Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-86/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh c tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, alimentin tutulması və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 04 avqust 2018-ci il tarixdə Sumqayıt "ASAN Xidmət" mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2049 nömrə ilə qeydə alınmış nikahın barışıq müddəti verilmədən pozulması; nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması; xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkilnlik yaşına çatana qədər əvvəlki təminat səviyyəsinin saxlanması üçün hər ay 2000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi; Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, Ə.Ağaoğlu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən "Whitestone Residence" yaşayış kompleksinin "C" blokunun 8-ci mərtəbəsində, ümumi sahəsi 168 kv.mdən ibarət olan 45 saylı mənzilin, "Mercedes Benz G500" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh pay hüququnun tanınması; Cavabdeh “AccessBank" QSC, "xxxx" ASC və "xxxx" ASC-də açılmış bank hesablarında olmuş və məxaric edilmiş pul vəsaitlərinin 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh pay hüququnun tanınması və həmin pul vəsaitinin 2/3 hissəsinin cavabdeh X2 alınaraq ona verilməsi; vəkilə ödədiyi 500 (beş yüz) manat hüquqi xidmət haqqı, Mediasiya Xidmətinə ödədiyi 50 manat və məhkəmə üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə onun arasında 04 avqust 2018-ci il tarixdə Sumqayıt "ASAN Xidmət" mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2049 nömrə ilə qeydə alınmış nikahın barışıq müddəti verilmədən pozulması; nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması; xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkilnlik yaşına çatana qədər əvvəlki təminat səviyyəsinin saxlanması üçün hər ay 2000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi; Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, Ə.Ağaoğlu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən "Whitestone Residence" yaşayış kompleksinin "C" blokunun 8-ci mərtəbəsində, ümumi sahəsi 168 kv.m-dən ibarət olan 45 saylı mənzilin, "Mercedes Benz G500" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh pay və mülkiyyət hüququnun tanınması; Cavabdeh “Access Bank" QSC, "xxxx" ASC və "xxxx" ASC-də açılmış bank hesablarında olmuş və məxaric edilmiş pul vəsaitlərinin 2/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh pay hüququnun tanınması və həmin pul vəsaitinin 2/3 hissəsinin Cavabdeh alınaraq ona verilməsi; vəkilə ödədiyi 500 (beş yüz) manat hüquqi xidmət haqqı, Mediasiya Xidmətinə ödədiyi 50 manat və məhkəmə üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(004)- 3564/2022 nömrəli qərardadına əsasən, 2(004)-3564/2022 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiası ayrıcı icraata ayrılması və mülki işin materiallarında olan sənədlərin surətləri çıxarılaraq yeni işə əlavə edilməsi, 2(004)- 3564/2022 nömrəli mülki işdən ayrılan - İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə yeni nömrə verilməsi və ayrılan işə ayrıca icraatda baxılması qərara alınmışdır. İddiaçı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları Sumqayıt “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 2049 nömrə ilə qeydə alınmışdır. Rəsmi nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk dövürlər münasibətləri normal olsa da, lakin sonradan xasiyyətləri uyğun olmaması səbəbindən aralarında tez-tez mübahisələr yaşanır. Onların ər-arvad münasibətləri tamamilə pozulmuşdur və yenidən ailə kimi birlikdə yaşamaqları artıq mümkün deyildir. O, cavabdehin hərəkətləri səbəbindən azyaşlı övladları ilə birlikdə Bakı şəhərində başqa mənzildə kirayə yaşamaq məcburiyyətində qalmışdır. Aralarında olan nikaha xitam verilməsi, birgə nikahdan dünyaya gəlmiş azyaşlı övladlarının onun himayəsində qalması, alimentin tutulması məsələlərin məhkəmədən kənar həll olunması üçün qarşı tərəfə mediasiyaprosesinin tətbiqi barədə təkliflə rəsmi müraciət etsə də, lakin cavabdeh bundan qəsdən yayınmışdır. Birgə nikahdan dünyaya gələn övladlarının xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 əvvəlki həyat şəraitinin və təminatının saxlanması üçün hər ay minimal olaraq 2000 (iki min) manat məbləğində vəsait lazımdır. Belə ki, cavabdehin özünə də məlum olduğu kimi hər ikisinin işi ilə bağlı hər iki övladlarına dayələr tərəfindən ödənişli əsaslarla qulluq göstərilir. Həmin dayələrdən birinə aylıq olaraq 750 manat, digərinə isə 600 manat zəhmət haqqı ödənilir. Bundan başqa xx.xx.2022-ci il təvəllüdlü X1 istifadə etdiyi uşaq yeməyinin alınmasına və hər iki uşağa istifadə olunan uşaq bezlərinin alınmasına ümumilikdə hər ay 400 manat pul sərf olunur. Uşaqların digər ehtiyaclarına isə hər ay təxminən əlavə olaraq 300 manat vəsait sərf olunur. Bu səbəbdən əsaslı olaraq cavabdehdən birgə nikahları dövründə dünyaya gəlmiş övladlarının saxlanması üçün hər ay 2000 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh birgə yaşadıqları zamandan hazırkı vaxtadək professional şəkildə videoqraf fəaliyyəti ilə məşğul olur. O, filmlərin, kliplərin, müxtəlif tədbirlərin və özəl günlərin video çəklişini yüksək qonarar qarşılığında özünün professional çəkiliş komandası ilə həyata keçirir. Həmin fəaliyyəti ilə bağlı olaraq cavabdehin aylıq gəliri təxminən 25.000-30.000 manat təşkil etmişdir. Cavabdehin videoqraf fəaliyyəti ilə məşğul olması onun “instagram” sosial şəbəkəsində yaratdığı “fuadismayilov” səhifəsində olan foto və video şəkillərlə və həmçinin “youtube” video platformasında olan videoları ilə tam sübuta yetir. Bundan başqa, cavabdeh “instagram” sosial şəbəkəsində yaratdığı “Fresh Face.az” səhifəsi vasitəsilə, müalicəvi və kosmetik qel məhsulunun bir ədədinin qiyməti 25 manat olmaqla onlayn satışını həyata keçirir. Həmin fəaliyyətindən cavabdeh hər ay təxminən 15.000 manat məbləğində gəlir əldə edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh ilə aralarında barışıq əldə edilməmişdir. Boşanmaq qərarı qətidir. Həmçinin, cavabdeh uşaqları ilə istədiyi vaxt görüşür və onların lazımı ehtiyaclarının ödənilməsinə kömək göstərir. Ona dörə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, nikahın pozulmasına və birgə nikahdan doğulan uşaqların analarının yanında qalmasına razıdır. Lakin, hər uşaq üçün 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində alimentin ödənilməsinə razı deyildir. Belə ki, həmin məbləğ həddən artıq çoxdur və onun rəsmi iş yeri yoxdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən qəbul edərək, iddianın nikahın pozulması və uşaqların ananın yanında qalması hissəsində təmin edilməsinə etiraz etmədiyini, lakin tələb edilən alimentin məbləği çox olduğu üçün iddianı həmin hissədə qəbul etmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 286014 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2049 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 208102 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 18 iyul 2019-cu il tarixdə 357 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 208103 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 18 oktyabr 2021-ci il tarixdə 845 nömrə ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün mülki iş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə xx.xx.2022-ci il tarixli 2299/d tarixli rəyini məhkəməyə göndərmişdir. Həmin rəydən görünür ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası gələcəkdə əqdim edilən iş materialları, uşaqların mənafeyi, eləcə də qüvvədə olan qanunvericiliyi nəzərə alaraq xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur; Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Digər tərəfdən, məhkəmə tərəflərə barışmaları üçün 3 ay vaxt vermiş, lakin onlar təyin edilmiş müddət ərzində barışmamışlar. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailəsinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflər barışmaları üçün təyin edilmiş müddət ərzində də barışmadıqlarından və hazırda iddiaçı tərəf nikahın pozulmasını təkid etdiyindən, həmçinin cavabdeh nikahın pozulmasına etiraz etmədiyindən tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları iddiaçının yanında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.1-ci maddəsinə əsasən-nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətin bölünməsini müəyyən edən saziş təqdim edə bilər; 22.2-maddəsinə əsasən Məcəllənin 22.1 maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə: 22.2.1 maddəsinə əsasən-boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2 uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Göstərilən qanunvericilik normasına əsasən, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların azyaşlı olması, hal-hazırda ana qayğısına daha çox ehtiyacının olması və digər mənafeləri, qəyyumluq və himayəçilik orqanın rəyi, həmçinin cavabdeh tərəfin buna etiraz etməməsi nəzərə alınaraq, uşaqlar iddiaçının (analarının) yanında saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın ləğvi və aliment tələbi haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında saxlandığından məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı ilə birgə nikahından olan uşaqların saxlanılmaları üçün tutulan sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşaq üçün 220 manat müəyyən edilməlidir. İddia qalan hissədə isə rədd edilməlidir. Belə ki, cavabdehin daimi iş yeri və əmək haqqısı yoxdur. İddiaçı isə cavabdehin aylıq gəlirinin iddia ərizəsində göstərilən məbləğdə olmaqla, cavabdehin tələb edilən aliment məbləğini ödəməyə maddi imkanın olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşağın maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə həmçinin hesab edir ki, aliment İddiaçı məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən etibarən tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 04 avqust 2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2049 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmalı, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 13 iyun 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidi. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 04 avqust 2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2049 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 13 iyun 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə «alimentin tutulması» hissəsində dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-86/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-86/2023
10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver