə (3974+5100)=9074 manat məbləğində aliment ödədikdən sonra ona qalan məbləğ 6822 manat təşkil edir. Göründüyü kimi, iddiaçı faktiki olaraq maaşının yarısından çoxunu aliment ödəməyə sərf etsə də, onun üzərində həddindən artıq aliment yükü yaranmır. Məhkəmə cavabdehin etirazına münasibətdə nəzərə çatdırır ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün atanın aliment öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilməsi zamanı uşaqların maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də bütün uşaqlarının tələbatını təmin etməlidir. Cavabdehin valideyninin və bacısının uşaqlarının saxlanılması və təhsili kimi qayğılarında iştirak etməsi bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsinin hər hansı bir formada azaldılması üçün əsas olmamalıdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulması barədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqları barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hüquqi xidmətə görə ödənilmiş 850 manat pulun qaytarılması tələbi ilə bağlı qeyd edir ki, “X39 Company” ilə vətandaş İddiaçı arasında müqavilə bağlanmış və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilə müqavilə şərtlərinə uyğun iddiaçının işi ilə əlaqədar hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlandığından, lakin müqavilə üzrə 120 manatın ödənişin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ödənilməsi nəzərdə tutulsa da, həmin məbləğin ödənilməsi ilə bağlı qəbz əlavə edilmədiyindən, hüquqi xidmətə görə 850 manat pulun qaytarılması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, 60 manat mediasiya xidmət haqqının ödənilməsi ilə qeyd edir ki, mediasiya arayışında 50 (əlli) manat mediasiya xərcinin ödənildiyi nəzərdə tutulduğundan, 50 (əlli) manat mediasiya xərci cavabdeh X10 tutulub İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 16(004)-11/2024 nömrəli qərardadı nəzərə alınmaqla, hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment xx.xx.2023-cü il tarixdən tutularaq İddiaçı ödənilməli, Cavabdeh mediasiya xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməli, qalan hissədə iddia təmin olunmamalıdır. .Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(004)-11/2024 nömrəli qərardadı nəzərə alınmaqla, hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment xx.xx.2023-cü il tarixdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-575/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-575/2024
21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver