Məhkəmə qərarları › İş №e-2(004)-957/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-957/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-957/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X21 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “aliment azaldılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu Cavabdeh qarşı “aliment azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının iddia tələbi üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, 05 dekabr 2016cı il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin azaldılaraq, tərəflərin birgə nikahlarından olan X2 üçün İddiaçı oğlundan tutulan aliment məbləğinin hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 1 (bir) misli miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı oğlu cavabdeh Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızı ilə 11 noyabr 2011-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahından 27 mart 2014-cü il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və birgə nikahlarından olan Ömər adlı uşağın anası, Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin həmin qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan X2 üçün İddiaçı oğlundan hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 (beş) misli miqdarında Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının xeyrinə aliment tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırda cavabdehə bir uşağa görə hər ay 975 manat aliment ödəyir. Növbəti, 2023-cü il üzrə uşaqlar üzrə yaşayış minimumu artırılaraq, 220 manat məbləğdə müəyyən edilmişdir. Bu isə o deməkdir ki, növbəti ilin yanvar ayından iddiaçının ödəməli olduğu alimentin məbləği 1100 manat olacaq. Lakin iddiaçının həmin məbləği ödəmək imkanı yoxdur. İndiyədək aliment öhdəliklərini icra etmək üçün dəfələrlə kənar şəxslərdən borc almağa məcbur olub, lakin yenə də aliment məbləğini tam ödəyə bilməmişdir. Bu səbəbdən də iddiaçının xeyli miqdarda aliment borcu yığılıb qalmışdır. Bundan başqa, İddiaçı oğlu 16 sentyabr 2017-ci ildə X18 ilə rəsmi nikah bağlayaraq yeni ailə qurmuş, ehtiyacları daha da artmışdır. Həmçinin iddiaçının səhhətində də ciddi ptoblemlər var və mütəmadi olaraq müalicə alır. Səhhəti ilə əlaqədar iddiaçının çalışmaq imkanı da yoxdur. Buna görə də həftədə yalnız bir gün işə getməklə, “X20”ndə çalışır və həmin Mərkəzdən cəmi 150 manat məbləğdə əmək haqqı alır. Həyat yoldaşı isə işləmir və ailənin başqa qazanc yeri yoxdur. Buna görə də ailəni dolandırmaqda olduqca çətinlik çəkir. Ailənin maddi təminatını yaxın qohumlarının cüzi maddi köməyi hesabına, çox çətinliklə ödəyir. İddiaçı, valideyn olaraq övladına maddi yardım göstərməyə borclu olduğunu anlayır. Lakin maddi imkanı olmadığı üçün növbəti ilin yanvar ayından hər ay üçün 1100 manat məbləğdə müəyyən edilmiş aliment məbləğini ümumiyyətlə ödəmək imkanı olmayacaq. Buna görə də iddiaçıdan tutulan aliment məbləğinin azaldılmasına ehtiyac vardır. Bundan başqa, cavabdeh Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının iş yeri vardır. O, “Bakı medical plaza” tibb şəbəkəsinə aid olan “İnternational İVF” Mərkəzində süni mayalanma üzrə baş koordinator vəzifəsində çalışır və 1000 manatdan artıq məbləğdə əmək haqqı alır. Tərəflərin birgə nikahından olan uşağın maddi təminatının ödənilməsində valideyn olaraq o da iştirak etməyə borcludur və uşağın maddi ehtiyaclarının bir qismi də onun tərəfindən ödənilməlidir. Daha sonra Cavabdeh İddiaçı oğlunun Cavabdeh qarşı “aliment azaldılması” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, X7 ona qarşı alimentin azaldılması tələbinə dair ərizəsi və həmin ərizədə göstərdiyi hallar tamamilə əsassız və ədalətsizdir. Belə ki, X10 ərizəsində 150 manat əmək haqqı almasını qeyd etmişdir ki, bu isə onun mövcud gəlirlərini fantastik dərəcədə pərdələmək niyyətini göstərir. Məlum məsələdir ki, özəl sektorda işçiyə təyin edilən əmək haqqı məbləği, işəgötürən və işçi arasında əvvəlcədən niyyətli şəkildə qarşılıqlı razılıq əsasında təyin edilə bilər. Halbuki, hazırki vaxtda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il üçün minimum əmək haqqı miqdarı 345 manat təşkil edir. X10 onunla ailəli olduğu müddətdə onun mövcud gəlirləri barədə onda kifayət qədər məlumatlar var. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hazırki vaxta qədər tibbi(stomotoloji) avadanlıqların satışını (ölkəyə gətirilməsini) həyata keçirir və onun bu satışdan əldə etdiyi gəlirlər hesabına yaranmış ticarət dövriyyəsi hazırki qətnamə üzrə təyin edilən məbləği ödəməyə yetərincə imkan verir. Fərqli müvafiq qiymətlərə malik tibbi avadanlıqların X10 tərəfindən ölkəyə gətirilməsinə dair verilmiş gömrük bəyənnamələrinə(rəsmiləşdirmələrinə) uyğun onun sahibkarlıq dövriyyəsini müəyyən etmək elə də çətin deyildir. Bütün bunlar isə onun mövcud hazırki imkanlarına uyğun övladlarının alimentini və onun müalicəsi ilə bağlı xərcləri hər vasitə ilə ödəməkdən yayındığına dəlalət edir. Həmçinin iddiaçının özü də bilir ki, övladları Tatlımuhallebici Ömərin iki yaşı tamam oduğu müddətdə onun sinirmənşəli xəstəliyinin olduğu məlum olmuş və həmin xəstəlik daimi həkim nəzarəti tələbi edir ki, bu isə azyaşlının müalicəsi ilə bağlı müvafiq xərclərin hesabına təmin edilməldir. Övladlarının xəstəliyinin birdəfəlik müalicəsi yalnız Türkiyə Respublikasında mümkündür ki, bu isə hazırda onun maddi imkanının xaricindədir. Məhz bu səbəbdən övladının daimi müalicəsini həyata keçirə bilmir. Həmçinin qarşı tərəf onun işlədiyini və əsassız olaraq saxta məlumat təqdim etməklə 1000 manat əmək haqqı aldığını bildirmişdir. O, hazırda klinikada işləyir və əmək haqqı 550 manat civarındadır. Qətnaməyə əsasən azyaşlı Ömər onun himayəsində saxlanılmışdır. Lakin onun əmək haqqının miqdarından asılı olmayaraq keçmiş həyat yoldaşı övladının haqqını ödəməlidir və ya onun işləməyi aliment miqdarının azaldılmasına səbəb ola bilməz. Bu onun valideynlik borcu olduğu kimi qarşı tərəfin də borcudur(vəzifəsidir). İddiaçı ərizəsində aliment ödəməkdən yayınmağa dair gətirdiyi səbəblərdən biri kimi hazırda evli olmasını qeyd etmişdir, təbii ki onun gətirdiyi bu əsassız səbəb görə mövcud qanunvericilik onu alimentin ödənilməməsi öhdəliyindən azad etmir. Həmçinin vətəndaş Turgut Muhallebecinin daima ölkə xarici və ölkə daxili istirahətdə, əyləncələrdə, səfəflərdə olması açıq-aşkar göstərir ki o, kifayət qədər maddi imkana malikdir, sadəcə olaraq ata kimi övladına yetərli alimenti ödəməməkdə və gəlirlərini gizlətməkdə israrlıdır. Yekun olaraq bütün bu göstərilənlərə bağlı vətəndaş X7 ona qarşı alimentin azaldılması tələbinə dair ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 2011-ci il ildə nikaha daxil olublar. 2014-cü ildə Ömər adlı övladları dünyaya gəlib. 2016-cı ildə isə tərəflərin nikahı rayon məhkəməsində pozulub. Məhkəmənin qətnaməsinə əsasən uşağın ananın yanında saxlanılması və uşağın saxlanılması üçün atadan alimentin tutulması qət edilmişdir. Alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 misli miqdarında müəyyən edilmişdir. Keçən il üçün yaşayış minimumunun 5 misli 975 manata bərabər idi. Bu il yaşayış minimumu artaraq 220 manat olmuşdur. Bu hesabla iddiaçı 1100 manat aliment ödəməlidir. İddiaçının bu məbləği ödəməyə imkanı yoxdur. Keçən il də iddiaçı 975 manatı ödəyə bilmirdi, buna görə də onun borcları var və bu barədə inzibati xəta ilə bağlı məsələ qaldırılıb. İddiaçı xəstədir və xəstəliyi ilə əlaqədar işləmir. Müvəqqəti iş yeri var və orada da 150 manat əmək haqqı alır. Bununla bağlı sənədləri təqdim edilmişdir. İddiaçı həmçinin yeni ailə həyatı qurub. Nikah haqqında şəhadətnamə də məhkəməyə təqdim edilib. Ailə ehtiyacları artıb. Ona görə də 1100 manatı ödəmək imkanı yoxdur. Həmçinin övladı saxlamaq vəzifəsi hər iki valideynin borcudur. Cavabdeh tərəf də işləyir. Həkimdir. Övladının iştirakında hər iki tərəf bərabər şəkildə iştirak etməlidir. Alimentin miqdarının azaldaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 220 manat həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Onlar hazırda vəziyyətin dəyişməsi ilə bağlı iddia verirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, onlar 2011-ci ildə ailə həyatı qurmuşlar. Bir oğulları var. 2016-cı ildə nikahları pozulub. Nikahlarının pozulmasına səbəb xəyanət olub. Lakin anlaşılmazlıq olduğu üçün ayrılmışlar. Oğlunun problemi var, autizm xəstəsidir. İddiaçı tez-tez xarici ölkələrə səyahət edir. 150 manat maaşla Dubaya getmək mümkün deyil. O, uşağını bir çox mərkəzlərə aparmışdır. Artıq daha çox xərc olur. O, fərdi şəkildə uşaqla məşğul olacaq şəxs tutmuşdur. Buna görə 600 manat ödəyir. O, qeydiyyatçı işləyir. Keçən il “X23”ya koordinator vəzifəsinə keçmişdir. 550 manat maaşla işə başlamışdır. “Dioqnostika Mərkəzi”ndə 350 manat maaş alırdı və bütün ayın 12 gecəsini gecə növbəsinə çıxmışdır. 600 manat uşağın sadəcə bir psixoloqunun puludur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İddiaçı tibbi ləvazimatların alveri ilə məşğuldur. Onun bir avadanlığının məbləği 10000 dollardır. Yəni iddiaçı 150 manatla dolanmır. İddiaçı uzun müddət alimentdən yayınmışdır. Son günlərdə müəyyən tədbirlər nəticəsində alimentin müəyyən hissəsini ödətdirə bilmişlər. 13800 manat aliment yığılması nəticəsində onun ölkədən çıxışına məhdudiyyət də qoyulmuşdur. İddiaçının qazancı da var, gəliri də var. Hər il yeni ailəsi ilə gəzintiyə gedir. İddiaçının yeni ailəsindən uşağı yoxdur. İddiaçı alimenti ödəməkdən qəsdən yayınır, onun kifayət qədər gəliri var. Hesab edirlər ki, iddia əsassız olduğu üçün təmin olunmamalıdır. Təqdim etdikləri sənədlərin üzərində şirkətin adları var. Təqdim etdikləri sənədlər iddiaçının tibbi avadanlıqların alqı-satqısı ilə məşğul olduğunu sübut edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı “Uzmanlar” Tibb Mərkəzindən elektrokardioqrammasına əsasən müəyyən olunur ki, İddiaçı ürəyin arxa divarda çapıq mümkündür. İş materiallarında olan “Biomedicall” Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci ildən hal-hazırki vaxta qədər “Biomedicall” Tibb Mərkəzində həftədə bir dəfə gəlməklə, aylıq 150 manat maaş alaraq çalışır. İş materiallarında olan 10 nömrəli Uşaq Poliklinikası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 39 nömrəli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü X3 Asperger sindromu ilə 10 nömrəli Uşaq Poliklinikasında dispanser qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-9212/2016 saylı qətnaməsi ilə İddiaçı oğlu və X9 arasında 11 noyabr 2011-ci il tarixdə Bakı Nikah Evində bağlanılmış və 2350 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 27 mart 2014-cü il tarixdə doğulmuş X6 anaları X5 yanında qalmalarının müəyyən edilməsi, İddiaçı oğlu tərəfindən qarşılıqlı iddianın etiraf edilməsinin təsdiq olunması, 27 mart 2014-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı oğlundan hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 misli miqdarında X5 xeyrinə alimentin tutulması, alimentin tutulmasının 29 sentyabr 2016-cı il tarixdən X11 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, 27 mart 2014-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı oğlundan X5 xeyrinə 29 sentyabr 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək tutulan alimentin məbləği hər ay üçün 585 manat məbləğində müəyyən edilməsi, 01 yanvar 2017-ci il tarixdən başlayaraq X1 üçün İddiaçı oğlundan X5 xeyrinə tutulan alimentin hər il Azərbaycan manatı ilə ifadə olunan dəqiq miqdarının həmin il qüvvədə olan “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna əsasən hesablanaraq X4 tutulması və X8 ödənilməsinin məhkəmə qərarını icra edən orqana həvalə edilməsi qət olunmuşdur. İş materiallarında olan AZ-İİ 202814 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Tatlımuhallebici X12 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmışdır. Nikahın bağlanılması akt qeydləri kitabında 1258 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektron sistemdən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh “X17-Bakı” Qapalı Səhmdar Cəmiyyətində qeydiyyatçı vəzifəsində işləyir, əmək haqqı 700 manatdır. İş materiallarında olan Əmək müqaviləsi bildirişinə əsasən əsasən müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən işə başlamaqla texniki servis mütəxəssisi vəzifəsində işləyir, əmək haqqı 150 manatdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-9212/2016 saylı qətnaməsi ilə İddiaçı oğlu və X9 arasında 11 noyabr 2011-ci il tarixdə Bakı Nikah Evində bağlanılmış və 2350 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 27 mart 2014-cü il tarixdə doğulmuş X6 anaları X5 yanında qalmalarının müəyyən edilməsi, İddiaçı oğlu tərəfindən qarşılıqlı iddianın etiraf edilməsinin təsdiq olunması, 27 mart 2014-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı oğlundan hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 misli miqdarında X5 xeyrinə alimentin tutulması, alimentin tutulmasının 29 sentyabr 2016-cı il tarixdən X11 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, 27 mart 2014-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı oğlundan X5 xeyrinə 29 sentyabr 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək tutulan alimentin məbləği hər ay üçün 585 manat məbləğində müəyyən edilməsi, 01 yanvar 2017-ci il tarixdən başlayaraq X1 üçün İddiaçı oğlundan X5 xeyrinə tutulan alimentin hər il Azərbaycan manatı ilə ifadə olunan dəqiq miqdarının həmin il qüvvədə olan “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna əsasən hesablanaraq X4 tutulması qət edilmişdir. Hazırda İddiaçı oğlu Cavabdeh qarşı “aliment azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının iddia tələbi üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin azaldılaraq, tərəflərin birgə nikahlarından olan X2 üçün İddiaçı oğlundan tutulan aliment məbləğinin hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 1 (bir) misli miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmçinin Ailə Məcəlləsinin 76-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının yeni ailə həyatı qurub ailə ehtiyaclarının artdığını, səhhətində olan problemlərini və iddiaçının gəlirlərini nəzərə alaraq hesab edir ki, iddiaçının yenidən aliment məbləğinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarında olan “Biomedicall” Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci ildən hal-hazırki vaxta qədər “Biomedicall” Tibb Mərkəzində həftədə bir dəfə gəlməklə, aylıq 150 manat maaş alaraq çalışır. Həmçinin müəyyən olunur ki, iddiaçı yeni ailə qurmuş, Tatlımuhallebici X12 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmışdır. Əvvəlki məhkəmə qətnaməsi ilə alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 misli miqdarında müəyyən edilmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumu artaraq 220 manat olmuşdur. Bu hesabla iddiaçı 1100 manat aliment ödəməlidir. İddiaçının alimentin ödənilməsi ilə borcları yaranmış və hazırda 1100 manatı ödəmək imkanı yoxdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh “X17- Bakı” Qapalı Səhmdar Cəmiyyətində qeydiyyatçı vəzifəsində işləyir, əmək haqqı 700 manatdır. Uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də cavabdehin vəzifəsi olması, cavabdehin isə işləməsini, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində iddiaçının maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan əlavə cavabdehin nümayəndəsi iddia tələbinə etirazında iddiaçının tibbi ləvazimatların ticarəti ilə məşğul olduğunu və kifayət qədər gəlirə malik olmasını bildirsə də mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilən sübutlar həmin nəticəyə gəlməyə əsas vermir. Həmçinin Cavabdeh etirazında yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X6 xəstəliyi ilə bağlı müalicəsi üçün zəruri xərclərə ehtiyacın olması dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, hazırki iddia tələbi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-9212/2016 saylı qətnaməsi ilə X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan məhz aliment məbləğinin azaldılması ilə bağlıdır. Yuxarıda qeyd edilən məhkəmə qətnaməsindən görünür ki, ilkin olaraq Tatlımuhallebici (hazırda Əsgərova) Nərgiz Eldar qızı qarşılıqlı iddia ərizəsində uşağın müalicə xərclərinə görə əlavə olaraq 500 manat pul vəsaitinin tutulmasını xahiş etsə belə sonradan qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək tələbində yalnız Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 misli miqdarında alimentin tutulmasını xahiş etmişdir. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də iddiaçının sağlamlığını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2014cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı oğlundan Cavabdeh oğlunun xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, İddiaçı oğlundan xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 1 (bir) misli miqdarında, yəni 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı oğlundan Cavabdeh oğlunun xeyrinə tutulan alimentin miqdarı azaldılsın. İddiaçı oğlundan xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 1 (bir) misli miqdarında, yəni 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq Cavabdeh ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar