Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-175/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sirac oğluna və Cavabdeh3 qarşı (açar sözlər: qızıl zinət və nikah dövründə əldə edilmiş fərdi istifadə əşyalarının qaytarılması – vindikasiya tələbi; sübutetmə yükü) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh2 Sirac oğlunun, Cavabdeh Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sirac oğluna və Cavabdeh3 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sirac oğluna və Cavabdeh3 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yataq mebeli- 4500 manat; qonaq otağı mebeli- 4500 manat,dəhliz mebeli-350 manat, künclü divan-1650 manat, jurnal masası-200 manat, qonaq masası 8 nəfərlik, stolun qiyməti 800 manat, stulların qiyməti 1600 manat, mətbəx stol-stul 4 nəfərlik- 350 manat, aksel samovar 2-li Dəm 4 1 (1 ədəd 219 manat), Sokany Mikser SC209 (1 ədəd 199 manat), Ütü buxarlı EL6017 (1 ədəd- 55 manat), Sokany blender 7019 (1 ədəd-85 manat), Blender dəsti 6020- 3 (1 ədəd45 manat), Tefalelektrikliçaydan loft 1.7 1 Beyaz (1 ədəd-129 manat), Zilan fritos 1lt yaşıl ZLN4375 (1 ədəd-79 manat), Leydisac 006 (1 ədəd-65 manat), Philips şirə çəkən HR2738/00 (1 ədəd- 49manat), Sonifer Su filteri 2001 (1 ədəd-35 manat), Zilan qəhvə dəmləyən 1 ədəd- 80 manat, Haeger Toster 2683 (1 ədəd- 109 manat), Floria bıçaq dəsti (dəstə daxildir-6 ədəd,1ədəd-36 manat), Remington fen D3010 (1 ədəd-79 manat), Zilan blender kokteyl 400Walt qırm.ZLN9124 (1 ədəd-120 manat), Panasonic üzqırxan ESRW30S520 (1 ədəd119 manat), Termos Always 72310G-1lt (1 ədəd-75 manat), Fiver bişirmə Paneli lko-206 İnox 1 ədəd-259 manat, ütü masası 4 Qapılı 1 ədəd-99 manat, televizor LG 32LQ63006LA (1 ədəd- 669 manat), çömçə FDA 12 parça GREY 1 ədəd-31 manat, çay seti 2 ədəd-94 manat, tort kəsən qara 1 (ədəd-19 manat), salfetka qabı 2 ədəd- 42 manat, Servis Ramis 96 parça, 1 ədəd-489 manat, meyvə qabı komod üstü mərmər 1 ədəd-139 manat, güldan komod üstü mərmər 1ədəd-129 manat, konfet qabı Komod üstü mərmər 2 ədəd-178 manat, çərəz qabı Komod üstü 3-lü mərmər 1 ədəd-129 manat, qaşıq dəsti Zilinger ZL710G YANA 1 ədəd-239 manat, Bakal Gümüşü 014.18 (2 ədəd-94 manat), bıçaq Kitchenware 2 ədəd- 90 manat, çömçə Kitchenware 595-11White 1 ədəd- 49 manat, mətbəx dəsti Uranus saxlama qabı 720 White Gold 1 ədəd-49 manat, Bakall Gülpür (Silver) 2 ədəd-138 manat, qətifə 18 ədəd- hər biri 30 manat, əl-üz dəsmalı 24 ədəd- hər biri 15 manat, çay dəsmalı 24 ədəd-hər biri 10 manat, yataq dəsti qutuda 16 ədəd-85 manat, yataq otağı pərdəsi, qonaq otağı pərdəsi, dəhliz pərdəsi, mətbəx jalüz (qiyməti cəmi: 1450 manat), bambuk döşək 3 ədəd-240 manat, bambuk yorğan 3 ədəd 210 manat, bambuk balış 4 ədəd-70 manat, böyük balış (qaztükü,6 ədəd-200 manat), taxt döşəyi -1 ədəd, yun yorğan bir ədəd-cəmi 500 manat, adyalşir 3 ədəd-cəmi 450 manat, yaşıl rəngli yorğan 1 ədəd-150 manat, yataq örtüyü ağ çemodan 1 ədəd- 300 manat,yataq örtüyü krem rəngdə 1 ədəd-250 manat, künc divanı örtüyü 1 ədəd-50 manat, stul örtüyü 8 ədəd 40 manat, mətbəx stul örtüyü 4 ədəd-20 manat, jurnalmasası üçün süfrələr-85 manat, böyük masa süfrəsi 10 ədəd-700 manat, xalça: balaça xalça 3 ədəd-240 manat, böyük xalça 1 ədəd-500 manat, dəhliz xalçası 1 ədəd-150 manat, mətbəx xalçası 1 ədəd- 150 manat, boşqab dəsdi-96 ədəd, meyvə qabı 5 şaxəli 1 ədəd-85 manat, meyvə qabı sarı rəngdə 2 ədəd-160 manat, güldan sarı rəngdə 1 ədəd- 85 manat, podnus sarı dəst 3 ədəd-150 manat, armudu stəkan 24 ədəd- 55 manat, nəlbəki 24 ədəd-45 manat, Büllur stəkan 12 ədəd- 95 manat, Büllur nəlbəki 12 ədəd-85 manat, şirə stəkanları 24 ədəd-100 manat,aşsüzən 3 ədəd- 25 manat, çaydan 1 ədəd-25 manat,çörək qabı 1 ədəd-25 manat, zibil qabı dəsti 1 ədəd-25 manat,çamaşır üçün qab 1 ədəd- 15 manat, salat doğrayan 1 ədəd-15 manat, süpürgə xəkəndaz dəsti 1 ədəd-15 manat).(Qızıllar)- komplekt ağ qızılbriliant boyunbağı, qolbağ, üzük-sırğa, nişan üzüyü, sarı qızıl qolbağ qaşlı, sarı paxlava üzük, ağ soyuducu 1 ədəd-1550 manat, paltar yuyan maşın 1 ədəd-1000 manat, qabyuyan maşın 1 ədəd-1000 manat, qara şüşə aspirator 1 ədəd-450 manat, piltə stolüstü qaz 1 ədəd-320 manat, Ankastra soba 1 ədəd-600 manat, mikrodalğalı soba 1 ədəd-450 manat, böyük ütü dəsti 1 ədəd-750 manat, balaca ütü 1 ədəd-250 manat, tozsoran 1 ədəd 300 manat, ət maşını 1 ədəd-320 manat, şirəçəkən maşın 1 ədəd-350 manat, samovar 1 ədəd-300 manat, böyük metal rəngdə qazan dəsti 1 dəst-650 manat, Qranit qazan dəsti 1 dəst-450 manat, şüşəli göy qazan dəsti 1 dəst-300 manat, divar saatı 1 ədəd-150 manat, Məkkə saatı 1 ədəd-150 manat, ütü stolu 1 ədəd-100 manat, böyük televizor 1 ədəd-1000 manat, balaca televizor 1 ədəd-650 manat,geyimlər, düz fen 1 ədəd-25 manat, hava feni 1 ədəd-45 manat, Ziq-zaq fen 2 ədəd-10 manat, kosmetika qabı 1 ədəd-25 manat, ətirlər,ev çəkməsi (çəhrayı və qırmızı-30 manat),krossovka krem rəngdə 2 ədəd-50 manat, qara-ağ krossofka 1 ədəd-25 manat, ağ krossovka 1 ədəd-25 manat, bot krossovka 1 ədəd-55 manat, uzunboğaz çəkmə 1 ədəd-30 manat, qısaboğaz çəkmə 1 ədəd-.25 manat,cins pencək 1 ədəd- 25 manat, nazik qara jaket 1 ədəd-20 manat, üst geyimi dolabda olan geyimlər: qara palto 80 manat, yaşıl vetrovka 40 manat, cins pencək 35 manat, qəhvəyi vetrovka 30 manat, qara balonka 60 manat, qırmızı gödəkçə 60 manat,ağ üst geyimi 35 manat,qara yun jaket 40 manat,ağ üst geyim 40 manat. Koftalar: ağ kofta 30 manat, çəhrayı kofta 30 manat, qəhvəyi kofta 25 manat, qara kofta 2 ədəd 55 manat, ağ-qara kapüşonlu kofta 30 manat, qara yun kofta 25 manat, çəhrayı yun kofta 30 manat , qəhvəyi vadalaska 35 manat ağ qısaqol kofta 20 manat, yaşıl qısaqol kofta 20 manat, ağ yun kofta 40 manat, qara tüklü kofta 35 manat, qəhvəyi tüklü kofta 30 manatqara kapüşonlu kofta 30 manat, qəhvəyi mayka 35 mamat, ağ kofta 45 manat süd rəngində jaket mayka 45 manat, süd rəngində kofta 35 manat, Ata evindən gətirilmiş geyimlər, boz don 30 manat, bənövşəyi don 40 manat, ağ üzun don 50 manat, qəhvəyi don 30 manat, qara qırçın ətək 26 manat, süd rəngi üzün don 45 manat, leopar şəkilli ətək 35 manat, nişan paltarı 320 manat. Cins boyfriend şalvar 40 manat, cins boyfriend şalvar 40 manat, dar cins şalvar 25 manat,dar ağ şalvar 30 manat, dar qara şalvar 30 manat 2 ədəd, dar cıns qaşlı şalvar 30 manat, mavi rəngli dəst 40 manat, açıq rəngdə cins boyfriend 45 manat, qara üstü güllü dar şalvar, qara yun sport şalvar, nazik qara sport şalvar. Kosmetik vasitələr: biotin saç spreyi 25 manat, Biotin saç uzadan tonik 30 manat, biotin saç yağı 20 manat, 2 ədəd bədən spreyi-40 manat, 3 ədəd ayaqqabı təmizləyəcisi 21 manat, makiyaj qabıçəhrayı rəngdə 13 manat, makiyaj orqanayzeri 40 manat, Kryolon tonal krem-80 manat, 3 ədəd fen-50 manat, 5-li firça dəsti-15 manat dəyərində olan əmlakların və keçmiş qohumları tərəfindən ona alınmış geyim qırmızı don, bənövşəyi don, ağ kofta 25 manat, süd rəngində kofta 25 manat, qəhvəyi şalvar 35 manat qəhvəyi ətək 30 manat, qəhvəyi palto 60 manat, qara vetrovka 35 manat, kablok 1 ədəd 85 manat, krasovka qaşlı 1 ədəd 85 manat, mavi dəst 40 manat, qırmızı güllü don-50 manat, qırmızı dəst 45 manat, bədən gelləri, əl ayaq kremlərinın cavbdehlərdən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nihakdan uşaqları yoxdur. Münasibətləri şiddətli keçimsizlik üzündən kəskinləşmiş, iddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikaha xitam verilmişdir. Cavabdeh1 dəfələrlə İddiaçı qarşı fiziki və psixolojizorakılıqlar tətbiq etməklə ailələrinin dağılmasına gətirıb çıxarmışdır. İddiaçı nikaha daxil olarkən onun ailəsi tərəfindən eladəti ilə cehiz əmlak hədiyyə edilmişdir. Eynizamanda İddiaçı onun keçmiş qohumları tərəfindən qızıl zinət əşyaları hədiyyə edilmişdir. İddiaçının da valideynləri iddiçının keçmiş əri Cavabdeh1 qızıl-zinət əşyası hədiyyə etmişlər. Qanun tələblərinə keçmişərə hədiyyə edilmiş qızılı geri götürmək üçün iddia etmir. Lakin özünə məxsus cehizəmlak geyim və qızıl-zinət əşyalarını geri götürmək istəyir. İddiaçı keçmiş qaynatası Cavabdeh2 mülkiyyətində olan mənzilə gəlin köçmüş və cehizlərini də həmin mənzilə gətirmişdir. Müvəqqəti təminat tədbiri kimi həmin cehiz əmlakın üzərinə həbs qoyulmuş Nərimanov rayon Məhkəməsinin qərardadı və Nərimanov Rayon İcra şöbəsinin icra X3 rəhbərliyi ilə həmin əmlakın bir qismi iddiaçıya saxlanca verilmişdir. Lakin, iddiaçıya məxsus nişanlıq dövründə və toyda hədiyyə edilən qızıl-zinət əşyaları cavabdehə məxsus evdə iddiaçının mübahisə və münaqişəyə qədər yaşadığı otaqda aşkar edilməmişdir. Qızıllar iddiaçının keçmiş qaynanası Cavabdeh3dır. O isə qızılları təhvil verməkdən boyun qaçırır. Hal-hazırda cavabdehlə münaqişəli vəziyyətdə olduqlarından iddiaçı öz cehiz əmlakını yalnız icra məmurunun iştirakı ilə və cavabdehlərin razılığı ilə, geri götürmüş, iddiaçıya məxsus qızıl-zinət əşyalarını və iddiaçıya eladəti ilə toy zamanı alınmış geyim əşyalarını mənzildən geri götürə bilməmişdir. Bu səbəbdən Məhkəməyə müraciət etmək zərurəti vardır. Mənzil ünvan 1 ünvanındadır. Mənzil iddiaçının qaynatası Cavabdeh2 mülkiyyətindədir. İş üzrə ilkin mediasiya sessiayası olmuş və məsələ mediasiya müstəvisində həllini tapmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcmini azaldaraq el adəti ilə toydan qabaq cavabdehlər tərəfindən iddiaçıya hədiyyə edilmiş qızıllar-komplekt ağ qızılbriliant boyunbağı, qolbağ, üzük-sırğa, nişan üzüyü, sarı qızıl qolbağ qaşlı, sarı paxlava üzük, hava feni, daraqlı fen, qarşı tərəfin iddiaçıya aldığı geyimlər qırmızı don, uzun boğaz çəkmə, bənövşəyi don, ağ kofta 25 manat, süd rəngində kofta 25 manat, qəhvəyi şalvar 35 manat, qəhvəyi ətək 30 manat, qəhvəyi palto 60 manat, qara vetrovka 35 manat, kablok 1 ədəd 85 manat, krasovka qaşlı 1 ədəd 85 manat, mavi dəst 40 manat, qırmızı güllü don-50 manat, qırmızı dəst 45 manat, bədən gelləri, əl ayaq kremlərinın cavbdehlərdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh2 Sirac oğlu xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, tələb olunan əşyaları iddia tərəf məhkəmənin icra vərəqəsi əsasında, icra məmurunun iştirakı ilə son çöpünə ki, (süpürgəyə qədər) gəlib aparıb. Şərh olunanları və məhkəmənin icra vərəqəsini (qərərdadı), icra məmurunun icra vərəqəsinin icrası ilə əlaqərad tərtib etdiyi proyokolu məhkəməyə təqdim edərək məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddia tərəfə veriləsi, iddia tərəfin onlarda olan hər hansı əşyası yoxdur. Ona görə də belə bir iddia ancaq rədd oluna bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi bə tələbin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Sirac oğlu iddia tələbinə etiraz edərək, iddiaçının özünə aid bütün əşyalarını özü ilə apardığını bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə bir evdə yaşamışdırlar. Oğlu iddiaçının bəzi səhvlərini tutmuş, bundan sonra onun ata-anasını çağırmış, qızlarını aparmalarını demişdir. Bu söhbət axşam olmuş, oğlu axşam iddiaçının valideynlərini çağırmış, ata-anası səhər saat 8-də gəlmişdir. Həmin gün, axşam da qız evdə otağında qaldı. Səhəri gün ata-anası gələndə qız özünə 2 ədəd dolu çamadan yığdı və ata-anası ilə evdən çıxdılar. İddiaçı özünə aid bütün əşyalarını – bir qismini evi tərk edərkən, bir qismini icra məmurunun iştirakı ilə özü ilə aparmışdır, evlərində iddiaçıya məxsus heç bir əşya qalmamışdır. İddiaçının qızılı özündə deyildir, heç vaxt da olmamışdır, heç bir gəlinin qızılı qaynanada olmur, gəlinin özündə olur. Qızılları ancaq alanda görmüşdür. İddiaçı bacısı Şəbnəm ilə bir geyinirdi. O gəlir, evdən paltarlar aparırdı. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -“X1” MMC-nin 12 avqust 2025-ci il tarixli ETM-020/Q/25 saylı mütəxəssis rəyindən görünür ki, müvafiq aparılmış tədqiqat nəticəsində müəyyən olunur ki, “qolbaq-üzük-sırğa” (35 qram 585 əyyarla) - 3.675 (üç min altı yüz yetmiş beş) manat, “nişan üzüyü” (9 qram 585 əyyar) - 945 (doqquz yüz qırx beş) manat, “sarı paxlava üzük” (9 qram, 750 əyyarla) - 1.233 (min iki yüz otuz üç) manat, qırmızı rəngli don - 50 (əlli) manat, qırmızı rəngli dəst - 45 (qırx beş) manat, qırmızı güllü don - 50 (əlli) manat, qara vetrovka (qadın üst geyimi) - 35 (otuz beş) manat, süd rəngində kofta - 25 (iyirmi beş) manat, qəhvəyi ətək - 30 (otuz) manat, mavi dəst - 40 (qırx) manat, kablok (qadın ayaqqabısı) 1 ədəd - 85 (səksən beş) manat, krasovka (qadın idman ayaqqabısı) 1 ədəd - 85 (səksən beş) manat olmaqla, cəmi - 6.298 (altı min iki yüz doxsan səkkiz) manat müəyyən edilir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndə-vəkilini və cavabdehlərin izahatlarını dinləyərək, iddia ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin -152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -154.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrıayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarı Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh1 xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan övladları yoxdur. İddiaçı cavabdeh tərəfə məxsus onların yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Bir müddət sonra iddiaçı ilə Cavabdeh1 ailə münasibətləri pozulmuş, iddiaçı cavabdehlərin mənzilini tərk etmişdir. Hazırda iddiaçı özünə məxsus qızıl-zinət, fərdi istifadə və digər əşyaların gəlin köçdüyü evdə qaldığını bildirərək, onların qaytarılmasını tələb edir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin (iddia tələbinin - qızıl-zinət əşyalarının və fərdi istifadədə olan əşyaların qaytarılması hissəsi) halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinyət və s. əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı tərəf bildirir ki, tələb etdiyi qızıl-zinət əşyaları və geyim əşyaları cavabdehlərlə birgə yaşadığı evdə qalmış, onları özü ilə aparmamışdır. Cavabdeh tərəf isə bildirir ki, hədiyyə olunmuş qızıllar, habelə iddiaçının istifadəsində olmuş geyimlər iddiaçının özünün sahibliyində olmuş, o, həmin əşyaların bir hissəsini (2 çanta) evdən gedərkən, qalan hissəsini isə icra məmurunun iştirakı ilə akt tərtib edilməklə aparmışdır. İddia tələbinin qanuni əsasını təşkil edən normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan əşyaların cavabdehlərin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır. Məhz bununla bağlı iddiaçının evdən getmə şəraiti, qızılların və digər əşyaların aparmasını sübutetmə yükünün kimin üzərinə düşdüyünün müəyyən olunması hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İddiaçı iddia ərizəsində (iddia tələbinin həcminin azaldılması barədə ərizəsində) qeyd etdiyi qızıl zinət əşyaları, fərdi istifadədə olan əşyaların mübahisəli evdə qaldığını – onların cavabdehlərin qanunsuz sahibliyində olduğunu, qızıl-zinət əşyalarının qaynanası Cavabdeh3 olduğunu iddia etsə də, buna dair məhkəməyə əsaslı şübhədən kənar, mötəbər sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 29 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1993cü il təvəllüdlü X2 bildirmişdir ki, iddiaçı evdən çıxarkən özü aşağıda - həyətdə olmuşdur. İddiaçı evdən çıxanda onları görmüşdür. İddiaçı anası və atası ilə birlikdə əlində 2-3 dənə valiz (çamadan) ilə birlikdə evdən çıxmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların bir çoxunu – 10 vərəq və 173 bənddən ibarət məişət əşyalarından ibarət cehiz əmlakını və digər geyim əşyalarını xx.xx.2024-cü il tarixdə müvəqəti təminat tədbiri barədə qərardadın icrası zamanı cavabdehlərlə birgə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildən Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru E.Zeynalovun iştirakı ilə mübahisəsiz qaydada-cavabdehlərin razılığı ilə götürmüşdür. Bu barədə həmin tarixdə icra məmuru tərəfindən akt tərtib edilmişdir. Həmin aktı tərəflər - İddiaçı, Cavabdeh2 Sirac oğlu və Cavabdeh3, habelə hal şahidləri imzalamışlar (Cavabdeh1 Bakı şəhərindən kənarda olduğundan icrada iştirak etməmiş, bununla belə, onunla telefon vasitəsilə əlaqə saxlanılarkən icraya etiraz etmədiyini bildirmişdir). İddiaçı tərəf bundan sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan aktdan da göründüyü kimi cehiz əmlak və fərdi geyim əşyaları olduğu iddia edilən əşyaların bir çoxu (173 ədəd) iddiaçıya qaytarılmış, iddiaçı yükdaşıma xidməti sifariş edərək əşyaları özü ilə aparmışdır. Əşyaların iddiaçı tərəfindən qəbul edilməsi onun öz imzası ilə təsdiq edilmişdir. Bu aktda tələb edilən qızıl və s. digər əşyalardan çatışmayan hansısa hissələrinin mənzildə aşkar edildiyi, yaxud iddia tələbinin azaldılması barədə ərizədə göstərilən qalan əşyaları cavabdeh tərəfin qaytarmaqdan imtina etməsinə dair hər hansı bir qeyd aparılmamışdır. Aktdan görünür ki, bir ədəd uzunboğaz çəkmə, bir ədəd havalı fen, bir ədəd daraqlı fen, ağ qızıl boyunbağı, üzük, sırğa, nişan üzüyü, sarı qızıl qolbaq qaşlı, sarı paxlava üzük ünvanda aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının hazırkı mülki mübahisəyə tətbiq edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ərizədə (iddia tələbinin dəqiqləşdirilməsinə dair) qeyd edilən əşyaların hər birinin ona məxsus olması, həmin əşyaların hər birinin ayrı-ayrılıqda iş üzrə cavabdehlərdən hansının sahibliyində olması (yəni iddia tələbinin yönəldiyi şəxslərin hər birinə qarşı yönələn tələbin aydın və dəqiq göstərilməsi), eləcə də həmin əşyaların hər birinə ayrı-ayrılıqda sahiblik edən şəxslərin əşyalar üzərində sahibliyinin qanunsuz olmasını təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmiş (şahid ifadəsi və s.), iddiaçının göstərdiyi hallar cavabdehlər tərəfindən etiraf olunmamış, əksinə inkar edilmiş və digər sübutlarla təsdiqini tapmamışdır. İddiaçı mübahisəli evdən zorla - birbaşa çıxarılmamış, o evi rahat şəkildə hazırlaşaraq, ata və anası ilə birlikdə iki çanta ilə tərk etmişdir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərində olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi digər əşyaların mövcudluğunu, həmin əşyaların cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübuta yetirmədiyinə görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat iddiaçıdan alınaraq təqdim edilmiş bank rekvizitləri üzrə “X1” MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sirac oğluna və Cavabdeh3 qarşı “el adəti ilə toydan qabaq cavabdehlər tərəfindən iddiaçıya hədiyyə edilmiş qızıllar- komplekt ağ qızıl briliant boyunbağı, qolbağ, üzük-sırğa, nişan üzüyü, sarı qızıl qolbağ qaşlı, sarı paxlava üzük, hava feni, daraqlı fen, qarşı tərəfin iddiaçıya aldığı geyimlər qırmızı don, uzun boğaz çəkmə, bənövşəyi don, ağ kofta 25 manat, süd rəngində kofta 25 manat, qəhvəyi şalvar 35 manat, qəhvəyi ətək 30 manat, qəhvəyi palto 60 manat, qara vetrovka 35 manat, kablok 1 ədəd 85 manat, krasovka qaşlı 1 ədəd 85 manat, mavi dəst 40 manat, qırmızı güllü don - 50 manat, qırmızı dəst 45 manat, bədən gelləri, əl ayaq kremlərinın cavbdehlərdən alınaraq İddiaçı verilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçıdan 100 (yüz) manat ekspertiza xərci tutularaq təqdim edilmiş bank rekvizitləri üzrə “X1” MMC-nin hesabına ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216- 220, 233 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sirac oğluna və Cavabdeh3 qarşı “el adəti ilə toydan qabaq cavabdehlər tərəfindən iddiaçıya hədiyyə edilmiş qızıllar- komplekt ağ qızıl briliant boyunbağı, qolbağ, üzük-sırğa, nişan üzüyü, sarı qızıl qolbağ qaşlı, sarı paxlava üzük, hava feni, daraqlı fen, qarşı tərəfin iddiaçıya aldığı geyimlər qırmızı don, uzun boğaz çəkmə, bənövşəyi don, ağ kofta 25 manat, süd rəngində kofta 25 manat, qəhvəyi şalvar 35 manat, qəhvəyi ətək 30 manat, qəhvəyi palto 60 manat, qara vetrovka 35 manat, kablok 1 ədəd 85 manat, krasovka qaşlı 1 ədəd 85 manat, mavi dəst 40 manat, qırmızı güllü don - 50 manat, qırmızı dəst 45 manat, bədən gelləri, əl ayaq kremlərinın cavbdehlərdən alınaraq İddiaçı verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq “X1” MMC-nin hesabına (“X1” MMC; VÖEN: **********; Bank Rekvizitləri: Azər-Türk Bank ASC AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 VÖEN: ********** Kod: 507699 M/h: AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22 H/h: AZ69AZRT********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-175/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-175/2025
29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver