Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-171/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, Üçüncü şəxs "xxxx" BOKT QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT QSC-yə və Xətai rayon icra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, təkrar qiymətləndirmə keçirilməsi və hərracın keçirilməsinə dair bildirişin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə və Xətai rayon icra və probasiya şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, təkrar qiymətləndirmə keçirilməsi və hərracın keçirilməsinə dair bildirişin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın birinci mərtəbəsində yerləşən 152 saylı mağazanın qiymətləndirilməsinə dair “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın etibarsız hesab olunması və təkrar qiymətləndirilmə keçirilməsi, eləcədə açıq hərrac keçirilməsinə dair 06.07.2021ci il tarixli 2 nömrəli bildirişin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 29.07.2021-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərdiyi cavabdehlərdən "xxxx" MMC əsl cavabdeh "xxxx" MMC (VÖEN: **********) ilə əvəz edilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın birinci mərtəbəsində yerləşən 152 saylı mağazanın qiymətləndirilməsinə dair "Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat "ın etibarsız hesab olunması və təkrar qiymətləndirilmə keçirilməsi, eləcədə açıq hərrac keçirilməsinə dair 06.07.2021-ci il tarixli 2 nömrəli bildirişin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair iddia tələbi Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmuş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmaq üçün Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Xətai rayon İcra və probasiya şöbəsi onun "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinin təmin edilməsi üçün ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın birinci mərtəbəsində yerləşən 152 saylı mağazanın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə sifariş məktubu göndərilmişdir. Həmin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” tərtib olunmuş və həmin hesabata əsasən qeyri-yaşayış sahəsinin dəyəri 134130, (bir yüz otuz dörd min yüz otuz manat) manat dəyərində qiymətləndirilmişdir. Ona məxsus qeyri-yaşayış sahəsi dəyərləndirilərkən əmlakın dəyəri bazar qiymətindən çox aşağı məbləğlə - 134130, (bir yüz otuz dörd min yüz otuz manat) manatla qiymətləndirilmişdir. Belə ki, “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat tərtib olunarkən qiymətləndirici tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamış, mübahisəli obyektin qiyməti həmin tələblərə müvafiq əsaslandırılma aparılmadan təyin edilmişdir. Qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri qeyri-obyektiv təyin edilmişdir. Bu da son nəticədə mövcud mübahisənin yaranmasına gətirib çıxarmışdır. "xxxx" MMC-nin mübahisəli əmlaka dair müəyyən etdiyi 134130, (bir yüz otuz dörd min yüz otuz manat) manat məbləğində qiymət, həmin əmlakın bazar dəyərinə uyğun gəlmir. Qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı etibarsız hesab olunmalı və təkrar qiymətləndirilmə keçirilməli və açıq hərrac keçirilməsinə dair 06.07.2021-ci il tarixli 2 nömrəli bildiriş ləğv edilməlidir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" BOKT QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu, əmlakın qiymətləndirilməsi barədə hesabatın qanunvericiliyin tələblərinə uyğun keçirildiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçı, cavabdehə və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı tərəf məhkəməyə ünvanmış elektron müraciətində hazırklıq iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5, 185.6-cı maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-619/2009 saylı icra vərəqəsindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Məmmədxanlı Mehman Əbülfəz oğlundan kredit borcu, borc faizləri və cərimə qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 228.591 ( iki yüz iyirmi səkkiz min beş yüz doxsan bir) manat məbləğində pul vəsaiti tutulması, İddiaçı kredit borcu, borc faizləri və cərimə qismində "xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə 249.918 (iki yüz qırx doqquz min doqquz yüz on səkkiz) manat məbləğində pul vasaiti tutulması, Məmmədxanlı Mehman Əbülfəz oğlu və İddiaçı tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə müvafiq olaraq 228 591 (iki yüz iyirmi səkkiz min beş yüz doxsan bir) manat və 249 918 (iki yüz qırx doqquz min doqquz yüz on səkkiz) manat məbləğində pul vəsaitinin ödənilməsi üçün tutma İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri - yaşayış sahəsi 152 saylı mağazaya yönəldilsin , həmin mağaza boşaldılaraq açıq hərracdan satışa çıxarılması, Dövlət rüsumu kimi ödənilmiş 20 ( iyirmi ) manat məbləğində pul vəsaiti Məmmədxanlı Mehman Əbülfəz oğlundan və İddiaçı müştərək qaydada "xxxx" açıq səhmdar cəmiyyəti xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Xətai rayon icra və probasiya şöbəsinə ünvanlanmış 10.01.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın birinci mərtəbəsində yerləşən 152 saylı mağazanın bazar dəyərinə uyğun qiymətləndirilmiş və qeyri-yaşayış sahəsinin 10.01.2019-cu il tarixə bazar dəyəri 157800 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 03.02.2022-ci il tarixli, ƏEM/F 14-074/22 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın birinci mərtəbəsində yerləşən 152 saylı mağazanın 03.02.2022-ci il tarixə bazar dəyəri 197250 manat, likvid dəyəri 177,500 manat təşkil edir. Hərracın keçirilməsi barədə 08.06.2021-ci il tarixli, 01 saylı bildirişin surətindən görünür ki, iddiaçıya əmlakın 157800 manat ilkin satış qiymətilə 30.06.2021-ci il tarixdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə 06.07.2021-ci il tarixli, 02 saylı bildirişin surətindən görünür ki, iddiaçıya əmlakın 15% aşağı qiyməti ilə 134130 manat ilkin satış qiymətilə 30.06.2021-ci il tarixdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlanmış məktubundan görünür ki, ünvan 22.07.2021-ci il tarixli sifariş məktubuna əsasən borclu ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın birinci mərtəbəsində yerləşən 152 saylı mağazanın təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 29.11.2022.07.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 100597,50 manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 08 iyun 2021-ci il tarixli, 22 iyul 2021-ci il tarixli buraxılışında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın birinci mərtəbəsində yerləşən 152 saylı mağazanın hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı qiymətləndirmənin keçirilməsinin qanunvericiliyin normalarının pozulması ilə keçirildiyini iddia edir. Lakin məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın birinci mərtəbəsində yerləşən 152 saylı mağaza 03.02.2022-ci il tarixə 177,500 manat qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən hərrac keçirilərkən əmlakın ilkin satış qiyməti 10.01.2019-cu il tarixə bazar dəyəri 157800 məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qiymətləndirici tərəfindən rəy düzgün verilmişdir və qiymətləndirmə hesabatının ləğv edilməsi üçün əsas yoxdur. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçıların isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT QSC-yə və Xətai rayon icra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, təkrar qiymətləndirmə keçirilməsi və hərracın keçirilməsinə dair bildirişin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-171/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-171/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver