Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1812/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi İddiaçı X1, İddiaçı İddiaçı27, İddiaçı İddiaçı2 İddiaçı İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı27 iddia tələbini müdafiə edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı28 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı28 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddiaçı X1, İddiaçı1 nümayəndəsi Nümayəndə, İddiaçı27, İddiaçı2 izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, hazırda iddiaçılar birləşdirilmiş tələb üzrə eyni cavabdehlərə qarşı yönəlmiş tələblər üzrə məhkəməyə müraciət etmişlər. Qeyd olunan müqavilələr üzrə cavabdehlərin yaranmış öhdəliklərinə dair mübahisənin yaranması səbəbindən birləşdirilərək bir iddiada verilməsinə baxmayaraq, həmin tələblərin məhkəməyə təqdim edilməsi zamanı prosessual normalar pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin Məcəllənin 150.1.3-ci maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələbləri üzrə hazırki birləşdirilmiş iddia tələblərinin məhkəməyə təqdim edilmə forması qiymətləndirilməsi zamanı, verilmiş birləşdirilmiş iddia ərizələrinin prosesual normaların pozulması müəyyən edilmişdir. Belə ki, birləşdirilmiş iddia tələbləri Nümayəndə elektron kabineti ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilmişdir. Birləşdirilmiş iddia tələbləri üzrə iddiaçı qismində göstərilən şəxslərin tərkibi yoxlanılan zaman Nümayəndə İddiaçı1 əri olaraq verilmiş etibarnaməsi olması səbəbindən sonuncunun səlahiyyətli nümayəndəsi olması öz təsdiqini tapmışdır. Lakin birləşdirlimiş iddia tələbi üzrə digər iddiaçıların nümayəndəsi olaraq Nümayəndə səlahiyyətlərini təqdim edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi məhkəməyə iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imza edilərək verilir. Belə olan halda məhkəmə hazırda məhkəməyə təqdim edilmiş birləşdirilmiş iddia tələblərinin məhkəməyə müvafiq qaydalara əməl edilmədən verilməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair, mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Mərkəzi X3 vasitəsilə xx.xx.2023-cü il tarixdə Nümayəndə tərəfindən ödənilmiş 195 (yüz doxsan beş) manat (qəbz nömrəsi **********) geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1812/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1812/2023
11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver