Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-736/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin qətnamənin Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında pasport qeydiyyatından çıxarılmasına əsas olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanındakı fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən müvafiq çıxarış verilmişdir. Hazırda iş üzrə Cavabdeh onun doğma qızıdır və həmir fərdi yaşayış evində pasport qeydiyyatındadır. Qeyd etmək istəyirik ki, cavabdeh 1987-ci ildə ailə həyatı qurduqdan sonra öz ərinin Goranboy rayonunda yerləşən evinə gəlin köçmüşdür. Cavabdeh gəlin köçdükdən sonra ara-sıra, bir-iki günlük ata evinə qonaq kimi gəlib-getsə də, daimi ərinin evində Goranboyda yaşamışdır. Hal-hazırda da orada- Goranboy rayonunda yaşamaqdadır. 2009-cu ildən bəri isə ümumiyyətlə həmin ünvana gəlməmişdir. Cavabdehə dəfələrlə qeydiyyatdan könüllü çıxmaq təklif olunsa da, o bundan imtina edir. Məsələnin məhkəmədən kənar həll edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesi keçirilsə də, cavabdeh mediasiyada iştirak etməkdən imtina etmişdir. Mediasiya xərcləri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Bu hal bir daha sübut edir ki, cavabdeh həmin ünvandan könüllü qeydiyyatdan çıxmaq istəmir. Hesab edirlər ki, məhkəmə tərəfindən cavabdehin Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin qətnamənin qeyd olunan ünvandan cavabdehin pasport qeydiyyatından çıxarılmasına əsas olmasına dair qətnamə çıxarılması zəruridir. Cavabdeh X10 məhkəmə hazırlıq iclasında iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X10 1987-ci ildə ailə qurduqdan sonra 2009-cu ildən sonra sözügedən ünvana getməmişdir. Lakin, bu tamamilə yalandır. X10 daima övladları ilə birlikdə anasının yanında olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hal-hazırda atası tam təsir altındadır, yoxsa o heç vaxt cavabdehin sözügedən evdən “Mənzildən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdi. Cavabdehin həmin evdə məcburi payı vardır. İddia ərizəsində göstərilir ki, ailə qurduqdan sonra cavabdeh həmin ünvanda az olmuşdur. Bildirilir ki, ünvan 2 cavabdehin anası X7 məxsus olub. Həmin evdə cavabdeh və onun övladları 2009-cu ilə qədər yaşayıblar. Həmin mülk tam mülkiyyət hüququ ilə mərhum anasına məxsus olmuşdur. Anası 2004-cü ilin dekabr ayının 24-də vəfat etdikdən sonra həmin mülkü öz adına sənədləşdirmişdir. Atası İddiaçı Goranboy rayonunda 2 mülkü olmuşdur. Cavabdeh qardaş-bacıları ilə Rəhman Əliyev küçəsində 3 saylı evdə böyüyüb başa çatmışlar. Həmin evi atası qardaşı Həsənov Natiqə bağışlamışdır, eyni zamanda Goranboy rayonunda 2-ci evini sataraq, balaca qardaşı İftixara Gəncə şəhərində mülk almışdır. Qeyd edir ki, 2009cu ildə atası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Naxçıvani küçəsi ev 27, mənzil 104-də 5 otaqlı ev almış və həmin vaxtdan cavabdeh və övladları atası ilə birlikdə həmin evə köçmüşlər. Bacısı Sevda ilə qonşudular. 2022-ci ilin noyabr ayının 8-də Gəncədə yaşayan qardaşı evin qulluqçusu Alxasova Cəmilə ilə əlbir olaraq 89 yaşında olan atasını təsir altına salmışlar. Atası İddiaçı həmin günə qədər cavabdehlə gözəl münasibətdə olmuşdur. Bildirir ki, Bakı şəhəri M.F.Axundov küçəsi olan evdə kirayəçi yaşayır və pulunu iddiaçı alır. Hal hazırda atası oğlu Natiq vəfat etdikdən sonra “İnsult” keçirmişdir. Daxili İşlər Nazirliyinin Hospitalında qeydiyyatdadır. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X10 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 1988-ci ildə ailə həyatı qurmuş və Goranboya köçmüşdür. Hazırda onun heç bir evə dair ehtiyacı və iddiası yoxdur. Bunu atası, yəni iddiaçı da daxil olmaqla bütün ailəsi bilir. İndiyə qədər onunla hər hansı mübahisəsi də olmamışdır. Keçmişdə aylarla öz uşaqları ilə birlikdə iddiaçının evində yaşamışlar. Doğrudur, hazırda onun adına ev vardır, ancaq həmin evdə evli övladı ailəsi ilə yaşayır. Həyat yoldaşına torpaq sahəsi verildiyindən onlar övladlarına ev almaq məqsədilə həmin torpaq sahəsini satmaq məcburiyyətində qalmışlar. Hazırda onun sözügedən evə dair iddiası olmasa da, iddia tələbini qəbul etməməyisinin səbəbi budur ki, hesab edir ki, bu iddia tələbinin verilməsində əsas məqsəd evin olduğu dəyərdən daha ucuz qiymətə satılması, əldə ediləcək gəlirdən isə evin qulluqçusu ilə qardaşının faydalanmasıdır. Çünki bu iddia tələbini iddiaçı öz arzusu ilə yox, qeyd etdiyi şəxslərin təkidləri sayəsində verdiyini düşünür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X3 nümayəndəsi Nümayəndə2 09 fevral 2024-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəməyə özü və Cavabdeh virus infeksiyasına yoluxduqları üçün iştrak edə bilməyəcəkərini və məhkəmə prosessini başqa vaxta təyin edilməsini xahiş etmiş, lakin teleqramda göstərilənlərə dair hər hansı mötəbər sübutu təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş elektron çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 2/6 hissədə paylı mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X11, xx.xx.1964; Cavabdeh, xx.xx.1963; X12, xx.xx.1940; X4, xx.xx.1984; X13, xx.xx.1950; X18, xx.xx.1988; X19, xx.xx.1997; X2, xx.xx.1964; X15, xx.xx.1981; X14, xx.xx.1987 Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin 21 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri Nərimanov rayonu X17 küçəsi ev 68,70 mənzil 29 qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında qeydiyyatda olan X5 ünvan 4 edilmiş 30 yanvar 2024-cü il tarixli ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında pasport qeydiyyatında olan xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh pasport qeydiyyatından çıxarılmasına etiraz etmir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında qeydiyyatda olan X13 ünvan 4 edilmiş 30 yanvar 2024-cü il tarixli ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında pasport qeydiyyatında olan xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh pasport qeydiyyatından çıxarılmasına etiraz etmir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında qeydiyyatda olan X21 ünvan 4 edilmiş 06 fevral 2024-cü il tarixli ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında pasport qeydiyyatında olan xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh pasport qeydiyyatından çıxarılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə müvafiq tələblə iddia qaldırmaq üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı mübahisə predmeti olan mənzilin paylı mülkiyyətçisidir. Cavabdeh iddiaçının qızıdır. Cavabdehin mülkiyyətində Bakı şəhəri Nərimanov rayonu X17 küçəsi ev 68,70, 29 saylı mənzil vardır. Qeyd edilən hallar iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatı və iş materialları ilə təsdiq olunur. İddiaçı cavabdehin onun paylı mülkiyyətində olan evdən istifadə hüququnun itirilməsini xahiş edir. Məhkəmə Cavabdeh Nümayəndə2 ilə ailə qurmasını, özünə daimi yaşayış yeri seçməsini, onun mülkiyyətində ayrıca mənzilin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehin mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanında yerləşən evə ehtiyacı aradan qalxmışdır. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ olsa belə sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdeh X3 Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanındakı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanındakı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. X1 Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, dalan 13, ev 4 ünvanına qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-736/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-736/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver