Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-826/2024 26.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Aftandil oğlunun iştirakı ilə, İddiaçı Eduardoviçin Cavabdeh qarşı “İddiaçı Eduardoviçi 25 iyun 2011-ci il təvəllüdlü X1 və ya 17 iyul 2014-cü il təvəllüdlü X2 saxlanılmaları üçün iddiaçı tərəfindən gələcəkdə ödənilməli olan aliment məbləğinin 3000 (üç min) manat hissəsindən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Eduardoviç Cavabdeh qarşı “İddiaçı Eduardoviçi 25 iyun 2011-ci il təvəllüdlü X1 və ya 17 iyul 2014-cü il təvəllüdlü X2 saxlanılmaları üçün iddiaçı tərəfindən gələcəkdə ödənilməli olan aliment məbləğinin 3000 (üç min) manat hissəsindən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə tərəflərin övladları 25 iyun 2011-ci il təvəllüdlü X1 və ya 17 iyul 2014-cü il təvəllüdlü X2 Cavabdeh yanında saxlanılması və müvafiq miqdarda alimentin tutulması qət edilsə də, 2020-ci ilin iyulavqust ayları ərzində İddiaçı Eduardoviç keçmiş arvadı və uşaqları ilə eyni mənzildə yaşamış və onların zəruri xərclərini qarşılamışdır. Bu səbəbdən, müvafiq dövr üzrə ödənilməli olan aliment məbləğindən azad edilməlidir. İddiaçı tərəf iddianın əsası kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2799/2021 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində “məhkəmə kollegiyası qəbul edir ki, alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra onun dəyişdirilməsi və ya aliment ödənilməsindən azad olunma ilə məsələlərə yenidən baxıla bilər” fikrinə istinad edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Eduardoviçin nümayəndəsi və vəkili Vəkil Aftandil oğlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qayda məlumatlandırılmış cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 2799/2021 nömrəli qətnaməsi əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin əsasını “məhkəmə qətnaməsi ilə tərəflərin övladları 25 iyun 2011-ci il təvəllüdlü X1 və ya 17 iyul 2014-cü il təvəllüdlü X2 Cavabdeh yanında saxlanılması və müvafiq miqdarda alimentin tutulması qət edilsə də, 2020-ci ilin iyul-avqust ayları ərzində İddiaçı Eduardoviç keçmiş arvadı və uşaqları ilə eyni mənzildə yaşamış və onların zəruri xərclərini qarşılamışdır” təşkil edir. Məhkəmə buna qarşılıq qeyd edir ki, atanın ailə və ya övladları ilə daimi və ya müvəqqəti olaraq birlikdə yaşaması onu aliment öhdəliyindən azad etmir. Aliment hüquq institunun mahiyyəti valideynin övladı saxlamaq vəzifəsindən doğur. Yəni, ər-arvad boşansa da, boşanmasa da, birlikdə və ya ayrılıqda da yaşasalar, dünyaya gətirdikləri övladlarını saxlamaqla mükəlləfdirlər. Tərəflər arasında bu barədə razılıq olmadıqda isə alimentin məbləği məhkəmə qaydasında tutulur. Mübahisə predmeti olan aliment məbləği isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı yaranmış məbləğdir. İlk öncə, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına müdaxilə, məhkəmələr və ya digər subyektlər tərəfindən maneələrin törədilməsi qadağandır. Bundan əlavə, hazırki iddia tələbi ilə əlaqədar olaraq 3000 manat məbləğində alimentdən azad edilməsinin hüquqi əsasları mövcud deyildir. Yuxarıda qeyd olunduğu kimi, atanın 1 aylıq müddətə müvəqqəti olaraq uşaqları ilə yaşaması müvafiq dövrə münasibətdə onun aliment öhdəliyinə xitam verilməsinə hüquqi əsas kimi çıxış edə bilməz. Əgər həmin dövrdə ata aliment məbləğindən başqa uşaqlara əlavə xərclər də çəkmişsə, həmin xərclər məhkəmə qətnaməsinin icrası ilə bağlı deyildir. Həmçinin, uşaqların qayğısına maksimum qalmaq müsbət qiymətləndirilir. Məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası gələcəkdə də təmin edilməlidir. Əgər ümumi əsaslarla alimentin azaldılması və ya alimentdən azad etmə ilə bağlı hallar yaranarsa məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Hüquqdan (prosessual və ya maddi) sui-istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2799/2021 nömrəli qətnaməsində qeyd olunan hüquqi va faktiki hallar əsas götürülməklə, məhkəmə hesab edir ki, sözügedən qətnamə ilə hazırki mülki iş üzrə iddia tələbi eyni hüquqi əsaslara söykənmir. Odur ki, mülki iş üzrə icraata xitam verilməsinə hüquqi əsas yoxdur. Belə ki, ilkin iddia üzrə tələb “aliment məbləğinin əvəzləşdirilməsi”, hazırki iddia üzrə tələb isə “alimentdən azad edilmə”dir. Hər iki tələb mahiyyəti üzrə eyni faktiki əsaslara söykənsə də, hüquqi əsasları tamamilə fərqlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Eduardoviçin Cavabdeh qarşı “İddiaçı Eduardoviçi 25 iyun 2011-ci il təvəllüdlü X1 və ya 17 iyul 2014-cü il təvəllüdlü X2 saxlanılmaları üçün iddiaçı tərəfindən gələcəkdə ödənilməli olan aliment məbləğinin 3000 (üç min) manat hissəsindən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-826/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-826/2024
26.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver