Məhkəmə qərarları › İş №e-2(004)-758/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-758/2024

12.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-758/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 Xidmətini cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən Əmək müqaviləsi üzrə yaranmış 36 000 (otuz altı min) manat əmək haqqı, əmək haqqının ödənilməməsinə görə əmək müqaviləsinə xitam verilənədək qanunla müəyyən olunmuş 1% - lik ödənc əmək haqının 59400 (əlli doqquz min dörd yüz) manat, ixtisarla azad olunduğuna görə 6000 (altı min) manat, istifadə edilməmiş məzuniyyətə görə 6507 (altı min beş yüz yeddi yeddi) manat, qismən ödənilmiş son haqq hesabın 13 gün gecikdirilməsinə görə 14027 (on dörd min iyirmi yeddi manat) manat, son haqq hesabın qalıq məbləğinə görə hesablanmış faiz məbləği 60060 (altmış min altmış manat) manat olmaqla cəmi 181994 (yüz səksən bir min doqquz yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, vəsaitin iddiaçıya ödənildiyi günədək gecikdirilmiş əmək haqqı məbləği olan 42000 manatın üzərinə gündəlik 1% hesablamqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştrak etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən AZEMİS vasitəsilə, eləcə də poçt vasitəsilə tərəflər arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli barışıq sazişi təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Məhəmməd oğlu arasında barışıq sazişi bağlanmışdır. Tərəflər aralarında danışıqlar nəticəsində, Bakı şəhər Yasamal rayon məhkəməsinin icraatında olan e-2(004)-758/2024 saylı mülki iş üzrə “İddiaçı”nın iddia tələbindən imtina etməsi (onun şəxsi hüquqları və qanunla qorunan mənafeləri təmin olunması əsası ilə) və Tərəflər arasında aşağıdaki şərtlərlə Barışıq Sazişinin bağlanması razılaşdırılmışdır: - Vergilər və digər bütün ödəmələr daxil olmaqla 49259 AZN (qırx doqquz min iki yüz əlli doqquz manat) məbləğində olan əmək haqqı Cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin aprel ayının sonunadək aşağıdakı cədvələ müvafiq olaraq ödəniləcəyinə zəmanət verir.

1. Cavabdeh məbləğin İddiaçıya aşağıda göstərilən cədvələ müvafiq olaraq ödənilməsini təmin edir: sıra Aylar İllər Ödəniləcək məbləğ, Qeyd № manat (Vergilər, Dsmf, İşsizlik, 1 Yanvar 2024 16835 Tibbi Sığorta) 2 Fevral 2024 10808 Əsas məbləğ 3 Mart 2024 10808 Əsas məbləğ 4 Aprel 2024 10808 Əsas məbləğ

2. Tərəflər X3ni imzalamaqla Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən Sazişin təsdiqlənməsinə və məhkəmə prosesinə xitam verilməsinə razılıqlarını və Qanunvericiliyin tələbləri ilə icraata xitam verilməsinin nəticələri barədə məlumatlı olduqlarını bildirirlər. X3 ilə İddiaçı özünün çəkdiyi məhkəmə xərclərinin Cavabdehdən tutulması ilə bağlı iddiasından imtina etmiş olur.

3. X2 hər biri üçün və Bakı şəhər Yasamal rayon Məhkəməsi üçün olmaqla Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 Xidmətini cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış 25 yanvar 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 Xidmətini cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar