Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(004)-6248/2021 20.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu 129 manat əsas borc, 30 manat cərimə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 179 manat tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırılmışdır ki, “Vorld Telekom" MMC-nin direktoru X1 ilə Borclu arasında bağlanmış 11.05.2019-cu il tarixli, 01-AGT000037216 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı ümumi nisyə dəyəri 228 manat olan “X3 1/8 Black” (İMEİ **********57331) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Borclu 11.05.2019-cu il tarixdən başlayaraq hər ay 11 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq 129 manat dəyərini mağazaya ödəməmişdir. Nəticədə, Borclu 129 manat əsas borc, 30 manat cərimə olmaqla cəmi 159 manat məbləğində borcu qalmışdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu kreditor "xxxx" MMC-nin xeyrinə, 129 manat əsas borc, 30 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 179 (bir yüz yetmiş doqquz) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-6248/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(004)-6248/2021
20.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver