Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1509/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dair “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dair “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “** HP ***” dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı minik avtomobilinin satın alınmasına görə ödənilmiş 16000 (on altı min) manat, həmin nəqliyyat vasitəsinin təmiri üçün xərclənmiş 8000 (səkkiz min) manat olmaqla, cəmi 24000 (iyirmi dörd min) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirilir ki, 21 sentyabr 2017-ci il tarixində İddiaçı “** HP ***” dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı minik avtomobili 16000 (on altı min) manat pulu Cavabdeh1 ödəməklə satın almışdır. Cavabdeh1 digər Cavabdeh2 atasıdır, onun qeyd olunan nəqliyyat vasitəsinə sərəncam verməklə bağlı etibarnaməsi olmuşdur. Cavabdeh1 iddiaçının tanışı olduğu üçün onu inandırmışdır ki, alqı-satqını rəsmiləşdirmək üçün X13 getməyə ehtiyac yoxdur. Buna görə də təklif etmişdir ki, İddiaçı nəqliyyat vasitəsinə sərəncam verməklə bağlı etibarnamə versin və sonra İddiaçı özü nəqliyyat vasitəsini özəlləşdirər. Buna görə də Cavabdeh1 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində “** HP ***” dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobillə dair İddiaçı sərəncam verməklə bağlı 1 illik, iddiaçının həyat yoldaşı X2 isə nəqliyyat vasitəsini idarə etməklə bağlı 8 il 4 ay 4 gün müddətinə etibarnamə vermişdir. Qeyd olunan etibarnamələr Bakı şəhəri 17 saylı notariat ofisində reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini satarkən İddiaçı əmin etmişdir ki, avtomobil tam yaxşı vəziyyətdədir və heç bir ciddi problemi mövcud deyil. Lakin İddiaçı avtomobili aldıqdan sonra 1 gün sonra təkərləri boşalmağa başlamışdır və məlum olmuşdur ki, təkərlər tam yararsız vəziyyətdədir. Buna görə də iddiaçı 1200 (min iki yüz) manata 4 ədəd yeni təkər almaq məcburiyyətində qalmışdır. Nəqliyyat vasitəsi satın alındıqdan 3-4 gün sonra isə avtomobilin mühərrikində problem yaranmış, nəqliyyat vasitəsi idarə edilməsi mümkün olmayan yararsız vəziyyətə düşmüşdür. Buna görə də iddiaçı nəqliyyat vasitəsinin mühərrikini və digər hissələrini təmir etdirmək məcburiyyətində qalmışdır. Bu işlərə iddiaçı 8000 (səkkiz min) manat pul xərcləmişdir. Bu faktı nəqliyyat vasitəsini təmir edən ustalar təsdiq edə bilər. Bundan başqa nəqliyyat vasitəsi satılarkən İddiaçı və Cavabdeh1 arasında razılıq olmuşdur ki, pulun 4000 (dörd min) manatı əvvəlcədən, qalan 12000 (on iki min) manatı isə 3 ay müddətinə hər ay 4000 (dörd min) manat olmaqla iddiaçı tərəfindən ödəniləcəkdir. İlkin 4000 (dörd min) manat pulu iddiaçı avtomobili satın aldığı gün, yəni 21 sentyabr 2017-ci il tarixdə Cavabdeh1 ödəmişdir. Avtomobil satıldıqdan bir neçə gün sonra Cavabdeh1 zəng edərək, mərhum həyat yoldaşının qəbir üstü abidəsinin düzəldilməsi üçün təcili pul lazım olduğunu bildirmişdir. Buna görə də qalan 12.000 (on iki min) manat pul iddiaçı dərhal Cavabdeh1 vermişdir. Cavabdeh1 münasibəti yaxşı olduğu üçün və iddiaçının həyat yoldaşının adına nəqliyyat vasitəsini idarə etməklə bağlı etibarnaməsi olduğu üçün iddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişməsinə tələsməmiş və düşünmüşdür ki, istədiyi zaman cavabdehdən xahiş etsə, yeni etibarnamə verəcəkdir. Buna görə də iddiaçı 1 illik etibarnamə qüvvədə olduğu müddətdə nəqliyyat vasitəsini özəlləşdirməmişdir. Lakin 2021-ci ilin sonlarında iddiaçı nəqliyyat vasitəsini öz həyat yoldaşının adına rəsmiləşdirmək üçün yeni etibarnamə verilməsini Cavabdeh1 xahiş etdikdə, o bundan imtina etmiş və bildirmişdir ki, guya nəqliyyat vasitəsini çox ucuz qiymətə satıb, əgər ona əlavə 4000-5000 manat pul verilsə, yeni etibarnamə verəcəkdir. Cavabdeh1 nəqliyyat vasitəsinin özəlləşdirilmədiyi bildikdə həmçinin iddiaçının həyat yoldaşına nəqliyyat vasitəsinin idarə edilməsi üçün verdiyi etibarnaməni də ləğv etmişdir. Cavabdeh bu hərəkəti iddiaçıdan qanunsuz və əsassız olaraq əlavə pul almaq üçün təzyiq vasitəsi kimi istifadə edir. Göründüyü kimi Cavabdeh1 nəqliyyat vasitəsini iddiaçıya satsa da, lakin hazırda mülki hüquqlarından sui istifadə edərək, əsassız və qanunsuz olaraq əlavə pul tələb edir. Bundan başqa Cavabdeh1 iddiaçını aldadaraq, pis keyfiyyətli və xarab nəqliyyat vasitəsi satmaqla, onun təmirə 8000 (səkkiz min) manat pul xərcləməsinə, ona maddi ziyan vurulmasına səbəb olmuşdur. Hazırda cavabdehlər Cavabdeh1 satdığı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun verilməsindən imtina etdiyi üçün və iddiaçını aldadaraq, pis keyfiyyətli və xarab nəqliyyat vasitəsi satmaqla, iddiaçının nəqliyyat vasitəsinin təmirinə 8000 (səkkiz min) manat pul xərcləməsinə, ona maddi ziyan vurulmasına səbəb olduğu üçün nəqliyyat vasitəsinin satışı və təmiri üçün iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehlər tərəfindən ona qaytarılması zəruridir. Cavabdeh2 İddiaçı qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İş üzrə İddiaçı Zülfuqar oğlu mənə və qeyrisinə qarşı məhkəməyə müraciət edərək “pul tələbi ilə” bağlı iddia qaldırmışdır. Həmin tələb üzrə 2(005)-1509/2022 saylı mülki işə Nərimanov rayon Məhkəməsində baxılır. Tələb və iddia ərizəsinin məzmunu ilə razılaşmır və ərizənin məzmununun işin həqiqi hallarına uyğun olmaması səbəbindən qarşılıqlı iddia verir. İlk növbədə işin faktiki halları ilə əlaqədar bildirir ki, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsi mənim mülkiyyətimdədir və hüquqlarım rəsmən dövlət tərəfindən tanınmışdır. Nəqliyyat vasitəsini X14a etibar etmişdi və onun da nəqliyyat vasitəsini idarə etməsinə etiraz etməmişdi. İş üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh olan şəxs onların ailəsinin yaxınıdır və atasına daim qulluq etmişlər. X14 yaşlıdır və Buzovnada bağ sahəsində yaşayır. Onun maddi tələbatlarını və ev təsərrüfatının idarə olunmasında çətinliklərini nəzərə alaraq bu şəxsə həmin işlərdə köməklik etməyə etiraz etməmişlər. Bu məqsədlə də mülkiyyətində olan nəqliyyat vasitəsini İddiaçı Zülfuqar oğluna etibar etmişdilər ki, yaxşı insandır və təmənnasız onlara diqqət göstərir, bağa gəlir -gedir və işlərində əziyyət çəkməsin. Əslində onun tərəflərin arasında baş verən razılaşmadan həmin vaxt xəbəri olmamışdır. Lakin sonra atasının dediklərindən onunla razılaşmış və nəqliyyat vasitəsinin həmin şəxs tərəfindən idarə olunmasına etiraz etməmiş. Lakin maşının satılması barədə heç bir söhbət olmamışdır və iddiada qeyd edilənlər həqiqəti əks etdirmir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinə yazılı qaydada etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə Cavabdeh2 Ağası qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “** HP ***” dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı minik avtomobilinin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, Cavabdeh2 Ağası qızının qarşılıqlı iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır, yalan məlumatlara əsaslanır. Cavabdeh2 Ağası qızı iddia edir ki, güya atası onun icazəsi olmadan avtomobili satmışdır. Halbuki onun özü atası Cavabdeh1 nəqliyyat vasitəsinə sərəncam verməyə dair etibarnamə vermişdir, yəni atasına nəqliyyat vasitəsini satmağa icazə vermişdir. Əgər belə niyyəti yox idisə, yalnız nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verə bilərdi. Bu isə Cavabdeh2 Ağası qızı məhkəməyə yalan məlumat verməsinin, öz mülki hüquqlarından sui istifadə etməsinin göstəricisidir. Nəzərə alınmalıdır ki, İddiaçı 16000 (on altı min) manat pulu Cavabdeh1 ödəməklə “** HP ***” dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı minik avtomobilini satın almışdır. Cavabdeh1 İddiaçı tanışı olduğu üçün onu inandırmışdır ki, alqı-satqını rəsmiləşdirmək üçün X13 getməyə ehtiyac yoxdur. Buna görə də təklif etmişdir ki, İddiaçı nəqliyyat vasitəsinə sərəncam verməklə bağlı etibarnamə versin və sonra İddiaçı özü nəqliyyat vasitəsini özəlləşdirər. Buna görə də Cavabdeh1 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində “** HP ***” dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobillə dair İddiaçı sərəncam verməklə bağlı 1 illik, iddiaçının həyat yoldaşı X2 isə nəqliyyat vasitəsini idarə etməklə bağlı 8 il 4 ay 4 gün müddətinə etibarnamə vermişdir. Qeyd olunan etibarnamələr Bakı şəhəri 17 saylı notariat ofisində reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini satarkən İddiaçı əmin etmişdir ki, avtomobil tam yaxşı vəziyyətdədir və heç bir ciddi problemi mövcud deyil. Lakin İddiaçı avtomobili aldıqdan sonra 1 gün sonra təkərləri boşalmağa başlamışdır və məlum olmuşdur ki, təkərlər tam yararsız vəziyyətdədir. Buna görə də İddiaçı 1200 (min iki yüz) manata 4 ədəd yeni təkər almaq məcburiyyətində qalmışdır. Nəqliyyat vasitəsi satın alındıqdan 3-4 gün sonra isə avtomobilin mühərrikində problem yaranmış, nəqliyyat vasitəsi idarə edilməsi mümkün olmayan yararsız vəziyyətə düşmüşdür. Buna görə də İddiaçı nəqliyyat vasitəsinin mühərrikini və digər hissələrini təmir etdirmək məcburiyyətində qalmışdır. Bu işlərə iddiaçı 8000 (səkkiz min) manat pul xərcləmişdir. Bu faktı nəqliyyat vasitəsini təmir edən ustalar təsdiq edə bilər. Bundan başqa nəqliyyat vasitəsi satılarkən İddiaçı və Cavabdeh1 arasında razılıq olmuşdur ki, pulun 4000 (dörd min) manatı əvvəlcədən, qalan 12000 (on iki min) manatı isə 3 ay müddətinə hər ay 4000 (dörd min) manat olmaqla iddiaçı tərəfindən ödəniləcəkdir. İlkin 4000 (dörd min) manat pulu İddiaçı avtomobili satın aldığı gün, yəni 21 sentyabr 2017-ci il tarixdə Cavabdeh1 ödəmişdir. Avtomobil satıldıqdan bir neçə gün sonra Cavabdeh1 zəng edərək, mərhum həyat yoldaşının qəbir üstü abidəsinin düzəldilməsi üçün təcili pul lazım olduğunu bildirmişdir. Buna görə də qalan 12.000 (on iki min) manat pulu İddiaçı dərhal Cavabdeh1 vermişdir. Cavabdeh1 münasibəti yaxşı olduğu üçün və İddiaçı həyat yoldaşının adına nəqliyyat vasitəsini idarə etməklə bağlı etibarnaməsi olduğu üçün İddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişməsinə tələsməmiş və düşünmüşdür ki, istədiyi zaman xahiş etsə, yeni etibarnamə verəcəkdir. Buna görə də İddiaçı 1 illik etibarnamə qüvvədə olduğu müddətdə nəqliyyat vasitəsini özəlləşdirməmişdir. Lakin 2021-ci ilin sonlarında İddiaçı nəqliyyat vasitəsini öz həyat yoldaşının adına rəsmiləşdirmək üçün yeni etibarnamə verilməsini Cavabdeh1 xahiş etdikdə, o bundan imtina etmiş və bildirmişdir ki, guya nəqliyyat vasitəsini çox ucuz qiymətə satıb, əgər ona əlavə 4000-5000 manat pul verilsə, yeni etibarnamə verəcəkdir. Cavabdeh1 nəqliyyat vasitəsinin özəlləşdirilmədiyi bildikdə həmçinin İddiaçı həyat yoldaşına nəqliyyat vasitəsinin idarə edilməsi üçün verdiyi etibarnaməni də ləğv etmişdir. Cavabdeh1 bu hərəkəti iddiaçıdan qanunsuz və əsassız olaraq əlavə pul almaq üçün təzyiq vasitəsi kimi istifadə edir. Göründüyü kimi Cavabdeh1 nəqliyyat vasitəsini İddiaçı satsa da, lakin hazırda mülki hüquqlarından sui istifadə edərək, əsassız və qanunsuz olaraq əlavə pul tələb edir. Bundan başqa Cavabdeh1 İddiaçı aldadaraq, pis keyfiyyətli və xarab nəqliyyat vasitəsi satmaqla, onun təmirə 8000 (səkkiz min) manat pul xərcləməsinə, ona maddi ziyan vurulmasına səbəb olmuşdur. Qarşılıqlı iddia vermiş Cavabdeh2 atası Cavabdeh1 verdiyi etibarnamə əsasında o mülki hüquqlarında sui istifadə etmiş İddiaçı maddi ziyan vurmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, “** HP ***” dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı minik avtomobilinin satın alınmasına görə ödənilmiş 16.000 (on altı min) manat, həmin nəqliyyat vasitəsinin təmiri üçün xərclənmiş 8000 (səkkiz min) manat olmaqla, cəmi 24.000 (iyirmi dörd min) manat pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ilkin iddia üzrə İddiaçı ödənilmədiyi halda Cavabdeh2 Ağası qızının qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçının arvadıdır. Onun qaynının Mərdəkanda meyvə-tərəvəz satılan obyekti olub. Ağası Muradov həmin obyektdən tez-tez meyvə tərəvəz alırdı. Yoldaşı da onu bu vasitə ilə tanıyıb. Cavabdeh bir gün meyvə-tərəvəz almağa gələndə yoldaşına deyib ki avtomobilini satmaq istəyir, pulunu isə 3-4 aya hissə-hissə verə biləcəyini deyib. Bundan sonra yoldaşı ona zəng edib belə bir maşın olduğunu demişdir. Mərdəkanda market var idi. Həmin marketin yanına avtomobili gətirmiş, onlar da avtomobilə baxmış və avtomobilin alqı-satqısı ilə bağlı razılıq əldə etmişlər. Həmin vaxt cavabdeh onlara bildirib ki, avtomobil qızına məxsusdur. Cavabdeh1 növbəti gün zəng edib bildirib ki, Maştağada yerləşən notariusa gedib etibarnaməni təsdiqlətdirək. Həmin notariusda yoldaşına baş etibarnamə, onun özünə isə idarə etmək üçün etibarnamə verdi. Bir il sonra 2020-ci ildə polis onu yolda saxladı. Yol polisi ona bildirib ki, ona verilmiş etibarnamə ləğv edilib. Bundan sonra yoldaşı Cavabdeh1 zəng edib. Cavabdeh etibarnaməni onların adına keçirmək üçün əlavə olaraq beş yüz manat pul tələb etdi. Daha sonra dedi ki, maşını o vaxt ucuz satıb. Avtomobili yoldaşının adına keçirmək üçün 4000 manat tələb etdi. Onlar əlavə pul verməyə etiraz etmişlər. Cavabdeh artıq onların zənglərinə cavab vermirdi. Yoldaşı bir gün cavabdehin evinə getdi, lakin cavabdeh evdə olmasına baxmayaraq qapını açmadı. Onun yoldaşı iş adamıdır. Sahə müvəkkilindən zəng gəldi ki cavabdehin qapısına getmisən. Həmin vaxt yoldaşı sahə müvəkkilinə məsələni danışmış və onun özü cavabdehdən şikayətçi olmuşdur. Üstündən 2 ay keçməsinə baxmayaraq cavabdeh polisə gəlib izahat vermirdi. Belə olan halda polis onlara izah etmişdir ki, bu mülki işdir və bununla bağlı məhkəməyə müraciət olunmalıdır. Onlar maşının pulunu cavabdehə hissə-hissə ödəməyi razılaşdırmışdılar. Lakin cavabdeh qısa müddətdən sonra zəng edib yoldaşının hüzrü düşdüyünü bildirib pulu tələb etmişdir. O pulun vaxtından əvvəl verilməsinə etiraz etmiş, lakin yoldaşı onsuzda əvvəl-axır pulun verilməli olduğunu bildirərək ödəniş etmişdir. Şahid suallara cavab olaraq bildirmişdir ki, cavabdeh ona on illik etibarnamə vermişdir, yoldaşına isə bir illik. Çünki dedilər ki, indi baş etibarnamə bir illik verilir. Etibarnamə 2017-ci ildə verilmiş, 2020-ci ilin oktyabrında isə Cavabdeh2 tərəfindən ləğv edilmişdir. Cavabdeh2 tanımır, bilir ki, Cavabdeh1 qızıdır. Cavabdeh2 ona bildirmişdir ki, atası ilə münasibətləri yaxşı deyildir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, o, avtomobil təmiri ilə məşğuldur. İddiaçı onun müştərisi olub. O vaxt avtomobilin mühərrikini təmir edib 2-3 il bundan qabaq. Şahid bildirib ki, sırf mühərrik, diferensial və kondinsioner dəyişib. Zəhmət haqqı min manat olub. Şahid suallara cavab olaraq bildirmişdir ki, avtomobilin markası Audi Q7 olub. Zəhmət haqqı min manat olub, mühərrik tam nasaz olub. Amma avtomobil tam təmir edilib. VÖEN-im var. Ödənilən məbləğlə bağlı qəbz verilib. Dəqiq tarixi bilmirəm, 3-4 il əvvəl olub. Min manata sadəcə zəhmət haqqı daxil deyildi, icarə haqqı da min manata daxil idi. Ümumi təmirə 6000 manat xərc çəkilməsini deyə bilər. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, sürücü işləyir. İddiaçının şəxsi sürücüsüdür. İddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Hazırki işlə bağlı onu deyə bilər ki, iddiaçı Maştağada notariusun qarşısında 8000 manat pulu Cavabdeh1 verib. Bundan əlavə müdiri yoldaşı ilə birgə həmin şəxsə hər ay 2000 manat aparıb onun qapısında verirdi. Hətta bir dəfə də cavabdeh zəng edib yoldaşının qəbrinin üstünün düzəldilməsi üçün 4000 manat pul istədi. Onlar da aparıb verdilər. Şahid suallara cavab olaraq bildirmişdir ki, iddiaçının pravası var. Etibarnaməsi yoxdur. Çünki həmişə iddiaçı onun yanında olub. Hər gün saat 8-dən 7-yədək işdə olur. Əvvəllər 2 maşınları olub. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİnin 19 may 2022-ci il tarixli 311 nömrəli məktubdan görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 7E-3386 reyestr nömrəsi ilə qeyd olunmuş etibarnamənin ləğvinə dair olan xx.xx.2020-ci il tarixli ərizənin çıxarışı və reyestr kitabından çıxarış göndərilir. Məktuba əlavə edilmiş çıxarışdan görünür ki, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçmiş, etibarnamə ilə X2 verilmiş, müraciətə əsasən həmin etibarnamə ləğv edilib. İş materiallarında olan Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2017ci il tarixli ƏN-Vİİ seriyalı 946382 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobili nümayəndə Cavabdeh1 tərəfindən İddiaçı etibarnamə əsasında vermişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında xx.xx.2017-ci il tarixli ƏN-Vİİ seriyalı 205320 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobili nümayəndə Cavabdeh1 tərəfindən X2 etibarnamə əsasında vermişdir. İş materiallarında olan AB N seriyalı 360233 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2017-ci il tarixli ƏN-Vİİ seriyalı 946382 nömrəli etibarnamə əsasında nümayəndə Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobili İddiaçı etibarnamə əsasında vermişdir. Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında xx.xx.2017-ci il tarixli ƏN-Vİİ seriyalı 205320 nömrəli etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobili nümayəndə Cavabdeh1 tərəfindən X2 etibarnamə əsasında vermişdir. AB N seriyalı 360233 saylı nəqliyyat vasitəsinin şəhadətnaməyə əsasən ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 19 may 2022-ci il tarixli 311 nömrəli məktubdan görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 7E-3386 reyestr nömrəsi ilə qeyd olunmuş etibarnamənin ləğvinə dair olan xx.xx.2020-ci il tarixli ərizənin çıxarışı və reyestr kitabından çıxarış göndərilir. Məktuba əlavə edilmiş çıxarışdan görünür ki, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçmiş, etibarnamə ilə X2 verilmiş, müraciətə əsasən həmin etibarnamə ləğv edilib. Beləliklə məhkəmədə işin mübahisələndirilən halları kimi müəyyən edilir ki, İddiaçı ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı dovlət qeydiyyat nişanlı avtomobili 16000 manat ödəməklə Cavabdeh1 satın almışdır. Nəqliyyat vasitəsini aldıqdan 3-4 gün sonra nəqliyyat vasitəsinin mühərrikini və digər hissələrini təmir etdirmək üçün 8000 (səkkiz min) manat pul xərcləmişdir. lakin Cavabdeh2 mülkiyyətində olan nəqliyyat vasitəsini İddiaçı təmənnasız olaraq atasına diqqət göstərdiyi üçün etibar etmişdilər ki, atasına diqqət göstərir, bağa gəlir-gedir və gəlib-gedəndə əziyyət çəkməsin. Hazırda ilk iddia üzrə İddiaçı mübahisəli avtomobili ona geri qaytarmadığını, bu səbəbdən də avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınmalı olduğunu, bildirir. Məhkəmə ilkin iddia üzrə İddiaçı “avtomobilinin satın alınmasına görə ödənilmiş 16000 (on altı min) manat, həmin nəqliyyat vasitəsinin təmiri üçün xərclənmiş 8000 (səkkiz min) manat olmaqla, cəmi 24000 (iyirmi dörd min) manat pulun cavabdehlərdən onun xeyrinə tutulması” tələbinə dair ilkin iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Məhkəmə bildirir ki, ilkin iddia üzrə İddiaçı tələb olunan pula dair hər hansı bir sübut təqdim etmədiyindən, ilkin iddia tələbi əsassızdır. Bu səbəbdən ilkin iddia ərizəsi üzrə tələb olunan həmin məbləğin cavabdehlərdən tutulması ilə bağlı iddia tələbinin dəlilləri məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı ilkin iddia üzrə İddiaçı iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda ilkin iddia üzrə iddiaçı avtomobilə görə 16000 manat məbləğində pul vəsaiti ödəməsinə, habelə avtomobilin təmiri üçün 8000 manat pul verməsinə istinad edirsə bu zaman mülki qanunvericiliyin tələblərinə əsasən rəsmi hüquqmüəyyənedici sənədləri, o cümlədən pul tələb etməsi üçün öhdəliyə əsas verən müvafiq sübutları təqdim etməlidir. İlk İddiaçı təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X4, X3, X1 şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddiaçının arvadı, işçisi olan şahidlər mübahisəli avtomobilin alınması və təmiri üçün 24000 manat xərclədiyini bildirirlər. Şahidlərin ilk iddiaçı ilə yaxın münasibətləri olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi mübahisəli avtomobilin alq-satqısı və təmiri üçün pulun ödənilməsi müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının qeyd etdikləri ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə olan halda isə ilkin iddia üzrə iddiaçının izahatlara istinad edərək, cavabdehlər tərəfindən mübahisəli avtomobilin alqı-satqısı üçün pul ödədiyini, həmçinin də təmiri ilə əlaqədar pul xərclədiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə ilk iddia üzrə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.2-ci maddəsinin tələbinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-ci il tarixli qərarında göstərilmişdir ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. AB N seriyalı 360233 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsi Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 19 may 2022-ci il tarixli 311 nömrəli məktubdan görünür ki, etibarnamələr ləğv edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil ilk iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətindədir. Həmin avtomobilə dair verilmiş etibarnamələr ləğv edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır, bu səbəbdən də qarşılıqlı iddia tələbi təmin edilməli, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil cavabdeh İddiaçı qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən müəyyən edilir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi MPM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyindən yəni mübahisəli avtomobilin qanunsuz sahiblikdə olması faktı sübuta yetdiyindən, qarşılıqlı iddia tələbi əsaslıdır, bu səbəbdən də qarşılıqlı iddia tələbi təmin edilməli, ** HP *** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil cavabdeh İddiaçı qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalı, ilkin iddia tələbi isə sübuta yetmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları onların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dair “pul” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil alınsın və Cavabdeh2 verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1509/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1509/2022
01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver