Məhkəmə qərarları › İş №e-2(005)-1488/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1488/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1488/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1488/2024 nömrəli qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Daşınar Və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərracdan satılmasının nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1488/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsi cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Nərimanov Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, e-2(005)-1488/2024 saylı qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətl iCəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracınnəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqımüqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi tələbi üzrə mülki işin aidiyyat üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx"Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Daşınar Və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərracdan satılmasının nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2(005)-1488/2024 saylı qərardadı ilə iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, həm İddiaçı, həm də cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətnini vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)mövcuddur. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Beləliklə, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olması, üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X3", Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsicəlb edilməklə) hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alq-ısatqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Lakin məhkəmənin mövqeyi ilə razılaşmırıq. Belə ki, hesab edirik ki, məhkəmənin mülki işi aiddiyyat üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərməsi faktiki cəhətdən düzgün deyildir. Belə ki, cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti-nin hüquqi ünvanları Bakı şəhərində yerləşir. Belə olan halda mülki işə Sumqayıt Kommersiya Məhkəməsində baxılması hüquqi və faktiki cəhətdən düzgün deyildir. Məhkəmə iş materiallarını, məhkəmə qərardadından verilmiş şikayəti araşdırıb belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Beləliklə, məhkəmə İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsi cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməli olduğu, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin əsaslı olduğu və təmin edilməsi qənaətinə gəlir. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130-cu, 360-cı, 363-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1488/2024 tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsi cəlb edilməklə) hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar