Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1843/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X5 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək uşağa qulluğa görə hər ay 300 manat sabit pul məbləğində aliment cavabdeh X4 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X8 ona qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahın pozulması, birgə nikahından xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 onun yanında saxlanılması və uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)- 91/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. Maddi durumu çox ağırdır. Atası ilk zamanlar yardım edirdi, lakin hazırda heç yerdə işləmədiyi üçün heç bir yardım köməklik edə bilmir. Özü heç yerdə işləmir, uşaq körpə olduğuna görə bütün günü uşağa baxmaq məcburiyyətindədir. Bütün bu işlər özünə çox pis təsir edir, psixoloji stress, həyəcan keçirərək səhhətində problemlər yaranıb, əsəbilik keçirməyi nəticəsində həkim nəzarətindədir və hazırda müalicə alır. Hər hansı bir gəlir yeri yoxdur. Uşağın atası ilə aralarında müxtəlif zəminli anlaşılmazlıqlara görə boşanmışlar. Cavabdeh onunla və uşağı ilə maraqlanmır və bu kimi hərəkətləri etməkdə davam edir, valideyn üzərinə düşən vəzifə və öhdəliklərini icra etmir. Uşaq körpə olduğundan, uşağa qulluq etdiyinə görə işləyə bilmədiyini nəzərə alınaraq, uşaq 3 yaşına çatanadək cavabdehdən hər ay 300 manat məbləğində aliment tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2022-ci il tarixli Mediasiya təşkilatından arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı cavabdeh X6 rəsmi nikaha daxil olaraq ailə qurmuş və sonradan məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Hazırda iddiaçı cavabdehdən uşağın üç yaşına çatanadək aliment tutularaq ona verilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı birgə nikahdan dünyaya gəlmiş azyaşlı xx.xx.2020-ci il təvəllüdlü X7 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 300 manat məbləğində pul tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə ər və arvad birbirinə maddi cəhətdən kömək göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malik şəxslər sırasında olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək iddiaçı üçün hər ay 100 manat məbləğində aliment alınaraq iddiaçıya ödənilməsi məqbuldur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri, tərəflərin mövcud maddi vəziyyətini və hüquqi rejimini, uşaqların maddi cəhətdən saxlanmasının valideynlər tərəfindən təmin edilməsi imkanının mümkünlüyünü uşağın maraqları baxımından nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək cavabdeh üçün hər ay 100 manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarını və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 1200 manatdan yuxarı məbləğ təşkil etdiyindən 32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X2 xx.xx.2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək İddiaçı üçün 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Güləhmədova X9 ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra olunsun. Cavabdeh X1 32 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-1843/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1843/2022
25.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver