Məhkəmə qərarları › İş №e-2(005)-1186/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1186/2024

16.01.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1186/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “pul” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı “pul” tələbinə dair sadələşdirilmiş əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1978-ci ildə doğulmuş Borclu 27 avqust 2019-cu il tarixli SRFK5714673 saylı nisyə alqı satqı müqaviləsinə əsasən 1675 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2275 manat pulun alınaraq Kreditor MMC-nın hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kreditorun nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. - 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, kreditorun nümayəndəsi ərizənin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “pul” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Həmçinin iş materiallarından görünür ki, kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə 100 (yüz) manat (qəbz nömrəsi **********) dövlət rüsumu ödənilmiş və qeyd olunan qəbz hazırki mülki iş üzrə “Elektron Məhkəmə” informasiya sisteminə dövlət rüsumunun ödənilməsi barədə qəbz kimi daxil edilmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da kreditora geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı “pul” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin verilməsi üçün xx.xx.2024-cü il tarixdə 100 (yüz) manat (qəbz nömrəsi **********) dövlət rüsumu kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar