Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-113/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən əmək haqqının azı bir faizi kimi 41401.22 manat, Cavabdeh2 MMC-dən əmək haqqının azı bir faizi kimi 23578.90 manat pulun tutularaq İddiaçı verilməsi, mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və İddiaçı arasında 05 yanvar 2012-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Maliyyə departamentinin Mühasibat uçotu şöbəsinə mühasib vəzifəsinə işə qəbul olunaraq 05 yanvar 2012-ci il tarixdən işə başlamışdır. Cavabdeh2 MMC və İddiaçı arasında 16 noyabr 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Maliyyə və mühasibatlıq şöbəsinə mühasib (xəzinədar) vəzifəsinə işə qəbul edilmiş, 16 noyabr 2017-ci il tarixdən işə başlamışdır. Cavabdeh2 MMC-nin 16 noyabr 2017-ci il tarixli 52 nömrəli əmrinə əsasən, İddiaçı 16 noyabr 2017-ci il tarixdən əvəzçilik üzrə (əlavə iş yeri olaraq) Cəmiyyətin Maliyyə və mühasibatlıq şöbəsinə mühasib (xəzinədar) vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh2 MMC-nin 05 mart 2021-ci il tarixli 20 nömrəli əmrinə görə, İddiaçı 05 mart 2021-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 05 mart 2021-ci il tarixdən xitam verilmiş, 16 noyabr 2017-ci il tarixdən 05 mart 2021-ci il tarixə olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. "xxxx" ASC-nin 05 mart 2021-ci il tarixli 50 nömrəli əmrinə görə, İddiaçı 05 mart 2021-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 05 mart 2021-ci il tarixdən xitam verilmiş, qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi əmr edilmişdir. Bundan sonra İddiaçı işdən azad olunarkən ona verilməli olan son haqqhesabın düzgün hesablanmadığını, əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10 943 manatın və "xxxx" ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsaitin "xxxx" ASC-dən, əlavə iş yeri üzrə əmək haqları üzrə ümumilikdə 3202 manatın və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsaitin Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2925/2021 saylı iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı "xxxx" ASC-nə və Cavabdeh2 MMCnə qarşı “haqq-hesabın və ödənişin gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələbləri qismən təmin edilmiş, son haqq-hesabın xx.xx.2021-ci il tarixinədək gecikdirilməsinə görə "xxxx" ASC-dən 13 036,8 manat, Cavabdeh2 MMC-dən 6246,8 manat, həmçinin Cavabdeh2 MMC-dən 669,87 manat ödənilməmiş son haqq-hesab tutularaq İddiaçı ödənilmiş, iddia tələbləri qalan hissədə təmin olunmamışdır. Məhkəmə qətnaməsi 12 dekabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsi ilə xx.xx.2023-cü il tarixinə (son haqq-hesabın aparıldığı tarix) kimi "xxxx" ASC tərəfindən ödənilməmiş əmək haqqının azı bir faizi kimi 54 438,02 manat hesablanmış və həmin vəsaitdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə gecikmə 13 036,8 manat tutulmuşdur. Eyni zamanda, xx.xx.2023-cü il tarixinə (son haqq-hesabın aparıldığı tarix) kimi Cavabdeh2 MMC tərəfindən ödənilməmiş əmək haqqının azı bir faizi kimi 29 825,70 manat hesablanmış və həmin vəsaitdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə gecikmə 6246,8 manat tutulmuşdur. Buna görə də hesab edir ki, "xxxx" ASC tərəfindən ödənilməmiş əmək haqqının azı bir faizi kimi 41401.22 manat (54438.02 13036.8), Cavabdeh2 MMC tərəfindən ödənilməmiş əmək haqqına görə isə 23578.90 manat (29825.70 6246.8) vəsait tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əmək haqqının azı bir faizi kimi müvafiq iddia tələbini irəli sürməsinə maneə törətmədiyi məhz apellyasiya instansiya məhkəməsinin qətnaməsində də qeyd edilmişdir. Bununla da iddiaçının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək haqqının azı bir faizi kimi qalıq vəsaiti tələb etmək hüququ yaranmışdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, 2 hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda 2 dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda 1 dəfədən az olmayan müddətdə verilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göründüyü kimi, baxılan mübahisə üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində 05 mart 2021-ci il tarixdən, yəni işdən çıxdığı tarixdən bu günədək cari hesabına köçmüş əmək haqqını ala bilməmişdir. Bu cavabdehlərin qanuna zidd və qərəzli hərəkətləri nəticəsində icra edilməmiş, hətta cavabdehin şikayətləri əsasında aparılmış uzun müddətli məhkəmə çəkişmələrindən sonra da qətnamənin qərəzli şəkildə də icra edilməmiş, nəticədə iddiaçı mənəvi sarsıntılar keçirmişdir. Bunun nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Heç şübhəsiz ki, bunun nəticəsində iddiaçı müəyyən mənəvi sarsıntı və iztirablar keçirmişdir. Buna görə də cavabdehlərdən mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə “mülahizələr” adlı ərizə ünvanlayaraq qeyd etmişdir ki, hazırki iddia tələblərində xx.xx.2021-ci il tarixindən (Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə vəsaitin tutulduğu tarixdən) xx.xx.2023 va xx.xx.2023-cü ilədək olan dövr üzrə (hər 2 işəgötürənə münasibətdə son əmək haqqının ödənildiyi tarixədək) ödənilməmiş əmək haqqının 1%-i məbləğində hesablanmış ödənc məbləği tələb edilir. Lakin Nərimanov Rayon Məhkəməsinin 2(005)-1306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza rəy verilməsindən imtina etmişdir. Hesab edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur və bu əlavə vaxt itkisidir. Ekspertiza təyin edilməklə əldə ediləcək rəy artıq iş materiallarında mövcuddur və xx.xx.2023-cü il tarixli audit rəyi iş materiallarına əlavə edilmişdir. Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə qanuni qüvvəsini almış 2(103)- 111/2023 saylı, xx.xx.2023-сü il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların yenidən sübut edilməsinə zərurət yoxdur (MPM-in 82.3-cü maddəsi). İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Auditor Hesabatının surətindən görünür ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə 05 mart 2021-ci il tarixində xitam verilmiş İddiaçı hesablanmış 6720.75 manat məbləğində son haqq-hesab sonuncu iş günü ödənilməsi cəmiyyət tərəfindən təmin edilməmişdir və həmin hesablanmış son haqq-hesab cəmiyyət tərəfindən gecikmə ilə 29 mart 2023-cü il tarixində ödənilmişdir. Əmək Məcəlləsinin 172.5 maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş İddiaçı qızma 6720.75 manat məbləğində gecikmə ilə ödənilmiş son haqq-hesabın hər gecikdirilmiş gün üçün 54438.02 manat məbləğində əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmışdır; - İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Auditor Hesabatının surətindən görünür ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən 05 mart 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş İddiaçı hesablanmış 3222.96 manat məbləğində son haqq- hesabın sonuncu iş günü ödənilməsi cəmiyyət tərəfindən təmin edilməmişdir və həmin hesablanmış son haqq-hesab məbləğinin 2553.09 manatı cəmiyyət tərəfindən gecikmə ilə 25 iyun 2023-cü il tarixində ödənilmişdir. Ödəniş üçün hesablanmış son haqqı-hesab məbləğinin 669.87 manatının xx.xx.2023-cü il tarixinə kimi ödənilməsi cəmiyyət tərəfindən təmin edilməmişdir. Əmək Məcəlləsinin 172.5 maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş İddiaçı 3222.96 manat məbləğində gecikmə ilə ödənilməsi cəmiyyət tərəfindən təmin olunmuş və olunmayan son haqq-hesabın hər gecikdirilmiş gün üçün 29825.70 manat məbləğində əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2925/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10 943 manatın və "xxxx" ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsaitin "xxxx" ASC-dən, əlavə iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 3202 manatın və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsaitin Cavabdeh2 MMCdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2925/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı "xxxx" ASC-nə və Cavabdeh2 MMC-nə qarşı “haqq-hesabın və ödənişin gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələblərinin qismən təmin edilməsi, son haqq-hesabının xx.xx.2021-ci il tarixinədək gecikdirilməsinə görə "xxxx" ASC-dən 13 036,8 manat, Cavabdeh2 MMC-dən 6246,8 manat, həmçinin Cavabdeh2 MMC-dən 669,87 manat ödənilməmiş son haqq-hesabın tutularaq İddiaçı ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə 05 yanvar 2012-ci il tarixdə, Cavabdeh2 MMC ilə isə 16 noyabr 2017-ci il tarixdə əmək müqaviləsi bağlamış və mühasib vəzifəsinə işə qəbul olmuşdur. Cavabdeh2 MMCnin 05 mart 2021-ci il tarixli 20 nömrəli əmri ilə, "xxxx" ASC-nin 05 mart 2021-ci il tarixli 50 nömrəli əmri ilə hər iki əmək müqaviləsinə 05 mart 2021-ci il tarixdən xitam verilmiş, qanunvericiliyə uyğun olaraq son haqq-hesabın ödənilməsi əmr edilmişdir. İddiaçı daha öncə əmək haqqının və son haqq-hesabın ödənilməsi, son haqq-hesabın gecikdirilməsinə görə ödəncin tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının son haqq-hesabının xx.xx.2021-ci il tarixinədək gecikdirilməsinə görə "xxxx" ASC-dən 13 036,8 manat, Cavabdeh2 MMC-dən 6246,8 manat pulun, həmçinin Cavabdeh2 MMC-dən 669,87 manat ödənilməmiş son haqq-hesabın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə son haqqhesabın gecikdirildiyi müddət üçün ödənc xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün hesablanmışdır. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə son haqq-hesabın gecikdirilməsinə görə bir faiz məbləğində ödəncin məhkəmə qaydasında tutulmasını xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının son haqq-hesabının ödənilməsinin cavabdeh təşkilatlar tərəfindən gecikdirilməsi öz təsdiqini tapmışdır. Hazırki iddia tələbi məhkəmə qətnaməsi ilə tutulduğu dövrdən sonrakı günlərdən başlayaraq həmin pulun ödənildiyi günədək son haqq-hesabın ödənilməsinin gecikdirilməsinə görə bir faiz məbləğində ödəncin tutulması ilə bağlıdır ki, məhkəmə bununla əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddəyə olan qeyddən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Hazırki mülki iş üzrə son haqq-hesabın gecikdirilməsinə görə ödənilməli olan ödəncin məbləğinin müəyyən edilməsi məqsədi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki iş bir neçə dəfə ekspert rəyinin alınması üçün ekspertiza mərkəzinə göndərilsə də, cavabdeh qurumlar tərəfindən zəruri sənədlərin təqdim edilməməsi səbəbindən ekspertiza keçirilməsi mümkün olmamışdır. Sübutlar cavabdehdə olduğundan onun, iş vaxtının tabel uçotu, ödəniş sənədləri, son haqq-hesab barədə məlumatı və digər sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəflərə dəfələrlə məhkəmə sorğusu göndərsə də, sübutlar təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, son haqq-hesabın gecikdirilməsinə görə ödəncin dəqiq məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən məhkəmə ekspertizasının aparılması üçün zəruri olan sənədlərin cavabdehlər tərəfindən təqdim edilməsi üçün kifayət qədər çox vaxt verilərək lazımi şərait yaradılmasına baxmayaraq, onlar, təqdim etməni həyata keçirməmiş, bununla həm obyektiv, tam və hərtərəfli məhkəmə araşdırmasına mane olmuş, həm də mülki iş üzrə icraatın xeyli müddət uzanmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə işdə mövcud olan sübutlar əsasında araşdırma aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Əvvəlki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə son haqq-hesabın xx.xx.2021-ci il tarixinədək gecikdirilməsinə görə "xxxx" ASC-dən 13 036,8 manat, Cavabdeh2 MMC-dən 6246,8 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı əsas iş yeri ("xxxx" ASC) üzrə xx.xx.2021-ci il tarixdə ödənilməli olan son haqq-hesab məbləği 6720,75 manat olmuş və bu məbləğ 29 mart 2023-cü il tarixdə ona ödənilmiş, əlavə iş yeri (Cavabdeh2 MMC) üzrə 05 mart 2021-ci il tarixinə ödənilməli son haqq-hesab 3222,96 manat olmuş, bu məbləğin 2553,09 manatı 25 iyun 2023-cü il tarixdə ödənilsə də, 669,87 manatının ödənişi həyata keçirilməmişdir. İddiaçının həm əsas, həm də əlavə iş yeri üzrə əmək müqavilələrinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, o, xx.xx.2021-ci il tarixinədək hesablanmış gecikdirilmə faizinin (ödəncin) ödənilməsini tələb etmişdir. Belə olan halda, əsas və əlavə iş yerləri üzrə iddiaçının son haqq-hesabının gecikdirildiyi müddət kimi 194 gün (xx.xx.2021 – xx.xx.2021 = 6 ay 14 gün = 194 gün) əsas götürülə bilər. Qeyd olunan məbləğlər iddiaçının iddia ərizəsinin məzmunu (iş səhifə 88) əsas götürülməklə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün hesablanmışdır və hazırkı iş üzrə gəlinən nəticə iddiaçının sonrakı dövr üçün müvafiq iddia tələbini irəli sürməsinə maneə törətmir. Hazırki iş üzrə iddia ərizəsindən və iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi “mülahizə” adlandırdığı ərizədən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə son haqq-hesabın gecikdirilməsinə görə bir faiz məbləğində ödəncin tutulmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş auditor rəyində isə ödəncin 2020-ci ilin avqust ayından başlayaraq hesablandığı görünür. Bu baxımdan məhkəmə gecikdirilmiş günlərin sayına uyğun olaraq hesablama aparılmasını məqsədə müvafiq hesab edir. Qeyd olunduğu kimi, əsas iş yeri üzrə ("xxxx" ASC) 6720,75 manat ödənilməli olan son haqq-hesab 29 mart 2023-cü il tarixdə ödənildiyindən, xx.xx.2021-ci il tarixindən başlayaraq gecikdirilmiş günlərin sayı (xx.xx.2021-xx.xx.2023=19 ay 9 gün= 579 gün) kimi 579 gün əsas götürülə bilər. Əsas iş yeri üzrə ödənilməli olan son haqq-hesab 6720,75 manat olduğundan, müvafiq ödənc məbləği 38,908,8 manat (6720,75 manat x 1%=67,2 manat x 579 gün = 38,908,8) təşkil edir. Əlavə iş yeri üzrə (Cavabdeh2 MMC) ödənilməli olan 3222,96 manat son haqqhesabın 2553,09 manatı 25 iyun 2023-cü il tarixdə ödənildiyindən, xx.xx.2021-ci il tarixindən başlayaraq gecikdirilmiş günlərin sayı kimi 665 gün (xx.xx.2021-xx.xx.2023=22 ay 5 gün=665 gün) əsas götürülə bilər. Əlavə iş yeri üzrə ödənilməli olan son haqq-hesab 3222,96 manat olduğundan, müvafiq ödənc məbləği 21413 manat (3222,96 x 1%= 32,2 manat x 665 gün=21413 manat) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, son haqq-hesabın xx.xx.2021-ci il tarixindən başlayaraq 29 mart 2023-cü il tarixinədək gecikdirilməsinə görə 38,908,8 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən, xx.xx.2021-ci il tarixindən başlayaraq 25 iyun 2023-cü il tarixinədək gecikdirilməsinə görə 21413 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən işçinin son-haqq hesabının vaxtında ödənilməməsi sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırki iş üzrə iddiaçı son haqq-hesabın ödənilməməsi ilə bağlı müvafiq tədbirlər görmək, uzun müddətli məhkəmə çəkişmələrində iştirak etmək məcburiyyətində qalmışdır. Bütün bunlar onun əsəb gərginliyi, mənəvi sarsıntı keçirməsini şübhəsiz edir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, son haqq-hesabın gecikdirilməsinə görə ödəncin ödənilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmaqla iddiaçının zərərinin böyük hissəsi qarşılandığından mənəvi zərərin müqabilində cavabdeh "xxxx" ASC-dən 500 manat, Cavabdeh2 MMC-dən 500 manat pulun tutulması ağlabatan və işin hallarına uyğundur. Bu baxımdan iddia həmin hissədə də qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən son haqq-hesabın xx.xx.2023-cü il tarixinədək gecikdirilməsinə görə 38908,8 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 39408,8 manat, Cavabdeh2 MMC-dən son haqq-hesabın xx.xx.2023-cü il tarixinədək gecikdirilməsinə görə 21413 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 21913 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən son haqq-hesabın xx.xx.2023-cü il tarixinədək gecikdirilməsinə görə 38908,8 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 39408,8 (otuz doqquz min dörd yüz səkkiz manat, səksən qəpik) manat, Cavabdeh2 MMC-dən son haqq-hesabın xx.xx.2023-cü il tarixinədək gecikdirilməsinə görə 21413 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 21913 (iyirmi bir min doqquz yüz on üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-113/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-113/2025
22.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver