Məhkəmə qərarları › İş №e-2(004)-775/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-775/2025

06.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-775/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, çəkilmiş məhkəmə xərclərinin (60 manat mediasiya və 320 manat hüquqi yardım xərcləri) əvəzinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə nikah bağlamışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4152/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Tərəflərin birgə nikahdan bir uşaqları var: xx.xx.2016-cı il təvəllüdlü X2. Tərəflər arasında nikahın pozulması ilə bağlı keçirilən mediasiya prosesi zamanı bağlanmış MŞB/6-01478 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən uşağın ananın yanında qalması barədə razılıq əldə edilmişdir. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə aliment tələbi ilə bağlı mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, təklifə cavab verilmədiyinə görə xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatına ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmiş, alimentin məbləği ilə əlaqədar razılıq əldə olunmadığına görə İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/6-02169 saylı xx.xx.2024cü il tarixli arayış verilmiş və iddiaçı tərəf həmin tarixdə 50 manat İMS + 10 manat kargüzarlıq xərclərini ödəmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəldən iddiaçıya da bildirmişdir ki, o, 200 manat aliment ödəyə bilər, maaşı artıq olsa artıq ödəyə bilər. Bundan əlavə olaraq qeyd etmişdir ki, himayəsində xəstə anası vardır. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4152/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 563 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Həmin qətnaməyə əsasən iş materiallarında olan MŞB/6-01478 nömrəli, xx.xx.2024cü il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən “Tərəflər kimi çıxış edən İddiaçı və Cavabdeh xx.xx.2009-cu il tarix 563 nömrə ilə qeydə alınmış nikahın əlavə vaxt verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. İkinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşağı: xx.xx.2016-cı il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasına etiraz etmir. Birinci tərəf kimi çıxış edən İddiaçı yetkinlik yaşına çatmayan uşağı: xx.xx.2016-cı təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf kimi çıxış edən Cavabdeh qarşı aliment tələbi yoxdur. Birinci tərəf kimi çıxış edən İddiaçı yetkinlik yaşına çatmayan uşağı: xx.xx.2016-cı il təvəllüdlü X1 atası Cavabdeh ilə hər həftənin şənbə günü 10:00-dan gecə qalmaq şərtilə bazar günü saat 17:00-dək sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir. Birinci tərəf kimi çıxış edən İddiaçı yetkinlik yaşına çatmayan uşağı: xx.xx.2016-cı təvəllüdlü X1 atası Cavabdeh ilə hər gün 1 dəfə 30 dəqiqə mobil telefonla videogörüntülü əlaqə yaradaraq ünsiyyətinə şərait yaradacaqdır” barədə razılığa gəlmişlər. İş materiallarında olan Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatının 25 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Bakı 6 saylı Mediasiya təşkilatına 60 (altmış) manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli vəkil orderinə əsasən “BHM və Partnyorları” vəkil bürosu tərəfindən 432 saylı müqaviləyə əsasən vəkil Nümayəndə hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, “BHM və Partnyorları” vəkil bürosunun hesabına hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti ödənilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər 02 iyun 2009-cu ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X2 anadan olmuş, uşaq hal-hazırda anası İddiaçı yanında qalır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin “xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 235 (iki yüz otuz beş) manat, xx.xx.2025-ci il tarixdən isə hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün yaşayış minimumu həddində, hər uşaq üçün 2024-cü il üçün 235 manat, 2025-ci il üçün isə 246 manat məbləğində alimentin tutulmasını ilk növbədə uşaqların, daha sonra tərəflərin mənafelərinə uyğun hesab edir. Belə ki, “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunla 2024cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat, 2025-ci il üçün isə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “çəkilmiş məhkəmə xərcinin (320 manat hüquqi yardım xərci) əvəzinin Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində hesab edir ki, 432 saylı müqavilə üzrə hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə xx.xx.2024-cü il tarixli ödəniş qəbzi iş materiallarında olduğundan, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, eyni zamanda bildirir ki, ödənilmiş mediasiya xərcinə görə 60 (altmış) manat məbləğində pul ödənildiyindən 60 (altmış) manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 235 (iki yüz otuz beş) manat, xx.xx.2025-ci il tarixdən isə hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 (altmış) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin. Hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar