Məhkəmə qərarları › İş №e-2(005)-1320/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1320/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1320/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X5 Azərbaycan” QSC-yə və "xxxx" MMC-yə qarşı (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil1, Cavabdeh “X5 Azərbaycan” QSC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər “X5 Azərbaycan” QSC-yə və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər “X5 Azərbaycan” QSC-yə və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayş sahəsi 131.7 kv.m, yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə dair cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «X5 Azərbaycan» QSC ilə İddiaçı arasında 31 iyul 2013-cü ildə 42720 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı tərəfindən banka illik 11% dərəcəsi olmaqla hesablanmış faizlər, 950.000 USD məbləğində əsas borc 60 ay müddətində ödənilməli idi. Tərəflər arasında bağlanmış 06 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə Razılaşmaya əsasən kredit müqaviləsinin 1.3 maddəsinin 1-ci cümləsi redaksiya olunaraq kreditə hesablanmış illik faiz dərəcəsi 10% olmaqla müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 18 mart 2016-cı il tarixli 2 saylı əlavə Razılaşmaya əsasən kredit müqaviləsinin ödəmə cədvəlinə dəyişik edilmişdir. 31 iyul 2013-cü il tarixli İpoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayş sahəsi 131.7 kv.m, yardımçı sahəsi 116.9 kv.m-dən ibarət 5 otaqlı mənzil cavabdeh bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, İddiaçı 368.253,73 ABŞ dolları əsas kredit borcu, 2.665,78 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, ümumilikdə 375.919,51 (üç yüz yetmiş beş min doqquz yüz on doquz dollar, əlli bir sent) ABŞ dollar (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 4180 manat sığorta haqqı, ödənilmiş 30 manat dövlət rüsumu «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulmuşdur. Tutmanın İddiaçı mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə yönəldilməsi, borcun ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin İddiaçı tutulması, hərracda mənzil «X5 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X5 Azərbaycan» QSC-nə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, e-2(006)-93/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1302/2022 saylı qərarı ilə Kasassiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-5763/2021 saylı qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılaraq Bankın Kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsi ilə bankın apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin 31 oktyabr 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 01 №-li bildirişindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-93/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ünvan 1-in ilkin satış qiyməti ******* manat olmaqla, xx.xx.2023-cü il tarixdə 11:00-da açıq hərrac keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC-nin 28 noyabr 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 02 №-li bildirişindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-93/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ünvan 1-in ilkin satış qiyməti ******* manat olmaqla, xx.xx.2023-cü il tarixdə 11:00-da açıq hərrac keçiriləcəyi bildirilmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024cü il tarixli,e-16(005)-18/2024 saylı qərardadına əsasən ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m olan 5 otaqlı mənzilin özgəninkiləşdirilməsi maraqlı şəxslər “X5” QSC-yə, "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. «X5 Azərbaycan» QSC-nin Bakı şəhəri, Nərimanov rayon icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 00101 saylı məktubundan aydın olur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Nərimanov rayon icra şöbəsi tərəfindən icraya yönləndirilib, ev hərraca çıxarılmış, hərrac baş tutmamış, əmlak cavabdeh hərrac təşkilatı tərəfindən hərrac qanunvericiliyinin tələbləri pozulmaqla banka satılmış və cavabdeh bank tərəfindən hərrac qanunvericiliyinin tələbləri pozulmaqla əldə edilmişdir. Artıq hamı tərəfindən birmənalı şəkildə qəbul edilir ki, ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir. Elə hazırkı iş bunun bariz nümunəsidir. Real dəyəri 2700 000 (iki milyon yeddi yüz min) manat olan mənzilin əvvəlcə likvid dəyəri olan 2480 000 (iki milyon dörd yüz səksən min) manata, daha sonra ******* (iki milyon yüz səkkiz min) manata hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması qətiyyən inandırıcı deyil və mövcud sözdə açıq hərracın mahiyyətini (hərrac təşkilatı ilə bankın əlbir hərəkət etmələrini və s.) ifadə edir. Daşınmaz əmlak bazarında əmlakın real bazar dəyərindən cüzi ucuz satışa çıxarılması həmin əmlakın dərhal satışını təmin edir. Bu mövcud bazarın sadə və hamı tərəfindən qəbul edilən qaydasıdır. Necə oldu ki, 2 700 000 (iki milyon yeddi yüz min) manat dəyəri olan mənzil ******* (iki milyon yüz səkkiz min) manata açıq hərraca çıxarıldı, lakin heç bir alıcısı olmadı? Yekunda da ******* (bir milyon beş yüz səksən bir min) manata, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə cavabdeh bank tərəfindən əldə edilib. Buradan aydın olur ki, cavabdehlər qanunvericiliyin tələblərinə zidd olmaqla əlbir hərəkət edərək, iddiaçının mülkiyyətində olan mənzili bankın adına rəsmiləşdirməyə, daha sonra baha qiymətlə satmağa və sonuncunun varlanmasına çalışırlar. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02/01 nömrəli “hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” protokolunun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi, cavabdeh «X5 Azərbaycan» QSC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X5 Azərbaycan” QSC-nin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “X5 Azərbaycan” QSC xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Nərimanov rayon icra şöbəsi tərəfindən icraya yönləndirilmiş, ipoteka predmeti olmuş əmlak hərraca çıxarılmış, hərrac baş tutmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinin tələblərinə müvafiq olaraq, Bank tərəfindən əldə edilmişdir. İİ. Aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçının tələbi Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4A ünvanda yerləşən 45 saylı mənzilə keçirilmiş hərracın “etibarsız” hesab edilməsi barədə olsa da, mübahisələndirdiyi hərracın hansı səbəbdən etibarsız hesab edilməli olmasına dair konkret heç bir fakta, əsasa istinad edilmir. İddiaçı iddiasını “əsaslandırmaq” üçün ”yalnız “əmlak cavabdeh hərrac təşkilatı tərəfindən hərrac qanunvericiliyinin tələbləri pozulmaqla banka satılmış və cavabdeh bank tərəfindən hərrac qanunvericiliyinin tələbləri pozulmaqla əldə edilmişdir.” kimi ifadə işlətməklə və bu belə nəticəyə gəlməsini “Artıq hamı tərəfindən birmənalı şəkildə qəbul edilir ki, ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir.” dəlili ilə “sübut etməklə” kifayətlənmişdir. İddia ərizəsində əmlakının “real dəyərinin” 2 700 000 (iki milyon yeddi yüz min) manat olmasını iddia edən iddiaçı, mənzilinin 1 581000 (bir milyon beş yüz səksən bir min) manata, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə cavabdeh bank tərəfindən əldə edilməsini “qanunsuz” hesab edir. Halbuki, iş materiallarından da göründüyü kimi, mənzilin ilkin satış qiymətinin müəyyən olunması məsələsi dəfələrlə məhkəmə baxışının predmeti olmuş, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilin ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat müəyyən edilmiş və həmin qiymət üzərindən də açıq hərraca çıxarılmışdır. Bu səbəbdən iddiaçı tərəfindən mənzilin ilkin satış qiymətini şübhə altına alması yolverilməzdir. Qanunvericiliyin tələblərinə riayət edilməklə keçirilmiş hərracda mənzilin ilkin satış qiymətinə və sonradan 15% aşağı salınmış qiymətə satılmaması (yəni, bu qiymətə ipoteka predmetini almaq istəyən alıcının olmaması) özü özlüyündə hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. İddiaçının “ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir” kimi dəlili, irəli sürülən tələbin hər hansı hüquqi əsasa söykənmədiyini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında “iddianın əsası” ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki: “İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir.” İddia ərizəsində Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun bir sıra maddələri sadalansa da, yuxarıda da qeyd edildiyi kimi, hərracın etibarsızlığına əsas kimi konkret olaraq hər hansı normaya istinad edilmir və ümumiyyətlə, hərracın hansı səbəbdən və hansı əsasla etibarsız olmasına dair hər hansı fakta istinad edilmir və bu hal iddia ərizəsinin özündə də etiraf edilir və bildirilir ki: “Gələcəkdə işlə bağlı bütün zəruri əlavə sübutlar məhkəməyə təqdim ediləcək.” Yəni, iddiaçı konkret hansı hüququnun hansı səbəbdən “pozulduğunu” hələ bilmədiyini və bununla bağlı heç bir sübutunun olmadığını etiraf etməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “X5 Azərbaycan” QSC xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələblərinin əsassız olması ilə yanaşı, həmin tələblər bir-birini təkzib etməklə, ziddiyyətlidir. Belə ki, iddiaçı eyni zamanda həm hərracın yekun protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin “etibarsız” hesab edilməsinə, həm də “etibarsız” hesab etdiyi alqı-satqı üzrə “əmlakın 30 təqvim günündə əldə edilmədiyi” səbəbindən “ipotekaya xitam verilməsi” barədə tələb irəli sürmüşdür. Halbuki, hərracın yekun protokolunun və onun əsasında bağlanmış alqısatqı müqaviləsinin “etibarsız” edilməsinin hüquqi nəticəsi, ipotekaya xitam verilməsinə yox, hərracın yenidən keçirilməsinə səbəb olur; “ipotekaya xitam verilməsi” tələbi isə yalnız etibarlı hesab edilən hərracdan və onun əsasında bağlanmış etibarlı alqı-satqı müqaviləsinin mövcudluğunu ehtiva edir. İstənilən halda, hər iki tələbin ayrı-ayrılıqda da əsassız olduğu barədə dəlilləri Məhkəmənin nəzərinə çatdırır. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı. İddiaçı bildirir ki, “Real dəyəri 2 700 000 (iki milyon yeddi yüz min) manat olan mənzilin əvvəlcə likvid dəyəri olan 2 480 000 (iki milyon dörd yüz səksən min) manata, daha sonra ******* (iki milyon yüz səkkiz min) manata hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması qətiyyən inandırıcı deyil və mövcud sözdə açıq hərracın mahiyyətini (hərrac təşkilatı ilə bankın əlbir hərəkət etmələrini və s.) ifadə edir.” Halbuki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı Qətnaməsi ilə İddiaçı kredit müqaviləsi üzrə ondan ümumilikdə 375.919,51 ABŞ dolları və 4180 manat sığorta haqqı tutulması qət edilmiş, tutmanın İddiaçı mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanındakı 5 otaqlı mənzilə yönəldilməsi, borc ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin İddiaçı tutulması, hərracda mənzil «X5 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X5 Azərbaycan» QSC-nə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-5763/2021 saylı Qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1302/2022 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsi qismən, yəni, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3878/2022 saylı Qətnaməsi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı Qətnaməsi mübahisələndirilən - ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı işdə də ipoteka qoyulmuş əmlak müstəqil qiymətləndiricinin rəyi əsasında qanuni qüvvəyə minmiş məhkəmə tərəfindən müəyyən edilmişdir və mübahisə predmeti ola bilməz. İddia ərizəsindən də göründüyü kimi, iddiaçının tələbi Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4A ünvanda yerləşən 45 saylı mənzilə keçirilmiş hərracın hansı səbəbdən “etibarsız” hesab edilməsi olsa da, belə “etibarsızlığa” səbəb ola biləcək hər hansı konkret fakta, əsasa istinad edilmir. Əmlakının “real dəyərinin” 2 700 000 (iki milyon yeddi yüz min) manat olmasını iddia edən iddiaçı, mənzilinin 1 581000 (bir milyon beş yüz səksən bir min) manata, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə cavabdeh bank tərəfindən əldə edilməsini “qanunsuz” hesab edir və bunu belə əsaslandırmağa cəhd edir ki, “2108000 (iki milyon yüz səkkiz min) manata hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması qətiyyən inandırıcı deyil”. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, mənzilin ilkin satış qiymətinin müəyyən olunması məsələsi dəfələrlə məhkəmə baxışının predmeti olmuş, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilin ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat müəyyən edilmiş və həmin qiymət üzərindən də açıq hərraca çıxarılmışdır. Göstərilən səbəblərdən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsində və həmin qiymət üzərindən hərraca çıxarılmasında hər hansı pozuntunun olmadığı aşkardır. Qanunvericiliyin tələblərinə riayət edilməklə keçirilmiş hərracda mənzilin ilkin satış qiymətinə və sonradan 15% aşağı salınmış qiymətə satılmaması (yəni, bu qiymətə ipoteka predmetini almaq istəyən alıcının olmaması) özü-özlüyündə hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. İddia ərizəsində Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun bir sıra maddələri sadalansa da, yuxarıda da qeyd edildiyi kimi, hərracın etibarsızlığına əsas kimi konkret olaraq hər hansı normaya istinad edilmir. Məhz bu səbəbdən də İddiaçı, həmin tələbin özünün əsassız olduğuna dəlalət edən başqa bir tələb - əmlakın “30 gün müddətində əldə edilmədiyini” bildirməklə, “ipotekaya xitam verilməsi” tələbini də irəli sürür. İpoteka predmetinin əldə edilməsi ilə bağlı Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi: Birinci hərrac xx.xx.2023-cü il tarixdə, təkrar hərrac xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Nərimanov rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilərək, təkrar hərracın baş tutması və bu barədə “Birja yenilikləri” qəzetində xx.xx.2023-cü il tarixdə elan dərc edildiyi bildirilmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı olmayan qiymətə, yəni, 1 581 000 manata ipoteka saxlayana təklif olunmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 16(103)-691/2023 saylı Qərardadı ilə “X5 Azərbaycan” QSC-nin İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi təmin edilərək, qərara alınmışdır ki: “- “X5 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilin açıq hərracda satışından iddiaçı Banka ödəniləcək 375 919.51 (üç yüz yetmiş beş min doqquz yüz on doqquz ABŞ dolları 51 sent) ABŞ dollarından yuxarı vəsaitin 42,604.91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları hissəsi üzərinə həbs qoyulsun.” Yuxarıda qeyd edilən məhkəmə Qərardadı ilə həmin pul vəsaitləri üzərinə həbs qoyulduğundan, Bank həmin vəsaitləri üzərinə həbs qoyulmuş vəsait kimi saxlamış və Nərimanov rayon İcra şöbəsinə göndərdiyi ərizədə də bu barədə məlumat vermişdir. “X5 Azərbaycan” QSC tərəfindən 25 dekabr 2023-cü il tarixdə Nərimanov rayon İcra şöbəsinə, ərizə göndərilərək, ipoteka predmeti ilə təmin olunmuş qətnamənin və qərardadın icrası ilə bağlı 716008,8 manat (yeddi yüz on altı min) manatın Bankın xeyrinə tutulmalı olması (bu məbləğin yaranması əsasları izah edilməklə); əmlakın Bank tərəfindən 1 581 000 manata əldə edilməsi ilə bağlı Bankın tələblərini təşkil edən 716 008.8 manat (yeddi yüz on altı min səkkiz manat 80 qəp.) məbləğdən artıq qalan 864991,2 manat (1581000-716008.8 = 864991,2) məbləğdən hərrac xərcləri çıxılmaqla qalan məbləğ ipoteka qoyana qaytarıla bilməsi bildirilmiş, bankın tələb məbləği (716008.8 manat) çıxılmaqla qalan 864 991,5 manat məbləğin hansı qaydada hansı hesablara (bank rekvizitləri göstərilməklə) ödənilməsi barədə məlumat təqdim edilməsi xahiş edilmişdir. Həmin ərizə həmçinin "xxxx" MMC-yə və İddiaçı da göndərilmişdir. "xxxx" MMC-nin 30 dekabr 2023-cü il tarixli, 86 saylı Hesab fakturasına əsasən, hərrac xərclərini təşkil edən 66 991.53 manat və onun ƏDVsini təşkil edən 12.058.47 manat (cəmi 79050 manat) 8 yanvar 2024-cü il tarixli, 9 saylı ödəniş tapşırıqları ilə həmin Cəmiyyətə köçürülmüşdür. Təkrar hərracın baş tutmamış elan edildiyi gündən 28 gün sonra, yəni 09 yanvar 2024-cü il tarixdə “Hərracın yekunları barədə Protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilə imzalanmışdır. Bundan əlavə, Nərimanov rayon İcra Şöbəsinin 30 dekabr 2023-cü il tarixli hesab fakturasına əsasən, İddiaçı qaytarılmalı olan 785 941.20 (864 991,2- 79050,0 =785 941.20) manat 9 yanvar 2024-cü il tarixli 3 saylı ödəniş tapşırığı ilə Nərimanov rayon icra X1 hesaba köçürülmüşdür. İddiaçı qaytarılmalı olan həmin məbləğə 42 604,91 ABŞ dollarının ekvivalentini təşkil edən 72428,4 manatın və 307.3 manat dövlət rüsumunun (cəmi 72735 manatın) daxil edilməməsi isə yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 16(103)-691/2023 saylı Qərardadının icrası ilə bağlı olmuşdur. Belə ki, həmin qərardadda da birmənalı olaraq qərara alınmışdı ki: “...mənzilin açıq hərracda satışından iddiaçı Banka ödəniləcək 375 919.51 ABŞ dollarından yuxarı vəsaitin 42,604.91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları hissəsi üzərinə həbs qoyulsun.” Sonradan həmin məbləğlər, yəni 72 428,4 manat 19 yanvar 2024-cü il tarixli, 13 və 307.3 manat həmin tarixli 14 saylı ödəniş tapşırıqları ilə Nərimanov rayon İcra X1 hesabına köçürülmüşdür və hazırda da üzərində həbs olmaqla həmin hesabda saxlanılır. Göründüyü kimi, ipoteka predmetinin ipoteka saxlayan bank tərəfindən əldə edilməsi ilə bağlı artıq qalan məbləğ (üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmuş və hazırda Nərimanov rayon icra şöbəsinin hesabında saxlanılan 72 428,4 manatın və 307.3 manat nəzərə alınmaqla) qanunla müəyyən olunmuş 30 gün müddətində iddiaçıya ödənilməsi üçün icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Hərrac təşkilatçısına ödənilməli olan xidmət haqqının - 79050 manatın (66991.53+12058.47) icra şöbəsinə deyil, hərrac təşkilatçısına ödənilməsinin guya, əsassız olduğu və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olması barədə iddiaçının “dəlillərinə” münasibətdə isə qeyd edilməlidir ki, bu məbləğ iddiaçıya (ipoteka qoyana) verilməli olan vəsait deyil, istənilən halda, ipoteka qoyulmuş əmlakın satış qiymətindən çıxılmalı olan məbləğdir və bu məbləğin ödənilməsi yükü ipoteka qoyanın üzərinə düşür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak “X5 Azərbaycan” QSC-nin Səbail filialının adına xx.xx.2013-cü il tarixdən ipoteka ilə yüklü edilmişdir. -Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı 368.253,73 (üç yüz altmış səkkiz min iki yüz əlli üç dollar yetmiş üç sent) ABŞ dolları əsas kredit borcu, 2.665,78 (iki min altı yüz altmış beş dollar yetmiş səkkiz sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, ümumilikdə 375.919,51 (üç yüz yetmiş beş min doqquz yüz on doquz dollar, əlli bir sent) ABŞ dollar (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 4180 (dörd min yüz səksən) manat sığorta haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə yönəldilməsi, borc ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi İddiaçı tutulması, hərracda mənzil «X5 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X5 Azərbaycan» QSC-nə təhvil verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti rədd olunmuş, cavabdehin apellyasiya şikayəti rədd olunmuş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1302/2022 saylı 14 mart 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı “X5 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni borcu tələbinin təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)- 3878/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1549/2023 saylı 23 may 2023-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 09 mart 2023-cü il tarixli qərardadı ona münasibətdə ləğv edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılması və ona münasibətdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1549/2023 saylı 23 may 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı “X5 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 3412/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı 368.253,73 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42.604,91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 307,30 (üç yüz yeddi) manat 30 qəpik dövlət rüsumu iddiaçı «X5 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7060/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3412/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1003/2024 saylı 14 mart 2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7060/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən İddiaçı və “X5 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İpoteka haqqında AR Qanunun 41.2-ci maddəsinə əsasən, ipoteka predmetinin ixtisaslaşdırılmış təşkilatda satılmasına dair 5 təqvim günü ərzində icra məmuruna müraciət etmək hüququ izah olunmuşdur. -Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə, (surəti: İddiaçı və «X5 Azərbaycan» QSC-yə, İcra Baş İdarəsinə) ünvanlanmış xx.xx.2023-cü il tarixli 12667-165446/23-15-23 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən əmlakın hərracının keçirilməsinin təşkil edilməsi sifariş olunmuşdur. -“Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 01 №-li bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədi üzrə ünvan 4 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti ******* manat olmaqla hərracının keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. -"xxxx"MMC tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 02 №-li bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədi üzrə ünvan 4 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti ******* – 15% = 21080000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. -"xxxx" MMC tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı və “X5 Azərbaycan” QSC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023cü il tarixli təklifdən görünür ki, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni ******* manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - “X5 Azərbaycan” QSC tərəfindən icra şöbəsinə, -"xxxx" MMC-yə və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, bank əmlakı əldə etməyə razılığını bildirmiş, bankın tələb məbləği çıxılmaqla qalan 864991,5 manat məbləğin (həmçinin hərrac xərclərinin) hansı qaydada hansı hesablara (bank rekvizitləri göstərilməklə) ödənilməsi barədə məlumat təqdim edilməsi xahiş edilmişdir. - Nərimanov Rayon İcra şöbəsi tərəfindən “X5 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu İddiaçı qaytarılmalı olan qalıq 864991,5 manat məbləğin məktuba əlavə edilmiş Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsini xahiş olunmuş, rekvizitlər təqdim edilmişdir. - “X5 Azərbaycan” QSC tərəfindən icra şöbəsinə, "xxxx" MMC-yə və İddiaçı ünvanlanmış ərizədən görünür ki, bankın tələb məbləği (795058,8 manat) çıxılmaqla qalan 785941,2 manat məbləğin Nərimanov rayon İcra şöbəsinin depozit hesabına ödənildiyi bildirilmiş, Bankın mülkiyyətinə keçmiş mənzilin 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi xahiş olunmuşdur. - 8 yanvar 2024-cü il tarixli 9 №-li ödəniş tapşırığından görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin hesabına hərrac xərci təyinatı ilə 12058,48 manat köçürülmüşdür. - 8 yanvar 2024-cü il tarixli 9 №-li ödəniş tapşırığından görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin hesabına hərrac xərci - ünvan 4 təyinatı ilə 66,991.53 (altmış altı min doqquz yüz doxsan bir manat 53 qəpik) manat köçürülmüşdür. - 9 yanvar 2024-cü il tarixli 3 №-li ödəniş tapşırığından görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına İddiaçı işi üzrə hərrac mərkəzindən əldə olunan əmlakla bağlı artıq qalan vəsait təyinatı ilə 785,941.20 (yeddi yüz səksən beş min doqquz yüz qırx bir manat 20 qəpik) manat köçürülmüşdür. - İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 02/01 №-li 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədinə və Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 12667-165446/23-15-23 saylı sifariş məktubunun və “X5 Azərbaycan” QSC-nin müvafiq məktubunun icrasına əsasən ünvan 4 ünvanında yerləşən əmlak dəyəri ******* (bir milyon beş yüz səksən bir min manat) manat olmaqla ipoteka saxlayan “X5 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. - Hərracın təşkilatçısı -"xxxx" MMC və “X5 Azərbaycan” QSC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 09 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən əmlak ******* (bir milyon beş yüz səksən bir min manat) manat olmaqla ipoteka saxlayan “X5 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. - Nərimanov Rayon İcra şöbəsi tərəfindən “X5 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı borclu qismində keçdiyi Bakı Apellyasiya Məhkəməsinin 16(103)-691/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmalı olan “X5 Azərbaycan” QSC-nin hesabındakı 72428,34 manat pulun (42604,91 ABŞ dolları) və 307,30 manat pul vəsaitinin Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuş, rekvizitlər təqdim edilmişdir. - “X5 Azərbaycan” QSC tərəfindən icra şöbəsinə və İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, ipoteka qoyana qaytarılmalı olan məbləğin ödənilməsini yalnız Bankın mülkiyyətinə keçmiş mənzilin boşaldılaraq “X5 Azərbaycan” QSC-yə təhvil verilməsindən sonra həyata keçirilməsi xahiş edilmişdir. - 19 yanvar 2024-cü il tarixli 13 №-li ödəniş tapşırığından görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-691/2023 saylı icra sənədinin icrası təyinatı ilə 72428.34 (yetmiş iki min dörd yüz iyirmi səkkiz manat 34 qəpik) manat köçürülmüşdür. - 19 yanvar 2024-cü il tarixli 14 №-li ödəniş tapşırığından görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-691/2023 saylı icra sənədinin icrası – dövlət rüsumu təyinatı ilə 307 manat köçürülmüşdür. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflərin nümayəndə və vəkillərinin izahatları, iş materiallarına əlavə olunmuş sənədlər və icra işi materialları ilə müəyyən olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsinə əsasən, İddiaçı ümumilikdə 375.919,51 ABŞ dollar, 4180 manat sığorta haqqı, ödənilmiş 30 manat dövlət rüsumunun «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, borcun ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi İddiaçı tutulması, hərracda mənzil «X5 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X5 Azərbaycan» QSC-nə təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə - icra vərəqəsi icra olunması üçün icra şöbəsinə yönəldilmişdir. İcra şöbəsi tərəfindən tərəflərə xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq, 5 təqvim günü ərzində qarşılıqlı razılıq əsasında ipoteka predmetinin ixtisaslaşdırılmış təşkilatda satılmasına dair icra məmuruna müraciət etmək hüququ izah olunmuş əks halda sifarişin icra məmuru tərəfindən həyata keçiriləcəyi bildirilmişdir. Belə bir qarşılıqlı razılıq müəyyən olunmadığından Nərimanov rayon icra şöbəsi xx.xx.2023-cü il tarixli 12667-165446/23-15- 23 saylı sifariş məktubu ilə "xxxx" MMC-yə ipoteka predmeti olan əmlakın hərracının keçirilməsinin təşkil edilməsi sifariş olunmuşdur. Qeyd olunan məktuba əsasən "xxxx" MMC tərəfindən əmlakın ilkin satış qiyməti ******* manat olmaqla xx.xx.2023-cü il tarixdə ilkin hərrac, satış qiyməti ******* (15% daha az) manat olmaqla xx.xx.2023-cü il tarixdə təkrar hərrac keçirilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından əmlak "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni ******* manat olmaqla ipoteka saxlayana - «X5 Azərbaycan» QSCyə təklif olunmuşdur. Bundan sonra ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 02/01 №-li 09 yanvar 2024-cü il tarixli protokola əsasən, ünvan 4 ünvanında yerləşən əmlak dəyəri ******* (bir milyon beş yüz səksən bir min manat) manat olmaqla ipoteka saxlayan “X5 Azərbaycan” QSC tərəfindən əldə edilmiş, "xxxx" MMC və «X5 Azərbaycan» QSC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 09 yanvar 2024-cü il tarixli müqavilə bağlanmışdır. Bununla razılaşmayan İddiaçı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, cavabdeh «X5 Azərbaycan» QSC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, “X5 Azərbaycan” QSC xx.xx.2023-cü il tarixli ərizə ilə əmlakı əldə etməyə razılığını bildirmiş, bankın tələb məbləği çıxılmaqla qalan 864991,5 manat məbləğin (həmçinin hərrac xərclərinin) hansı qaydada hansı hesablara (bank rekvizitləri göstərilməklə) ödənilməsi barədə məlumat təqdim edilməsini xahiş etmişdir. Bundan sonra Nərimanov Rayon İcra şöbəsi tərəfindən borclu İddiaçı qaytarılmalı olan qalıq 864.991,5 manat məbləğin Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsini xahiş olunmuş və rekvizitlər təqdim edilmişdir. İcra şöbəsinin qeyd olunan məktubuna əsasən, 9 yanvar 2024-cü il tarixdə (3 №-li ödəniş tapşırığı) “X5 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına İddiaçı işi üzrə hərrac mərkəzindən əldə olunan əmlakla bağlı artıq qalan vəsait təyinatı ilə 785,941.20 manat köçürülmüşdür. Bundan sonra Nərimanov Rayon İcra şöbəsi tərəfindən “X5 Azərbaycan” QSC-yə xx.xx.2024-cü il tarixli məktubünvanlanaraq Bakı Apellyasiya Məhkəməsinin 16(103)-691/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmalı olan “X5 Azərbaycan” QSC-nin hesabındakı 72428,34 manat pulun (42604,91 ABŞ dolları) və 307,30 manat pul vəsaitinin Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuş, rekvizitlər təqdim edilmişdir. İcra şöbəsinin qeyd olunan məktubuna əsasən 19 yanvar 2024-cü il tarixində (13 №-li və 14 №-li ödəniş tapşırığı) Bank tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)- 691/2023 saylı icra sənədinin icrası təyinatı ilə 72428.34 manat və dövlət rüsumu kimi 307 manat köçürülmüşdür. Göründüyü kimi, qeyd olunan məbləğlər cavabdeh “X5 Azərbaycan” QSC tərəfindən icra şöbəsinin müvafiq məktublarına əsasən Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. -47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehdən – hazırki iş üzrə İddiaçı kredit borcunun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqəsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən əmlaka dair hərrac təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçı məlumatlandırılmış, müvafiq elanların verilməsi təmin olunmuşdur. Qanunvericiliklə iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir. Hazırki mülki iş üzrə ünvan 4 ünvanında yerləşən əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən 12 dekabr 2023-cü il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri (2108000) qanunvericiliyə uyğun olaraq 25 % azaldılaraq ******* (bir milyon beş yüz səksən bir min) manata tələbkara təklif olunmuşdur. “X5 Azərbaycan” QSC 26 dekabr 2023-cü il tarixli məktubu ilə qeyd olunan əmlakı əldə etməyə razılığını bildirmiş, təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (30 təqvim günü) cavabdeh "xxxx" MMC tərəfindən 09 yanvar 2024-cü il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ünvan 4 ünvanında yerləşən mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar – digər cavabdeh «X5 Azərbaycan» QSC ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Mülki Məcəllənin 139-1.1.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqısatqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Məhkəmə iddiaçının mənzilin aşağı qiymətə satılması barədə dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırki iş üzrə tərəflər arasında mübahisə yarandığından Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsinə əsasən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 2.480.000 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1302/2022 saylı 14 mart 2022-ci il tarixli qərarı ilə həmin qətnamə qismən, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən - ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1549/2023 saylı 23 may 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı “X5 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mənzilin ilkin satış qiyməti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Qətnamə həmin hissədə - ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilmiş və nəticə etibarilə yuxarı instasiya məhkəmələri tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanmışdır. İcra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmuş "xxxx" MMC-yə ünvanlanmış sifariş məktubunda hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti 2.480.000 manat olaraq göstərilmiş və əmlak "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 2.480.000 manat olmaqla ilkin hərrac keçirilmişdir. Yəni mənzilin satış qiymətinin 2.480.000 manat olaraq göstərilməsində hər hansı bir pozuntu olmamış, əmlakın satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Mənzilin satış qiyməti məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyindən, mənzilin dəyərinin mübahisələndirilməsi, onun qiymətinin yenidən müəyyən edilməsi hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri əmlaka dair keçirilmiş hərracın etibarsız hesab olunması barədə nəticəyə gəlmək üçün əsas hesab oluna bilməz. Bununla yanaşı, iddiaçının cavabdeh “X5 Azərbaycan” QSC-nin qeyd olunan əmlakı əldə etdikdən sonra aldığı məbləğdən daha yuxarı məbləğə satmaqla varlanacağı barədə dəlili mülahizə xarakteri daşımaqla məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, əmlak tələbkar bankın xüsusi mülkiyyətinə keçdikdən sonra sonuncu onu özgəninkiləşdirməkdə və satış qiymətini müəyyən etməkdə mülkiyyətçi hüquqlarından irəli gələn sərbəstliyə malikdir. Bu hal isə hərracın qanunsuzluğuna dəlalət edə bilməz. Yuxarıda qeyd olunan maddi hüquq normalarının ipmerativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(006)-93/2021 saylı icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər “X5 Azərbaycan” QSC-yə və "xxxx" MMC-yə qarşı “cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02/01 nömrəli “hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” protokolunun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi, cavabdeh «X5 Azərbaycan» QSC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “X5 Azərbaycan” QSC-yə və "xxxx" MMC-yə qarşı “cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02/01 nömrəli “hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” protokolunun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi, cavabdeh «X5 Azərbaycan» QSC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar