Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-747/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun faktiki nikahından doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 2014-cu ildən etibarən faktiki ər-arvad kimi yaşamışdır, aralarında rəsmi nikah olmamışdır. Faktiki nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Cavabdeh uşaqlara öz soyadını vermişdir. O, uşaqları ilə birlikdə ünvan 1 ünvanda kirayədə yaşayır. Kirayə haqqı ayda 1.000 manatdır və kirayə haqqını cavabdeh ödəyir. 2023-cü ilin oktyabr ayından cavabdehlə ayrılmışlar. Cavabdeh ata kimi uşaqların səhhəti, yaşayışı, gündəlik təlabatları ilə maraqlanmır, maddi köməklik göstərmir. Hər iki uşağın un məmulatları ilə qidalanmasında problemləri var. Bu səbəbdən uşaqlara xüsusi qidalar almağa məcbur olur. Bu isə normadan daha artıq xərc tələb edir. Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin kifayət qədər maddi imkanı və qeyri-rəsmi gəlirləri vardır. Cavabdeh uzun müddətdir logistika sahəsində qeyri-rəsmi fəaliyyət göstərir. Badamdar qəsəbəsində öz vəsaiti hesabına 4 mərtəbəli villa tikdirmiş və bacısı Rəna Talışxanovanın adına sənədləşdirmişdir. Cavabdeh hazırda həmin evdə yaşayır. O, uşaqların həkim müayinəsinə və analizlərin verilməsinə keçən ay 560 manat pul xərcləmişdir. O, özü hazırda işləmir, himayəsində uşaqlarından başqa fəaliyyət qabiliyyəti olmayan bir qardaşı var. Böyük övladı tələbədir və ödənişli əsaslarla təhsil alır. Bütün bunlara əsasən onun aylıq maddi ehtiyacları artmışdır. Onun təxminən 20.000 manat borcu vardır. Onun maddi və sosial durumunu, uşaqların mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehdən uşaqların saxlanması üçün hər uşağa 500 manat olmaqla, cəmi 1.000 manat aliment tələb edir. Cavabdehin bu məbləği ödəməyə maddi imkanı var. Lakin rəsmi sənədlərlə bunu təsdiq edə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh faktiki nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Cavabdeh ata kimi uşaqlarına öz soyadını vermişdir. Cavabdeh övladlarının saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat aliment ödəməyə razıdır. Cavabdeh hazırda işləmir və xeyli miqdarda borcu vardır. Cavabdehin hər ay hər uşağına 500 manat aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. AZ-İİİ 90216 nömrəli və AZ-İV 104424 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin faktiki nikahdan - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki övladı var. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat aliment tutulmalıdır. İddiaçı nümayəndəsi Nümayəndə müvəqqəti aliment tutulmasına dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, məhkəmədə işə baxılana kimi Cavabdeh ilə İddiaçı faktiki nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər uşaq üçün hər ay 500 manat olmaqla, cəmi 1000 manat müvəqqəti aliment tutularaq İddiaçı ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-513/2023 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, tərəflərin faktiki nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat müvəqqəti aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmış, qərardad dərhal icra edilmişdir. Daha sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinent vasitəsilə şikayət verərək, iş üzrə müvəqqəti təminat tədbirinin görülməsi haqqında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(004)-513/2023 nömrəli qərardadının ləğv edilməsini, ərizənin qismən – bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün ümumilikdə 300 manat məbləğində müvəqqəti aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-513/2023 nömrəli qərardadı ilə Cavabdeh şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(004)-513/2023 nömrəli qərardadı dəyişdirilmiş, İddiaçı ərizəsi qismən təmin edilmiş,mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, tərəflərin faktiki nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat müvəqqəti aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmış, qərardad dərhal icra edilmişdir. Hazırda mübahisə məhkəmədə həll olduğundan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-513/2023 nömrəli qərardadı ilə müəyyən edilmiş sabit pul məbləğində müvəqqəti alimentin tutulması dayandırılmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin daha çox gəlirləri olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 16(004)-513/2023 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-747/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-747/2024
13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver