Məhkəmə qərarları › İş №e-2(005)-1810/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1810/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1810/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və Cavabdeh2 qarşı keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx"MMC və Cavabdeh2 qarşı keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə keçirilmiş hərraclar etibarsız hesab olunması və Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsində istifadədə olan 0,09127 ha torpaq sahəsində 2 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində yerləşən 68,2 kv.m ümumi, 44,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzilin Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-də açıq hərracda satışının yenidən təşkil olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(104)-10/2010 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 22723,23 manat kredit borcu, 3330,92 manat faiz borcu, cəmi 26054,15 manat borcunun tutulması, ipoteka qoyulmuş yaşayış evinin ilkin dəyəri 75000 manat müəyyən edilməsi, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 26054,15 manatın ödənilməsi üçün tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsində istifadədə olan 0,09127 ha torpaq sahəsində 2 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində yerləşən 68,2 kv.m ümumi, 44,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamənin icrası Gəncə şəhəri Kəpəz rayon İcra Şöbəsinə həvalə edilmiş, qeyd olunan İcra orqanı tərəfindən prosessual icra tədbirləri görülərək, icra hərəkətləri aparılmış və tutma obyektinin satılması ilə bağlı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-də hərrac təşkil olunmuşdur. Hərrac Mərkəzində xx.xx.2011-ci il tarixli bildirişlə birinci hərracın keçirilmə vaxtı xx.xx.2011-ci il, saat 10.00-13.00 və 14.00-17.00 müəyyən edilmişdir. Bundan sonra xx.xx.2011-ci il tarixli bildirişlə ikinci hərracın keçirilmə vaxtı xx.xx.2011 ci il, saat 10.00-13.00 və 14.00-17.00 müəyyən edilmişdir. Pozuntu ilə keçirilən hərracda əmlakın alıcısı olmadığına görə Hərrac Mərkəzi Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı evin 3 saylı mənzilini İddiaçı ASC-nin Gəncə filialına təklif etmişdir. Məlum olduğu kimi, İddiaçı ASC-nin Gəncə filialı hüquqi şəxs deyildir və ona görə də filialın Hərrac Mərkəzinin ipotekanın əldə edilməsi barədə təklifinə qərar vermək səlahiyyəti yoxdur. Ümumiyyətlə belə bir səlahiyyət Bankın Gəncə filialına verilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli, 01/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, birinci elan hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməli olduğu halda 15 təqvim günü qalmış verilmişdir. İkinci elan hərracın keçirilməsinə 15 təqvim günü qalmış verilməli olduğu halda 8 təqvim günü qalmış verilmişdir, bildirişdə behin ödənilməsi qaydası göstərilməli olduğu halda göstərilməmişdir, alış qiymətinin ödənilməsi qaydası göstərilməli olduğu halda göstərilməmişdir. Hərrac qanunauyğun aparılmadığı üçün etibarsız sayılmalıdır və ümumi qaydada yenidən təşkil olunmalıdır. Cavabdeh2 dəftərxana vasitəsi ilə məhkəməyə ərizə təqdim ünvanlayaraq iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 həmçinin məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, onun cavabdehlər LPO İddiaçı ASC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı ipotekaya xitam verilməsi və mənzilin ipotekadan azad edilməsi tələbinə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsi, bina 2, mənzil 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı ASC Gəncə filialının xeyrinə xx.xx.2008-ci il tarixdə yüklü edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-10/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 356/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 22723,23 manat kredit borcu, 3330,92 manat faiz borcu, cəmi 26054,15 manat borcun olması, ipoteka qoyulmuş yaşayış ecinin ilkin dəyəri 75000 manat müəyyən edilməsi, xx.xx.2008-ci tarixli kredit müqaviləsi üzrə ödənilməmiç 26054,15 manatın ödənilməsi üçün tutma xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsində istifadədə olan 0.09127 ha torpaq sahəsində 2 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 68.2 kv.m ümumi, 44.6 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı, 3 nömrəli mənzilə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılması, əmlakın satışından əldə edilən 26054,15 manat İddiaçı ASC-nin Gəncə filialına ödənilməsi qət edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2011-ci il tarixli, 01/2 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 1ndə yerləşən 2 saylı evin 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2011-ci il tarixə saat 10:00- 13:00 və 14:00-17:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 75000 manat müəyyən edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2011-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 1ndə yerləşən 2 saylı evin 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2011-ci il tarixə saat 10:00- 13:00 və 14:00-17:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 63750 manat müəyyən edilmişdir; Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixdə Əmanətlərin sığortalanması fonduna ünvanladığı Təklif məktubunun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-10/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası ilə bağlı ipoteka predmeti olan ünvan 6 ünvanına yönəldilmiş və həmin mənzil hərrac vasitəsilə satışa çıxarılmış, lakin əmlak açıq vasitəsilə satılmamışdır. Bu səbəbdən ipoteka predmeti olan mənzil fonda təklif edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı məktubun surətindən görünür ki, 1026 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubu üzrə Cavabdeh2 məxsus ünvan 1ndə yerləşən 2 saylı evin 3 saylı mənzilinə dair mövcud qanunvericiliyə uyğun olaraq hərraclar keçirilmiş, alıcı müraciəti olmadığından hərrac baş tutmamış, tələbkarın əldə etməsi üçün məktub göndərilmişdir. Qanunvericiliyə uyğun olaraq 30 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayan ipoteka predmentini əldə etməmişdir. Bu səbəbdən 1026 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubu geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1935/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər LPO İddiaçı ASC və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipotekadan azad edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti ilə yüklü edilmiş Gənçə şəhəri, Kəpəz rayonu, X5 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinə dair ipotekaya xitam verilməsi və mənzilin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-233/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Gənçə şəhəri, Kəpəz rayonu, X5 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinə dair bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipotekadan azad edilməsi qət edilmişdir. Cavabdeh LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-906/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir; DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, , Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsində istifadədə olan 0.09127 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 68.2 kv.m ümumi, 44.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(104)-10/2010 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 26054,15 manatın ödənilməsi üçün tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsində istifadədə olan 0,09127 ha torpaq sahəsində 2 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində yerləşən 68,2 kv.m ümumi, 44,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzilinə yönəldilmiş, qətnamənin icrası Gəncə şəhəri Kəpəz rayon İcra Şöbəsinə həvalə edilmiş, qeyd olunan İcra orqanı tərəfindən prosessual icra tədbirləri görülərək, icra hərəkətləri aparılmış və tutma obyektinin satılması ilə bağlı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-də hərrac təşkil olunmuşdur. İcra sənədi üzrə əmlakların satılması üçün Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hərraclar təşkil olunmuş, lakin hərraclar baş tutmamış, əmlak ipoteka saxlayana təklif edilmiş, təklifin qəbulu barədə məlumat olmadığından ipotekaya xitam verilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hərrac 2011-ci il tarixdə, yəni müvafiq maddələrdə dəyişikliyin baş verməsindən əvvəl keçirildiyindən, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun baxılmalıdır. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 43.7-ci maddəsinin əvvəlki redaksiyasına əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. İddiaçı iddiasının əsası kimi, hərrac tərəfindən göndərilmiş ipoteka predmetini əldə edilməsi barədə təklif məktubunu bankın baş idarəsinə deyil, filialına göndərilməsini göstərmişdir. Buna dair məhkəmə qeyd edir ki, qanunvericiliyə görə filial hüquqi şəxsin funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirir. Hərrac təşkilatı tərəfindən təklif məktubu haqlı olaraq filiala göndərilmişdir. Filiala təklifi qəbul etməsinə dair belə bir səlahiyyət verilməmişdirsə, filial tərəfindən həmin təklif məktubu hüquqi şəxsin səlahiyyətli strukturuna və ya şöbəsinə göndərməsi istisna edilmir. Göründüyü kimi, filial tərəfindən məktub onlara çatandan sonra hərrac mərkəzinə təklifi qəbul etmək səlahiyyəti olmamasına dair hər hansı məlumat verilməmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-233/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Gənçə şəhəri, Kəpəz rayonu, X5 küçəsi, 2 saylı binanın, 3 saylı mənzilinə dair bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilmiş və mənzil ipotekadan azad edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ipoteka müqaviləsinə xitam verildiyindən və ipoteka predmeti ipotekadan azad olunduğundan, borcun həmin əmlaka yönəldilməsi və açıq hərracı təşkil edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmçinin cavabdeh tərəfindən iddia tələbinin iddia müddətinin tətbiq etməklə təmin edilməməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və Cavabdeh2 qarşı keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən və iddia əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və Cavabdeh2 qarşı keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar