Məhkəmə qərarları › İş №e-2(004)-5760/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5760/2025

06.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5760/2025 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının, olmadığı halda dəyərinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının, olmadığı halda dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, çeşidləri iddia ərizəsinin məzmununda göstərilmiş, təxmini dəyəri 30807 manat olan hədiyyə olaraq verilmiş cehiz əşyaları, geyimləri, tərəfindən övladına alınmış geyimlərin və əşyaların ona naturada qaytarılması və ya qaytarılmadıqda 30807 manat olan cəmi dəyərinin, həmçinin məhkəmə məsrəfi olaraq ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun və çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun Cavabdeh oğlundan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cehiz və digər əmlaklar aşağıdakılardır: ər evinə gəlin köçdüyü zaman anası tərəfindən verilmiş cehiz əşyaları: yataq dəsti (taxt, paltar dolabı, 2 ədəd taxt tumbalları, boy güzgüsü) - 2700 manat, qonaq dəsti (transformer stol “Madeyra”, künc divan “Madeyra”, stul 6 ədəd) - 2100 manat, Mətbəx mebeli – 1800 manat, TV stend-1500 manat, Dəhlizdə olan qarderob-1500 manat, Moydadır şkafı-400 manat, xalça 1 ədəd-200 manat, pərdə 2 ədəd -500 manat, can dəsmal 6 ədəd - 200 manat, əl-üz dəsmal 15 ədəd- 475 manat, Mətbəx dəsmal 15 ədəd- 375 manat, servis (yemək üçün) 24 nəfərlik- 500 manat, Servis (çay) 12 nəfərlik - 450 manat, çamadan (çəngəl, bıçaq qaşıq) 24 nəfərlik – 470 manat, Xrustal (stəkan, bokal, ryumka) 28 ədəd – 250 manat, çörək qabı 2 ədəd - 15 manat, gündəlik boşqab dəsti 12 nəfərlik - 125 manat, gündəlik çəngəl bıçaq dəsti 24 ədəd - 75 manat, meyvə bıçaq dəsti 4 ədəd - 25 manat, mantı bişirmək qazan 3 ədəd -70 manat, Aşsüzən qab 2 ədəd - 45 manat, Qazan dəsti - 220 manat, çömçə dəsti 10 ədəd – 45 manat, Meyvə qabı 5 ədəd- 130 manat, Armudu stəkan komplekt- 55 manat, Külqabı 3 ədəd -30 manat, Çaynik dəst – 45 manat, Dəm çaynik 2 ədəd- 45 manat, Mətbəx taxta 2 ədəd – 40 manat, Kəsa 12 ədəd- 120 manat, Maskura 12 ədəd- 60 manat, Oxlov 2 ədəd 20 manat, Mətbəx üçün qablar (plastmas) 6 ədəd- 60 manat, kəpkir 2 ədəd – 20 manat, Rəngli çərəz qab 6 ədəd- 60 manat, krujkalar dəst 6 ədəd – 120 manat, Nəlbəki 24 ədəd- 150 manat, Vedrə (1 dəmir, 1 plastmas)- 50 manat, Paltar asmaq üçün veşalka (dəmir 12 ədəd, 6 ədəd) -40 AZN, duz qabı 4 ədəd – 36 manat, Ədviyyat qabları komplekt- 65 manat, Meyvə tərəvəz tyorka 2 ədəd -10 manat, iynə sap dəsti-15 manat, şirniyyat bişirmək üçün dəmir qab-35 manat, Çərəz qabı 8 manat, Su qabı- 13 manat, Kokteyl hazırlayan blender- 60 manat, Pled 2 ədəd- 80 manat, Yataq dəsti 2 ədəd- 110 manat, Ortopedik yastıq- 75 manat, Yastıq 2 ədəd- 30 manat, Paltar qurutmaq sistemi- 35 manat, Ətçəkən “Kenwood”- 260 manat, Soba şkafı“BOSCH”- 800 manat, Kondisioner 2 ədəd-1200 manat, Eyvan üçün stol, stul 3 ədəd – 90 manat. Ona məxsus geyim əşyaları- 90 ədəd, aksessuar əşyaları və 7 cüt ayaqqabı – təxmini cəm dəyəri -10000 manat, övladına məxsus tərəfindən alınan geyimlər və əşyalar: – təxmini cəm dəyəri -2000 manat. Cehizəşyalarının (18807 manat) və qeyd etdiyi geyim əşyalarının (12000) təxmini cəm dəyəri – 30807 manat təşkil edir. Aşağıdakı əsaslara görə hesab edir ki, təxmini dəyəri 30807 manat olan geyimləri (ayaqqabılar və s.), övladına tərəfindən alınan geyimlər və əşyalar, cehiz əşyaları və sənədləri ona naturada qaytarılmalı, olmadıqda isə dəyəri verilməlidir. Aralarındakı məsələnin məhkəmədən kənar qaydada həll etməyə çalışmışdır. Belə ki, avqust ayında evə gedib uşağın və öz paltarlarını tələb etsə də qapını açmamış, o, isə “102” xidmətinə zəng etmiş, polis gəlsədə yenədə qapını açıb ona aid əşyaları təhvil verməmişdir. Bundan sonra mediasiyaya təşkilatına müraciət etsə də, cavabdehlə bir razılığa gələ bilmədikləri üçün mediasiya prosesi davam etdirilə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasənnikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Bildirmişdir ki, ona verilmiş cehiz əşyaları nikahadək illərlə anası tərəfindən yığılıb verilmişdir. Hazırki maddənin təfsirindən də göründüyü kimi onun ayrıca mülkiyyətindədir və qanun bu xüsusi imperativ müəyyən edir. Sözügedən Məcəllənin 34.2ci maddəsinə əsasən fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Sözügedən maddənin təfsirindən də aydın olduğu kimi fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s) kimin istifadəsində olubsa ona məxsusdur. Faktiki olaraq ayaqqabıları, uşağına məxsus, tərəfindən alınan geyimlər onlara məxsus olan, birlikdə qaldıqları evdə qalmışdır. Digər bir tərəfdən onun geyimləri ona məxsus olmuşdur və birmənalı özünə qaytarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə məhkəməyə təqdim edərək, “TV stend, dəhlizdə olan qarderob, balkonda olan 3 stol və 6 ədəd stul evin içində və moydadır” hissəsini iddiadan xaric edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh iddiacı İddiaçı ilə 2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X12 anadan olmuşdur. İddiaçının xəyanəti səbəbindən münasibətləri pozulmuş və ailələri dağılmışdır. İddiacı nikahın pozulması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, iddia üzrə mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş və məhkəmə xx.xx.2025-ci il tarixli, 2(060)-1455/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət X5 4616 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2024-cü il təvəllüdlü X7 anası İddiaçı yanında qalması, xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancı və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxartmışdır. Hal-hazırda iddiaçı cehiz və digər əşyalar ilə əlaqədar məhkəməyə 30807 manat olan cəmi dəyərində qiymətləndirdiyi iddia ilə müraciət etmiş və iddia olunan əşyaların siyahısını məhkəməyə təqdim etmişdir. İddiaya münasibətdə bildirmişdir ki, ərizədə qeyd olunanların əksərriyəti həqiqətə uyğun deyil və qöstərilən məbləğlər, bəzi əşyaların sayı şişirdilmiş və həç bir sənədlə əsalandırılmamışdır. İddia ərizəsinə etiraz edir və siyahı üzrə əşyalara aid mövqeyini bildirir. Belə ki, yataq dəsti (taxt, paltar dolabı, 2 ədəd taxt tumbalları, boy güzgüsü), qonaq dəsti (transformer stol “Madeyra”, künc divan “Madeyra”, stul 6 ədəd), nikah dövründə alınmış, Mətbəx mebeli iddiaçınındı, təhvil veriləcək TV stend və dəhlizdə olan qarderob nikahdan öncə təxminən 2022-ci ilin sentyabr ayında o, cavabdeh tərəfindən sifariş olunaraq yığılmışdır, Moydadır şkafı nikah dövründə 300 manata alınıb. Xalça 1 ədəd, pərdə 2 ədəd iddiaçınındır təhvil veriləcək, can dəsmal 6 ədəd deyil bir ədəddir, əl-üz dəsmal 15 ədəd deyil üç ədəddir, mətbəx dəsmal 15 deyil dörd ədəddir, servis (yemək üçün) 24 nəfərlik deyil 12 nəfərlikdir, servis (çay) 12 nəfərlik deyil altı nəfərlikdir, çamadan (çəngəl, bıçaq qaşıq) 24 nəfərlik deyil on iki nəfərlikdir, xrustal (stəkan, bokal, ryumka) 28 ədəd deyil iyirmi ədəddir, çörək qabı 2 ədəddir, gündəlik boşqab dəsti 12 nəfərlik deyil altı nəfərlikdir, gündəlik çəngəl bıçaq dəsti 24 ədəd deyil altı ədəddir, meyvə bıçaq dəsti 4 ədəddir, mantı bişirmək qazan 3 ədəd deyil 2 qazandan ibarət dəstdir, aşsüzən qab 2 ədəd deyil bir ədəddir, qazan dəsti mövcuddur üc ədəd qazandan ibarətdir, çömçə dəsti mövcuddur, meyvə qabı 5 ədəd deyil iki ədəddir, armudu stəkan komplekt 6 ədəd mövcuddur, külqabı 3 ədəd deyil iki ədəd idi, bir ədədi nikah dövrü sınmışdı, çaynik dəst deyil bir ədəd çaynikdı, dəm çaynik 2 ədəd deyil bir ədəddir, mətbəx taxta 2 ədəd deyil bir ədəddir, kəsa 12 ədəd deyil, altı ədəd idi biri nikah dövrü sınmışdı, maskura 12 ədəd deyil altı ədəd idi biri nikah dövrü sınmışdır, oxlov 2 ədəd deyil bir ədəddir, mətbəx üçün qablar (plastmas) 6 ədəd mövcuddur, kəfkir olmamışdır, rəngli çərəz qabı olmayıb, krujkalar dəst 6 ədəd olub biri sınıb beş ədəd mövcuddur, nəlbəki 24 ədəd olmayıb altı ədəd olub, vedrə (1 dəmir olmayıb, 1 plastmas mövcuddur), paltar asmaq üçün veşalka (dəmir) 12 ədəd mövcuddur, duz qabı 4 ədəd deyil üç qabdan ibarət dəst mövcuddur, ədviyyat qabları komplekt altı ədədən ibarət mövcuddur, meyvə tərəvəz tyorka 2 ədəd mövcuddur, iynə sap dəsti mövcuddur, şirniyyat bişirmək üçün dəmir qab mövcuddur, çərəz qabı bir ədəd mövcuddur, su qabı var nikah dövrü alınmışdır, kokteyl hazırlayan blender var nikah dövrü alınmışdır, pled 2 ədəd deyil bir ədəddir nikah dövrü alınıb, yataq dəsti 2 ədəd var idi iddiaçı köçərkən aparıb, ortopedik yastıq ona hədiyyə olaraq nikah vaxtı iddiaçı alıb, yastıq 2 ədəd mövcuddur, paltar qurutmaq sistemi mövcuddur nikah dövründə Sədərək ticarət mərkəzindən cavabdeh tərəfindən alınmış, ətçəkən “Kenwood” olmayıb, soba şkafı “BOSCH” nikah dövründə altı yüz manata alınıb, kondisioner 2 ədəd birgə nikah dövründə almışlar, eyvan üçün stol, stul 3 ədəd birgə nikah dövründə alınıb. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Tərəfindən təqdim olunmuş etirazda siyahı üzrə, birgə nikah dövründə əldə olunmuş əşyalar göstərilmişdir və hesab edir ki, məhkəmə iddiaya qiymət verərkən bu halı nəzərə alacaq AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinidə əsas götürməlidir. Qeyd etmişdir ki, iddiaçı ayrı-ayrı vaxtlarda özünə məxsus əşyaları evinə qələrək aparmışdır, bunlara aid həmdə onun bütün geyim əşyaları, ayaqqabıları və uşağın geyim və sair əşyaları olmuşdur. Onun evində onun geyimlərindən yeganə olaraq hərbi geyimi qalmışdır, həmin hərbi geyimidə apara bilər. Bildirmişdir ki, əşyaların sayı və qiyməti onda təbəssüm yaradır və həqiqətə uyğun deyil. İddiaçı çox kasıb ailədəndir və onun cehiz əşyaları almağa belə imkanı yox idi. O, ona toydan öncə bəzi xərclərini ödəmək ücün borca 4000 manat pul vermiş və düşünmüşdür ki, nikah dövründə maaşından borcunu qaytarar, lakin o xəyanəti ilə onun ailəsini dağıtdı və ona mənəvi, maddi, ziyan vurdu. Qeyd olunanlara əsəsən məhkəmədən etirazda qeyd etdiklərini əsas götürərək, siyahıya uyğun, tələbi qəbul etdiyi hissədə, iddianı qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı cavabdehdən bir sıra cehiz əşyalarını tələb edir. Cehiz əşyalarının qiyməti 18807 manat, ona məxsus olan geyim əşyalarının qiyməti isə 12000 manat olmaqla, ümumilikdə 30807 manat təşkil edir. İddiaçının övladına aldığı geyimlər və əşyalar, cehiz əşyaları və sənədləri ona qaytarılmalı, qaytarılmadıqda isə dəyəri verilməlidir. İddiaçı aralarındakı məsələnin məhkəmədən kənar qaydada həll etməyə çalışmışdır. Belə ki, avqust ayında iddiaçı evə gedərək, uşağın və öz paltarlarını götürmək istəsə də, cavabdeh qapını açmamışdır. O isə “102” xidmətinə zəng etmişdir, mənzilə polis əməkdaşları gəlsə də, heç bir nəticəsi olmamışdır. Təqdim etdiyi foto şəkillər onu təsdiq edir ki, tərəflər normal şəkildə ailə həyatı qurmuşlar. Digər sənədlər isə onu sübuta yetirir ki, iddiaçı ailəsi ilə birlikdə “Madeyra” mebel mağazasından cehiz üçün əşyalar almışdır. Həmçinin iddiaçının anası Süleymanova Gözəl 3-cü Polis Şöbəsinə müraciət erdərək, qızının döyülməsi ilə bağlı müraciət etmişdir, daha sonra onlar şikayətlərini aralarında razılığa gəldikləri üçün geri götürmüşdürlər. İddiaçı 2 dəfə əşyalarını götürmək üçün evə getmiş, sonuncu dəfə 3-cü Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə getmişdir, lakin şərait yaradılmamışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən verilmiş etiraz ərizəsi ilə tanış olmuşlar, iddiaçı tərəfin kifayət qədər maddi imkanı olub və cehiz əşyaları iddiaçının anası tərəfindən alınmışdır. Cehiz əşyaları Sumqayıt şəhərində olan "xxxx" MTK-dakı mənzilə yerləşdirilmişdir. 03 oktyabr tarixində iddiaçı evi tərk edib. İddiaçı bugünə kimi cehiz əşyalarını götürməyə cəhd etsə də, alınmamışdır. 2025-ci ilin aprel ayında nikah pozulmuşdur. Paltaryuyan maşın və uşaq üçün beşik iddiaçıya qaytarılmışdır. 90-a yaxın geyim əşyası evdə qalmış, şərait yaradılsa iddiaçı əşyalarını götürərdi. İddiaçı dayısı Vahid və Tural adlı şəxslərin iştirakları ilə evə 2 dəfə getməyə çalışmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixində nikaha daxil olmuş, 06 noyabr tarixində isə toy olub. Mənzili avqust ayında almışdır. Mebellerin alınmasında pulu iddiaçı verib, amma həmin vaxt o, əşyaların alınmasında iddiaçı tərəfə borc pul vermişdir. Yataq dəsti nikah dövründə, yəni xx.xx.2022-ci il tarixində alınıb. Qonaq dəstini iddiaçı alıb. Mətbəx mebelini iddiaçı alıb. TV stend və dəhlizdə olan dolabı özü sentyabr ayında yığdırmışdır. Moydadır şkafını özü almışdır. Xalça və pərdəni iddiaçı alıb. Hazırda evdə 1 ədəd can dəsmalı, 4 ədəd əl-üz dəsmalı, 12 nəfərlik yemək və qaşıq dəsti, 2 ədəd çörək qabı, 6 nəfərlik gündəlik yemək və qaşıq dəsti, 4 ədəd meyvə-bıçaq dəsti, 2 ədəd mantı bişirmək üçün qazan, 2 ədəd meyvə qabı, 6 ədəd armudu stəkan, 2 ədəd kül qabı, 1 ədəd aşsüzən, 1 ədəd çaynik dəsti, 1 ədəd mətbəxdə istifadə üçün taxta, 6 ədəd kasa, 1 ədəd oxlov, 6 ədəd plastmas qab, 5 ədəd kruşka var, 6 ədəd nəlbəki var, 1 ədəd dəmir vedrə, sayını bilmədiyim asılqan, 1 ədəd duz qabı, 1ədəd istiot qabı, 1 ədəd acı bibər qabı, 6 ədəd ədviyyat qabı, 1 ədəd tyorka, 1ədəd iynə qabı, şirniyyat bişirmək üçün, çərəz və su qabı, 1 ədəd pled, 2 ədəd yastıq var. İddiaçı Tural adlı şəxslə evə gələrək, əşyalarını aparmışdır. Ayaqqabı, aksesuar və övladına aid əşyaları iddiaçı aparıb. Evdə kəfkir və rəngli çərəz qabı yoxdur. Yataq dəstini iddiaçı evdən getdiyi zaman aparıb. Ortopedik yastığı ad günündə iddiaçı hədiyyə kimi alıb. Ətçəkən maşını bacısı nikah dövründə hədiyyə kimi alıb. Soba şkafını, kondisaneri və eyvan üçün stol-stulu birgə nikah dövründə almışlar. Evdə iddiaçıya məxsus yalnız hərbiçi olduğu üçün hərbi geyim əşyaları qalıb. Soba şkafını o özü 600 manat məbləğində, birgə nikah dövründə almış, bununla bağlı qəbzi məhkəməyə təqdim etmişdir. Nə cehiz əşyaları varsa, hazırda evdədir. İddiaçı 03 oktyabrdan evdən çıxıb. 03 oktyabrdan sonra iddiaçı onun iştirakı ilə evə gəlib, öz əşyalarını götürmüşdür. İddiaçı paltaryuyan maşını, ütünü və özünə məxsus paltarların bir hissəsini götürmüşdür. 1650 manat məbləğində “LG” markalı kondisioneri və sobanı o almışdır. Birgə nikah dövründə 3 ədəd oturacaq alınmışdır. Evdə masa yoxdur, 6 ədəd stul var. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin ancaq qəbul etdikləri hissədə qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qismən qəbul edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və etiraza uyğun məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Baku Electronics”ın xx.xx.2022-ci il tarixli zəmanət talonuna əsasən X3 HOB BOSCH markalı qaz + elektrik tipli mətbəx ocağı və HOOD SCHAUB-LORENZ markalı hava təmizləyici aspirator almışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzinə əsasən X6 KENWOOD markalı ətçəkəni almışdır. - “Baku Electronics”ın xx.xx.2022-ci il tarixli zəmanət talonuna əsasən Cavabdeh tərəfindən Panasonic markalı blender alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzinə əsasən Cavabdeh BOSCH markalı soba və LG markalı kondisioneri almışdır. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh “Evrolux” markalı kondisioneri almışdır. - Sumqayıt ŞPİ-nin 3-cü PB-nin məsul növbətçisi Elvin Məhərrəmovun Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisi Xalid Günəşova ünvanladığı xx.xx.2024-cü il tarixli raportuna əsasən vətəndaş Gözəl Qəribova polis şöbəsinə zəng edərək, Sumqayıt şəhərində olan "xxxx" MTK-dakı mənzildə qızı Fidanın əri Əli tərəfindən döyülməsini, evdən qövulmasını bildirmişdir. - İddiaçı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Cavabdeh ilə aralarında baş verən mübahisə zamanı onun üzərinə əsəbi gəlmişdir. Onu vurmasından qorxaraq DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət etmişdir. Hal-hazırda barışmışlar, heç bir şikayət və tələbi yoxdur. - Cavabdeh Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ünvanladığı xx.xx.2024-cü il tarixli izahatına əsasən xx.xx.2024-cü il tarixdə həyat yoldaşı İddiaçı ilə yaşadığı ev ünvanında mübahisə etmişlər. Bu zaman həyat yoldaşı “kişi belə edər” deyerək onu əsəbləşdirmişdir. Əsəbi olduğu üçün evdən çölə çıxmışdır. Daha sonra məlumatı oldu ki, yoldaşı DİN-in 102 xidmətinə məlumat vermişdir. Lakin o, həyat yoldaşını vurmamışdır. - Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Cahid İsgəndərlinin xx.xx.2024-cü il tarixli qərarına əsasən vətəndaş Gözəl Qəribovanın müraciəti əsasında toplanmış NK- 1/2120 saylı material üzrə cinayət hadisəsinin əlamətləri olmadığından, həmçinin İddiaçı şikayətinin olmamasına dair müraciətini nəzərə alaraq cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-586/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, 2(004)-5760/2025 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus olduğu iddia edilən əşyalar: yataq dəsti (taxt, paltar dolabı, 2 ədəd taxt tumbalları, boy güzgüsü) - 2700 manat, qonaq dəsti ( transformer stol “Madeyra”, künc divan “Madeyra”, stul 6 ədəd) - 2100 manat, Mətbəx mebeli 1800 manat, TV stend-1500 manat, Dəhlizdə olan qarderob-1500 manat, Moydadır şkafı-400 manat, xalça 1 ədəd-200 manat, pərdə 2 ədəd -500 manat, can dəsmal 6 ədəd - 200 manat, Əl-üz dəsmal 15 ədəd- 475 manat, Mətbəx dəsmal 15 ədəd- 375 manat, Servis (yemək üçün) 24 nəfərlik- 500 manat, Servis (çay) 12 nəfərlik- 450 manat, Çamadan (çəngəl, bıçaq qaşıq) 24 nəfərlik - 470 manat, Xrustal (stəkan, bokal, ryumka) 28 ədəd - 250 manat, çörək qabı 2 ədəd- 15 manat, gündəlik boşqab dəsti 12 nəfərlik- 125 manat, gündəlik çəngəl bıçaq dəsti 24 ədəd- 75 manat, meyvə bıçaq dəsti 4 ədəd- 25 manat, Mantı bişirmək qazan 3 ədəd -70 manat, Aşsüzən qab 2 ədəd- 45 manat, Qazan dəsti- 220 manat, Çömçə dəsti 10 ədəd - 45 manat, Meyvə qabı 5 ədəd- 130 manat, Armudu stəkan komplekt- 55 manat, Külqabı 3 ədəd -30 manat, Çaynik dəst 45 manat, Dəm çaynik 2 ədəd- 45 manat, Mətbəx taxta 2 ədəd - 40 manat, Kəsa 12 ədəd- 120 manat, Maskura 12 ədəd- 60 manat, Oxlov 2 ədəd- 20 manat, Mətbəx üçün qablar (plastmas) 6 ədəd- 60 manat, kəpkir 2 ədəd - 20 manat, Rəngli çərəz qab 6 ədəd- 60 manat, krujkalar dəst 6 ədəd - 120 manat, Nəlbəki 24 ədəd- 150 manat, Vedrə (1 dəmir, 1 plastmas)- 50 manat, Paltar asmaq üçün veşalka (dəmir 12 ədəd, 6 ədəd) - 40 manat, duz qabı 4 ədəd - 36 manat, Ədviyyat qabları komplekt- 65 manat, Meyvə tərəvəz tyorka 2 ədəd -10 manat, iynə sap dəsti-15 manat, şirniyyat bişirmək üçün dəmir qab-35 manat, Çərəz qabı-8 manat, Su qabı- 13 manat, Kokteyl hazırlayan blender- 60 manat, Pled 2 ədəd- 80 manat, Yataq dəsti 2 ədəd - 110 manat, Ortopedik yastıq- 75 manat, Yastıq 2 ədəd- 30 manat, Paltar qurutmaq sistemi- 35 manat, Ətçəkən “Kenwood”- 260 manat, Soba şkafı “BOSCH”- 800 manat, Kondisioner 2 ədəd-1200 manat, Eyvan üçün stol, stul 3 ədəd - 90 manat, iddiaçıya məxsus geyim əşyaları- 90 ədəd, aksessuar əşyaları və 7 cüt ayaqqabı, övladına məxsus anası tərəfindən alınan geyimlər və əşyaların siyahıya alınması və üzərinə həbs qoyulması qərara alınmışdır. - Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Rüfət Məmmədov, böyük icra məmuru Orxan Məmmədov, hal şahidləri Asim Həsənov və Elvin Məmmədov, borclu Cavabdeh və borclunun anası Səadət Əbiyeva tərəfindən tərtib olunmuş və imzalanmış xx.xx.2025-ci il tarixli akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 586/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar siyahıda qeyd olunan əşyalar istisna olmaqla, icra sənədində göstərilən digər əşyalar üzərinə həbs qoyulmuşdur. İstisna olunan əşyalar: can dəsmal 5 ədəd, əl-üz dəsmal 12 ədəd, mətbəx dəsmal 11 ədəd, servis (yemək üçün) 12 nəfərlik, servis (çay) 6 nəfərlik, çamadan (çəngəl, bıçaq qaşıq) 12 nəfərlik, xrustal (stəkan, bokal, ryumka) 8 ədəd, gündəlik boşqab dəsti 6 nəfərlik, gündəlik çəngəl bıçaq dəsti 18 ədəd, mantı bişirmək qazan 1 ədəd, aşsüzən qab 1 ədəd, meyvə qabı 3 ədəd, külqabı 1 ədəd, dəm çaynik 1 ədəd, mətbəx taxta 1 ədəd, kəsa 6 ədəd, maskura 6 ədəd, oxlov 1 ədəd, kəfkir, rəngli çərəz qab, nəlbəki 18 ədəd, vedrə (plastmas) 1 ədəd, paltar asmaq üçün veşalka (dəmir paltar asılqanı) (dəmir 12 ədəd – 6 ədəd), duz qabı 1 ədəd, pled 1 ədəd, yataq dəsti, ətçəkən “Kenwood”, eyvan üçün stol, tələbkara məxsus geyim əşyaları 90 ədəd, aksessuar əşyaları və 7 cüt ayaqqabı, övladına məxsus anası tərəfindən alınan geyimlər və əşyalar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, iddiaçının doğma qardaşıdır. Ailəlidir və başqa evdə yaşayır. Anasıgilə gedəndə bacısının həyat yoldaşı ilə dalaşdığını bilmişdir. Həmin vaxt evdə 2 ədəd bacısının və uşağının çemodanı var idi. Ona verilən suallara cavab olaraq bildirdi ki, bacısı ailə qurana kimi maddi vəziyəti yaxşı olmamışdır. Bacısı məişət əşyalarından paltaryuyan maşını evə gətirmişdir. Onların maddi imkanı zəif idi, hətta toy ərəfəsi cavabdeh bacısına 4000 manat borc pul verib ki, cehiz əşyaları alsın. Anası və bacısı ilə münasibətləri normaldır. Çamodanlar boşaldılmışdır, yəni artıq yerləşdirilmişdi. İddiaçıya məxsus donlar, payız-qış aylarına aid geyimləri dolabda idi. Bacısının evində nikah dövründə olmuşdur. Bacısı 1000 manat maaş alırdı. Anasıgilə geyimlərini götürməyə getmişdi, bacısı ilə dolabı eyni olduğu üçün onun geyimlərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, iddiaçının dayısının kürəkənidir. İddiaçı həyat yoldaşının bibisi qızıdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, 2024-cü ilin qış aylarında həyat yoldaşının xahişi ilə iddiaçının iştirakı ilə tərəflərin evinə getmiş və ona məxsus əşyaları götürməkdə köməklik etmişdir. Qapını uzun müddət çalmağına baxmayaraq, cavabdeh onları evə buraxmadı. Evə cəmi 1 dəfə getmişdir. Həmin vaxt evdən heç bir əşya götürməmişlər. Tərəflər arasında polisdə olan şikayətdən məlumatı olmayıb. Həmin vaxt qapını cavabdeh açdı, lakin onları evə buraxmadı. Tərəflər arasında olan mübahisə barədə məlumatı yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X12 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1455/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət X4 4616 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2024-cü il təvəllüdlü X7 anası İddiaçı yanında qalması, xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancı və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Onlar nikah dövründə cavabdehə məxsus olan Sumqayıt şəhəri, "xxxx", 25 saylı evin 5 saylı mənzilində yaşamış, iddiaçının cehiz və digər şəxsi əşyaları həmin evdə olmuşdur. Hazırda iddiaçı çeşidləri iddia ərizəsinin məzmununda göstərilmiş, təxmini dəyəri 30807 manat olan hədiyyə olaraq verilmiş cehiz əşyaları, geyimləri, tərəfindən övladına alınmış geyimlərin və əşyaların ona naturada qaytarılması və ya qaytarılmadıqda 30807 manat olan cəmi dəyərinin, həmçinin məhkəmə məsrəfi olaraq ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun və çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun Cavabdeh oğlundan tutularaq ona verilməsini tələb edir, cavabdeh isə iddia tələbini qismən qəbul edir. Məhkəmə bildirir ki, cavabdehin izahatı ilə də müəyyən olundu ki, yataq mebel dəsti, qonaq dəsti və mətbəx mebel dəsti nikah dövründə iddiaçının pulu ilə alınmışdır. Bu səbəbdən iddia həmin hissədə əsaslıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli hesab fakturadan görünür ki, KENWOOD ətçəkən birgə nikah dövründə Mədinə Hacıyeva tərəfindən satın alınmışdır, yəni cehiz əmlakı deyildir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə iş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, LG markalı kondisioner, BOSCH markalı soba və EUROLUX markalı kondisioner birgə nikah dövründə əldə edilmişdir, cehiz əmlakı deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi can dəsmal 5 ədəd, əlüz dəsmal 12 ədəd, mətbəx dəsmal 11 ədəd, servis (yemək üçün) 12 nəfərlik, servis (çay) 6 nəfərlik, çamadan (çəngəl, bıçaq qaşıq) 12 nəfərlik, xrustal (stəkan, bokal, ryumka) 8 ədəd, gündəlik boşqab dəsti 6 nəfərlik, gündəlik çəngəl bıçaq dəsti 18 ədəd, mantı bişirmək qazan 1 ədəd, aşsüzən qab 1 ədəd, meyvə qabı 3 ədəd, külqabı 1 ədəd, dəm çaynik 1 ədəd, mətbəx taxta 1 ədəd, kəsa 6 ədəd, maskura 6 ədəd, oxlov 1 ədəd, kəfkir, rəngli çərəz qabı, nəlbəki 18 ədəd, vedrə (plastmas) 1 ədəd, paltar asmaq üçün veşalka (dəmir paltar asılqanı) (dəmir 12 ədəd – 6 ədəd), duz qabı 1 ədəd, pled 1 ədəd, yataq dəsti, eyvan üçün stol, tələbkara məxsus geyim əşyaları 90 ədəd, aksessuar əşyaları və 7 cüt ayaqqabı, övladına məxsus anası tərəfindən alınan geyimlər və əşyalar sözügedən ünvanda aşkar edilməmişdir. İddiaçı iddia tələbini həmin hissədə sübut edə bilmədiyindən məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Bundan əlavə məhkəmə qeyd edir ki, KENWOOD markalı ətçəkən cavabdehin bacısı tərəfindən alındığından, Panasonic markalı blender, BOSCH markalı soba və LG markalı kondisioner, “Evrolux” markalı kondisioner birgə nikah dövründə əldə edildiyindən həmin əşyalara dair hissədə iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4-ci maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan əşyalar: yataq dəsti (taxt, paltar dolabı, 2 ədəd taxt tumbalları, boy güzgüsü) - 2700 manat, qonaq dəsti (transformer stol “Madeyra”, künc divan “Madeyra” dəstindən ibarət dəst - 2100 manat, mətbəx mebeli 1800 manat, xalça 1 ədəd-200 manat, pərdə 2 ədəd - 500 manat, böyük dəsmal 1 ədəd - 33 manat, əl-üz dəsmalı 3 ədəd- 95 manat, mətbəx dəsmalı 4 ədəd- 100 manat, servis (yemək üçün) 12 nəfərlik- 250 manat, servis (çay) 6 nəfərlik- 225 manat, çamadan (çəngəl, bıçaq qaşıq) 12 nəfərlik - 235 manat, xrustal (stəkan, bokal, kiçik qədəh) 20 ədəd - 178 manat, çörək qabı 2 ədəd- 15 manat, gündəlik boşqab dəsti 6 nəfərlik- 62 manat, gündəlik çəngəl bıçaq dəsti 6 ədəd- 18 manat, meyvə bıçaq dəsti 4 ədəd- 25 manat, mantı bişirmək üçün qazan 2 ədəd - 50 manat, aşsüzən 1 ədəd- 22 manat, qazan dəsti- 220 manat, çömçə dəsti 10 ədəd - 45 manat, meyvə qabı 2 ədəd - 52 manat, armudu stəkan komplekt- 55 manat, külqabı 2 ədəd - 20 manat, çaynik dəst 45 manat, dəm çaynik 1 ədəd- 22 manat, mətbəx taxtası 1 ədəd - 20 manat, kasa 6 ədəd- 60 manat, maskura (balaca boşqab) 6 ədəd - 30 manat, oxlov 1 ədəd - 10 manat, mətbəx üçün qablar (plastmas) 6 ədəd- 60 manat, fincan dəsti 6 ədəd - 120 manat, nəlbəki 6 ədəd- 35 manat, vedrə (1 plastmas)- 25 manat, dəmir paltar asılqanı 12 ədəd – 30 manat, duz qabı 3 ədəd - 25 manat, ədviyyat qabları komplekt- 65 manat, meyvətərəvəz tyorka (sürtkəc) 2 ədəd -10 manat, iynə sap dəsti-15 manat, şirniyyat bişirmək üçün dəmir qab-35 manat, çərəz qabı-8 manat, su qabı - 13 manat, pled (örtük) 1 ədəd- 40 manat, ortopedik yastıq 1 ədəd - 75 manat, yastıq 2 ədəd- 30 manat, paltar qurutmaq sistemi - 35 manat Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, "xxxx", 25 saylı evin 5 saylı mənzilindən çıxarılaraq İddiaçı təhvil verilməli, həmin əşyalar olmadığı təqdirdə əşyaların dəyəri - ümumilikdə 9803 (doqquz min səkkiz yüz səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manatın 25 (iyirmi beş) manat hissəsi və mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat, cəmi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan əşyalar: yataq dəsti (taxt, paltar dolabı, 2 ədəd taxt tumbalları, boy güzgüsü) - 2700 manat, qonaq dəsti (transformer stol “Madeyra”, künc divan “Madeyra” dəstindən ibarət dəst - 2100 manat, mətbəx mebeli 1800 manat, xalça 1 ədəd- 200 manat, pərdə 2 ədəd -500 manat, böyük dəsmal 1 ədəd - 33 manat, əl-üz dəsmalı 3 ədəd- 95 manat, mətbəx dəsmalı 4 ədəd- 100 manat, servis (yemək üçün) 12 nəfərlik- 250 manat, servis (çay) 6 nəfərlik- 225 manat, çamadan (çəngəl, bıçaq qaşıq) 12 nəfərlik - 235 manat, xrustal (stəkan, bokal, kiçik qədəh) 20 ədəd - 178 manat, çörək qabı 2 ədəd- 15 manat, gündəlik boşqab dəsti 6 nəfərlik- 62 manat, gündəlik çəngəl bıçaq dəsti 6 ədəd- 18 manat, meyvə bıçaq dəsti 4 ədəd- 25 manat, mantı bişirmək üçün qazan 2 ədəd - 50 manat, aşsüzən 1 ədəd- 22 manat, qazan dəsti- 220 manat, çömçə dəsti 10 ədəd - 45 manat, meyvə qabı 2 ədəd - 52 manat, armudu stəkan komplekt- 55 manat, külqabı 2 ədəd - 20 manat, çaynik dəst 45 manat, dəm çaynik 1 ədəd- 22 manat, mətbəx taxtası 1 ədəd - 20 manat, kasa 6 ədəd- 60 manat, maskura (balaca boşqab) 6 ədəd - 30 manat, oxlov 1 ədəd - 10 manat, mətbəx üçün qablar (plastmas) 6 ədəd- 60 manat, fincan dəsti 6 ədəd - 120 manat, nəlbəki 6 ədəd- 35 manat, vedrə (1 plastmas)- 25 manat, dəmir paltar asılqanı 12 ədəd – 30 manat, duz qabı 3 ədəd - 25 manat, ədviyyat qabları komplekt- 65 manat, meyvə-tərəvəz tyorka (sürtkəc) 2 ədəd -10 manat, iynə sap dəsti-15 manat, şirniyyat bişirmək üçün dəmir qab-35 manat, çərəz qabı-8 manat, su qabı - 13 manat, pled (örtük) 1 ədəd- 40 manat, ortopedik yastıq 1 ədəd - 75 manat, yastıq 2 ədəd- 30 manat, paltar qurutmaq sistemi - 35 manat Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, "xxxx", 25 saylı evin 5 saylı mənzilindən çıxarılaraq İddiaçı təhvil verilsin, həmin əşyalar olmadığı təqdirdə əşyaların dəyəri - ümumilikdə 9803 (doqquz min səkkiz yüz səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manatın 25 (iyirmi beş) manat hissəsi və mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat, cəmi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar