Məhkəmə qərarları › İş №e-2(005)-1838/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1838/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1838/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh MTK-na və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ipoteka ilə yüklü edilmiş mənzilin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh MTK-na və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək ipoteka predmeti olan Mingəçevir şəhəri Mikayıl Müşfiq küçəsi, 11/19 saylı evin 42 saylı mənzilinin yenidən qiymətləndirilərək “Güvən Əmlak” Daşınmaz Əmlak agentliyi tərəfindən verilmiş hesabata uyğun olaraq 55000 manat müəyyən edilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş materiallarından göründüyü kimi, hazırki iddia tələbinin predmeti ipoteka ilə yüklü edilmiş mənzilin qiymətləndirilməsindən ibarətdir ki, tələbin əsasını ipoteka predmeti olan Mingəçevir şəhəri Mikayıl Müşfiq küçəsi, 11/19 saylı evin 42 saylı mənzilinin yenidən qiymətləndirilərək “Güvən Əmlak” Daşınmaz Əmlak agentliyi tərəfindən verilmiş Hesabata uyğun 55000 manat müəyyən edilməsi təşkil edir. Belə olan halda hazırda iddiaçı mübahisə predmeti olan hesabatı icra icraatı qaydasında hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında inzibati icraat qaydasında aidiyyati məhkəmədə mübahisələndirməlidir. Bu səbəbdən hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericliyin tətbiqi üzrə xx.xx.2021-ci il tarixli 02/2021 nömrəli Qərardadında qeyd olunmuşdur ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Yuxarıda qeyd olunan hüquqi mövqedən görünür ki, iddiaçı mübahisə predmeti üzrə iddia ərizəsi ilə deyil icra orqanın hərəkət və hərəkətsizliyinə dair şikayət ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq hazırda məhkəməyə təqdim edilmiş iddia ərizəsinə məhkəmədə baxılmaması səbəbindən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh MTK-na və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ipoteka ilə yülkü edilmiş mənzilin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.4, 152.1.1, 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə, Cavabdeh MTK-na və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ipoteka ilə yüklü edilmiş mənzilin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün AsanPay vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi əsasında ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericliklə müəyyən edilmiş qaydada təkrar səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar