Məhkəmə qərarları › İş №e-2(004)-98/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-98/2024

16.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-98/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlisəfa qızı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında qalmaları, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı Əlisəfa qızına qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı Əlisəfa qızının adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat alınmış, Bakı şəhəri Yasamal rayonu M.Rahim küçəsi 539-540-cı məhəllə 4A nömrəli evin ümumi sahəsi 135,90 kv.m olan 47 nömrəli mənzilinin (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu M.Rahim küçəsi ev 16 M8 m3) ½ hissəsinə və İddiaçı Əlisəfa qızının xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-dəki 50 faiz təsis payının ¼ hissəsinə onun mülkiyyət payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əlisəfa qızının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı Əlisəfa qızı ilə Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 anası İddiaçı Əlisəfa qızının yanında qalmaları, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Əlisəfa qızına ödənilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,115 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2797 nömrəli bağ evinin və “Mercedes Benz E350” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əlisəfa qızının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı Əlisəfa qızı ilə Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 anası İddiaçı Əlisəfa qızının yanında qalmaları, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Əlisəfa qızına ödənilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,115 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2797 nömrəli bağ evinin və “Mercedes Benz E350” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflər arasında bölünməsi, İddiaçı Əlisəfa qızı tərəfindən 2023-cü ilin avqust ayında birgə nikahdan doğulmuş X2 Türkiyə Respublikasında yerləşən Koç Universitetində 06 aylıq təhsil haqqısı üçün ödənilmiş 8062 ABŞ dollarının yarısını təşkil edən 4031 ABŞ dollarının və Koç Universitetinin yataqxanasına 12 ay ərzində yaşayışı üçün ödənilmiş 7216 manatın yarısı olan 3607 manatın Cavabdeh tutularaq İddiaçı Əlisəfa qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3891/2023 nömrəli qərardadı ilə İddiaçı Əlisəfa qızının Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası; Cavabdeh İddiaçı Əlisəfa qızına qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(004)-3891/2023 nömrəli mülki iş üzrə İddiaçı Əlisəfa qızının Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması” tələbinə dair iddiasından; İddiaçı Əlisəfa qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası; Cavabdeh İddiaçı Əlisəfa qızına qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası ayrıcı icraata ayrılmış və mülki işin materiallarında olan sənədlərin surətləri çıxarılaraq yeni işə əlavə edilmişdir. 2(004)-3891/2023 nömrəli mülki işdən ayrılan - İddiaçı Əlisəfa qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası; Cavabdeh İddiaçı Əlisəfa qızına qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə yeni nömrə verilmiş və yeni nömrə altında ayrıca icraatda baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı Əlisəfa qızı ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki övladı var. Tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar və aralarında ər-arvad münasibəti yoxdur. Uşaqlar iddianın yanında qalırlar. Məhkəmənin barışıq üçün verdiyi vaxt ərzində onlar barışmamışlar. İddiaçı nikahın pozulmasını təkid edir. Həmçinin ərizə təqdim edərək bildirir ki, X2 xx.xx.2023-cü il tarixdə 18 yaşı tamam olmuşdur. Bu səbəbdən tərəflərin arasında bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək saxlanması üçün Cavabdeh hər ay 220 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, İddiaçı Əlisəfa qızı ilə onun arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah pozulmasına razıdır. xx.xx.2012-ci il təvəllüdlü X1 anasının yanında qalmasına və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat aliment ödəməyə razıdır. İddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etdi və təmin edilməsinə etiraz etmədiyini bildirdi. Təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilir ki, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş Cavabdeh və xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə nikahlarını bağlayaraq ailə qurmuşlar, birgə nikahdan tərəflərin - xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki övladı var. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməli, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, onlar arasındakı nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Bakı 12 saylı Mediasiya təşkilatının verdiyi xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, tərəflərin mediasiyada iştirakı mümkün olmamışdır. Tərəflər birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalmasına razılaşmışlar və ata uşağın saxlanması üçün anaya aliment ödəməyə razıdır. Məhkəmə hesab edir ki, nikah pozulandan sonra uşaq ananın yanında qalmalı və uşağın saxlanması üçün atadan ananın xeyrinə aliment tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı anasının yanında qalmalı, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək saxlanması üçün Cavabdeh hər ay 220 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və İddiaçı arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahdan doğulmuş övladı - xx.xx.2012-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalsın. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə aliment alınması hissəsində dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar