Məhkəmə qərarları › İş №e-2(005)-1583/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1583/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1583/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh4 qarşı mülki iş üzrə (açar sözlər: alimentin təyin edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh4 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alimentin təyin edilməsi tələbinə” dair dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 saxlanmağı üçün hər ay 1500 (min beş yüz) manat, Cavabdeh3 saxlanmağı üçün hər ay 1000 (min) manat və Cavabdeh1 saxlanmağı üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X25 ilə 29 aprel 1995-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə quran dövrdə X12 xx xxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh1 adlı iki azyaşlı uşağı olmuş, ailə qurduqdan sonra da onun uşaqlarını böyüdüb başa çatdırmışdır. Birgə nikahlarından xx xxxx 1997-ci il təvəllüdlü X20 adlı bir qızları da olmuşdur. Yəni Cavabdeh2 və Cavabdeh1 ögey övladları olsa da, onları 1995-ci ildən saxlayıb boya başa çatdırmışdır. Belə ki, cavabdehlərin anası İradə Musayeva ilə 2021-ci ilin ortalarınadək birlikdə yaşamış, uşaqlarını böyütmüş, uşaqların üçünə də xaricdə ali təhsil almağa şərait yaratmış, onlar üçün əlindən gələni etmiş, valideynlik borcunu layiqincə yerinə yetirmişdir. Uşaqların üçü də yetkinlik yaşına çatan kimi onlar üçün bahalı avtomobillər almış, torpaq sahələri almış, onlara mənzillər bağışlamışdır. Birgə nikah dövründə çox saylı mənzillər, qızıl-zinət əşyaları, daş-qaşlar almış, daşınmaz əmlakların bir qismini öz adına, bir qismini isə arvadı X12 adına rəsmiləşdirmişdir. Ürəyində problem olmuş, ürəyinin müalicəsi Bakı şəhərində mümkün olmadığına görə müalicə olunmaq üçün 02 aprel 2019-cu ildə Gürcüstan Respublikasına getmişdir. Orada bir müddət müalicə olunduqdan sonra həkimlər ürəyinin dəyişdirilməsi zərurətinin olmasını bildirmişlər. Ürəyindən əməliyyat olunmaq üçün Belarusiya Respublikasına getmişdir, orada əməliyyat olunduqdan sonra 17 noyabr 2019-cu ildə evə gəlmişdir. Evə gəldikdən sonra isə İradə Musayeva ilə yaşadıqları evdə yaşamağa başlamışdır. Bu dövr ərzində isə X25 uşaqlarla əlbir olub, birgə nikah dövründə əldə etdikləri bütün əmlakları satıb. İradə Musayeva bütün əmlaklarını ələ keçirdikdən sonra 2021-ci ilin ortalarında evdən getmişdir. Bundan sonra uşaqlar da onunla maraqlanmamışdır. X6 məxsus əmlakları saxta etibarnamə əsasında satdığını bilib bu barədə onun barəsində polisə şikayət etmişdir. Onun barəsində CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. 2021-ci ilin ortalarından başlayaraq evdə tək yaşamağa başlamışdır. Uşaqları bir dəfə də olsun onunla maraqlanmır, öz mənəvi borclarını belə yerinə yetirib, bir dəfə də olsun halını soruşmurlar. Bildirmək istəyir ki, böyüdüb başa çatdırdığı uşaqlarının kifayət qədər yüksək gəlirləri var, onların hər birinin adına neçə-neçə daşınmaz əmlakları vardır. Buna baxmayaraq onlar maddi yardım etmir, dərmanlarının alınmasında, saxlanmağında ona köməklik etmirlər. İ qrup əlildir, əmək qabiliyyəti yoxdur və kənar şəxslərin qulluğuna daimi ehtiyacı var. Bu yaşında evdə tək yaşamağı üçün kifayət qədər yüksək məbləğ lazımdır. Belə ki, paltarlarının yuyulmasında, evinin yığışdırılmasında, yeməklərinin bişirilməsində ona köməkçi lazımdır ki, bunun üçün ödəniş etməyə pulu yoxdur. Elə vaxt olur ki, evdə axşam ürəyi tutub, təcili tibbi yardıma zəng vurub çağırmışdır, lakin durub qapını açmağa halı olmamışdır. Mütəmadi müalicəyə ehtiyacı vardır. Bunun üçün bəzi dərmanlar ona dövlət tərəfindən verilsə də, bəzilərini öz pulu ilə alır ki, bu da maddi çətinlilər yaradır. Evin kommunal xərcləri, qaz, elektrik enerjisi, su və lift pulunun verilməsində çətinliklər çəkir. Hal-hazırda dostlarının köməkliyi ilə yaşayır. Bu yaxınlarda burnundan əməliyyat olunmuşdur, həkim böyrəklərindən də əməliyyat edilməyini məsləhət görüb ki, bütün bunlar üçün qayğına qalan şəxs lazımdır. Uşaqları bundan imtina edib, ona köməklik göstərmir. Məhz bütün bu hallar uşaqlarına qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməyə vadar edib. Bu məsələni onlarla mediasiya yolu ilə həll edəcəyini düşünmüşdür. Lakin onlar mediasiyaya da gəlməmişdirlər. Bildirmək istəyir ki, cavabdehlərin mülkiyyətində hal-hazırda 20 ədədə yaxın daşınmaz əmlak vardır. Yəni əmlakların sayı onların maddi durumunun kifayət qədər yüksək olmasının göstəricisidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əvvəlki vəziyyətində yaşamağı üçün ən azından ona aldığı təqaüddən əlavə 2500-3000 manat məbləğində pul vəsaiti lazımdır ki, evinin yığışdırılması, paltarlarının yuyulması, yeməklərinin bişirilməsi və ona qulluq edilməsi üçün köməkçi götürüb, onun əmək haqqını verə, zəruri olan bütün qidalarını, dərmanlarını, gigiyenik vasitələri ala, evin kommunal xərclərini ödəyə bilsin. Yəni təkcə ona qulluq etməyə görə kənar şəxsə hər ay ən azından 400-800 manat arası pul ödəməlidir. Bu məbləğə gücü çatmadığına görə çox acınacaqlı vəziyətdə yaşayır. Əlilliyə görə cəmi 260 manat məbləğində pensiya alır və aldığı pensiya məbləği indiki halda normal yaşamağına kifayət etmir. Böyüdüb başa çatdırdığı uşaqlar isə şəhərin ən bahalı mənzillərində yaşayıb, ən bahalı avtomobillər sürür, dəb-dəbəli həyat tərzi keçirirlər. Onların maddi durumunun yaxşı olması isə bu ərizəyə əlavə etdiyi sənədlərlə öz təsdiqini tapır. İddiaçının iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 saxlanmağı üçün hər ay 500 (beş yüz) manat, Cavabdeh2 saxlanmağı üçün hər ay 1500 (min beş yüz) manat və Cavabdeh3 saxlanmağı üçün hər ay 1000 (min) manat məbləğində alimentin tutulub ödənilməsi və “Burun ucunun rükonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü X25 (ş/v: AA*******, FİN: OYZA9B2, tel: *** *** ** **) və xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh4 (ş/v: AZE ********, tel: *** *** ** **) iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 üçün hər ay 3000 (üç min) manat məbləğində alimentin tutulub ona ödənilməsi və “Burun ucunun rükonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı cavabdehlə 1995-ci ildə nikaha daxil olub. Həmin nikaha daxil olan zaman cavabdehin birinci nikahdan 1985-ci il təvəllüdlü Cavabdeh2 və 1986-cı il təvəllüdlü Cavabdeh1 adlı övladları olub. Daha sonra iddiaçı ilə birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü X20 adlı bir övladları olub. Həmin dövrdə 2021-ci ilə qədər birgə yaşayıblar və uşaqları birgə böyüdüblər. 2019-cu ildən iddiaçı birinci qrup əlildir və ürək əməliyyatı keçirib. 2021-ci ildən sonra iddiaçı evdən gedəndən sonra uşaqlar da ondan üz çevirib və onunla demək olar ki, heç kim maraqlanmır və bu səbəbdən iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. İddiaçı birinci qrup əlildir və kənar şəxsin qulluğuna ehtiyacı var. Cavabdehlər iddiaçının birinci qrup əlil olmasına baxmayaraq ona köməklik göstərmirlər. Birgə nikah dövründə iddiaçının hər ay saxlanılması üçün baxıcıya 500 manat məbləğində pul ödənilirdi, lakin hazırda tək qaldığına görə daha çox qayğıya ehtiyacı var. İddiaçı 280 manat məbləğində təqaüd alır və ondan başqa gəlir yeri yoxdur. Bundan əlavə iddiaçı bu yaxınlarda burnundan əməliyyat olunmuşdur. Nəfəs almasında çətinlik çəkirdi və əməliyyat olunmasına baxmayaraq hazırda da nəfəs almağa çətinlik çəkir. Həmin əməliyyat üçün 2.500 manat məbləğində xərci çıxmışdır. Digər cavabdehlərin adına kifayət qədər daşınar və daşınmaz əmlaklar alınıb və onların maddi vəziyyətləri olduqca yaxşıdır. İddiaçı xəstə olan zaman onun adından etibarnamə alıblar və əmlakların üçünü də satıblar. iddiaçı Gürcüstan Respublikasında müalicə olunarkən saxta etibarnamə ilə əmlakını satıblar və bununla əlaqədar cinayət işi açılıb. Tərəflər arasında çoxsaylı əmlak mübahisələri olmuşdur. İddia tələbinin əsasının bir hissəsi iddiaçının burnundan əməliyyat olunması üçün xərclənmiş pulun cavabdehlərdən tutulmasıdır. Həmin əməliyyatın olunması üçün iddiaçı X4 borc pul almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əməliyyatdan gələndən sonra birgə nikah dövrü zamanı əlillik verilmişdir. Hal-hazırda işləmir. 283 manat məbləğində təqaüd alır. Ona əlavə olaraq 100 manat da ödənilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, anası İradə Musayevanın adına cinayət işi açılmışdır. Onu iki günlük saxlamışdırlar. İddiaçıya qarşı bu günə qədər hər hansı bir hörmətsizlik belə etməmişdir. Sadəcə olaraq anasına qarşı olanlardan sonra onu saymır. Xəstə olanda xaricə aparmış, ürəyini dəyişmişdirlər və ondan sonra onda bu dəyişikliklər baş verməyə başlamışdır. Dostlarının xahişinə görə torpaq sahələri nikahda olmayan bacısı İlahə Tükanovanın adına keçirilmişdir. Anası işlədiyi dövrdə evlərində köməkçiləri olmuşdur. Həmin köməkçi sırf iddiaçıya baxmaq üçün yox, bütün evin təsərrüfatını idarə etməsi üçün gəlirdi. Nikahın pozulması ilə bağlı iddiaçı müraciət etmişdir. Anasının müraciət etməməsinin səbəbi ögey bacısının subaylıq dövrünə təsadüf etməməsidir. Lakin iddiaçının tələbi ilə nikah pozulmuşdur. Mülklərə gəldikdə hüquq-mühafizə orqanlarında hal şahidlərinin iştirakı ilə kimə nə aid olması barədə qərar verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı X25 ilə evlənənə qədər başqa nikahda olub. Həmin nikahdan bir övladı var. İkinci nikahı X25 ilə olub və onların bu nikahdan Tükanova İlahə adlı övladları dünyaya gəlib. X25 da əvvəllər nikahda olub və onun birinci nikahdan olan əri vəfat etmişdir. Birinci nikahdan İ.Musayevanın iki övladı var: Cavabdeh2 və Cavabdeh1. İddiaçı ilə X25 nikaha daxil olandan sonra T.Tükanov arvadına məxsus mənzilə köçüb və uşaqlar da anasının himayəsində olublar. Baxmayaraq ki, ögey olublar, aralarında doğmalıq münasibətləri olub və aralarında heç bir problem də yaşanmayıb. X28 Cumhuriyyətində rezedentura oxuyur, hazırda tələbədir və hər hansı bir həkimlik fəaliyyəti ilə məşğul olmur, hətta onun özünün belə valideyinlərinin maddi yardımına ehtiyacı olan şəxsdir. Ehtiyaclarını anası və qardaşı qarşılayır. Aldıqları məlumata görə iddiaçı hər ay işlədiyi müəssisədən 1.000 manat məbləğində pul alır. İddiaçı həm də təqaüd alır və qulluğa görə yardım pulu da alırdı. Cavabdeh İradə Musayeva mühasib kimi işləyib, kifayət qədər bacarıqlı biridir və həmin əmlakları da İradə Musayeva özü alıb. Birgə nikah dövründə İradə Musayeva iddiaçıya özü şəxsən baxıb, lakin işləyəndən sonra həm evin təsərrüfatının idarə olunması,həm də iddiaçının əməliyyatdan çıxdığı vaxta düşdüyünə görə baxıcıya müəyyən vəsait xərclənilirdi. Tərəflər artıq ər və arvad deyillər. İradə Musayevanın həmin maddi imkana sahib olmasına dair heç bir sübut təqdim olunmayıb. İddiaçı ilk öncə öz doğma övladına qarşı iddia tələbi ilə müraciət etməlidir və əgər onun ödəmək qabiliyyətinin olmaması sübuta yetirilərsə, ondan sonra ögey övladlarına qarşı iddia irəli sürülə bilər. Hazırki iş üzrə proses zamanı öz doğma övladının işə cəlb olunması həmin halın müəyyən olunmasını əks etdirilmir. Həmin hal o zaman öz əksini tapardı ki, məhkəmə qətnaməsi qəbul olunardı və icraya yönəldilən zaman Mikayıl Tükənovun və birgə nikahda olan övladının ödəmək qabiliyyəti olmaması müəyyən olunarsa. Hazırki iddianın keçmiş arvadına və ögey övladlarına qarşı qaldırılması əsassızdır. Cavabdeh3 tələbədir və onun özünün maddi köməyə ehtiyacı var. Tərəflərin nikahları pozulmamış iddiaçı İradə Musayevaya qarşı polis orqanlarına müraciət edib və xanım iki gün müddətində həbsdə saxlanılıb. Lakin əməl sübuta yetirilmədiyinə görə cinayət işinin rədd olunması barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının ondan aliment tələb etməsi hesab edir ki, düzgün deyil, çünki bu hərəkətini İradə Musayeva özünə qarşı ləyaqətsiz hərəkət kimi qəbul edir. İddia tələbini ümumiyyətlə qəbul etmir və rədd olunmasını xahiş edir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Vİİ-JQ seriyalı 264040 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X25 arasında 29 aprel 1995-ci il tarixdə nikah bağlanmışdır. - XX-JQ seriyalı 397323 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1997-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X17r. - Vİİİ-Tİ seriyalı 458332 saylı doğum haqqında şəhadətnamənin əsli ilə düz surətindən görünür ki, Cavabdeh4 26 ferval 1989-cu il tarixdə anadan olmuşdur. Onun atası X27, anası X7r. - AZ-İV seriyalı 333060 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Onun atası Cavabdeh2, anası Musayeva Mayadır. - AZ-İV seriyalı 679582 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Onun atası Cavabdeh2, anası Musayeva Mayadır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X42 “Bakı şəhər Təcili və X9 Stansiyası” X37 tərəfindən iddiaçıya ünvanlanmış 24 yanvar 2023-cü il tarixli PHŞ-6-96/2-T-1-4-3/2023 saylı məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, “103” xidmətinə Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan İddiaçı (60 yaş) adına 2022-ci il ərzində daxil olan müraciətləri xx.xx.2022-ci il tarixində saat 01:28-də 13 saylı bölmənin həkimi Əntiqə Əliyeva icra edərək, xəstəyə “Essensial hipertenziya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 04:10-da həkim Rəna Bəydəmirova xəstəyə “Nevrasteniya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 00:01-də həkim Səbuhi Quliyev xəstəyə “Dəqiqləşdirilməmiş xroniki qastrit, ağrı sindromu ilə” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 02:43-də həkim Qurban Ramazanov xəstəyə “Stresə qarşı kəskin reaksiya. Ürək əməliyyatından sonrakı funksional pozğunluq” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 13:45-də həkim Tuqay Abdulla xəstəyə “Qeyri-spesifik hipotenziya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 02‘:37də həkim Könül Vəliyevə xəstəyə “Stresə qarşı kəskin reaksiya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 01:34-də həkim Müjqan Cəfərova xəstəyə “Essensial hipertenziya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 23:08-də həkim Oruc Məhərrəmov xəstəyə “Essensial hipertenziya. Ürəyin xroniki işemik xəstəliyi” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 21:03-də həkim Nazim Qəribov xəstəyə “Nevrasteniya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 04:23-də həkim Səbirə Əhmədova xəstəyə “Gərginlik tipli baş ağrısı” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 23:28də həkim Mehriban Kazımova xəstəyə “Baş ağrısı” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 04:05-də həkim İlhamə Hacıyeva xəstəyə “Böyrək sancısı” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir, xx.xx.2022-ci il tarixində saat 03:38-də həkim İlqar Əliyev xəstəyə “Stresə qarşı kəskin reaksiya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı Transplantasiya olunmuş ürəyin olması, Ortotopik ürək transplantasiyasından sonrakı vəziyyət (xx.xx.2019). Ürək çatmamazlığı, Ürək çatmamazlığı fs-2 Kardiomiopatiya, Dilatasion kardiomipatiya diaqnozu ilə xx.xx.2020-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi ümumi xəstəlikdir. Şəxs əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli **********78 saylı məktubdan görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adlarına qeydə alınmış daşınmaz əmlaklar barədə ətraflı məlumat və sənədlərin surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37nin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 72/60 saylı sahədə 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1046 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi, ev 19B, 33 saylı mənzil "xxxx" MMC tərəfindən verilmiş 04/21 nömrəli xx.xx.2021-ci il tarixli maliyyə arayışına, "Eyfel” MMC ilə Cavabdeh2n arasında imzalanmış xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1630 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndndə 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-334 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli 4Ə- 336 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Quba şəhəri, "Dəvədabam" y/m küçəsində 0.10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Quba regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-2602 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Abşeron rayonunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 11,03.2014-cü il tarixli 4Ə-02-660 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 49 saylı mənzil Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-15 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-139 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Maştağa subtropik sovxozu ərazisində 0.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına icarə hüququ əsasında dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda icarəsindədir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 4v, 51 saylı mənzil 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-842 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 9, 9 saylı mənzil ünvan 4 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1345 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 33.6 kv.m olan qeyriyaşayış sahəsi ünvan 4 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1471 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021 -ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 74, 493 saylı mənzil Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-2382 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 27.1 kv.m olan qeyri-yaşayış sahəsi ünvan 6 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli 4Ə-3239 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 5, 1 saylı mənzil ünvan 6 ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-3238 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021 -ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5405 saylı bağ evi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-269 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-156 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.0599 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-158 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 01,08.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.0599 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-159 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.0571 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə- 308 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.0599 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-309 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adma qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Abşeron rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə- 305 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X25 ünvan 7 ünvanında yerləşən mənzili qızı Cavabdeh1 bağışlamışdır. - İddiaçı tərəfindən verilmmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 7 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, ev 4v, 51 saylı mənzili qızı Cavabdeh3 bağışlamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, ev 4v, 51 saylı mənzili xx.xx.2021-ci il tarixdən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. - Türkiyə Respublikası Çanakkale Onsekiz Mart Universiteti X31 Fakültəsi Dekanlığı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, fakültənin X38, Dəri-Zöhrəvi Xəstəlikləri ixtisası üzrə rezidentura təhsili alan tələbə tədqiqatçı həkim Cavabdeh3 fakültədə xx.xx.2022-ci il tarixindən etibarən təhsil alır. Rezidentura təhsilini başa vurma tarixi xx.xx.2026-cı il (təhsil müddəti 4 il) olaraq müəyyənləşdirilmişdir. - İddiaçı tərəfindən 24 saylı notariat ofisində təsdiq edilmiş 23 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Tükənov X18 Rayon Məhkəməsində iddia ərizəsində cavabdeh göstərdiyi X25, X21, X22, "xxxx" MTK, "xxxx" MTK-ya qarşı irəli sürdüyü iddialarından bütövlükdə imtina edir və "xxxx" MTK-a tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 saylı evin, 33 saylı mənzilin qarşılığı olaraq ünvan 8 ünvanında yerləşən mənzili alqı-satqı yolu ilə öz əmlakına keçirməklə barışıq sazişi edir və gələcəkdə cavabdehlərə qarşı heç bir iddiası və hər hansı bir tələbi olmayacaq. - X5 və alıcı İddiaçı arasında bağlanmış 24 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, satıcı ünvan 8 ünvanında yerləşən mənzili tam hissədə alıcı İddiaçı mülkiyyətinə vermişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 754/2022 saylı qərardadından görünür ki, İddiaçı iddia ərizəsindən imtinası qəbul edilmiş, İddiaçı cavabdehlər X25, X21, "xxxx"MTK, "xxxx"MTK, və 24 saylı Notariat Ofisinin xüsusi notariusuna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 2596/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X25 arasında xx.xx.1995ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon VVAQ şöbəsi tərəfindən qeydə alınmış və 207 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. - Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X2 28 sentyabr 2022ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarından görünür ki, X25 görə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Avrasiya Hospital” tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından ******* №-li çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə sedasiya altında “burun ucunun rükonstruksiyası-konxa Rf” əməliyyatı icra edilmişdir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ağırlaşma olmamışdır. - xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil orderindən görünür ki, 2500 manat depozit məbləği “Avrasiya Hospital” müəssisəsinə ödənilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X43 İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-xx-xx/232460/2023 saylı məktubdan görünür ki, hal-hazırda xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh3 adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. - Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X3 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 24 may 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi xx.xx.2022-ci il tarixdə Sabunçu RPl-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq istintaqı aparılmışdır. Cinayət işi üzrə X12 əri İddiaçı adından verilmiş rəsmi sənəd hesab edilən ərizə və etibarnaməni saxtalaşdırması və İddiaçı xüsusilə külli miqdarda əmlakını etibardən sui-istifadə edərək ələ keçirməsində Azərbaycan Respublikası CM-nin 178.4 və 320.1-ci maddələrinin tərkib əlamətlərinin olub-olmaması istintaq yolu ilə müəyyən edilməsindən ötrü cinayət işi 28 aprel 2023-cü il tarixdə istintaq aidiyyatı üzrə Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir və xx.xx.2023-cü il tarixdə istintaqın aparılması ona həvalə edildiyindən cinayət işi həmin tarixdə tərəfindən icraata götürülərək istintaq aparılmışdır. Qərardan görünür ki, istintaq zamanı X12 əməlində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, istintaq zamanı T.Tükanovun adından 06 mart 2015-ci il tarixdə 7E-1480 reyestri nömrəli ərizənin xx.xx.2019-cu il tarixli. 7E-2659 və 7E-2660 reyestri nömrəli səlahiyyətvericı etibarnamələrin verilməsinin, yəni birgə mülkiyyətləri olan əmlakın arvadı tərəfindən satılmasının onun həmin vaxtki iradəsinə tam uyğun olması təsdiqini tapmışdır. Yəni göründüyü kimi İ.Musayeva T.Tükanovu aldatmamış və ya onun etibarından süi-istifadə etməmiş, T.Tükanovun verdiyi etibarnamə əsasında onların birgə mülkiyyətində olan əmlakı satmışdır. Bundan başqa İ.Musayeva ümumiyyətlə, T.Tükanovun əmlakını ələ keçirməmiş, əmlakın satılmasından əldə edilmiş pul həmin vaxt mövcud olan ailə münasibətləri zəminində onların ailə-məişət problemlərinin həllinə xərclənmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin, onların nümayəndə və vəkillərinin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı iclasında tərəflərin, onların nümayəndə və vəkillərinin izahatlarından, mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı və cavabdeh X25 arasında 29 aprel 1995-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Onların birgə nikahından xx xxxx 1997-ci il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. Cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh4 İddiaçı, cavabdehlər xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh1 isə cavabdeh X12 əvvəlki nikahdan olan övladlarıdır. İddiaçı və cavabdeh X25 arasında bağlanmış rəsmi nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-2596/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Hazırda iddiaçı saxlanması üçün cavabdehlərdən hər ay 3000 manat məbləğində aliment tutulması və “Burun ucunun rükonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddia tələbini qəbul etmirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: cavabdehlərdən saxlanması üçün aliment tutulması və əməliyyat üçün ödənilmiş məbləğin cavabdehlərdən alınaraq ona ödənilməsi. Məhkəmə iddia tələbinin ilk hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh X25 iddiaçının keçmiş arvadı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 doğma övladları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə ögey övladları olmaqla iddiaçının müxtəlif kateqoriyadan olan ailə üzvləri olduqlarından aliment tələbi üzrə cavabdehlərin hər birinə ayrılıqda münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. - 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. - 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. - 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. - 83.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qanununun 1-ci bəndinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının məzmunundan görünür ki, aliment institutunun təyinatı ilk növbədə maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərin mənafelərinin təmin edilməsindən, həmin valideynlərin saxlanmasında könüllü iştirak etməyən övladların onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Yetkinlik yaşına çatmış övladın valideynlərini saxlamaq vəzifəsinin yaranması üçün valideynin əmək qabiliyyətinin olmamalı və onun maddi yardıma ehtiyacı olmalıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Hazırki iş materiallarından görünür ki, İddiaçı 61 yaşı vardır. Ona “transplantasiya olunmuş ürəyin olması, Ortotopik ürək transplantasiyasından sonrakı vəziyyət (xx.xx.2019) ürək çatmamazlığı, ürək çatmamazlığı fs-2 Kardiomiopatiya, Dilatasion kardiomipatiya” diaqnozu ilə xx.xx.2020-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. İddiaçının izahatına əsasən ona əlilliyə görə 283 manat pensiya verilir və əlavə 100 manat ödəniş olunur. Həmçinin iddiaçının səhhəti və sağlamlığı ilə bağlı mütəmadi olaraq tibbi yardıma ehtiyacı olmuşdur. Müxtəlif xəstəliklərdən əziyyət çəkmişdir. Belə ki, iddiaçıya 2022-ci il ərzində müxtəlif vaxtlarda “Essensial hipertenziya”, “Nevrasteniya”, “Dəqiqləşdirilməmiş xroniki qastrit, ağrı sindromu ilə”, “Stresə qarşı kəskin reaksiya. Ürək əməliyyatından sonrakı funksional pozğunluq”, “Qeyri-spesifik hipotenziya”, “Stresə qarşı kəskin reaksiya”, “Essensial hipertenziya”, “Essensial hipertenziya. Ürəyin xroniki işemik xəstəliyi”, “Gərginlik tipli baş ağrısı”, “Böyrək sancısı” diaqnozları qoyulmuş, müvafiq tibbi yardım göstərmişdir. Digər tərəfdən iddiaçının doğma övladları Cavabdeh3 (xx.xx.1997-ci il təvəllüdlü) və Cavabdeh4 (xx.xx.1989-cu il təvəllüdlü) hər ikisi yetkinlik yaşına çatmışdırlar və əmək qabiliyyətlidirlər. Cavabdeh3 Türkiyə Respublikasında rezidentura təhsili alır. İddiaçı, qızı Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, ev 4v ünvanında yerləşən 51 saylı mənzili bağışlamışdır. Hazırda Cavabdeh3 adına üç qeyri-yaşayış sahəsi, beş torpaq sahəsi, bir mənzil, bir bağ evi olmaqla cəmi on daşınmaz əmlak qeydə alınmışdır. İddiaçının digər doğma övladı Cavabdeh4 isə aktiv VÖEN statusuna malik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Onun fəaliyyət istiqaməti yük avtomobil nəqliyyatının fəaliyyətidir. Adına bir daşınmaz əmlak və iki nəqliyyat vasitəsi qeydə alınmışdır. Himayəsində xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Göründüyü kimi iddiaçı pensiya alır, adına daşınar və daşınmaz əmlakı vardır. Bununla belə məhkəmə iddiaçının doğma övladları olan Cavabdeh3 və Cavabdeh4 ailə, maddi və əmlak vəziyyətlərini, onların valideynlərinin saxlanması üçün zəruri vəsaitə malik olmalarını, bununla yanaşı iddiaçının səhhətini və sağlamlıq vəziyyətini, ürək transplantasiyası növündə ağır əməliyyat keçirməsini, hazırda İ qrup əlil olmaqla əmək qabiliyyətinin olmamasını, kənar şəxsin qulluğuna ehtiyacı olmasını, ona əvvəllər də belə bir kənar qulluq göstərilməsi barədə tərəflərin izahatlarını, habelə valideynlərinə hörmət etmək və onun qayğısına qalmağın cavabdehlərin AR Konstutisiyası ilə nəzərdə tutulmuş borcu olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində aliment tutulması mümkündür. Məhkəmə 2023-cü il üçün ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehlərin hər birindən hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə daxil olduğu həmin tarixdən başlanmalıdır. Məhkəmə cavabdehlər X25, Cavabdeh1 və Cavabdeh2 aliment tutulmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: -85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; -85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); -85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); -85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). -86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. -92.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ərin keçmiş arvaddan aliment tələb etməsi bir-neçə şərtin – xüsusilə nikahın pozulması, keçmiş arvadın zəruri vəsaitə malik olması, eləcə də keçmiş ərin maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Aliment münasibətləri hər iki tərəfin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Hazırkı işin hallarından görünür ki, iddiaçı əmək qabiliyyətsizdir. Ona 1-ci qrup əlilliyə görə 200 manat pensiya müəyyən edilmişdir. Adına daşınar və daşınmaz əmlaklar qeydə alınmışdır. təmin edilmişdir. Aliment tələb edilən cavabdeh X25 isə iddiaçının keçmiş arvadıdır. Onlar arasındakı nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-2596/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh X25 xx.xx.1964cü il təvəllüdlüdür. Onun adına hər hansı bir daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. “Xəyalə-A” firmasında mühasib vəzifəsində işləyir və əmək haqqı 480 manatdır. Həmçinin İ qrup əlildir. Əlilliyə görə 100 manat pensiya alır. Göründüyü kimi cavabdeh X25 özü də İ qrup əlildir, iddiaçıdan fərqli olaraq onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə iddiaçının və cavabdeh X12 maddi və əmlak vəziyyətini, iddiaçının xeyrinə onun doğma övladlarından hər ay aliment tutulması barədə tələbinin qismən (hər ay cəmi 200 manat) təmin edilməsini də nəzərə alaraq, iddiaçının saxlanması üçün övladları ilə yanaşı onun keçmiş arvadı X8 da aliment tutulmasını mümkün hesab etmir. İddiaçı həmçinin Cavabdeh1 və Cavabdeh2 aliment tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçının keçmiş arvadı X12 əvvəlki nikahından olan övladlarıdır. Başqa sözlə, cavabdehlər iddiaçının ögey qızı və ögey oğludur. Qanunvericiliyə əsasən, ögey ata aşağıdakı hallarda əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilər: iddiaçı əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxs olmalı, oğul və qızlarını tərbiyə etmiş (saxlamış) olmalı və özünün yetkinlik yaşına çatan övladlarından və ya arvadından saxlanmaq üçün maddi yardım ala bilməməlidir. Göründüyü kimi ögey övladlardan aliment tutulması üçün qeyd olunan şərtlərin sadəcə biri deyil, hər biri olmalıdır. İş materiallarından görünür ki, cavabdehlərin hər ikisi ailəlidir. Cavabdeh1 bir yetkinlik yaşına çatmamış övladı, Cavabdeh2 isə xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Hazırki iş üzrə iddiaçı doğma övladlarından da aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, onun tələbi doğma övladlarına münasibətdə qismən təmin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı özünün yetkinlik yaşına çatan övladlarından maddi yardım ala bildiyindən, onun həmçinin ögey övladlarından aliment tutulması barədə iddiasının təmin edilməsi qanunauyğun deyildir. Bununla yanaşı iddiaçı burun ucunun rükonstruktiyası əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əməliyyat olması təklikdə bu əməliyyat xərclərinin yetkinlik yaşına çatmış övladlardan tutulması üçün əsas təşkil etmir. Belə ki, iddiaçı burun tənəfüssünün hər iki tərəfdən çətinləşməsi, burun dəliklərinin darlığı şikayətləri ilə müəssisəyə müraciət etmişdir. Onun şikayəti üzrə müəssisə tərəfindən əməliyyat olunmuşdur. Bununla belə, iş materiallarından qeyd olunan əməliyyatın iddiaçının sağlamlığı üçün zəruri olması, bu əməliyyatın həyata keçirilmədiyi təqdirdə iddiaçının sağlamlığında kəskin problemlər, ağır xəstəliklər yarada bilməsi müəyyən olunmur. Əksinə “Avrasiya Hospital” tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, müayinələr zamanı xəstənin vəziyyətində və sağlamlığında (xüsusilə də nəfəsalma prosesində və ağciyərdə) hər hansı bir qeyri-adi hal müəyyən olunmamışdır. Belə ki, onun huşu aydın, ümumi vəziyyəti kafi olmuşdur. Dəri və görünən selikli qişa adi rəngdə olmuşdur. İddiaçı nəfəsalmasında problem olması şikayəti ilə daxil olsa da, aparılmış laborator və instrumental müayinələr zamanı “burun ucunun rükonstruktiyası” əməliyyatına ehtiyac olması qeyd edilməmişdir. Həmçinin müayinələr zamanı müəyyən olunmuşdur ki, traxeya orta xətdədir. Hər iki ağciyərin havalanması təbiidir. Hər iki ağciyərdə ocaqlı-ihtihablı kölgəlik qeyd olunmur. Ağciyər şəkli normaldır. Köklərin quruluşu norma daxilindədir. Ürək və aorta vəziyyəti, forması və hüdudları norma daxilindədir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ağırlaşma olmamışdır. Azərbaycan Respublikası MPM-in: - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. - 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu həmin cavabdehlərə aid edilməli və ödənilməli alimentin məbləğinin illik ödəmə məcmusu (12 ay x 200 manat=2400 manat) nəzərə alınmaqla, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 hər birindən dövlət mədaxilinə 22 manat məbləğində dövlət rüsumu alınmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli. İddiaçı saxlanması üçün hər ay Cavabdeh3 100 (yüz) manat, Cavabdeh4 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli. İddia tələbi qalan hissədə təmin edilməməli. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı. Cavabdeh4 22 (iyirmi iki) manat, Cavabdeh3 22 (iyirmi iki) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli. Alimentin icra olunması hissəsində qətnamə dərhal icra edilməlidir. VI. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233- 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı saxlanması üçün hər ay Cavabdeh3 100 (yüz) manat, Cavabdeh4 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh4 22 (iyirmi iki) manat, Cavabdeh3 22 (iyirmi iki) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar