Məhkəmə qərarları › İş №e-2(005)-1607/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1607/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1607/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, 01.01.2019-cu il - 31.12.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakın saxlanılması ilə bağlı 01.01.2022-ci il tarixinə 2a №10 mənzil üzrə yaranmış 192,10 manat borc və 2a №11 mənzil üzrə yaranmış 227,20 manat borc, cəmi 419,60 manat məbləğində borc vətəndaş Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi, bina 2a №10 və 2a №11 mənzillərin mülkiyyətçisi olduğu dövrdə vətəndaş Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq “Nərimanov-29" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş 04.05.2016 il tarixli, RX№ ******* sənədinə və 03.05.2016 il tarixli, RX№ ******* sənədinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən “Nərimanov-29" MMMC-nin (keçmiş "xxxx") balansında olan kooperativ 2a binanın №10 mənzili və 2a binanın №11 mənzili mülkiyyət hüququnda vətəndaş Cavabdeh mənsubdur. 01.01.2019-cu il 31.12.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakın saxlanılması və idarə olunması ilə bağlı 01.01.2022-ci il tarixinə 2a №10 mənzil üzrə yaranmış 192,10 manat borc və 2a №11 mənzil üzrə yaranmış 227,20 manat borc, cəmi 419,60 manat məbləğində borc vətəndaş Cavabdeh alınaraq "Nərimanov-29“ MMMC-yə (keçmiş "xxxx" MTK) ödənilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə ayrılmış 2855.2 kv.m ərazidə, hər biri 9 mərtəbəli, 2 bloklu, 54 mənzildən ibarət 2a, 2b yaşayış binaları Neftmaşınqayırma Kompleksində işləyən 108 payçısının vəsaitləri hesabına tikilmiş, 25.08.1989-cu il tarixində istismara qəbul edilmiş, Bakı şəhəri X3 İcrayyə Komitəsi 22.09.1989-cu il tarixli, № 10/358 qərarı ilə "xxxx" MTK-nın qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata almışdır. "xxxx" MTK qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) №1835180 qeydiyyatda olmuş və müvafiq hesabatları təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə edilmiş dəyişikliyi nəzərə alaraq "xxxx" MTK-nın 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26.01.2020-ci il tarixli ümumi yığıncağında "xxxx" MTK-nın Mənzil Mülkiyyətçilərinin Məhdud Cəmiyyətinə (MMMC) çevrilməsi ilə bağlı qərar qəbul edilmişdir. "xxxx"xxxx"Neftemaş MTK“ MMMC-nin qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsinə müraciət edilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində Azərbaycan Respublikasının, o cümlədən Bakı şəhərinin ərazisində yeni yaradılan MMMC-lərin inzibati rayonlar üzrə sistemləşdirildiyindən, “"xxxx" MTK-nın MMMC-nin abreviaturası "Nərimanov- 29” MMMC abreviaturasına dəyişdirilərək 30.09.2021-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. Qeydiyyat sənədində 30.09.2011-ci il tarixindən Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, bina 2a, 2b binaların əmlakının "xxxx" MMMC-nin balansında olması göstərilmişdir. Mənzil mülkiyyətçilərinin 26.01.2020-ci il tarixli ümumi yığıncağında 2019-cu il üzrə mənzil mülkiyyətçilərin 01.01.2020-ci il tarixinə mövcud olmuş borcları təsdiq edilmişdir Borclular sırasında 2019-cu il üzrə 01.01.2020-ci il tarixinə vətəndaş Cavabdeh mülkiyyətində olan bina 2a №10 mənzil üzrə 48,30 manat borc və 2a № 11 mənzil üzrə 59,30 manat borc, cəmi 107,60 manat məbləğində borc qeydə alınmışdır. Yığıncağında 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. 2019-2021-ci il tarixi dövrlərində mütəmadi olaraq vətəndaş Cavabdeh mülkiyyətində olan bina 2a №10 mənzil üzrə və 2a №11 mənzil üzrə borclarının yaranması ilə bağlı On-line SMS rejimində məlumatlandırılmışdır. 23.11.2021-ci il tarixində cavabdehə 01.11.2021-ci il tarixinə yaranmış 2a № 10 mənzil üzrə 180,30 manat borc və 2a № 11 mənzil üzrə 213,30, cəmi 393,60 manat məbləğində borcunun olması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun məhkəməyədək icra (pretenziya) qaydasında ödənilməsi təklif edilmişdir. Lakin cavabdeh bu təklifə etinasız yanaşmış, hazırda məhkəmədə iddia qaldırılan tarixədək borcunun ödənilməsi ilə bağlı hərəkətsizlik edir, bununlada aşkar olaraq Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin imperativ hüquq normalarının tələb və göstərişlərini yerinə yetirməkdən imtina edir. "xxxx" MMMC-nin (keçmiş Neftemaş MTK) 05.01.2022-ci il tarixində X4-təftiş müfəttişi ilə keçirilmiş birgə iclasında 01.01.2019 - 31.12.2021-ci il tarixləri dövründə cavabdehin mülkiyyətində olan, bina 2a №10 mənzil üzrə 192,10 manat borc və 2a №11 mənzil üzrə 227,20 manat borc, cəmi 419,60 manat məbləğində borc qeydə alınmışdır. Cavabdeh nümayəndəsi X1 28.03.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən ünvanlanmış etiraz məhkəmə əsassız hesab etdiyindən, mülki işə sadələşmiş icraat qaydasında baxılmasını məqbul hesab etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən “Nərimanov-29" MMMCnin (keçmiş "xxxx") balansında olan kooperativ 2a binanın №10 mənzili və 2a binanın №11 mənzili mülkiyyət hüququnda Cavabdeh mənsubdur. "xxxx" MTK-nın MMMC-nin abreviaturası "Nərimanov-29” MMMC abreviaturasına dəyişdirilərək 30.09.2021-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. Qeydiyyat sənədində 30.09.2011-ci il tarixindən Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, bina 2a, 2b binaların əmlakının "xxxx" MMMC-nin balansında olması göstərilmişdir. Mənzil mülkiyyətçilərinin 26.01.2020-ci il tarixli ümumi yığıncağında 2019-cu il üzrə mənzil mülkiyyətçilərin 01.01.2020-ci il tarixinə mövcud olmuş borcları təsdiq edilmişdir. Borclular sırasında 2019-cu il üzrə 01.01.2020-ci il tarixinə vətəndaş Cavabdeh mülkiyyətində olan bina 2a №10 mənzil üzrə 48,30 manat borc və 2a № 11 mənzil üzrə 59,30 manat borc, cəmi 107,60 manat məbləğində borc qeydə alınmışdır. Yığıncağında 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. "xxxx" MMMC-nin (keçmiş Neftemaş MTK) 05.01.2022-ci il tarixində X4-təftiş müfəttişi ilə keçirilmiş birgə iclasında 01.01.2019 - 31.12.2021-ci il tarixləri dövründə cavabdehin mülkiyyətində olan, bina 2a №10 mənzil üzrə 192,10 manat borc və 2a №11 mənzil üzrə 227,20 manat borc, cəmi 419,60 manat məbləğində borc qeydə alınmışdır. Cavabdehdən borcun ödənilməsi tələb edilsə də, heç bir nəticə verməmiş və bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin (keçmiş Neftemaş MTK) 05.01.2022-ci il tarixində X4-təftiş müfəttişi ilə birgə iclasının 01 (08) saylı, 05.01.2022-ci il tarixli Protokolunun surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan, bina 2a №10 mənzil üzrə 192,10 manat borc və 2a №11 mənzil üzrə 227,20 manat borc, cəmi 419,60 manat kommunal xərcləri borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 6.0.9. mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri Mənzil qanunvericiliyi tənzimləyir. 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. 8.0.5. mənzil-tikinti kooperativində üzvlük Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Göründüyü kimi, cavabdeh üzvü olduğu cəmiyyətin ümumi yığıncağında qəbul edilmiş tariflərə uyğun əmlakın saxlanılması və idarə olunması ilə bağlı xidmətlərə görə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməмишдир. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 01.01.2019-cu il - 31.12.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakın saxlanılması ilə bağlı 01.01.2022ci il tarixinə 2a №10 mənzil üzrə yaranmış 192,10 manat borc və 2a №11 mənzil üzrə yaranmış 227,20 manat borc, cəmi 419,60 manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməli, bina 2a №10 və 2a №11 mənzillərin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq “Nərimanov-29" MMMC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 01.01.2019-cu il - 31.12.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakın saxlanılması ilə bağlı 01.01.2022-ci il tarixinə 2a №10 mənzil üzrə yaranmış 192,10 manat borc və 2a №11 mənzil üzrə yaranmış 227,20 manat borc, cəmi 419,60 manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilsin, bina 2a №10 və 2a №11 mənzillərin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq “Nərimanov-29" MMMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar