Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6713/2025 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş gəlirlərin (pul vəsaitinin) yarısının cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş gəlirlərin (pul vəsaitinin) yarısının cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "ŞANTİ" moda evi vasitəsi ilə dövriyyə olaraq əldə olunmuş pul vəsaitinin Cavabdeh ilə aralarında yarı bölünərək cavabdehdən alınıb ona ödənilməsi və əlavə olaraq məhkəmə xərci olaraq ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Rövşən Hüseynov küçəsində yerləşən X7 və Moskva filialında yerləşən X7 vasitəsi ilə 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi yəni nikah pzoulanadək olan dövriyyə olaraq əldə olunmuş vəsaitinin Cavabdeh ilə arlarında yarı bölünərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikahları 22 sentyabr 2001cı ildə Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsində 509-cu sayla qeyd olunmuşdur. Bu nikahdan iki övladları 16 avqust 2002-ci ildə X3 və 02 may 2005-ci ilde X2 anadan olmuşlar. Uşaqlar yetkinlik yaşına çatmışlar. Onlar evləndikdən sonra ilk illər normal yaşamışlar. Sonra cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Aralarında mütəmadi olaraq davam edən söz-söhbətlər ailələrinin dağılmasına səbəb olmuşdur. Onun iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4644/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında Nərimanov qeydiyyat şöbəsində bağlanmış xx.xx.2001-ci il tarixli 509 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar İddiaçı ilə borclu Cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilmiş Jacka-4 tikiş maşını, 3 tipli overlok Jacke4, Parqeneratorla olan ütü, Petla tikən maşın Jack 781, Ziqzaq açılan maşın zara Jack 800, Şuba üçün maşın TYRİCAL, Jins və dəri üçün maşın Jack2001G, 4 zakroyka stoluna 1/2 hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilməlidir. İcra sənədinə əsasən qeyd olunan əmlaklar Binəqədi rayon inzibati ərazisində yerləşən "ŞANTİ" moda evindədir. Hazırda həmin əmlaklar üzrə qiymət verilməsi üçün xüsusi bilik tələb etdiyindən həmin əmlaklar qiymətləndirilməli və boşanmaya verilən gündən həmin əmlakın işlədiyi qazandığı pullar Cavabdehdır. Həmin pullar hər ikisinin arasınnda bölünməlidir. Bundan başqa 2021-ci ildə COVİD-19 pandemiya ilə bağlı Vergilər Nazirliyi tərəfindən müvafiq yoxlamalar aparılmış və Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsində yerləşən "ŞANTİ" moda evində iş gedir. Həmin vaxt isə ora heç bağlanmamışdır və heç də cərimə olunmayıb. Nurlana isə vergi işçisi söyüb oradan qovmuşdur. Səhərisi gün vergi əməliyyat qrupu ilə oraya daxil olmuş və orada 3 mərtəbəli sexlərdə 20 nəfər qadın işçilərin tikiş maşınlarla fəaliyyət göstərdiklərini aşkar edirlər. Onların hər birindən izahatları alınır. Vergi qanunlarına uyğun olaraq cinayət işi başlanılır və iş Azərbaycan Respublikası Cinayət Kollegiyasına verilir. Həmin cinayət işini isə Zaur adlı müstəntiq aparmışdır. Cinayət işi araşdırılan zaman işçilər müqaviləsiz işlədiyi üçün 20.000 manat cərimə yazılmışdır. Həmin cərimədən Nurlana 1 saylı Bakı İnzibati Məhkəməsinə şikayət vermişdir. Nurlanın şikayəti təmin olunmadı. Həmin 20.000 manatın cəriməsinin ödənilməsi təsdiqini tapdı. Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəmməsinin qərarını qüvvədə saxladı. Ali məhkəməyə belə kassasiya şikayəti verildi və eyni aqibət oldu. Nurlana isə bu günə kimi yalanda danışır ki, həmin əmlak burda yox, Moskva filialında anbardadır. Həmin əmlakın siyahıya alınmasını və qiymətlərinin bir-bir yazılmasını məhkəmə iclasına gətirəcəyi şahid X1 etmişdir. Həmin əmlak da bu günki gündə də Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsində yerləşən "ŞANTİ" moda evində yerləşir. Həmin əmlakın məhkəmə tərəfindən tanınması və tərəflər arasında bölünnməsi və bundan başqa Nurlananın bu illər ərzində yəni boşanmağa ərizə verilən gündən oradan qazanılmış pulun onunla ½ hissəsi qismində bölünməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini etiraz edərək ifadəsində bildirmişdir ki, hal-hazırda X7 fəaliyyət göstərmir, ona görə də hər hansı gəlirdən söhbət gedə bilməz. Bundan başqa, X7 cavabdehə yox, cavabdehin qardaşına məxsus olmuşdur. İddia tələbi əsassızdır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2259/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilmiş Jacka-4 tikiş maşını, 3 tipli overlok Jacke4-, Parqeneratorla olan ütü, Petla tikən maşın Jack 781, Ziqzaq açılan maşın zara Jack 800, Şuba üçün maşın TYRİCAL, Jins və dəri üçün maşın Jack2001G, 4 zakroyka stoluna ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225- ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuşlar. Onların nikahı xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, əmlak bölgüsünə dair mübahisə həll edilmişdir. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin 2(004)-2259/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilmiş Jacka-4 tikiş maşını, 3 tipli overlok Jacke4-, Parqeneratorla olan ütü, Petla tikən maşın Jack 781, Ziqzaq açılan maşın zara Jack 800, Şuba üçün maşın TYRİCAL, Jins və dəri üçün maşın Jack2001G, 4 zakroyka stoluna ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Hazırda iddiaçı cavabehə məxsus X7nin birgə nikah dövründə əldə edildiyindən 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi yəni nikah pzoulanadək olan dövriyyə olaraq əldə olunmuş vəsaitinin Cavabdeh ilə arlarında yarı bölünərək ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını sübut etmək iddiaçının vəzifəsidir. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla X7nin cavabdehə məxsus olmasını, onun birgə nikah dövründə əldə edilməsini müəyyən etmək mümkün deyil. İlk növbədə, X7 kommersiya hüquqi şəxsi qismində dövlət qeydiyyatından keçməmiş, uçota alınmamışdır. Bu halda, cavabdehin həmin fəaliyyətlə hər hansı gəlir əldə etməsi nəticəsinə gəlmək də mümkün deyil. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından yuxarıda qeyd olunan halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş gəlirlərin (pul vəsaitinin) yarısının cavabdehdən tutulması” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362, 443.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş gəlirlərin (pul vəsaitinin) yarısının cavabdehdən tutulması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6713/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6713/2025
05.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver