Məhkəmə qərarları › İş №e-2(004)-6251/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(004)-6251/2020

02.12.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(004)-6251/2020 02.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 194 ünvanında yerləşən kreditor "Tələbkar" MMC-nin, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor "Tələbkar" MMC ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Borclu 403 manat məbləğində əsas borc, 150 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 573 (beş yüz yetmiş üç) manat tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Tələbkar" MMC-nin direktoru X1 ilə Borclu cğlu arasında xx xxxxxx 2019-cu il tarixdə hissə-hissə şərti ilə 01-AGT000033519 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Borclu 'Tələbkar" mağazasından ümumi nisyə dəyəri 888 (səkkiz yüz səksən səkkiz) manat olan İphone 7 32 Black (İMEİ **********47383) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 04-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 57 (əlli yeddi) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri- 403 (dörd yüz üç) manatı mağazaya ödəməmişdir. Odur ki, Borclu 403 manat məbləğində əsas borc və 150 manat cərimə borcu olmaqla, cəmi 553 (beş yüz əlli üç) manat məbləğində borcu qalıb. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "Tələbkar" MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, "Tələbkar" MMCnin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanında qeydiyyatda olan Borclu kreditor "Tələbkar" MMC-nin xeyrinə, 403 manat məbləğində əsas borc, 150 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 573 (beş yüz yetmiş üç) manat pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Məmmədov İş № 2(004)-6251/2020 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Bakı şəhəri xx xxxxxx 2020-ci il Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, Kreditor "Tələbkar" MMC-nin Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edildi. Prosessual hərəkət saat 14:30-da başladı. Sədrlik edən ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq, əmr icraatı qaydasındakı ərizəsi barədə əmr qəbul etdi. Prosessual hərəkət saat 14:40-da qurtardı. Protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olunur. Sədrlik edən: Ayaz Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 2(004)-6251/2020 xx.xx.2020-ci il Kreditor: "Tələbkar" MMC Ünvan: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 194 Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16, mənzil 20 Borclu: Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6251/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli, məhkəmə əmrinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: məhkəmə əmrinin surəti 01 vərəqə Məhkəmənin hakimi: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar