Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-967/2022 23.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Temuraz oğluna qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Temuraz oğluna qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alımentın və uşağın xəstəliyi ilə bağlı əlavə 200 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 13 01.2004-cü ı! tarixdə rəsmi nikaha daxil olmuşlar Birgə nikahdan 13.10.2004-cü il təvəllüdlü X4 və və 13.10.2004-cü il təvəllüdlü X3 anadan olmuşdur. Nikahları Yasamal Rayon Məhkəmsinin 2(004)-3453/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, 13.10.2004-cü il təvəllüdlü X1 atası Cavabdeh yanında və 13.10.2004-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları qət edilmişdir. Qətnamə çıxarkən öz aralarında razılaşmışlar ki, 13.10.2004-cü il təvəllüdlü X2 anasının himayəsində saxlanmasına görə cavabdeh aliment ödəməlidi. Lakin cavabdeh həmin öhdəliyini yerinə yetirmir, övladı Leylinin saxlanması üçün heç bir maddi yardım göstərmir. Qətnamə ilə 13.10.2004-cü il təvəllüdlü X1 atası Cavabdeh himayəsində qalması müəyyən edilsə də, həmin uşaq atanın yanında bir gün belə qalmamışdır. Belə ki, Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq İmkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi publik hüquqi şəxsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli arayışdan görünür ki, 13.10.2004-cü il təvəllüdlü X3 31.05.2017-ci il tarixdə 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə ağır kəmağıllılıq, nitq və eşitmə pozğunluğu ilə daxil olmuş və hal hazırda müəssisədə tam dövlət təminatındadır. Cavabdeh X7 şirkətində pirotexnik vəzifəsində çalışır və eyni zamanda əlavə müavinət alır, onun himayəsində qalması müəyyən edilmiş övladı tam dövlət təminatındadır. İddiaçı isə heç yerdə işləmir və öhdəsində sağlamlıq cəhətdən problemi olan bir qız övladı var. Həmçinin iddaçının himayəsində olan Leyli sağlamlıq imkanları məhduddur və onun daimi olaraq həkim müayinəsinə və müalicələrə ehtiyacı var. 13 nömrəli Uşaq Poliklinikasının 257 saylı, 23.09.2021-ci il tarixli məktubuna əsasən, 13.10.2004-cü il təvəllüdlü X4 2006-cı il tarixdən 13 nömrəli Uşaq poliklinikasında “Serebral iflic, aşağı ətrafların paraparezi”, “İkitərəfli sensonevral ağır eşitmə İV dərəcə, nitq pozuntusu”, “Orta kəmağıllıq” diaqnozu ilə dispanser qeydiyyatındadır və hal-hazırda uşağın mütəmadi müalicəyə ehtiyacı var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, alimentin tutulması hissəsində təmin edilməsini, qalan hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 81-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 3453/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Temuraz oğlu ilə İddiaçı arasında 13 01.2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 13.10.2004-cü il təvəllüdlü X1 atası Cavabdeh yanında və 13.10.2004-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları qət edilmişdir. 13 nömrəli Uşaq Poliklinikasının 257 saylı, 23.09.2021-ci il tarixli məktubuna əsasən, 13.10.2004-cü il təvəllüdlü X4 2006-cı il tarixdən 13 nömrəli Uşaq poliklinikasında “Serebral iflic, aşağı ətrafların paraparezi”, “İkitərəfli sensonevral ağır eşitmə İV dərəcə, nitq pozuntusu”, “Orta kəmağıllıq” diaqnozu ilə dispanser qeydiyyatındadır və hal-hazırda uşağın mütəmadi müalicəyə ehtiyacı var. 13 nömrəli Uşaq Poliklinikasının 39 saylı, 18.02.2022-ci il tarixli arayışından görünür ki, 13.10.2004-ci il təvəllüdlü X4 poliklinikanın psixatr kabinetində 20.10.2007-ci ildən qeydiyyatdadır. Qeydiyyatda olduğu müddətdə valideyin tərəfindən heç bir müalicə aparılmayıb. Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq İmkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi publik hüquqi şəxsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli arayışdan görünür ki, 13.10.2004-cü il təvəllüdlü X3 31.05.2017-ci il tarixdə 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə ağır kəmağıllılıq, nitq və eşitmə pozğunluğu ilə daxil olmuş və hal hazırda müəssisədə tam dövlət təminatındadır. X7 QSC-nin 16.02.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 06.10.2009-cu il tarixindən QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsində Pirotexnik peşəsində çalışır və onun vergilər tutulmadan aylıq əmək haqqı 1212 manat təşkil edir. Cavabdeh uşağına maddi cəhətdən kömək etmir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 13.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alıment və uşağın müalicəsi üçün hər ay 50 manat əlavə xərc tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 13.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alıment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 13.10.2004-cü il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar hər ay 50 (əlli) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti 06 yanvar 2022-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-967/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-967/2022
23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver