Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1893/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş azyaşlı övladları-15.09.2013-cü il təvəllüdlü X4 və 05.07.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh bütün gəlirlərindən hər ay (bir uşaq üçün 500 manat) cəmi 1.000 ( bir min) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 oktyabr 2012-ci il tarixdə “Bakı Nikah Evi”ndə qeydiyyatdan keçməklə rəsmi nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt kitabında 12.10.2012-ci il tarixdə 2427 nömrə ilə qeydiyyat aparılmış və qeyd olunan tarixdə «Nikah haqqında şəhadətnamə» (AZ-İ №797530) verilmişdir. Birgə nikahdan onların 15.09.2013-cu il tarixində Mələk adlı 05.07.2020-ci il tarixində isə Cənnət adlı qızları dünyaya gəlmişdir. İlk vaxtlar mehriban yaşasalar da, artıq uzun müddətdir ki, cavabdehin günahı ucbatından münasibət pisləşmişdir. Cavabdeh ailəsi ilə maraqlanmır, uşaqlara baxmır. Uşaqlar azyaşlı olduqları üçün iddiaçı işləmir. İddiaçıya və uşaqlara maddi cəhətdən valideynləri köməklik edirlər. Uşaqlar həmişə iddiaçının yanında qalır. Ataları Cavabdeh maddi cəhətdən onlara heç bir yardım etmir. Özü demişdir ki, biznesi var. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Uzun müddətdir aralarında danışıqlar gedir, ancaq boşanma barədə qərara gələ bilmirlər. Bunun səbəbkarı isə cavabdehdir. Hər dəfə bir bəhanə ilə söhbətdən yayınır, aralarında hörmət və məhəbbət hissləri qalmamışdır. Birgə nikahdan olan övladları azyaşlı qız uşaqları olduqları və analarına bağlı olmaları, əvvəlki şəraitdə yaşamaq istəkləri, üstün mənafeyə malik olmaları nəzərə almalı və onların iddiaçının yanında qalmaları məqsədə müvafiq hesab edilməli və bu barədə qətnamə qəbul edilməlidir. Onlar arasında hər hansı bir saziş olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa azyaşlı Mələyin və Cənnətin saxlanılmaları üçün əvvəlki təminat səviyyəsi nəzərə alınmalı və cavabdehdən hər ay 1.000 (bir min) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul etdiyini, alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 5 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən 07.08.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 477545 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 05.07.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; 22.01.2014-cü il tarixli, AZE 10955067 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 15.09.2013-cü il tarixdə doğulmuş, Atası Cavabdeh, anası isə İddiaçıdır. 19.03.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. “Elektron Məhkəmə Sistemi” ilə müəyyən edilir ki, Cavabdeh “Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X12” X11 kitabxanaçı vəzifəsində çalışır, aylıq vəzifə maaşı 460.00 AZN təşkil edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından 15.09.2013-cü il təvəllüdlü X4 və 05.07.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda uşağın saxlanılması üçün cavabdehin bütün gəlirlərindən hər ay (bir uşaq üçün 500 manat) cəmi 1.000 ( bir min) manat sabit pul məbləğində aliment tələb edir. Uşağa alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. Cavabdeh “Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X12” X11 kitabxanaçı vəzifəsində çalışır, aylıq vəzifə maaşı 460.00 AZN təşkil edir. İddia ərizəsi məhkəməyə 01.04.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat 2məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin aylıq vəzifə maaşı 460 manat təşkil edir. İddiaçı uşaqların saxlanılması üçün aliment miqdarını hər ay hər uşağa görə 500 manat olmaqla, 1.000 manat məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehin gəlirinin yüksək olması, hər uşaq üçün 500 manat ödəmək qabiliyyətinə malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bu baxımdan, 15.09.2013-cü il təvəllüdlü X4 və 05.07.2020-ci il təvəllüdlü X1 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində, yşayaş minimumu nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, 15.09.2013-cü il təvəllüdlü X4 və 05.07.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması ədalətli və əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 15.09.2013-cü il təvəllüdlü X4 və 05.07.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, aliment məbləği aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 01.04.2022-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 4632 manat) ödənilməli olan dövlət rüsumu 66, 32 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15.09.2013-cü il təvəllüdlü X4 və 05.07.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment tutulsun. Aliment məbləği 01.04.2022-ci il tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilməmiş dövlət rüsumu olaraq 66,32 (altmış altı manat oğuz iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1893/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1893/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver