Məhkəmə qərarları › İş №e-2(004)-6585/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6585/2025

06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6585/2025 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynin əlavə xərclərə cəlb edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş X1 xəstəliyi ilə əlaqədar mütəmadi surətdə müalicəyə ehtiyacı olduğu nəzərə alınaraq, uşağın yetkinlik yaşına çatana kimi cavabdehin hər ay 200 manat əlavə xərclərə cəlb edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, övladı xx.xx.2010-cu il təvəllüdlü X5 ikinci dərəcəli müddətsiz əlildir, tibbi sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli bildirişindən də göründüyü kimi, ona eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuşdur. Övladı həmin diaqnoz ilə M.Qəmbərov adına 5 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Bakı Baş Səhiyyə Mərkəzi" X8 5 X4 25 oktyabr 2025-ci il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X5 anadan olandan poliklinikanın qeydiyyatındadır. Uşaq anadan olandan xəstədir. İki tərəfli neyrosensor ağır eşitmə, sol tərəfli İV dərəcə, sağ tərəfli İİİ-İV dərəcə diaqnozu ilə otorinolarinqoloqda dispanser qeydiyyatdadır. Uşaq 2022-ci ildə Adenoektomiya və sol tərəfli tüp əməliyyatı olunub. Bu xəstəliyin ağırlaşması kimi Nitq inkişafının spesifik pozuntusu (F80,0), Yüngül kəmağıllılıq qulluq tələb edən ciddi davranış pozuntusu (F-70,1, 90,3) diaqnozları ilə psixiatrda qeydiyyatdadır. Bununla yanaşı cərrahda İİİ dərəcəli Skolioz (M41,1), anadangəlmə yastıpəncəlik (Q-66,5) diaqnozları ilə dispanser qeydiyyatdadır. Bütün bu xəstəliklər üzrə uşağın daimi reabilitasiya və dərman müalicəsinə ehtiyacı var. O, cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbi ilə mediasiya təşkilatına müraciət etsə də, mediasiya prosesində razılığa gələ bilmədiklərinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşağa cəmi 244 manat aliment təyin edilmişdir, həmin məbləğ onun saxlanmasına belə qətiyyən kifayət etmir. Aliment və müavinətdən əlavə, hər ay onun müayinə və müalicəsinə 200 manatdan artıq xərc çəkməli olur. Maddi vəziyyəti ağırdır, özü işləmir, cavabdeh isə qeyri-rəsmi xalça yuma şirkəti işlətməklə kifayət qədər qazanca malikdir. Hazırda iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 414282 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mehrəliyev Gümanın anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmaqla ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Bakı Baş Səhiyyə Mərkəzi" X8 5 X6 tərəfindən verilmiş 25 oktyabr 2025-ci il tarixli, 18-1-1-5/3-446/2025 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2010-cu il təvəllüdlü X5 anadan olandan poliklinikanın qeydiyyatındadır. Uşaq anadan olandan xəstədir. İki tərəfli neyrosensor ağır eşitmə, sol tərəfli İV dərəcə, sağ tərəfli İİİ-İV dərəcə diaqnozu ilə otorinolarinqoloqda dispanser qeydiyyatdadır. Uşaq 2022ci ildə Adenoektomiya və sol tərəfli tüp əməliyyatı olunub. Bu xəstəliyin ağırlaşması kimi Nitq inkişafının spesifik pozuntusu (F80,0), Yüngül kəmağıllılıq qulluq tələb edən ciddi davranış pozuntusu (F-70,1, 90,3) diaqnozları ilə psixiatrda qeydiyyatdadır. Bununla yanaşı cərrahda İİİ dərəcəli Skolioz (M41,1), anadangəlmə yastıpəncəlik (Q-66,5) diaqnozları ilə dispanser qeydiyyatdadır. Bütün bu xəstəliklər üzrə uşağın daimi reablitasiya və dərman müalicəsinə ehtiyacı var. İş materiallarında olan tibbi sənədlərdən, ödəniş qəbzlərindən, reseptlərdən, “Audiomed” Eşitmə Mərkəzi və Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş müayinə sənədlərindən, 2 nömrəli X2 tərəfindən verilmiş Həkim Psixiatr Komissiyasının rəylərindən, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi Tədqiqat Tarvmatologiya və Ortopediya İnstitutu” X8 tərəfindən verilmiş arayışlardan, “Avrasiya” Hospital tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışlardan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 müayinə və müalicəsi məqsədilə mütəmadi olaraq ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunur ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş uşağın mənafeyi, onun xəstəliklərinə görə mütəmadi olaraq müayinə və müalicə olunması zərurəti, izahatlara və tibbi sənədlərə əsasən uşağın aylıq müayinə və müalicə xərcləri, valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması, eyni zamanda cavabdehin qazancı və maddi vəziyyəti barədə konkret sübutların təqdim edilməməsi nəzərə alınaraq, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xəclərə görə xx.xx.2025-ci il tarixindən başlayaraq onun yetkinlik yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 100 manat tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, mediasiya xərci də tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xəclərə görə xx.xx.2025-ci il tarixindən başlayaraq onun yetkinlik yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərcinə görə 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar