Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(004)-5921/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, Kreditor Borclu qarşı “borcun tutulması haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: 04.07.2019-cu il tarixli YYK04003 nomrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı Kreditor MMC alıcı Borclu dəyəri 250,95 manat olan bir ədəd “Ventilator Simfer BVD1600K” məişət avadanlığını ilkin ödəniş 12 manat olmaqla 12 ay müddətinə sonuncu ay 18,95 manat olmaqla hər ay 20 manat ödənilməsi şərti ilə nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Kreditor müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, borclu aldığı cihazın dəyərini müəyyən edilmiş müddət ərzində kreditora tam ödəməmişdir. Bu səbəbdən kreditor hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclunun 04.07.2019-cu il tarixli müqavilə üzrə 22.08.2021-ci il tarixə 218,95 manat əsas borcu və hesablanmış 47,16 manat cərimə olmaqla, cəmi 266,11 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə qeyd edir ki, kreditorun tələbi aşkar olduğundan və tələb sadə yazılı formada bağlanmış müqaviləyə əsaslandığından Kreditorun tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi X1 mənzil 155 ünvanda yaşayan, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş Borclu 04.07.2019cu il tarixli YYK04003 nomrəli müqavilə üzrə yaranmış 218,95 manat əsas borc və hesablanmış 47,16 manat cərimə olmaqla, cəmi 266,11 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 286,11 (iki yüz səksən altı manat on bir qəpik) manat pul tutularaq Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Bakı şəhəri Yasamal rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmri icra sənədidir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-5921/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(004)-5921/2021
07.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver