Məhkəmə qərarları › İş №e-2(004)-828/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-828/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-828/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Eduardoviçin nümayəndəsi və vəkili Vəkil Aftandil oğlunun iştirakı ilə, İddiaçı Eduardoviçin Cavabdeh qarşı “tədris günlərində və ata ilə uşaqların məhkəmələr tərəfindən müəyyən edilmiş görüş vaxtlarında azyaşlı uşaqların ölkə xaricinə aparılmasının qanunsuz hesab edilərək, qadağan olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Eduardoviç Cavabdeh qarşı “tədris günlərində və ata ilə uşaqların məhkəmələr tərəfindən müəyyən edilmiş görüş vaxtlarında azyaşlı uşaqların ölkə xaricinə aparılmasının qanunsuz hesab edilərək, qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, tədris günlərində və İddiaçı Eduardoviç ilə uşaqların məhkəmələr tərəfindən müəyyən edilmiş görüş vaxtlarında (hər həftənin şənbə günü, yay tətilinin ikinci yarısında 7 gün, bir gündən artıq olan bayramın və məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci günü) xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 Cavabdeh tərəfindən ölkə xaricinə aparılmasının qanunsuz hesab edilərək, qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Eduardoviçin nümayəndəsi və vəkili Vəkil Aftandil oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Eduardoviç ilə Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması; yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X8 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X6 və 17 iyul 2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları; yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X8 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X6 və 17 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulma müddətinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-14189/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı 23 sentyabr 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2535/2020 saylı 23 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 14189/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-353/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 Andreyeviçin atası İddiaçı Eduardoviçin yanında saxlanılması qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə 25 iyun 2011-ci il təvəllüdlü X4 və 17 iyul 2014-cü il təvəllüdlü X1 atası İddiaçı Eduardoviçin icazəsi və razılığı olmadan anası Cavabdeh ilə birlikdə 18 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına (getməsinə və gəlməsinə) icazə verilmişdir, xx.xx.2009-cu il təvəllüdlü X8 Andreyeviçə anası Cavabdeh icazəsi və razılığı olmadan atası İddiaçı Eduardoviç ilə birlikdə 18 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına (getməsinə və gəlməsinə) icazə verilmişdir. xx.xx.2009-cu il təvəllüdlü X8 Andreyeviçin Respublikadan kənara çıxması ilə bağlı adına ümumvətəndaş pasportunun verilməsi, dəyişdirilməsi və vizaların rəsmiləşdirilməsi üçün Cavabdeh razılığı tələb olunduğu halda, bu rəsmiləşdirmənin onun razılığı olmadan aparılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1369/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(009)-1136/2021 saylı qətnaməsi mübahisələndirilən - ilk iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmiş, 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X2 atası İddiaçı Eduardoviçin razılığı olmadan anası Cavabdeh ilə birlikdə 18 yaşına çatanadək daimi əsaslar istisna olmaqla, Azərbaycan Respublikasından getməsinə icazə verilmişdir, Cavabdeh üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə İddiaçı Eduardoviçə və icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsi həvalə edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4334/2021 saylı, 01 avqust 2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1369/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Eduardoviçə övladları xx.xx.2011-ci il təvəllüdlü X6 (Əndrü) və xx.xx.2014-cü iltəvəllüdlü X7 (Əndrü) ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək 8 saat müddətində; davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 11:00-dan saat 19:00-dək 8 saat müddətində Cavabdeh iştirakı olmadan sərbəst ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1298/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi “davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 11:00-dan saat 19:00-dək 8 (səkkiz) saat müddətində Cavabdeh iştirakı olmadan sərbəst ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, iddiaçının xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə yay tətilinin ikinci yarısında 20 gün, bir gündən artıq olan bayramın və məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci yarısı gecə qalmaqla sərbəst ünsiyyətdə olma vaxtı müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2686/2023 saylı, 18 iyul 2023-cü il tarixi Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2023-cü il tarixli 2(103)-1298/2023 saylı qətnaməsi “İddiaçı Eduardoviçin xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə yay tətilinin ikinci yarısında 20 gün, bir gündən artıq olan bayramın və məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci yarısı gecə qalmaqla sərbəst ünsiyyətdə olma vaxtının müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı Eduardoviçin xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə yay tətilinin ikinci yarısında 7 gün, bir gündən artıq olan bayramın və məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci günü gecə qalmaqla sərbəst ünsiyyətdə olma vaxtı müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Lakin, İddiaçı ilə uşaqların görüşlərinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq, 21 oktyabr 2023-cü ildən 04 noyabr 2023-cü ilə qədər olan müddət ərzində uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 cavabdeh tərəfindən hər hansı bir ciddi zərurət olmadan İngiltərənin London şəhərinə aparılmışdır. Bununla da ata 3 gündən artıq görüş vaxtından məhrum olmuş, eyni zamanda uşaqlar 10 tədris günlərini buraxmaq məcburiyyətində qalmışlar. İddiaçı şərh edilənləri və məhkəmə qərarlarında əks edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, tədris günlərində və ata ilə uşaqların məhkəmələr tərəfindən müəyyən edilmiş görüş vaxtlarında xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 cavabdeh tərəfindən ölkə xaricinə aparılması qanunsuz hesab edilərək, qadağan olunmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişini elektron kabinetə yerləşdirməklə və “AZEMİS” vasitəsilə ********** nömrəli mobil telefonuna SMS bildirişi göndərməklə məlumat verilmişdir, lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2468/2019 nömrəli qətnaməsi ilə İddiaçı Eduardoviç və Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-353/2021 nömrəli qətnaməsi ilə İddiaçı Eduardoviç Cavabdeh qarşı “aliment və uşağın ananın yanında saxlanması” tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X8 Andreyeviç atası İddiaçı Eduardoviçin yanında saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1136/2021 nömrəli qətnaməsi ilə 25 iyun 2011-ci il təvəllüdlü X4 və 17 iyul 2014-cü il təvəllüdlü X5 atası İddiaçı Eduardoviçin icazəsi və razılığı olmadan anası Cavabdeh ilə birlikdə 18 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına (getməsinə və gəlməsinə) icazə verilmişdir. xx.xx.2009-cu il təvəllüdlü X8 Andreyeviçə anası Cavabdeh icazəsi və razılığı olmadan atası İddiaçı Eduardoviç ilə birlikdə 18 yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına (getməsinə və gəlməsinə) icazə verilmişdir. xx.xx.2009-cu il təvəllüdlü X8 Andreyeviçin respublikadan kənara çıxması ilə bağlı adına ümumvətəndaş pasportunun verilməsi, dəyişdirilməsi və vizaların rəsmiləşdirilməsi üçün Cavabdeh razılığı tələb olunduğu halda, bu rəsmiləşdirmə onun razılığı olmadan aparılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-1369/2022 nömrəli qətnaməsi ilə İddiaçı Eduardoviçin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1136/2021 nömrəli qətnaməsi mübahisələndirilən - ilk iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmişdir. 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X2 atası İddiaçı Eduardoviçin razılığı olmadan anası Cavabdeh ilə birlikdə 18 yaşına çatanadək daimi əsaslar istisna olmaqla Azərbaycan Respublikasından getməsinə icazə verilmişdir. İlk iddia üzrə iddiaçı Cavabdeh üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə ilk iddia üzrə cavabdeh İddiaçı Eduardoviçə və icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsi həvalə edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 4334/2022 nömrəli qərarı ilə cavabdeh İddiaçı Eduardoviçin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1369/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-58/2022 saylı qətnaməsi ilə İddiaçı Eduardoviçin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı “uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Eduardoviçə övladları xx.xx.2011-ci il təvəllüdlü X6 (Əndrü) və xx.xx.2014-cü il təvəllüdlü X7 (Əndrü) ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək 8 (səkkiz) saat müddətində - davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saa 11:00-dan saat 19:00-dək 8 (səkkiz) saat müddətində Cavabdeh Fua qızının iştirakı olmadan sərbəst ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1298/2023 nömrəli qətnaməsi ilə İddiaçı Eduardoviçin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-58/2022 saylı qətnaməsi - “davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 11:00-dan saat 19:00-dək 8 (səkkiz) saat müddətində Cavabdeh iştirakı olmadan sərbəst ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi” hissəsində dəyişdirilmişdir. İddiaçı Eduardoviçin xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə yay tətilinin ikinci yarısında 20 gün, bir gündən artıq olan bayramın və məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci yarısı gecə qalmaqla sərbəst ünsiyyətdə olma vaxtı müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış və Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 2686/2023 nömrəli qərarı ilə ilə İddiaçı Eduardoviçin kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1298/2023 nömrəli qətnaməsi - “İddiaçı Eduardoviçin xx.xx.2011-ci təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə yay tətilinin ikinci yarısında 20 gün, bir gündən artıq olan bayramın ve məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci yarısı gecə qalmaqla sərbəst ünsiyyətdə olma vaxtının müəyyən edilməsi” hissəsində dəyişdirilmişdir. İddiaçı Eduardoviçin xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə yay tətilinin ikinci yarısında 7 gün, bir gündən artıq olan bayramın və məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci günü gecə qalmaqla sərbəst ünsiyyətdə olma vaxtı müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Ailə Məcəlləsinin 60.1, 60.2-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Avropa İnsan Hüquqları Məhkəməsi oxşar hüquqi mövqeyini “Johansen Norveçə qarşı” işi üzrə xx.xx.1996-cı il tarixli qərarında (§78) da ortaya qoymuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin 1, 2, 3-cü bəndlərinə əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Göründüyü kimi, 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X2 atası İddiaçı Eduardoviçin razılığı olmadan anası Cavabdeh ilə birlikdə 18 yaşına çatanadək daimi əsaslar istisna olmaqla Azərbaycan Respublikasından getməsinə icazə verilməsinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-1369/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və həmin qətnaməyə əsasən uşaqlar anaları ilə birlikdə ölkədən getmiş və qayıtmışlar. Cavabdeh səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə İddiaçı Eduardoviçə və icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermişdir. Tədris günlərində və İddiaçı Eduardoviç ilə uşaqların məhkəmələr tərəfindən müəyyən edilmiş görüş vaxtlarında (hər həftənin şənbə günü, yay tətilinin ikinci yarısında 7 gün, bir gündən artıq olan bayramın və məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci günü) xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh tərəfindən ölkə xaricinə aparılması qanunsuz hesab edilə bilməz. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, uşaqların yüksək maraqlarını valideynlərin maraqlarından üstün turaraq belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Eduardoviçin Cavabdeh qarşı “tədris günlərində və İddiaçı Eduardoviç ilə uşaqların məhkəmələr tərəfindən müəyyən edilmiş görüş vaxtlarında (hər həftənin şənbə günü, yay tətilinin ikinci yarısında 7 gün, bir gündən artıq olan bayramın və məktəblilər üçün qış aylarında nəzərdə tutulmuş tətilin ikinci günü) xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 Cavabdeh tərəfindən ölkə xaricinə aparılmasının qanunsuz hesab edilərək, qadağan olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar