Məhkəmə qərarları › İş №e-2(005)-1470/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1470/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1470/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı (Abşeron Rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı (Abşeron Rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X17” MMC-nin 02/2 saylı hərracın keçirilməsi barədə protokolu etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(038)-02/2016 saylı qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddialar tam təmin edilmiş, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh "xxxx" MMC-dən 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 16 iyul 2012-ci il tarixli 2 nömrəli əlavə üzrə 25.748 manat 93 qəpik əsas kredit borcu, 28 yanvar 2013-cü il tarixli 12 saylı kredit müqaviləsi və həmin müqaviləyə 08 fevral 2013-cü il tarixli 1 saylı əlavə üzrə 45.000.00 manat əsas kredit borcu 6.775.00 manat faiz borcu, hər iki müqavilə üzrə cəmi 77.523 manat 93 qəpik məbləğində kredit borcu ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutma 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh X20, X1, X18, X19, X24, X29 və qeyrilərinin 02 may 2011 ci il tarixli 8/3 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Yardımlı rayonu Zəngələ kəndində mülkiyyətlərində olan 1.285161 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə, 28 yanvar 2013-cü il tarixli 12 saylı kredit müqaviləsi üzrə iddia üzrə cavabdehlər X21 və qeyriləri 28 yanvar 2013-cü il tarixli 12/1 saylı ipoteka müqaviləsi ilə yükül edilmiş Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətlərində olan 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılaraq, əmlakların satışı nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satışına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin girov saxlayan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “İcraçı Kredit Agentliyi MMC Bak olmayan Kredit Təşkilatına olan 77.523 manat 93 qəpik məbləğində kredit və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissə ilkin iddia üzrə cavabdehlərə qaytarılması 28 yanvar 2013-cü il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə X13 və digərlərinin Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətlərində olan ipoteka ilə yükül edilmiş 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 107.400 manat 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə X33 və qeyrilərinin Yardımlı rayonu Zəngələ kəndində mükiyyətlərində olan ipoteka ilə yüklü edilmiş 1.28516 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin ikin satış qiyməti isə 7000 (yeddi min) manat müəyyən edilməsi, ilkin iddia üzrə cavabdehlər X9 və qeyrilərinin Yardımlı rayonu Zəngərə kəndində olan 1.285161 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmçinin ilkin iddia üzrə cavabdehlər X21 və qeyriləri Abşeron rayonu Saray qəsəbəsində olan 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqları məhdudlaşdırılması, ilkin və qarşılıqlı iddialar üzrə cavbdeh "xxxx" MMC-dən ilkin iddia üzrə cavbdehlər X7 və qeyrilərindən müştərək qaydada 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC olamayan kredit təşkilatının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Abşeron Rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə “X17” 05 yanvar 2018-ci il tarixində hərrac keçirilmiş, Yardım Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı icra sənədinə əsasən X10, X8, İddiaçı, X14 ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi satışa çıxarılmış, əmlakın ilkin satış qiyməti 68467 (altmış səkkiz min dörd yüz altmış yeddi) manat müəyyən edilmiş, əmlakın satılmış son qiyməti 68467 (altmış səkkiz min dörd yüz altmış yeddi) manat müəyyən olunmuşdur. Hərrac barədə iddiaçının məlumatı olmamışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(038)-02/2016 saylı qətlaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA MMC) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tutmanın cavabdehlər - X10, X8, X14, X2, İddiaçı Zilfı qızının Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətlərində olan ipoteka ilə yüklü edilmiş 0.4296 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 107.400 (bir yüz yeddi min dörd yüz) manat müəyyən edilməsi, həmin torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması və iş üzrə digər cavabdehlərlə birlikdə onlardan 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Adı çəkilən Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının bildirdiyi kimi Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatında deyil, hazırda xx.xx.2019-cu il tarixli ********** qeydiyyat №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının mülkiyyətindədir. Qeyd edir ki, İddiaçı oxşar iddia ərizəsi ilə Abşeron Rayon məhkəməsinə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı ilə bağlanmış 28 yanvar 2013-cü il tarixli 12/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Abşeron Rayon məhkəməsi xx.xx.2024-cü il tarixli e-2(012)-4511/2024 №-li Qərardadı ilə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim liqam Həsənquliyev) borcun tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə əmlaka yönəldilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanların həmin torpaq sahəsindən istifadə hüquqlanna xitam verilməsi haqqında iddia təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-834/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-834/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar X11 və İddiaçı cavabdehlər X15, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı notariat kontorunda 28 yanvar 2013-cü il tarixdə bağlanmış 12/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadına əsasən. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadına istinad edərək, hesab edir ki. iddiaçılar X11 və İddiaçı cavabdehlər X15 "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı ərizəsində göstərir ki,'05 yanvar 2018-ci il tarixində “X12” MMC-də keçirilən hərracda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci maddəsinin tələbləri pozulmuşdur.05 yanvar 2018-ci il tarixində hərrac keçirilməmişdir, 1-ci və 2-ci hərraclar 13 noyabr 2017-ci il tarixdə (bildiriş № 05/49), 21 dekabr 2017-ci il tarixdə keçirilmiş (bildiriş № 05/49-1), 28 dekabr 2017-ci il tarixdə (№ 1258) ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə ala biləcəyi barədə hər iki tərəfə bildirişlər göndərilmişdir. Qeyd edilir ki, 1439-VQD №-li “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Ölkə Prezidenti tərəfindən 28 dekabr 2018-ci il tarixdə imzalanmış və Qanunun iddiaçının istinad etdiyi 41.2-ci maddəsinə dəyişiklik edilmişdir. Ancaq, hərraclar isə bu dəyişikliklərə qədər yəni 2017-ci ilin noyabr - dekabr aylarında keçirilmiş və 05 yanvar 2018-ci il tarixdə “Hərracın yekunları barədə protokol” imzalanmışdır, Göründüyü kimi, iddiaçı qeyri-səmimilik göstərir, tələblərinin heç bir qanuni əsası yoxdur, təhrif olunmuş faktlar göstərməklə çaşqınlıq yaratmağa çalışır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirdi ki, iddiaçının keçirilən hərraclardan heç bir məlumatı olmayıb. Bəxtiyar Pirəliyə etibarnamə verib. Bəxtiyar və iddiaçının hərracdan məlumatı olmayıb. Əmlak iddiaçının mülkiyyətində olub və borc olmayıb. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X16 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Bildirdi ki, sözügedən əmlak "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindədir. İddiaçı tərəfindən əsassız iddiaların qaldırılması qanuni qüvvəyə minmiş qətnamənin icrasını yubandırmaq məqəsdi daşıyır. Mülki işin materialları - Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddialar tam təmin edilmiş, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh "xxxx" MMC-dən 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 16 iyul 2012-ci il tarixli 2 nömrəli əlavə üzrə 25.748 manat 93 qəpik əsas kredit borcu, 28 yanvar 2013-cü il tarixli 12 saylı kredit müqaviləsi və həmin müqaviləyə 08 fevral 2013-cü il tarixli 1 saylı əlavə üzrə 45.000.00 manat əsas kredit borcu 6.775.00 manat faiz borcu, hər iki müqavilə üzrə cəmi 77.523 manat 93 qəpik məbləğində kredit borcu ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutma 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh X20, X1, X18, X19, X24, X29 və qeyrilərinin 02 may 2011 ci il tarixli 8/3 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Yardımlı rayonu Zəngələ kəndində mülkiyyətlərində olan 1.285161 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə, 28 yanvar 2013-cü il tarixli 12 saylı kredit müqaviləsi üzrə iddia üzrə cavabdehlər X21 və qeyriləri 28 yanvar 2013-cü il tarixli 12/1 saylı ipoteka müqaviləsi ilə yükül edilmiş Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətlərində olan 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılaraq, əmlakların satışı nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satışına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin girov saxlayan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “İcraçı Kredit Agentliyi MMC Bak olmayan Kredit Təşkilatına olan 77.523 manat 93 qəpik məbləğində kredit və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissə ilkin iddia üzrə cavabdehlərə qaytarılması 28 yanvar 2013-cü il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə X13 və digərlərinin Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətlərində olan ipoteka ilə yükül edilmiş 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 107.400 manat 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə X33 və qeyrilərinin Yardımlı rayonu Zəngələ kəndində mükiyyətlərində olan ipoteka ilə yüklü edilmiş 1.28516 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin ikin satış qiyməti isə 7000 (yeddi min) manat müəyyən edilməsi, ilkin iddia üzrə cavabdehlər X9 və qeyrilərinin Yardımlı rayonu Zəngərə kəndində olan 1.285161 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmçinin ilkin iddia üzrə cavabdehlər X21 və qeyriləri Abşeron rayonu Saray qəsəbəsində olan 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqları məhdudlaşdırılması, İlkin və qarşılıqlı iddialar üzrə cavbdeh "xxxx" MMC-dən ilkin iddia üzrə cavbdehlər X7 və qeyrilərindən müştərək qaydada 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC olamayan kredit təşkilatının xeyrinə tutulması qət edilmişdir. - “X17” MMC tərəfindən 21 noyabr 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 05/49-1 nömrəli bildirişdən görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı icra vərəqəsi üzrə X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinə dair Abşeron Rayon İcra şöbəsinin sifarişi əsasında 21 dekabr 2017-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında hərrac keçirilməsi və ilkin satış qiyməti 107 400 manat,hərracda iştirak üçün 5% -4564 manat məbləğ müəyyən edilmişdir. - “X17” MMC tərəfindən 24 dekabr 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 05/49 nömrəli bildirişdən görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı icra vərəqəsi üzrə X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinə dair Abşeron Rayon İcra şöbəsinin sifarişi əsasında 13 noyabr 2017-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında hərrac keçirilməsi və ilkin satış qiyməti 107 400 manat,hərracda iştirak üçün 5% -5370 manat məbləğ müəyyən edilmişdir. - “X17” MMC tərəfindən 28 dekabr 2017-ci il tarixli 1258 nömrəli "xxxx" BOKT MMCyə ünvanlanan məktubdan görünür ki, X21, X25, İddiaçı Zilfı qızı, X22 və X2 mülkiyyətində olan Abşeron rayonu,Saray qəsəbəsində yerləşən 0.4296 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 107400 manat, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 43.5-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 91290 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tulmaması ilə bağlı Kaspi qəzetində elan dərc olunmuşdur. Bildirilmişdir ki, İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 43.7 maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər. - 05 yanvar 2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə”müqavilənin surətindən görünür ki,”sifarişçi”- “X17” MMC Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsini “alıcı”- "xxxx" BOKT MMC-nin tam mülkiyyətinə verir,”Alıcı”- "xxxx" BOKT MMC isə həmin mülkiyyəti qəbul edib onun dəyərini tam ödəməyi öz üzərinə götürmüşdür.Bu müqaviləyə əsasən "xxxx" BOKT MMC Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsini 68 467,50 manata satın almışdır. - “X17” MMC tərəfindən tərtib edilən 05 yanvar 2018-ci il tarixli hərracın yekunları barədə 02/2 nömrəli protokolun surətindən görünür ki, “X17” 05 yanvar 2018-ci il tarixində hərrac keçirilmiş, Yardım Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı icra sənədinə əsasən X10, X8, İddiaçı, X14 ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi satışa çıxarılmış, əmlakın ilkin satış qiyməti 68467 (altmış səkkiz min dörd yüz altmış yeddi) manat müəyyən edilmiş, əmlakın satılmış son qiyməti 68467 (altmış səkkiz min dörd yüz altmış yeddi) manat müəyyən olunmuşdur. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2(012)-4511/2024 saylı qərardadın surətindən görünür ki, iddiaçılar X11 və İddiaçı cavabdehlər X15, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.Bu barədə xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli,2(105)-344/2025 saylı qərardadın surətindən görünür ki,İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş,Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(012)-4511/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli,2(105)-475/2025 saylı qərardadın surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş,Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(012)-4304/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-269.2-ci maddə. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddə. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 311.2-ci maddə. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 317.1-ci maddə. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddə. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddə. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 354.1-ci maddə. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddə. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 416-cı maddə. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 421.1-421.2-ci maddə. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddə. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 42.1-ci maddənin hərracın keçirildiyi vaxt qüvvədə olan redaksiyası: Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 43.5-ci maddə. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. (əvvəlki redasiyada: Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.) 44-cü maddə. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 46.1-ci maddə. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun : 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddə. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddə. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2-ci maddə. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır İşə baxan məhkəmənin mövqeyi İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Abşeron Rayon İcra Şöbəsinin sifarişi əsasında “X17” MMC-nin təşkilatçılığı ilə iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Kaspi” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərrac baş tutmadığından, ipoteka predmeti ipoteka saxlayan "xxxx" MMC-yə təklif edilmiş və sonuncu tərəfindən xx.xx.2016-cı tarixdə təklif qəbul edilərək, əldə etmişdir. Hazırda iddiaçı hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” protokolun etibarsız hesab edilməsini tələb edir. Belə ki, hərracın keçirilməsi zamanı qüvvədə olan “İpoteka haqqında” Qanunun 36.1ci maddəsinin yeni redaksiyasına əsasən - ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış fərdi yaşayış evinin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin fərdi yaşayış evini hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Çünki hərrac təşkilatı mümkün olan bütün üsullarla - hər iki hərracın yeri və vaxtı barədə həm bildiriş göndərməklə, həm də kütləvi informasiya vasitəsində elan verməklə hərraca dəvət edilməli olan şəxsləri məlumatlandırmış hesab edilir. Hərracın nəticələrinin icra edilməsinə mane olan yuxarıda qeyd edilən hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Göründüyü kimi, qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi açıq hərracdan satılmasına dair hərrac təşkilatının “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları” barədə 02/2 nömrəli protokolun nəticəsinin etibarsız hesab edilməsinə dair hallar aşkar olmamaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, “X17” MMC tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi dair hərrac alıcı olmadığına görə baş tutmamışdır. Bundan sonra hərrac mərkəzi hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" BOKT MMC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 15% az olmayan qiymətlə almağı təklif etmişdir. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, “X17” MMC tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Hərracın keçirilməsi və nəticələri barədə məlumat “Kaspi” qəzetində dərc edilmişdir. Daha sonra – Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi "xxxx" MMC tərəfindən əldə edilmişdir. Hazırda torpaq sahəsinin mülkiyyətçisi” "xxxx" MMC-dir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərracın keçirələcəyi barədə məlumatı özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitəsində elan dərc edilmişdir. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edir. Məhkəmə onu da qeyd edir ki, hərracların keçirilməsindən 8 ilə yaxın müddət keçib. Tərəfin mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə məhkəmə qətnaməsi qəbul edilib və icraata başlanılıb. Belə olan təqdirdə iddiaçının, onun mərhum atasının hərracların keçirilməsindən məlumatsız olması ağlabatan deyil. Eyni zamanda mülki işin materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2024-cü ildə ipoteka müqaviləsinin etibarsızlığını da mübahisələndirmiş, həmin tələb üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edərək, hərracın etibarsızlığı tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri subyektiv xarakterlidir, iddianın əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X5 cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı (Abşeron Rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar