Məhkəmə qərarları › İş №e-2(005)-1825/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-1825/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1825/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 313 kv.m olan izolə olunmuş 5 otaqdan ibarət 221 saylı mənzilin ona təhvil verilməsi, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 13cü mərtəbəsi, ümumi sahəsi 138,4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 247 saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 78 saylı və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 MMC arasında bağlanmış 05 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 313 kv.m olan izolə olunmuş 5 otaqdan ibarət 221 saylı mənzilin tikilməsi və mənzilin ona təhvil verilməsi, o isə həmin mənzilə görə cəmi 313000 manat pul məbləğini Cavabdeh2 MMC-yə ödəməsi barədə öhdəlik götürmüşdür. Həmçinin, onunla Cavabdeh1 MMC arasında bağlanmış 181 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 13-cü mərtəbəsi, ümumi sahəsi 138,4 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 247 saylı mənzilin tikilməsi və mənzilin ona təhvil verilməsi, o isə həmin mənzilə görə cəmi 166080 manat pul məbləğini Cavabdeh2 MMC-yə ödəməsi barədə öhdəlik götürmüşdür. Həmçinin, onunla Cavabdeh1 MMC arasında bağlanmış 179 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 78 saylı mənzilin tikilməsi və mənzilin ona təhvil verilməsi, o isə həmin mənzilə görə cəmi 135000 manat pul məbləğini Cavabdeh2 MMC-yə ödəməsi barədə öhdəlik götürmüşdür. Həmçinin, onunla Cavabdeh1 MMC arasında bağlanmış 177 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzilin tikilməsi və mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüş, o isə həmin mənzilə görə cəmi 135000 manat pul məbləğini Cavabdeh2 MMC-yə ödəməsi barədə öhdəlik götürmüşdür. O, sözügedən müqavilələr üzrə mənzillərin dəyərini tam şəkildə ödəmiş və öz üzərinə düşən öhdəlikləri icra etmişdir. Lakin cavabdehlər həmin müqavilələr üzrə yaranmış öhdəliklərini yerinə yetirməmiş, bugünədək mənzilləri ona təhvil verməmişlər. Cavabdehlər müqavilələri bağladıqdan sonra həmin mənzilləri başqa şəxslərə yeni müqavilələr bağlayaraq satmağa cəhd göstərmişlər. Daha sonra iddia tələbinin həcminin azadıldımasına dair ərizə verərək, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 313 kv.m olan izolə olunmuş 5 otaqdan ibarət 221 saylı mənzilin ona təhvil verilməsi, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 78 saylı və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzillərin ona təhvil verilmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması və işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Podratçı” Cavabdeh2 MMC ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 04 saylı müqavilədən görünür ki, “Sifarişçi” İddiaçı 313000 manat məbləği “Podratçı” Cavabdeh2 MMC-yə tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 5 girişli, 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 7-ci mərtəbəsində, ümumi sahəsi 313 kv.m olan, 221 saylı, 5 otaqlı mənzilin tikintisini “Podraçı”ya həvalə etmiş, “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməsini öhdəsinə götürmüşdür; Cavabdeh2 MMC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh2 MMC tərəfindən inşa edilən 5 girişli, 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 7-ci mərtəbəsində, ümumi sahəsi 313 kv.m olan, 221 saylı, 5 otaqlı mənzilin dəyəri üzrə İddiaçı Cavabdeh2 MMC-yə borcu yoxdur; “Podratçı” Cavabdeh1 MMC ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 179 saylı müqavilədən görünür ki, “Sifarişçi” İddiaçı 135000 manat məbləği “Podratçı” Cavabdeh1 MMC-yə tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 5 girişli, 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 9-cu mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 78 saylı mənzilin tikintisini “Podraçı”ya həvalə etmiş, “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməsini öhdəsinə götürmüşdür; Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh1 MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 9-cu mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m olan, 78 saylı, 2 otaqlı mənzilin dəyəri üzrə İddiaçı Cavabdeh1 MMC-yə borcu yoxdur; “Podratçı” Cavabdeh1 MMC ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 177 saylı müqavilədən görünür ki, “Sifarişçi” İddiaçı 135000 manat məbləği “Podratçı” Cavabdeh1 MMC-yə tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 5 girişli, 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzilin tikintisini “Podraçı”ya həvalə etmiş, “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməsini öhdəsinə götürmüşdür; Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh1 MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m olan, 55 saylı, 2 otaqlı mənzilin dəyəri üzrə İddiaçı Cavabdeh1 MMC-yə borcu yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış müqavilələrə əsasən mənzillərin tam dəyəri müqavilələrdə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra verilməsi şərtləndirilmişdir. İddiaçı tərəfindən mənzillərin dəyəri tam şəkildə ödənilmiş və müqavilə üzrə öhdəlikləri icra edilmiş, lakin mənzillər iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı mənzillərin təhvil verilməsi öhdəliyinin icrasının cavabdehlərin üzərinə qoyulmasını xahiş edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 442 və 448.1-ci maddələri). Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Bu zaman ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, 2018-ci il tarixli müqavilələrin bağlandığı və mənzillərin dəyəri ödənildiyi vaxtdan cavabdehlərin üzərinə düşən öhdəliyi 5 ildən artıq müddət ərzində icra etməməsi müqavilələrin ağlabatan müddətdə icra edilməməsi hesab edilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq isə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1 və 113.2-ci maddələrinə görə, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni zamanda Mülki Məcəllənin mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 178.8-ci maddəsinə müvafiq olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə cavabdehlər mənzilləri iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilələrin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini icra etməmişlər. Halbuki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliklərini icra etməlidirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehlərin mənzilləri iddiaçıya təhvil verməkdən yayınmaları qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. İddiaçı tərəfin izahatına və iş materiallarına əsasən mübahisələndirilən mənzillər iddiaçıya təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdehlər tərəfindən öz öhdəliyinin icrası vəzifəsi onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 313 kv.m olan izolə olunmuş 5 otaqdan ibarət 221 saylı mənzil, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 78 saylı və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzillər İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 313 kv.m olan izolə olunmuş 5 otaqdan ibarət 221 saylı mənzil İddiaçı təhvil verilsin. Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 78 saylı və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzillər İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar