Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6118/2025 22.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh Heynət oğluna qarşı “alimentin təyin olunması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Heynət oğluna qarşı “alimentin təyin olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 153.2.4-cü maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, iddiaçı X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 51 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh və İddiaçı qarşı "sazişin və onun əsasında verilmiş icra qeydinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə tarixdə məhkəməyə müraciət edərək, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə atası X1 və anası İddiaçı Xaliq qızı arasında valideynləri kimi onlara aiment ödənilməsinə dair xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, 51 saylı notariat ofisində bağlannmış sazişin və həmin saziş əsasında Bakı şəhəri, 19 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə verilmiş “İcra qeydi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-905/2025 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı Xaliq qızı və X1 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində “aliment ödənilməsinə dair” bağlanmış xx.xx.2020-ci il tarixli saziş etibarsız hesab olunması, həmin saziş əsasında Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli, 8-İ-3123 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3048/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2622/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı iləcavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)-3048/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə əsasən, hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Heynət oğluna qarşı “alimentin təyin olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-6118/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6118/2025
22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver