Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-102/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2000 (iki min) AZN sabit pul məbləğində alimentin, həmçinin son 2 (iki) il ərzində ödənilməmiş 48000 (qırx səkkiz min) AZN vəsaitin birdəfəlik olaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə EMİS vasitəsilə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 2250 (iki min iki yüz əlli) AZN sabit pul məbləğində alimentin, həmçinin son 2 (iki) il ərzində ödənilməmiş 54000 (əlli dörd min) AZN vəsaitin birdəfəlik olaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: Qeyd etmək istəyir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Tərəflər arasında bağlanmış nikah 24 noyabr 2015-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və yetkinlik yaşına çatmamış X2 anasının yanında saxlanılması qərara alınmışdır. Nikahın pozulması dair iddiaya baxılarkən məhkəmə tərəfindən uşağın saxlanılması ilə bağlı aliment məsələsinə qiymət verilməmiş, alimentlə bağlı məsələ şifahi olaraq tərəflər arasında razılaşdırılmış və Cavabdeh uşağının saxlanılması üçün İddiaçı hər ay 500 AZN aliment ödəmək vədi vermişdir. Tərəflərin nikahı pozulduqdan sonra Cavabdeh daimi yaşamaq və işləmək üçün xarici ölkəyə köçmüş, hazırda da Qazaxıstan Respublikasında yaşayır və işləyir. Tərəflərin nikahları pozulduqdan sonra cavabdeh ilk vaxtlar qeyri müntəzəm və aralıqlı olaraq uşağın saxlanılması üçün müəyyən məbləğdə aliment ödəsə də, son iki ilə yaxın vaxtdır ki iddiaçının təkidlərinə baxmayaraq cavabdeh aliment öhdəliyini yerinə yetirmir. Cavabdeh Qazaxıstan Respublikasında stomatoloq işləməklə yanaşı, şəxsi stomotoloji kabinetə malikdir və iddiaçıda olan şifahi məlumata əsasən aylıq gəliri 10.000 AZN-nə yaxın bir vəsait təşkil edir və o, qazancını xarici valyutada alır. Lakin buna baxmayaraq cavabdeh uşağı üçün aliment ödəməkdən yayınır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı dəqiqləşdirmə ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki iş məhkəmənin icraatındadır. Qeyd olunan iş üzrə cavabdeh Qazaxıstan Respublikasında yaşadığından və işlədiyindən onun gəlirlərinin müəyyən edlməsi məqsədi ilə həmin ölkəyə məhkəmə tapşırığı verilmiş və buna cavab olaraq məhkəməyə daxil olmuş sənədlərdən müəyyən olunmuşdur ki, Nəbiyev X3 Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur, eyni zamanda əmək müqaviləsinə əsasən müəssisədə direktor vəzifəsində çalışır. Qazaxıstan Respublikasından daxil olmuş sənədlərdən həmçinin görünür ki, Cavabdeh xx.xx.2023 xx.xx.2024-cü il tarixləri əhatə edən 1 illik dövrdə olan qazancı 30 904 612 (otuz milyon doqquz yüz dörd min altı yüz on iki) təngə olmaqla, Azərbaycan manatı ekvivalentində 104 000 (yüz dörd min) manat təşkil edir (bax: https: www.cbar.az/currency/rates). Göründüyü kimi, cavabdeh yüksək gəlirə malik olsa da, övladı üçün əvvəllər az miqdarda aliment ödəmiş, son iki ildə isə gəlirinin olmamasını bildirərək, ümumiyyətlə aliment ödəməkdən imtina etmişdir. Cavabdeh xaricdə olduğundan, iddiaçı telefon vasitəsi ilə dəfələrlə cavabdehdən aliment ödəməsini tələb etsə də, cavabdeh işləmədiyini bildirmiş və aliment ödəməkdən imtina etmişdir. Hazırda isə müəyyən olunur ki, cavabdeh son illər ərzində hər ay ən azı 8500-9000 manat gəlir əldə etmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiyada iştirak etmiş və İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ 354872 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014 il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh , anası X4r. Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 4523/2015 saylı qətnaməsinə əsasən iddianın təmin olunması, Cavabdeh ilə Nəbiyeva (Ramazanova) Nərgiz Fuad qızı arasında xx.xx.2013-cü ildə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1013 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X2 anası Nəbiyeva (Ramazanova) Nərgiz Fuad qızının yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 253366 №-li, xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında olan nikah ləğv edilmiş, bu barədə akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 349 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Nəbiyev, qadına Ramazanova soyadı verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilərək, məhkəmə mülki iş üzrə yekun məhkəmə aktı qəbul edənədək, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh rəsmi iş yeri və aylıq əmək haqqı barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün məhkəmə tapşırığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına əsasən Qazaxıstan Respublikasının aidiyyəti orqanlarına göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, Qazaxıstan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiə Nazirliyi əmək və sosial müdafiə komitəsi tərəfindən Manqistau vilayəti yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə ixtisaslaşmış rayonlararası məhkəməsinə təqdim olunan məktubdan görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixli əmək müqaviləsinə əsasən müəssisədə direktor vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixli Qazaxstan Respublikası Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsi Mangistau Vilayəti üzrə Dövlət Gəlirləri Departamenti Aktau şəhəri üzrə Dövlət Gəlirləri idarəsi tərəfindən Manqistau vilayəti yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə ixtisaslaşmış rayonlararası məhkəməsinə təqdim olunan məktubdan görünür ki, “Aktau şəhəri üzrə Dövlət gəlirləri idarəsi öz səlahiyyətli hüdudlarında Sizin xx.xx.2024-cü il tarixli 4797-24-5-21/5047 saylı məktubunuza aşağıdakı şəkildə cavab verir. Qazaxıstan Respublikası inteqrasiya olunmuş vergi informasiya sisteminin məlumat bazasına (bundan sonra - SİP) əsasən, FS Cavabdeh (VÖEN **********89) xx.xx.2016-cı ildən fərdi sahibkar qismində_ dövlət gəlirləri idarəsində qeydiyyata alınıb və sadələşdirilmiş fəaliyyət bəyannaməsinin əsasında xüsusi vergi rejimində işləyir. NSPS RK proqramına görə, 910.00-cu “Kiçik Bizneslər üçün Sadələşdirilmiş Bəyannnamə”yə uyğun olaraq gəlir məbləği aşağıdakı kimi təşkil edir: xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək müddətdə - 9 876 881 tenge, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək müddətdə - 7 838 055 təngə, xx.xx.2022- ci ildən xx.xx.2022-ci ilədək müddətdə - 6 026 195 təngə, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək müddətdə - 9 831 870 təngə, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək müddətdə - 6 345 290 təngə, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək müddətdə - 14 146 611 təngə, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək müddətdə - 16 758 001 təngə. Əsaslandırıcı hissə: b) İşin faktiki halları: Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır.(Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 4523/2015 saylı qətnaməsi) Hazırda iddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 2250 manat sabit pul məbləğində alimentin, habelə iki il ərzində cavabdehin təqsiri ucbatından ödənilməmiş 54000 manat həcmində alimentin birdəfəlik iddiaçının xeyrinə tutulmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 22.2.2. Məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, hazırda iddiaçı cavabdehdən alimentin sabit pul məbləğində tutulmasını xahiş edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin müddəalarına görə, əgər valideynin daimi gəliri yoxdursa, qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və s. kimi hallarda aliment sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Məhkəmə iş materiallarındakı məlumatları əsas götürüb hesab edir ki, cavabdehin gəlirləri və qazancı barədə məlumat olduğundan aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancdan (gəlirlərdən) tutulmalıdır. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Nəbiyev X3 Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur, eyni zamanda əmək müqaviləsinə əsasən müəssisədə direktor vəzifəsində çalışır. Qazaxıstan Respublikasından daxil olmuş sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2023 - xx.xx.2024cü il tarixləri əhatə edən 1 illik dövrdə olan qazancı 30 904 612 (otuz milyon doqquz yüz dörd min altı yüz on iki) təngə olmaqla, Azərbaycan manatı ekvivalentində 104 000 (yüz dörd min) manat təşkil edir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin son 2 (iki) il ərzində ödənilməmiş 54000 (əlli dörd min) AZN vəsaitin birdəfəlik olaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin əvvəlki üç iki illik müddət üçün cavabdehin ödəməkdən boyun qaçırmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməklə, bu müddət üçün aliment tələb edə bilər. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı qeyd yuxarıda qeyd olunanlarla əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Üstəlik də iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-4523/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı nikah pozulması barədə tələbə baxılarkən, aliment tələbi olmamış, buna dair gələcəkdə iddia tələbə irəli sürəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı 2022-ci il tarixindən cavabdehdən aliment tələb etməsini bildirsə də, sözügedən qətnamədən sonra cavabdehdən hər hansı formada aliment tələb etməsi işin faktiki hallarından, o cümlədən iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü il tarixindən başlayaraq hesablanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi həcmində dövlət rüsumu ödənilir; Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment tələbi üzrə (illik 26000 manat) ödənilməli olan dövlət rüsumu 168 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 manat mediasiya xərci İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 168 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim : Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-102/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-102/2025
03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver