Məhkəmə qərarları › İş №e-2(004)-879/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-879/2024

19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-879/2024 19.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinyət əşyalarının və ya onların dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinyət əşyalarının və ya onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1 ədəd İtaliya istehsalı 750 əyarlı 5 qramlıq brilyant qaşlı qızıl nişan üzüyü 800 manat; 1 dəst İtaliya istehsalı 750 əyarlı 17 qramlıq qızıl komplekti (sep, qolbaq, sırğa, üzük) 1800 manat; 1 ədəd Rusiya istehsalı 999 əyarlı 4,5 qramlıq 5 lik imperial 550 manat; 1 ədəd Rusiya istehlası 5 qramlıq 585 əyarlı zəncir bilərzik 400 manat; 1 ədəd Rusiya istehsalı 3,5 qramlıq 583 əyarlı Damla klon 300 manat; 1 ədəd Rusiya istehsalı 4 qramlıq 585 əyarlı sep 360 manat olmaqla, cəmi dəyəri 4.210 manat olan qızıl-zinət əşyalarının, qızıl-zinət əşyaları olmadıqda dəyərinin, ödənilmiş 50 manat mediasiya və 12 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında xx.xx.2024-cü il tarixli barışıq sazişini təqdim edərək bildirdi ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilə Cavabdeh2 xx.xx.2024-cü il tarixdə aralarında barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən Cavabdeh2 sazişi imzalamaqla tələb olunan 6 ədəd adda qızılın dəyəri olaraq 3500 manat pulu İddiaçı ödəməyi qəbul edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qızılların dəyərinin 3.500 manat olmasına razıdır. Cavabdeh1 münasibətdə iddia tələbinin olmadığını nəzərə almağı xahiş edir. Bu sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflərin arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli barışıq sazişini müdafiə edərək bildirdi ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilə onun arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən o, iddiaçının tələb etdiyi 6 adda qızılın dəyərinə görə 3500 manat pulu İddiaçı ödəməyi öhdəsinə götürür. Razılaşdıqları 3500 manat pulu bir həftə ərzində İddiaçı ödəməyi öhdəsinə götürür. Sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflərin arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, Cavabdeh2 izahatlarını dinləyib, tərəflərin imzaladığı barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarından və təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən Cavabdeh2 sazişi imzalamaqla tələb olunan 6 ədəd adda qızılın dəyəri olaraq 3500 manat pulu İddiaçı ödəməyi qəbul edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qızılların dəyərinin 3.500 manat olmasına razıdır. Cavabdeh1 münasibətdə iddia tələbinin olmadığını nəzərə almağı xahiş edir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 191.1, 191.2, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinyət əşyalarının və ya onların dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin və e-2(004)- 879/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən 1 ədəd İtaliya istehsalı 750 əyarlı 5 qramlıq brilyant qaşlı qızıl nişan üzüyü; 1 dəst İtaliya istehsalı 750 əyarlı 17 qramlıq qızıl komplekti (sep, qolbaq, sırğa, üzük); 1 ədəd Rusiya istehsalı 999 əyarlı 4,5 qramlıq 5 lik imperial; 1 ədəd Rusiya istehlası 5 qramlıq 585 əyarlı zəncir bilərzik; 1 ədəd Rusiya istehsalı 3,5 qramlıq 583 əyarlı Damla klon; 1 ədəd Rusiya istehsalı 4 qramlıq 585 əyarlı sepin ümumi dəyərinə görə 3.500 (üç min beş yüz) manat pul vəsaitini İddiaçı ödənilməsi Cavabdeh2 öhdəsinə qoyulsun. Həmin məbləğin qəbul edilməsi İddiaçı öhdəsinə qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar