Məhkəmə qərarları › İş №e-2(004)-5887/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5887/2021

06.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5887/2021 06.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı Kreditor MMC-nin məhkəmə əmri haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC borclular Borclu və X1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, ərizəni imzalamış şəxsin etibarnaməsi və kreditor hüquqi şəxsin işçisi olması barədə sənəd-sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.3-cü maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. Bundan əlavə məhkəmə əmri haqqında ərizədə kreditor tərəfindən iki borclu göstərilməsinə baxmayaraq tələbdə borcun “borcludan” tutulması göstərilmişdir. Kreditor ərizəsində tələbin hansı borcluya yönəldiyini göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 279.4-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması ərizəçinin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən, hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından verilən ərizənin qəbul olunmasından imtina olunmalı və ərizəçiyə izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması ərizəçinin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Məhkəmə əmri haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması ərizənin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim Təhminə Xəlilova İş № 2(004)-5887/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Mən, Yasamal Rayon Məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı Kreditor MMC-nin borclular Borclu və X1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair məhkəmə əmri haqqında ərizəsini 06 sentyabr 2021-ci il tarixdə saat 15:10-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, məhkəmə əmri haqqında ərizənin qəbul olunmasından imtina edilməsi barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol 06 sentyabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar