Məhkəmə qərarları › İş №e-2(005)-1589/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1589/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1589/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 960 (doqquz yüz altmış) manat məbləğində aliment və əlavə xərclər tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh 25 dekabr 2001-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X17 anadan olmuşlar. Bir müddət sonra ailə həyatında problemlər yarandığından məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. Həmçinin, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-525/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatan kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq gəlirinin 1/3 hissəsi qədər aliment və 200 manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulması qət edilmişdir. Belə ki, X14 xx.xx.2020-ci il tarixdən yetkinlik yaşına çatdığından, cavabdeh tərəfindən iddiaçıya Fəridin saxlanılması üçün nə aliment, nə də əlavə xərclərinin qarşılanması üçün pul vəsaiti ödənilmir. X14 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, autizm əlamətləri ilə, nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları” diaqnozu ilə anadan olmuşdur, autizm xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi” X15 295 saylı xx.xx.2024-cü il tarixli məktubunda da göründüyü kimi, X12 “Uşaq autizmi, Kanner sindromu F84.0, ağır dərəcəliəqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F72.1” diaqnozu təyin edilmişdir. Fərid özünü idarə edə bilmir, daima nəzarət altında olmalıdır, qulluğa və müalicəyə ehtiyacı var. Hal-hazırda İddiaçı övladı X10 bütün xərclərini özü qarşılayır, onun müalicəsi üçün lazım olan dərmanlarını alır və sair xərcləri də qarşılayır, cavabdeh tərəfindən isə hər-hansı bir köməklik göstərilmir. İddiaçı bir-neçə dəfə cavabdehə müraciət edərək, övladına baxması üçün köməklik göstərməsini xahiş etmiş, lakin cavabdeh bu müraciətlərə məhəl qoymamışdır. Qeyd edilir ki, iddiaçı tərəfindən “X9”nə sorğu verilmiş və “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, autizm əlamətləri ilə Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları” (Autizm xəstəliyi) olan şəxsin müalicəsi ilə bağlı olan aylıq xərcləri nə qədər olduğu ilə bağlı məlumat verilməsi xahiş edilmişdir. “X9”nin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ümumi olaraq 1 ay üçün olan terapevtik qayğı planının qiyməti 32 seans üçün 960 (doqquz yüz altmış) manat təşkil edir. Bildirilir ki, İddiaçı tərəfindən Cavabdeh “aliment tələbinə” dair Bakı 5 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyasında iştirak etməsi barədə təklif göndərilmişdir. Lakin Bakı 5 saylı Mediasiya Təşkilatının MŞB/5-02641 saylı xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından da göründüyü kimi, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən, Cavabdeh tərəfindən, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladı X10 xeyrinə aliment və əlavə xərcin tutulması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, lakin cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 yazılı etiraz təqdim edərək, İddiaçı iddiasının təmin edilməməsini xahiş etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən verilmiş alimentin tutulması və əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4353/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi (işə əlavə olunmuşdur). İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin iş üzrə İddiaçı 1500 manat məbləğində alimentin və əlavə xərclərin ona ödənilməsini tələb edirdi. Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2012/2023 saylı xx.xx.2023-cü il tarixli və Ali Məhkəmənin 2(102)-2773/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları ilə qüvvədə saxlanmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2791/2021 saylı qətnaməsinə əsasən yetkinlik yaşına çatmış övladı X3 üçün hər ay 200 (iki yüz) manat miqdarında aliment Cavabdeh tutularaq anası İddiaçı ödənilməsi qət olunmuşdur. Bu qətnamə qanuni qüvvəyə minmişdir və 200 manat miqdarında aliment halhazıra kimi iddiaçıya ödənilir. İddianın əmək qabiliyyəti olmayan və yetkinlik yaşına çatmış övladın saxlanması üçün alimentin tutulması hissəsinə dair: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra – AM) 80.1.-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Bu maddənin məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi hər iki valideynə aiddir. Yəni, bu cür xərclər kəsildiyi təqdirdə belə tərəflər arasında bərabər bölünməlidir. b) Cavabdeh AM-nin 80.1.-ci maddəsi ilə üzərinə qoyulan vəzifələrini müntəzəm olaraq yerinə yetirir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2791/2021 saylı qətnaməsinə əsasən yetkinlik yaşına çatmış övladı X3 üçün hər ay 200 (iki yüz) manat miqdarında alimenti hal-hazıra kimi İddiaçı vaxtında ödənilir. “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2024 tarixli 295 saylı məktubunda X13 “Uşaq autizmi” diaqnozu (X1 F84.0 kodu) və eyni zamanda ağır dərəcədə əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu (X1 F72.1 kodu) müəyyən edildiyi qeyd olunur. “X8” xx.xx.2024 tarixli məktubunda müalicə ilə bağlı təklif olunan xidmətlər və bunlara dair qiymətlər bildirilir. Lakin xəstəyə hər hansı diaqnoz qoyulandan sonra həkim tərəfindən ona konkret müalicə təyin edilməlidir. Məhz həkim konkret müalicəni və dərman preparatlarını təyin etməli, müalicənin qaydasını və müddətini müəyyən etməli, müalicəvi prosedurları təyin etməlidir. Hazırki iş materiallarında həkim tərəfindən hər hansı müalicə təyin olunması barədə məlumat yoxdur. “X9”nin məktubu isə bir kommersiya təklifidir və həkim təyinatına söykənmir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli MŞB/5- 02641 nömrəli “X6 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 525/2020 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2002-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq gəlirinin 1/3 hissəsi qədər aliment və 200 manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X14 xx.xx.2019-cu il tarixdə anası ilə birlikdə mərkəzə müayinə və müalicə üçün müraciət etmiş, ona uşaq autizmi, Kanner sindromu F84.0 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F72.1 diaqnozu qoyulub. - Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, X10 birinci dərəcə əlil olduğu qeyd olunmuş, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq autizm əlamətləri ilə. Nitqin və dəqiqləşdirilməmiş pozğunluqları diaqnozu qoyulmuşdur. - X7 fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Autizm xəstəliyi olan şəxsin terapevtik qayğı planı həftədə 4 dəfə psixoloji, həftədə 2 dəfə düyü bütünləmə, həftədə 2 dəfə loqopedik seans olaraq hazırlanır. Hər seans 30 AZN olaraq hesablanır. Ümumi olaraq 1 ay üçün olan terapevtik qayğı planının qiyməti 32 seans üçün 960 AZN-dır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 4353/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 2012/2023 saylı qətnaməsinə əsasən iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4353/2022 saylı 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2773/2023 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2012/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X17 doğulmuşdur. Tərəflərin nikahı pozulmuş və birgə nikahdan doğulmuş övladları hazırda iddiaçının himayəsindədir. xx.xx.2002-ci il təvəllüdlü X13 uşaq autizmi, Kanner sindromu F84.0 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F72.1 diaqnozu qoyulmuşdur. Bununla bağlı olaraq iddiaçı xx.xx.2002-ci il təvəllüdlü X10 özünü idarə edə bilməməsi, daim nəzarət altında olması, qulluğa və müalicəyə ehtiyacı olması zərurətindən irəli gələrək çəkiləcək xərclərin Cavabdeh tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, ....Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir. İlk növbədə o qeyd olunmalıdır ki, iddiaçı aliment və əlavə xərc tələb etsə də əslində tələbi məhz əlavə xərcin tutulması ilə bağlıdır. Belə olanda məhkəmə bildirir ki, Ailə Məcəlləsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Məhkəməyə təqdim edilmiş sübutlara əsasən, xx.xx.2002-ci il təvəllüdlü X10 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və s. xəstəlikdən əziyyət çəkdiyi müəyyən olunmuşdur. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, X4 şəxslərin qulluğuna ehtiyacı vardır. Bu deyilənlərin kontekstində məhkəmə qeyd edir ki, iddiaçı kənar şəxslərin köməyinə ehtiyacı olan xx.xx.2002-ci il təvəllüdlü X13 qulluq göstərilməsi ilə əlaqədar psixiologiya mərkəzinə ödəniləcək xərcləri tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin xərclərin həcmi 960 AZN olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, bu öhdəliklər bərabər olaraq valideynlərin üzərinə qoyulmalı, iddia tələbi qismən təmin olunmalı, X13 zəruri olan qulluğun göstərilməsi üçün psixiologiya mərkəzinə çəkiləcək xərclərin məbləği də onların arasında bərabər bölünməlidir. Məhkəmə Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərini nəzərə alaraq, yəni valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarına görə çəkiləcək xərcin yarısının Cavabdeh alınıb İddiaçı ödənilməsini ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2002-ci il təvəllüdlü X13 göstəriləcək terapevtik qayğı ilə əlaqədar Cavabdeh əlavə xərclərə cəlb edilməklə, 960 manat məbləğində tələb olunan xərcin yarısının, yəni 480 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya prosesində iştirakla bağlı ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 50 manat dövlət rüsumu cavabdehdən tutulmalı və iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü X10 müalicəsi (terapevtik qayğı) üçün tələb olunan 960 manat xərcin yarısı, yəni 480 (dörd yüz səksən) manat pul vəsaiti və 50 (əlli) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar