Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-933/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 faktiki çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan əlavə xərclərə görə hər ay 1000 (bir min) manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 övladları dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1756/2021 saylı qətnaməsinə əsasən X11 ilə Cavabdeh arasında 23 noyabr 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanan və 178 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Qeyd edir ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X7 münasibətdə valideyinlik vəzifələrini yerinə yetirmir, eləcə də valideynlik hüquqlarından sui-istifadə edir, nikah pozulduqdan sonra cavabdeh uşaqlarla maraqlanmamış və onların təlim-tərbiyəsi ilə məşğul olmamışdır. Cavabdeh uşaqlarına atalıq etməmişdir, onların saxlanılmasında, tərbiyəsində, sağlamlığında, psixi, fiziki və mənəvi inkişafında bugünədək iştirak etməmişdir və onun valideyn olması yalnız doğum haqqında şəhadətnamədə ata qrafasında adının olmasından ibarətdir. Bundan əlavə, bildirir ki, hamiləlik dövründən bugünədək uşaqların bütün təminatı iddiaçı tərəfindən qarşılanmışdır və hal-hazırda da bütün xərclər, o cümlədən müalicə, müayinə, geyim, qida, istirahət və s. zəruri xərclər də iddiaçı tərəfindən ödənilir. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə əsasən uşaqların maddi cəhətdən təmin olunması, onların gündəlik təlabatınının ödənilməsi, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişmələri üçün cavabdehdə məsuliyyət daşıyır, həmçinin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək cavabdehin də valideynlik borcudur. Bu səbəbdən də hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 500 manat, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 500 manat sabit pul məbləğində aliment cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Həmçinin xx.xx.2021-ci il tarixdən bugünədək iddiaçı tərəfindən xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 faktiki çəkilmiş əlavə xərclərə də cavabdeh cəlb olunmalıdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 etirazla məhkəməyə müraciət edərək iddiaçının iddia tələbləri üzrə hər uşağa görə alimentin məbləği 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin hesablanmasının iddia ərizəsinin məhkəməyə verilməsi vaxtından başlanması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və əlavə xərclərin tutulması tələbinə dair iddiasına baxılmaqdadır. İddiaçı iddia ərizəsində aşağıdakı tələbləri irəli sürmüşdür: xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması; xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması; xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X10ma faktiki çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan əlavə xərclərə görə hər ay 1000 (bir min) manat sabit pul məbləğinin Cavabdeh tutulması. Aliment məbləği ilə bağlı onu qeyd etmək lazımdır ki, cavabdehin sabit iş yeri yoxdur, maddi vəziyyəti 500+500 manat şəklində alimet ödənilməsinə imkan verəcək səviyyədə deyildir. İddiaçı cavabdehin maddi imkanı ilə bağlı hər hansı sübut, o cümlədən hər hansı gəlirinin və digər qazanc mənbəyinin olması barədə sənəd təqdim etməmişdir. Hesab edir ki, iddia tələbi hər uşaq üçün 235 manat olaraq təyin edilməlidir. Eyni zamanda iddiaçı hər iki uşağa görə əvvəlki dövrlər üçün aliment ödənilməsini də tələb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdaiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 etirazla eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanununu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflər arasında nikah bağlanmış və tərəflərin birgə nikahından iki övladları - xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Tərəflər arasındakı nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Ege universiteti Tibb fakültəsi Pediatriya Kafedrasının məktubundan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 uşaqlıqdaxili inkişaf geriliyi və prenatal travmatik hipoksiyadan irəli gələn motor-mental inkişaf geriliyi aşkar edilmişdir. Hazırda isə İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 500 (beş yüz) manat olmaqla, ümumilikdə 1000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması və xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021ci il təvəllüdlü X6 faktiki çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan əlavə xərclərə görə hər ay 1000 (bir min) manat sabit pul məbləğinin Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin hər ay hər uşaq üçün 500 manat sabit pul məbləğində alimentin tutulması hissəsində hesab edir ki, Cavabdeh sabit iş yeri yoxdur, həmçinin cavabdehin ümumilikdə 1000 manat sabit pul məbləğində aliment ödəyəcək maddi imkanının olması barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün 235 manat məbləğində alimentin tutulmasına etiraz etmədiyindən iddia tələbi bu hissədə qismən təmin edilməli və aliment iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Bundan əlavə iddia tələbinin əlavə xərclərin tutulması hissəsində məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il təvəllüdlü X3 xəstəliyinin yalnız Türkiyə Respublikasında müalicəsinin olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Habelə, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilməli, alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetimiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-933/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-933/2024
23.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver