Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1444/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı və son haqq hesab” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı və son haqq hesab” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin iyul ayı üçün 2133,57 manatın, 2021-ci ilinavqust ayı üçün 2529,17 manatın, 2021-ci ilin sentyabr ayı üçün 1821,17 manatın, 2021-ci ilin oktyabr ayı üçün 2529,17 manatın, 2021-ci ilin noyabr ayı üçün 2529,17 manatın, 2021-ci ilin dekabr ayı üçün 356,49 manat olmaqlacəmi 11.898,74 (on bir min səkkiz yüz doxsan səkkiz manat, 74 qəpik) manat məbləğində əmək haqqının (cədvəl 1); 2. 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 22 günlük əsas əmək məzuniyyətinə görə 1255,65 (bir min iki yüzəlli beş manat, 65 qəpik) manat pul əvəzinin;
3. İşlədiyim müddətdəərzində Cavabdeh tərəfindən əmək haqqımın ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən hesablanmış günlük 1 %,cəmi 11.052,30 (on bir min sıfır əlli iki manat, 30 qəpik) manat ödəncin (cədvəl 2); 4. 01 avqust 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2133,57 manat məbləğində əmək haqqının (İyul 2021-ci il üçün əmək haqqı) 1 % -i məbləğində (günlük 21,34 manat) məbləğində ödəncin (cədvəl 1); 5. 01 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2529,17 manat məbləğində əmək haqqının (Avqust 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində ödəncin (cədvəl 1); 6. 01 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1821,17 manat məbləğində əmək haqqının (Sentyabr 2021-ci il üçün əməkhaqqı) 1 % -i (günlük 18,21 manat) məbləğində ödəncin (cədvəl 1); 7. 01 noyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2529,17 manat məbləğində əmək haqqının (Oktyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində ödəncin (cədvəl 1); 8. 01 dekabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2529,17 manat məbləğində əmək haqqının (Noyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində ödəncin (cədvəl 1); 9. 01yanvar 2022-ci il tarixdə başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyigünədək hər gecikdirilmiş gün üçün 356,49 manat məbləğində əmək haqqının (Dekabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 3,57 manat) məbləğində ödəncin (cədvəl 1) 10. Mediasiya xidmətinin göstərilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 2021-ci ilin iyul ayı üçün ödənilməmiş qalıq 1078,43 (2133,57-1055.14) manatın, 2021-ci ilin avqust ayı üçün 2529,17 manatın, 2021-ci ilin sentyabr ayı üçün 1821,17 manatın, 2021-ci ilin oktyabr ayı üçün 2529,17 manatın, 2021-ci ilin noyabr ayı üçün 2529,17 manatın, 2021-ci ilin dekabr ayı üçün 356,49 manat olmaqla cəmi 10.206,15 (on min iki yüz altı manat, 15 qəpik) manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Cədvəl 1); cavabdeh tərəfindən 01 mart 2022-ci il tarixdə qalıq əmək haqqından edilmiş qismən ödəniş (1055,14 manat) nəzərə alınmaqla 01 mart 2022-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1078,43 (2133,571055.14) manat (NET vergilər xaric) məbləğində olan qalıq əmək haqqının (İyul 2021-ci il üçün əmək haqqı) 1 % -i məbləğində (günlük 10,78 manat) məbləğində ödəncin (Cədvəl 1); 01 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2529,17 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Avqust 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində ödəncin (Cədvəl 1); 01 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin3 həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1821,17 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Sentyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 18,21 manat) məbləğində ödəncin (Cədvəl 1); 01 noyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2529,17 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Oktyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində ödəncin (Cədvəl 1) ; 01 dekabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1891,72 (min səkkiz yüz doxsan bir manat, 72 qəpik) manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Noyabr 2021-ci il üçün əmək haqqı NET) 1 % -i (günlük 18,91 manat) məbləğində ödəncin (Cədvəl 1); 01 yanvar 2022-ci il tarixdə başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (Dekabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 3,57 manat) məbləğində ödəncin (Cədvəl 1); 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 (beş yüz yetmiş yeddi manat, 74 qəpik) manat (NET vergilər xaric) pul əvəzinin; işlədiyi müddətdə ərzində Cavabdeh tərəfindən əmək haqqımın ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən hesablanmış günlük 1 %, cəmi 15.160,88 (on beş min yüz altmış manat, 88 qəpik) manat (NET vergilər xaric) ödəncin (cədvəl 2); Mediasiya xidmətinin göstərilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, işəgötürən "xxxx" ASC (bundan sonra “Cavabdeh ”) ilə iddiaçı, İddiaçı (bundan sonra “İddiaçı ”) arasında 01 oktyabr 2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmışdır. Əmək Müqaviləsinə əsasən, aylıq vergilər və digər ödənişlər daxil 889 (səkkiz yüz səksən doqquz) manat əmək haqqı müqabilində əlavə iş yeri üzrə Texniki Plan departamentində hüquq məsləhətçisi vəzifəsinə işə qəbul olunub. Tərəflər arasında imzalanmış 05 yanvar 2021-ci il tarixli Əmək müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən, aylıq vergilər və digər ödənişlər daxil olmaqla 1567 (bir min beş yüz altmış yeddi) manat əmək haqqı olmaqla Korporativ hüquq və məhkəmələrlə iş departamentinə hüquq məsləhətçisi vəzifəsinə keçirilib. Daha sonra tərəflər arasında Əmək müqaviləsinə 12 iyul 2021-ci il tarixli 3 nömrəli Əlavə imzalanmış, İddiaçıya Cavabdehin Hüquq departamentinin müdiri vəzifəsi üzrə əmək funksiyasının icrası həvalə edilmiş, əmək haqqına (yəni 1567 manat) hər ay vergilər və digər ödənişlər daxil olmaqla 1275 (bir min iki yüz yetmiş beş) manat əlavə müəyyən edilmiş və ümumilikdə vergilər və digər ödənişlər daxil olmaqla 2842 (iki min səkkiz yüz qırx iki) manat əmək haqqı təyin edilmişdir (əlavə olunur). 06 dekabr 2021 -ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 209 saylı Əmrlə əmək müqaviləsinə xitam verilmiş və həmin əmrdə də qeyd olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq son haqq-hesab verilsin. Lakin, dəfələrlə şifahi və yazılı xəbərdarlığa baxmayaraq Cavabdeh hazırkı vaxta qədər 2021-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün (dekabrın 6-dək) əmək haqqının, həmçinin 06 dekabr 2021-ci il tarixədək istifadə edilmiş və istifadə edilməmiş əmək məzuniyyətimə görə pul əvəzini İddiaçıya ödəməmişdir. Mübahisənin mediasiya prosesi vasitəsilə həll edilməsi ilə bağlı İddiaçının müraciətinə cavab verilməmiş, həmçinin keçirilən mediasiya prosesində Cavabdeh tərəf iştirak etməmişdir. Mediasiya prosesinin keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş mediasiya xərci (əmək mübahisələri üzrə 50 manat) İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən ödənilməmiş əmək haqqı, məzuniyyət pulu, son haqq hesab və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş cərimə - faizlərlə bağlı iddia tələbinin əsaslanıdırılması izahlı şəkildə aşağıda göstərilmişdir. Ödənilməmiş əmək haqqı, istifadə olunan məzuniyyətə görə verilməli pul və gecikmələrə görə hesablanmış 1 günlük ödəncin məbləği aşağıdakı cədvəllərdə öz əksini tapmışdır: İyul ayının 12-dən İddiaçıya Cavabdehin Hüquq departamentinin müdiri vəzifəsi üzrə əmək funksiyasının icrası həvalə edilmiş və əmək haqqına əlavə müəyyən edilmişdir. Bu səbəbdən iyul ayının 12-dək əmək haqqı 1567 (bir min beş yüz altmış yeddi) manat üzərindən, daha sonra əlavə ilə birlikdə olan məbləğ 2842 (iki min səkkiz yüz qırx iki) manatdan hesablanmışdır. İyul ayı ərzində 20 iş günü olmuş, ayın 12-dək 7 iş günü və qalan tarixə 13 iş günü düşmüşdür. a)Riyazi hesablama (iyul ayının 12-dək): Əmək haqqı 1567 manat / 20 iş günü -- bir iş günü üçün əmək haqqı (78,35 manat) X 7 iş günü = 548,45 manat. b)Riyazi hesablama (iyul ayının 12-dən sonra): Əmək haqqı 2842 manat / 20 iş günü -- bir iş günü üçün əmək haqqı (142,10 manat) X 13 iş günü = 1847,30 manat. Əmək haqqı iyul ayı üzrə cəmi 2395,75 (548,45+1.847,30) manat təşkil etmiş, ondan vergi, sosial və digər ödənişlər çıxıldıqdan sonra NET məbləğ 2133,57 (iki min yüz otuz üç manat, 57 qəpik) manat hesablanmışdır (http://www.muhasib.az/calc/calc_emek.php). Bu zaman icbari tibbi sığorta məbləği hesablanarkən xx.xx.2022-ci il tarixədək qeyri neft sektorunda çalışanlara tətbiq edilən 50%-lik güzəşt nəzərə alınmışdır. İİ. İddiaçıya istifadə edilməmiş məzuniyyət günlərinə görə də kompensasiya ödənilməmişdir. Həmin kompensasiyanın məbləği 1255,65 (bir min iki yüz əlli beş manat, 65 qəpik) manat təşkil edir. Riyazi hesablama: İşdən azad olunduğu tarixdən əvvəlki 12 təqvim ayının orta əmək haqqı 1938 manat (metodika: əvvəlki 12 ay ərzində ödənilməli əmək haqqı məbləğinin cəmini 12 təqvim ayına bölməklə) / 30.4 -- bir məzuniyyət günü üçün əmək haqqı (63,77 manat) X istifadə edilməmiş 22 gün əsas əmək məzuniyyəti = 1403,06 manat. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği 1403,06 manat təşkil etmiş, vergi, sosial və digər ödənişlər çıxıldıqdan sonra NET məbləğ 1255,65 (min iki yüz əlli beş manat, 65 qəpik) manat hesablanmışdır.(http://www.muhasib.az/calc/calc_emek.php). İİİ. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının işlədiyi müddət ərzində Cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən dəfələrlə gecikmələr baş vermişdir. Bununla da, iddiaçının həmin vəsaitlərdən vaxtında istifadə etmək imkanı əlindən alınmış və o, alınacaq məbləğdən faydalana bilməmişdir. Halbuki, Cavabdeh məhsul istehsalı və satışı, tikinti- quraşdırma fəaliyyəti ilə məşğul olduğu üçün həmin dövrlərdə Cavabdehin hesabında kifayət qədər pul vəsaiti olmuşdur. Cavabdeh hesabına daxil olan vəsaitləri ilk növbədə işçilərin əmək haqqının ödənilməsinə yönəltmək əvəzinə başqa məqsədlər üçün istifadə etmişdir. Bu hal hazırda da davam edir. Belə ki, İddiaçı işdən ayrıldıqdan sonra da Cavabdehin hesabına yeni vəsaitlər gəlməkdə davam etmiş, hətta onlardan bir neçəsini işçilərə əmək haqqının ödənilməsinə sərf etsə də İddiaçıya olan borc, son haqq hesab ödənilməmiş və hazırda da ödənilməməkdədir. Bu səbəbdən də İddiaçı işlədiyi müddət ərzində aylar üzrə gecikmiş əmək haqqının, gecikmə günləri, gecikməyə görə ƏM-nin 172-ci maddəsinə əsasən hesablanmış 1 % ödəncin məbləği və s. tələb edir və bu barədə məlumatları aşağıdakı cədvəldə təqdim edir: Yuxarıdakı cədvəldən də göründüyü kimi işlədiyim müddətdə ərzində Cavabdeh tərəfindən əmək haqqımın ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən hesablanmış 11,052.30 (on bir min sıfır əlli iki manat, 30 qəpik) manat ödənc də Cavabdeh tərəfindən İddiaçıya, yəni iddiaçıya ödənməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Habelə cavabdehin yazılı etirazına münasibət bildirərək qeyd etdi ki, cavabdehin hazırkı “etiraz”la birlikdə məhkəməyə təqdim etdiyi çıxarışa nəzər yetirsə Cavabdehin “saf’ niyyəti tam məlum olacaqdır. Belə ki, çıxarış daha əvvəlki tarixə, yəni işə qəbul olduğum xx.xx.2020-ci il tarixdən verilmiş olsa idi. əmək haqqının verilməsində gecikmələrə də yol verildiyi açıq aşkar görünərdi. Bu azmış kimi qeyd olunan tarixdən cari ilin yanvar ayınadək ümumiyyətlə əmək haqqı ilə bağlı sosial ödəniş edilməmiş, işçi kimi qeydiyyatı göstərilməmişdir. Cari ildə isə əmək haqqı gəlirləri qeyri-qanuni az göstərilməklə sosial ödənişlər həmin az məbləğə uyğun həyata keçirilmişdir. Bu bir başqa məhkəmə mübahisəsi predmeti olduğundan burada o məsələyə toxunmur, sadəcə edilən pozuntular və özbaşınalıqlar barədə məlumatları bildirməklə kifayətlənir. Düzgün və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən çıxarışa nəzər yetirsə məlum olur ki, cavabdeh şirkətdə işlədiyi 2020-ci ilin oktyabr və noyabr ayları üzrə əmək haqqım xx.xx.2020-ci ildə, dekabr ayı üzrə ödəniş isə 2 (iki) hissədə xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə (400,75 manat+400,75 manat) ödənilmişdir. Cari ilin yanvar üzrə əmək haqqı xx.xx.2021, fevral ay üzrə xx.xx.2021, mart ayı üzrə xx.xx.2021, aprel ayı üzrə xx.xx.2021, may ayı üzrə xx.xx.2021 və iyun ayı üzrə xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Bu gecikmələrlə bağlı iddia ərizəsində də müvafiq cədvəl tərtib edilmiş və gecikmələrə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən (1 (bir) illik müddət nəzərə alınmaqla) ödənc məbləğ hesablanmışdır (“Muğanbank" ASC-dən çıxarış əlavə olunur). Bundan sonrakı dövrdə artıq məhkəmə prosesi gedişində xx.xx.2022-ci il tarixdə 1055.14 manat və son olaraq Cavabdehin təqdim etdiyi ödəniş tapşırığından da görünür ki, 5.955,59 manat ödəniş aparılmışdır. Göründüyü kimi Cavabdeh əmək haqqı borcu olduğunu qismən ödəniş etməklə açıq şəkildə etiraf etmişdir. Baxmayaraq ki, həmin məbləği tam ödəməmiş, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2749 saylı, 02 avqust 2022-ci il tarixli rəyindən də göründüyü kimi, Cavabdehin ödəməli olduğu əmək haqqı 10.206,15 (on min iki yüz altı manat, 15 qəpik) (vergilər xaric) manat təşkil edir, lakin Cavabdeh həmin məbləğdən qismən 5.955,59 manat ödəniş etmiş yerdə qalan 4.250,56 (dörd min iki yüz əlli manat, 56 qəpik) manat isə əmək haqqı bu günə qədər ödənilməmiş qalmışdır. Hazırkı mərhələdə Cavabdehin “İddiaçıya əmək haqqı borcum yoxdur” deməsi qəbuledilməzdir. Belə ki, son ödəniş qəbzlərinə də diqqət edilsə qismən ödənişlərin İddiaçının məhkəməyə müraciət etməsindən sonra aparıldığı açıq aşkar görünür. Bu həm əmək haqqı borcunun olmasının etirafı kimi, habelə əmək haqqının ödənilməsində də gecikdirilmələrin olmasının əyani sübutu kimi qəbul edilməlidir. Nəzərə alsa ki, ödənilən məbləği 2021-ci ilin iyul, avqust və sentyabr aylarının əmək haqqı ödənişi kimi qəbul etsə onda gecikmələrin bir ildən artıq müddətə olduğu aydın olaraq görünməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, yuxarıda qeyd edilən aylar üzrə verilməli olan əmək haqqı vaxtında verilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdehin bu gecikmələrin onun təqsiri üzündən olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İlk növbədə qeyd etməlidir ki, cavabdeh şirkətdə işlədiyi müddətdə ödənilmiş əmək haqlarının verilməsində də gecikmələr olmuşdur və həmin gecikmələrlə bağlı əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 (bir) illik iddia müddəti nəzərə alınmaqla müvafıq hesablama aparılmış və 15.160,88 manat pulun Cavabdehdən tutulub iddiaçıya ödənilməsini istəyir. Bu hal qanunvericiliklə nəzərdə tutulmuşdur. Həmçinin də Cavabdeh də həmin gecikmələrə ümumiyyətlə münasibət bildirməmiş, hər hansı formada gecikmənin hansı səbəbdən yarandığını əsaslandırmamış, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə müraciət edən zaman da ödənilməmiş əmək haqqının olması halını Cavabdehin məhkəmə gedişi zamanı qismən ödənişlər etməsi də sübut edir. Həmin qismən edilmiş ödənişlər də özlüyündə həmin ödənişlərin gecikmələrlə edildiyin sübut və etiraf edir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2749 saylı, 02 avqust 2022-ci il tarixli rəyində hazırda da Cavabdehin iddiaçıya ödənilməmiş 4.250,56 (dörd min iki yüz əlli manat, 56 qəpik) manat əıııək haqqı borcunun qaldığını təsdiq edir. Bütün bunlar kompleks olaraq iddiamın əsaslı olmasını bir daha göstərir. Cavabdehin arqumentinə cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Cavabdehə qarşı əmək haqqı tələbinə dair verilmiş iddialarla bağlı çıxarılmış məhkəmə qərarlarının surətlərini, onlardan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin nəticəsinə dair yuxarı instansiya məhkəməsinin mövqeyinə dair qətnamələri təqdim edirəm. Həmin qətnamələrin bəziləri artıq icra edilmişdir. Eyni analoji hal olaraq ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirilməsinə görə gündəlik hesablanmış 1 faiz ödəndə bağlı Gürcüstanın Kutaisi şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı olmuşdur (Elnur Mahmudov vs Akkord STİK ASC). Həmin qərar adıçəkilən beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkə ərazisində tanınmış və məcburi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Ali Məhkəmə tərəfindən xarici dövlətin məhkəmə qərarının ölkədə tanınması ilə bağlı işə baxılan zaman çıxarılmış qərar ölkənin mülki prosessual qanunvericiliyə uyğun olaraq yoxlanılmış və ziddiyyət təşkil etmədiyindən tanınmış və icraya yönəldilmişdir. Bu bir daha sübut edir ki, beynəlxalq təcrübədə də bu presedent mövcuddur və ölkədə ən yüksək instansiya məhkəməsi tərəfindən də bu hal qəbul edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin Cavabdeh "xxxx" ASC-nin Baş Direktoru Ayhan Keskinkılıç məhkəməyə etiraz təqdim edərək iddiaçının tələbini əsassız hesab etmiş və iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sənədlər tərəflərindən araşdırılmış və aşağıdakıları qeyd edirlər. İddiaçı əmək haqqı borcunun ödənilməsini tələb edir, lakin iş materiallarına əlavə etdiyi ödəniş tapşırıqları və çıxarışlardan görünür ki, qarşı tərəfə hər-hansı əmək haqqı borcu mövcud deyil. İddiaçı iddia ərizəsində ödənilməmiş məbləğə faizin hesablanmasını tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin iş materiallarına müvafiq Qərarını əlavə edirik.Həmin Qərara əsasən məhkəmə borcun ödənildiyin nəzərə alaraq gecikdirilmiş hər gün üçün 1% -in tutulmasına münasibət bildirmiş və tələbi rədd etmişdir. Düşünürlər ki, Ali Məhkəmənin bu qərarı analoji presedent ola bilər. Beləliklə iddiaçının ödənişi gecikdirilməsi ehtimal edilən məbləğə faizlərin hesablanması tələbi də tərəfindən əsassız hesab edilir. Bundan əlavə. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlı 288-ci maddəsindən görünür ki, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmetinə aiddir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında fərdi əmək mübahisəsi yaranmışdır ki, bu mübahisə Əmək Məcəlləsinin əmək mübahisələri ilə bağlı ifadə olunmuş hüquq normaları çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elgün Səfərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2749 nömrəli ekspert rəyinə görə əsasən, 2021-ci ilin iyul ayı üçün ödənilməmiş qalıq 1.078,43 (2.133,57-1055.14) manat, 2021-ci ilin avqust ayı üçün 2.529,17 manat, 2021-ci ilin sentyabr ayı üçün 1.821,17 manat, 2021-ci ilin oktyabr ayı üçün 2.529,17 manat, 2021- ci ilin noyabr ayı üçün 2.529,17 manat, 2021-ci ilin dekabr ayı üçün 356,49 manat olmaqla "xxxx" ASC tərəfindən ödənilməli olan əmək haqqının məbləği ümumilikdə 10.206,15 manat (vergilər xaric) müəyyən edilir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, "xxxx" ASC tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq 01 mart 2022-ci il tarixdə qalıq əmək haqqından edilmiş qismən ödəniş (1.055,14 manat) nəzərə alınmaqla, 01 mart 2022-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.078,43 (2.133,57- 1.055.14) manat (vergilər xaric) məbləğində olan qalıq əmək haqqının (iyul 2021-ci il üçün əmək haqqı) 1 % -i məbləğində (günlük 10,78 manat) məbləğində, 01 sentyabr 2021-ci il tarixdən başlayaraq "xxxx" ASC tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2.529,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Avqust 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25.29 manat) məbləğində, 01 oktyabr 2021-ci il tarixdən başlayaraq cvabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.821,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Sentyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 18,21 manat) məbləğində, 01 noyabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2.529,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Oktyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25.29 manat) məbləğində, 01 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.891,72 manat (vergilər xaric) məbləğində əmək haqqının (Noyabr 2021-ci il üçün əmək haqqı NET) 1 % i (günlük 18,91 manat) məbləğində, 01 yanvar 2022-ci il tarixdə başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (vergilər xaric) məbləğində əmək haqqının (Dekabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 3,57 manat) məbləğində ödəncin, 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (vergilər xaric) pul əvəzinin ödnilməli olması müəyyən edilir. Qeyd: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir: Ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edərsə o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etsin. Təqdim olunmuş çıxarışdan görünür ki, İddiaçı işlədiyi müddət ərzində "xxxx" ASC tərəfindən əmək haqqının ödənilməsində də gecikmələrə yol vermişdir. Bu səbəbdən də Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış gecikmə günlərin sayına görə aşağıdakı cədvəldə qeyd edilən məbləğdə pulun ödənilməsi müəyyən edilir. Beləliklə hazırkı ekspertiza tədqiqatı zamanı "xxxx" ASC tərəfindən cəmi 10.206,15 manat (vergilər xaric) məbləğində əmək haqqının, əmək haqqı ödənilən günədək hesablanmış məbləğin, istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (vergilər xaric) pul əvəzinin və Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilmiş əmək haqqının gecikdirilməsinə görə 15.160,88 manat məbləğində olan pul vəsaitinin İddiaçı ödənilməli olması müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2749 nömrəli ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir; "xxxx" ASC tərəfindən cəmi 10.206,15 manat (vergilər xaric) məbləğində əmək haqqının, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq 01 mart 2022-ci il tarixdə qalıq əmək haqqından edilmiş qismən ödəniş (1.055,14 manat) nəzərə alınmaqla, 01 mart 2022-ci il tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.078,43 (2.133,57-1.055.14) manat (vergilər xaric) məbləğində olan qalıq əmək haqqının (İyul 2021-ci il üçün əmək haqqı) 1%-i məbləğində (günlük 10,78 manat) məbləğində, 01 sentyabr 2021-ci il tarixdən başlayaraq "xxxx" ASC tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2.529,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Avqust 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində, 01 oktyabr 2021-ci il tarixdən başlayaraq cvabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.821,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Sentyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 18,21 manat) məbləğində, 01 noyabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2.529,17 manat (vergilər xaric) məbləğində əmək haqqının (Oktyabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 25,29 manat) məbləğində, 01 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1.891,72 manat (vergilər xaric) məbləğində əmək haqqının (Noyabr 2021-ci il üçün əmək haqqı NET) 1 % -i (günlük 18,91 manat) məbləğində, 01 yanvar 2022-ci il tarixdə başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (vergilər xaric) məbləğində əmək haqqının (Dekabr 2021-ci il üçün əmək haqqı) 1 % -i (günlük 3,57 manat) məbləğində ödəncin, 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (vergilər xaric) pul əvəzinin və Əmək Məcəlləsinin 172- ci maddəsinə gecikdirilməklə verilmiş əmək haqqına görə 15.160,88 manat məbləğində olan pul vəsaitinin İddiaçı ödənilməli olması müəyyən edilir. 01 oktyabr 2021-ci il tarixli AK0007876 saylı əmək müqaviləsinin surətindən görünür ki, Quliyev X2 Plan Departamentinə hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmiş, “01“ oktyabr 2020-ci il tarixdən işə başlamışdır. 05 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, Quliyev X1 hüquq və məhkəmələrlə iş departamentinə hüquq məsləhətçisi vəzifəsinə keçirilmiş, əmək haqqı 1567 manat təşkil edir. 12 iyul 2021-ci il tarixli əmək müqaviləsinə 3 saylı Əlavənin surətindən görünür ki, İddiaçı Hüquq departamentinin müdiri vəzifəsi üzrə əmək funksiyasının müvəqqəti icrası həvalə edilir. İşçinin əmək haqqına hər ay vergilər və digər ödənişlər daxil olmaqla, 1275 manat məbləğində əlavə müəyyən edilir. xx.xx.2022-ci il tarixli əmək haqqı ödənişi haqqında qəbzin surətindən görünür ki, 4127.... .... 4861 saylı hesaba 1055,14 AZN məbləğində əmək haqqı ödənilmişdir. 06 dekabr 2021-ci il tarixli "xxxx" ASC-nin 209 saylı əmrinin surətindən görünür ki, İddiaçı Hüquq departamentinin müdiri v.m.i.e ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmiş və qanunvericiliyə uyğun olaraq son haqqhesab ödənilməsi qeyd edilmişdir. 30 avqust 2021-ci il tarixli "xxxx" ASC-nin 39 saylı əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il iş ili üçün 17 gün müddətinə əmək məzuniyyəti verilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı hesabına sonuncu dəfə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə əmək haqqı ödənilmişdir. İddiaçı ona 2021-ci ilin oktyabr ayı üzrə qismən ödəniş edildiyini, lakin noyabr, dekabr ayları üzrə əmək haqqının ödənilmədiyini, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə gecikdirilmiş əmək haqqına görə 1 faiz ödəncin tutulmasını (cəmi 22366,29 manatın), habelə oktyabr, noyabr, dekabr ayları üzrə ödənilməyən əmək haqqının ödəməsinin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1 faizi məbləğində ödəncin tutulmalı olmasını, o cümlədən iddiaçı ekspert rəyini əsas gətirərək 10.206,15 manat (vergilər xaric) məbləğində əmək haqqının, əmək haqqı ödənilən günədək hesablanmış məbləğin, istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat (vergilər xaric) pul əvəzinin ödənilmiş əmək haqqının gecikdirilməsinə görə 15.160,88 manat məbləğində olan pul vəsaitinin (ödəncin) ödənilməli olmasını iddia edir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının əmək haqqının ödənilməməsi, əmək haqqının ödəməsinin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1 faizi məbləğində ödəncin tutulması iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən 37527,17 manat (15160,88 manat (2021-ci ilin fevral, mart, aprel, may, iyun, iyul ayları üzrə ödənilmiş əmək haqqının gecikdirilməsinə görə hesablanmış məbləğ) + xx.xx.2022-ci il tarixində ödənilmiş əmək haqqından sonra (2021-ci ilin iyul, avqust, sentyabr, oktyabr ayları üzrə) həmin vaxtadək hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində ödənc olmaqla 22366,29 manat) məbləğində ödənc tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, iddia tələbi 2021-ci ilin oktyabr ayı üzrə 30 iyul 2022-ci il tarixindən başlayaraq (cavabdehin 29 iyul 2022-ci il tarixdə əmək haqqından etdiyi qismən ödəniş (526,83 manat) nəzərə alınmaqla) cavabdeh tərəfindən yerdə qalan qalıq ödəmənin, yəni 2002,35 manatın (NET vergilər xaric) həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1 faizi məbləğində (günlük 20,02 manat) məbləğində ödəncin, 01 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 1891,72 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (noyabr 2021-ci il üçün əmək haqqı NET) 1%-i (günlük 18,91 manat) məbləğində ödəncin, 01 yanvar 2022-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat (NET vergilər xaric) məbləğində əmək haqqının (dekabr 2021-ci il üçün əmək haqqı) 1%-i (günlük 3,57 manat) məbləğin tutulması hissəsində də əsaslıdır. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və ekspertin rəyini əsas götürərək hesab edir ki, iddia tələbi oktyabr, noyabr və dekabr ayları üçün cəmi 4250,56 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində də əsaslıdır. (10.206,15 manat – 5955,59 manat) Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.(3-cü bəndi). 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər .(2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər .(3-cü bəndi) Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bu səbəbdən də məhkəmə iddia tələbinin “istifadə olunmamış 10 günlük əsas məzuniyyətə görə 577,74 manat” hissəsinə münasibətdə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini mediasiya üçün çəkilmiş xərcə görə 50 manat məbləğində pulun cavabdehdən tutulmasını əsaslı hesab edir və 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı təmin edilsin. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 2021-ci ilin oktyabr ayı üçün ödənilməmiş qalıq 2002,35 manat, noyabr ayı üçün 1891,72 manat və dekabr ayı üçün 356,49 manat olmaqla cəmi 4250,56 manat (NET vergilər xaric) məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 06 dekabr 2021-ci il tarixədək istifadə edilməmiş 10 günlük əsas əmək məzuniyyətinə görə 577,74 manat pul İddiaçı ödənilsin. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 37527,17 manat (otuz yeddi min beş yüz iyirmi yeddi manat, 17 qəpik) manat ödənc tutularaq İddiaçı ödənilsin. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 2021-ci ilin oktyabr ayı üzrə 30 iyul 2022-ci il tarixindən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 2002,35 manat məbləğində əmək haqqının 1 %-i məbləğində, günlük 20,02 manat ödənc, 01 dekabr 2021-ci il tarixdən başlayaraq, ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1891,72 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 18,91 manat məbləğində ödənc, 01 yanvar 2022-ci il tarixdən başlayaraq, ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 356,49 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 3,57 manat məbləğində ödənc tutularaq İddiaçı ödənilsin. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 50 manat mediasiya üçün çəkilmiş xərc tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova