Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1104/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ipoteka müqaviləsi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ipoteka müqaviləsi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair keçirilmiş və müvafiq olaraq 07 sentyabr 2023-cü il tarixli X4 45/02 və 45/03 saylı Protokollarla rəsmiləşdirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli X4 45/02 və 45/03 saylı Protokolla Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli mənzili 146.306,25 manata; 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəlimənzili 110.542,50 manata tələbkar Azərbaycan Respublikasının Mərkəzi Bankına təklif edilərək, sonuncuya verilmişdir. Adı çəkilən 45 və 47 saylı mənzillər İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alnmaqla onun xüsusi mülkiyyətində və ailəsinin birgə istifadəsində olan yaşayış sahəsidir. Aşağıda sadalayacağım hallara əsasən mübahisələndirilən hərracın nəticələrinə dair protokol və hərracın keçirilməsi, nəticə etibarı ilə əmlak sahibinin hüquqlarına münasibətdə pozulmaqla keçirilmiş hesab edilməli və etibarsız hesab olunmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə cavabdeh "xxxx" ASC arasında kredit üzrə mövcud borcun tələbinə dair iş üzrəBakı Apellyasiya Məhkəməsinin 2(103)-714/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası əsasında verilmiş icra sənədinə görə "xxxx" ASC-nin kredit borcu ipoteka edilmiş bir sıra əmlaklara o cümlədə mübahisələndirilən protokolların predmeti olmuş, İddiaçı məxsus yuxarıda adı çəkilən Bakışəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən 21 nömrəlievin 47 və 45 saylımənzillərə yönəldilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-714/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası tapşırılmış Nəsimi rayon İcra şöbəsi tərəfindən mənzillərin hərraca çıxarılması barədə cavabdeh "xxxx" MMC-yə sifariş verilmiş və bununla bğalı xx.xx.2021-ci il tarixdə, hərrac mərkəzinə 586345272/2023-5-34 saylısifariş məktubu ünvanlamışdır. Buna səbəb pulu ödəyəcəyini üzərinə götürmüş borclu "xxxx" (hazırda onun ləğvedicisi) ASC tərəfindən Mərkəzi Bank qarşısında ödənişin təmin edilməsinin gecikdirilməsi olmuşdur. Lakin bütün bu olub keçənlərdən, əmlak mülkiyyətçisi olaraq İddiaçı xəbəri olmamış və olması da mümkün deyildir. Çünki iddiaçının ünvanı düzgün olmayaraq ünvan 1dən və qəbul edilmiş məhkəmə aktlarından, daha sonra da icra sənədindən məlumatı olmamışdır. 2023-cü ilin avqust ayında Mərkəzi Bankın ona qarşı tələb irəli sürdüyü və bu tələbin kökündə mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən 21 nömrəli evin 13-cü mərtəbəsində yerləşən 47 və 45 nömrəli mənzillərin Mərkəzi Banka ipoteka edildiyinə dair onun, "xxxx" ASC və “Mərkəzi Bank” arasında xx.xx.2009-cu il tarixdə bağlanmış üçtərəfli İBS09-1277/6 və İBS09-1277/7 nömrəli ipoteka müqavilələri durduğu məlum olmuşdur. Əslində mülkiyyətçi olaraq onun tərəfindən belə bir müqavilə bağlanmamışdır. Ona görə də həmin müqavilələrin etibarsız hesab olunması iddiası ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı icra şöbəsinə məlumat vermişdir. Eyni zamanda icra məmuru onun yanında zərg edərək bununla bağlı cavabdeh MMC-yə (hərraca) bildirmiş və ona hərracın yalnız mübahisə həllediləndən sonra olacağı bildirmişdir. Lakin buna baxmayaraq, cavabdeh mülkiyyətçiyə məlumat vermədən hərracı keçirmiş, mənzillərin dəyərini 25% azaldaraq 47 saylı mənzili 146.306,25 manata, 45 saylı mənzili isə 110.542,50 manat məbləğdə 07 sentyabr 2023-cü il tarixli “İpoteka predmetinin əldə olunmasına dair” təkliflə Mərkəzi Banka təklif etmişdir. Əslində mülkiyyətçinin özü və ya mənzildə yaşayanlardan biri həmin mənziliala bilərdi. Göründüyü kimi adı keçən mənzillərlə bağlı hərrac keçirilərkən borcluya məlumat verilməmişdir. Bildiriş göndərililibgöndərilmədiyi isə bilinmir və bu heç bir önəm daşımır. Çünki göndərsəydi də belə, mülkiyyətçinin qeyd olunan ünvanı doğru olduğundan alması mümkün deyildir. Bütün bunlara baxmayaraq, hərracın keçirilməsi barədə mülkiyyətçi (onunla birgə yaşayan ailə üzvləri) lazımı qaydada məlumatlandırılması vəzifəsi hərracın və icra məmurun üzərinə düşürdü. Lakin hərrac barəsində ona məlumat verilmədiyindən, mənzillərə dair qanunla verilmiş hüquqdan məhrum olunmuşdur. Halbuki, hərracın ilkin iki mərhələsində həmin mənzillər ilkin olaraq mülkiyyətçi İddiaçı (həmin mənzildə yaşayan ailə üzvlərinə) təklif olunmalı idi. Lakin cavabdeh tərəfindən hərracın keçirilməsi qaydasına riayət edilməmiş, hərracda borclunun iştirakını təmini üçün lazımi tədbirlər görülməməsi qanunla borcluya verilmiş hüquqların istifadəsindən məhrum edilməsinə səbəb olmuş və nəticədə ona məxsus əmlakın dəyər-dəyməzə özgəsi tərəfindən ələ keçirilməsinə şərait yaradılmışdır. Bundan başqa hərracın sifarişçisi Nəsimi rayon icra şöbəsidir. İcra şöbəsi mənzillərə dair ipoteka müqavilələrinin mübahiosələndirildiyi hərrac mərkəzinə bildirmişdir. Belə olan halda cavabdeh dərhal hərracı dayandırmalı, borcluya məlumat verməli idi. Lakin cavabdeh hərracı davam etdirmişdir ki, bu da cavabdehin hərracla bağlımaraqlı olduğunu göstərir. Hərracdan məlumat tutan kimi borclu bu barədə cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, hərracın nəticəsinə dair məlumat verməmiş və sənədlər təqdim edilməmişdir. Sadəcə olaraq hərracın nəticələrinin ləğv ediləsi cavabdeh MMC-nin səlahiyyətlərindən kənarda olduğu bildirilmiş və məhkəməyə müraciət etməyi deyilmişdir. Ona görə də mübahisənin məhkəmə yolu ilə həlletmək məcburiyyəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, qeyd olunan proses 5 il davam etmişdir. Bildirişlərin alınması barədə qəbzləri iddiaçının etibarnamə əsasında nümayəndəsi imza edərək götürmüşdür. Məktublar şəxsin qeydiyyat ünvanına göndərilir. Şəxs yaşayış ünvanını dəyişibsə bununla bağlı məlumat verilməli idi. İcra işində olan bildirişlərdə tərəfin şəxsən imzası vardır. İddianın əsassız olduğunu təsdiq edən bütün sübutlar təqdim edilmişdir. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-714/2021 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsiin hazırki iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 536000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 229,500 manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 173,400 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair 01 nömrəli Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəliv evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 23 iyun 2023cü il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir. - 354804 nömrəli mədaxil qəbzinin talonundan görünür ki, İddiaçı Məmməd oğluna xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş, həmin bildiriş imzalanmaqla götürülmüşdür. - Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 12 iyul 2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400ö manat müəyyən edilmişdir. - 355068 nömrəli mədaxil qəbzinin talonundan görünür ki, İddiaçı Məmməd oğluna xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il imzalanmaqla götürülmüşdür. - Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 28 avqust 2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir. - 367791 nömrəli mədaxil qəbzinin talonundan görünür ki, İddiaçı Məmməd oğluna 29 avqust 2023-cü il tarixində bildiriş göndərilmiş, həmin bildiriş “3 il bundan öncə köçüb” qeydi ilə geri qaytarılmışdır. - Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilən təklifdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillər təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 146306,25 manat və 110542,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - “Birja yenilikləri” qəzetinin 30 may 2023-cü il, 08 avqust 2023-cü il və 29 avqust 2023-cü il tarixli nömrələrində Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair keçirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur. - 07 sentyabr 2023-cü il tarixli 45/02 nömrəli X4 protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 146.306,25 manata tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. - 07 sentyabr 2023-cü il tarixli 45/03 nömrəli X4 protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 45 nömrəli mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 110.542,50 manata tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, 45 saylı mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, 47 saylı mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilmiş, Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin “Tərlan C” (əvvəlki adı ilə "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmlərinin açıq hərracdan satılmasına dair sifarişin verilməsi vəhərracın həyata keçirilməsinə yönələn hərəkətləri qanunsuz hesab edilmiş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “Tərlan C2 MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və LPO "xxxx"ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) “xx.xx.2007-ci il tarixli və xx.xx.2009-cu il tarixli girov müqavilələrinin ləğv edilməsi” Tələbinə dair iddiası üzrə mübahisəyə mahiyyəti üzrə baxılanadək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-714/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması vəzifəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-714/2021 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsiin hazırki iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 536000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 229,500 manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 173,400 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarı ilə icraata başlanılmışdır. 07 sentyabr 2023cü il tarixli 45/02 nömrəli X4 protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 146.306,25 manata tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. 07 sentyabr 2023-cü il tarixli 45/03 nömrəli X4 protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 45 nömrəli mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 110.542,50 manata tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair 01 nömrəli Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəliv evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 23 iyun 2023-cü il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 12 iyul 2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 nömrəli hərracın keçirilməsinə dair bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 28 avqust 2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilmiş, Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin “Tərlan C” (əvvəlki adı ilə "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmlərinin açıq hərracdan satılmasına dair sifarişin verilməsi vəhərracın həyata keçirilməsinə yönələn hərəkətləri qanunsuz hesab edilmiş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “Tərlan C2 MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və LPO "xxxx"ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) “xx.xx.2007-ci il tarixli və xx.xx.2009-cu il tarixli girov müqavilələrinin ləğv edilməsi” Tələbinə dair iddiası üzrə mübahisəyə mahiyyəti üzrə baxılanadək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-714/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması vəzifəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur. ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, 45 saylı mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, 47 saylı mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadının nəticə hissəsində qeyd olunmuşdur: 1. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8- ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. 2. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir.
3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. 4. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər.5. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəməyə təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, lakin bu bildirişlərin çatdırılması barədə qəbzlərin ilk ikisi şəxsiyyəti məlum olmayan şəxs tərəfindən imzalanmaqla götürülmüş, sonuncu bildirişin qəbzinin üzərində “3 il bundan öncə köçüb” qeydi edilmişdir, yəni nəticə etibarı ilə bildirişləri iddiaçıya təqdim etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş ilk hərrac baş tutmadığından təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixinə təyin edilmiş, sonra təkrar hərrac 28 avqust 2023-cü il tarixə təyin edilmiş, həmin təkrar hərracda baş tutmamış və bu barədə qəzetdə müvafiq elan dərc edilmiş, sonra isə əmlak tələbkara təklif edilmiş və onun tərəfindən əldə edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Təkrar hərracın keçirilməsi barədə bildiriş iddiaçıya 24 iyun 2023-cü il tarixdə göndərilmişdir. Qeyd edilən bildiriş hərracın keçirilməsinə cəmi 18 gün qalmış göndərildiyindən, qanunun imperativ norması pozulmuşdur. Mülki işin materiallarından görünür ki, hərracın keçirilməsi barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Məhkəmə F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 6.10-cü bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair keçirilmiş və müvafiq olaraq 07 sentyabr 2023-cü il tarixli X4 45/02 və 45/03 saylı Protokollarla rəsmiləşdirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən hər hansı bir tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair keçirilmiş və müvafiq olaraq 07 sentyabr 2023-cü il tarixli X4 45/02 və 45/03 saylı protokollarla rəsmiləşdirilmiş hərracın nəticələri etibarsız hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə