Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1942/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh ASC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının ödənilməsi və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62.142,57 AZN məbləğində olan əmək haqqının ödənilməməsinə görə yaranmış borcun və əmək haqqının ödənilməməsi üçün cavabdeh Bakelektroqaynaq ASC-dən 2000 AZN dəbbə pulu tutulmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2010 tarixdən etibarən Cavabdeh ASC-də idarə heyətinin sədri vəzifəsində çalışır. Lakin, xx.xx.2016 tarixdən etibarən, əmək haqqının hesablanmasına və sosial ödənişlərin həyata keçirilməsinə baxmayaraq, həmin dövr üçün əmək haqqı ödənilməyib. İddiaçının ASC-nin mühasibat şöbəsinə dəfələrlə şifahi müraciətlərinə baxmayaraq, ona əmək haqqının alınması üçün bank kartı da verilməyib. Əmək haqqının ödənilməməsinin əsas səbəbi kimi, əsas iş yerində əmək haqqının yüksək olması göstərilib. İddiaçının rəsmi əmək haqqı xx.xx.2016 tarixdən xx.xx.2017 tarixədək 720 AZN və xx.xx.2017 tarixdən bugünədək 864 AZN təşkil edir. Əmək haqqından xx.xx.2016 tarixdən xx.xx.2017 tarixədək dövr üçün tutulmalar çıxıldıqdan sonra 2016-cı il üçün əmək haqqı Netto 619,30 AZN; 2017-ci il üçün 618,22 AZN təşkil edir. Əmək haqqından xx.xx.2017 tarixdən bugünədək dövr üçün tutulmalar çıxıldıqdan sonra 2017-ci il üçün əmək haqqı Netto 738.82 AZN; 2018-ci il üçün 737.02 AZN; 2019-cu il üçün 787.28; 2020-ci il üçün 787.28; 2021-ci il üçün 778.64; 2022-ci və 2023-cü illər üçün 770 AZN təşkil edir. xx.xx.2016 tarixdən xx.xx.2017 tarixədək ödənilməmiş əmək haqqının tam miqdarı aşağıdakı kimidir: 123,86 AZN (6 gün üçün xx.xx.2016-xx.xx.2016 tarixədək) + 4954,40 AZN (xx.xx.2016xx.xx.2016 tarixədək) + 1854,66 AZN (xx.xx.2017-xx.xx.2017tarixədək) + 370,93 AZN (18 gün üçün xx.xx.2017xx.xx.2017 tarixədək) + 295,52 AZN (12 gün üçün xx.xx.2017-xx.xx.2017 tarixədək) + 5910,56 AZN (xx.xx.2017-xx.xx.2017 tarixədək) + 8844,24 AZN (xx.xx.2018xx.xx.2018 tarixədək) + 9447,36 AZN (xx.xx.2019-xx.xx.2019 tarixədək) + 9447,36 AZN (xx.xx.2020xx.xx.2020 tarixədək) + 9343,68 AZN (xx.xx.2021-xx.xx.2021 tarixədək) + 9240 AZN (xx.xx.2022-xx.xx.2022 tarixədək) və 2310 AZN (xx.xx.2023-xx.xx.2023 tarixədək). Həmin dövr üçün ümümi ödənilməmiş məbləğ 62.142,57 AZN təşkil edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ASCnin İddiaçı 9240 AZN məbləğində olan əmək haqqının ödənilməməsinə görə yaranmış borcun və əmək haqqının ödənilməməsi üçün Cavabdeh ASC-dən 462 AZN dəbbə pulu tutulmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək haqqı hesablansa da, ödənilməyib. Əmək haqqının ödənilməməsinin əsas səbəbi kimi, əsas iş yerində əmək haqqının yüksək olması göstərilib. Qeyd edir ki, iddiaçının rəsmi əmək haqqı 2022-2023-cü illər üçün 864 AZN təşkil edir. Əmək haqqından icbari tutulmalar çıxıldıqdan sonra 2022-ci və 2023-cü illər üçün əmək haqqı netto 770 AZN təşkil edir. İddia ərizəsinin verilməsi tarixinədək, yani xx.xx.2023-dək, son 12 ay üçün ödənilməmiş əmək haqqı netto 9240 AZN təşkil edir. Cavabdeh Bakelektroqaynaq ASCnin İddiaçı 9240 AZN məbləğində olan əmək haqqının ödənilməməsinə görə yaranmış borcun və əmək haqqının ödənilməməsi üçün cavabdeh Bakelektroqaynaq ASC-dən 462 AZN dəbbə pulu tutulmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə yazılı qaydada etiraz edərək bildirmişdir ki, İddiaçı 05 mart 2021-ci ildə öz verdiyi əmrlə öz hesabına ödənişsiz məzuniyyətə çıxmış və ödənişsiz məzuniyyətdən qayıdıb işə başlamağı barədə müəssisədə heç bir sənəd aşkar olunmamışdır. Belə bir sənəd mövcud deyildir. Çünki iddiaçı 05 mart 2021-ci ildən sonra bir daha müəssisəyə qayıtmamışdır. Ona görə də, iddiaçının işləmədiyi halda müəssisədən əmək haqqı tələb etməsi tamamilə əsassızdır və iddia təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, məlumatdan əmək haqqından tutulmaların hesablanması kalkulyatoru 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illər üzrə hesablanan əmək haqqı məlumatları müəyyən olunmuşdur. İş materiallarında olan, 15 iyun 2010-cu il tarixli Cavabdeh ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının protokolundan görünür ki, ümumi yığıncağın gündəliyində olan Cavabdeh ASC-nin idarəetmə və icra orqanlarının seçkisi məsələsi ilə əlaqədar yığıncağın sədri çıxış edərək, Cəmiyyətin İdarə Heyəti tərkibinin və müfəttişinin seçilməsini bildirdi və cəmiyyətin İdarə Heyətinin Sədrliyinə - özünün, İddiaçı, İdarə Heyətinin üzvü, sədrin müavinliyinə - Çingiz Həsənovun, İdarə Heyətinin üzvlüyünə - Oktay Rəfiyevin namizədliyini, cəmiyyətin müfəttişliyinə - Həsən Muradovun namizədliyini irəli sürdü. Səmdarlar İddiaçı özü haqqında məlumat verməsini xahiş etdilər. İddiaçı özü haqqında səhmdarlara məlumat verdi. Səhmdarlar bəzi namizədlərin iclasda iştirak etməməsini xoşagəlməz hal olduğunu bildirdilər. Cavabdeh ASC-nin 2009-cu maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticlərinin təsdiqi məsələsi ilə əlaqədar cəmiyyətin mühasibi L.Şadrina çıxış etdi. O, cəmiyyətin 2009-cu maliyyə ili üzrə maliyyə - təsərrüfat fəaliyyətinin nəticələri haqda məlumat verdi. Çıxış edən bildirdi ki, 2009-cu ili Səhmdar Cəmiyyət zərərlə başa vurmuşdur. İlin nəticələrinə əsasən ƏDV-siz gəlir 268717 manat, xərcləri isə 353279 manat, o cümlədən 278224 manat ammortizasiya ayırmaları, 36691 manat əmlak vergisi, 25418 manat torpaq vergisi, 945 manat yol vergisi, ammortizasiya ayırmaları və digər xərclər təşkil etmişdir. İş materiallarında olan, xx.xx.2010-cu il tarixli qiymətli kağız sahiblərin Reyestrindən qiymətli kağız sahiblərinin adları, hesabın növü və nömrələri, sənəd göstəriciləri, ünvanlar və sahib olduqları qiymətli kağızlar barədə məlumatlar müəyyən olunmuşdur. İş materiallarında olan, 05 mart 2021-ci il tarixli Əmrdən görünür ki, İddiaçı səhhəti ilə əlaqədar işə çıxmaq imkanı olmadığı səbəbindən əmrin tarixindən işə başlayan tarixədək öz hesabına məzuniyyətə çıxdığı və məzuniyyət müddəti ərzində Sədrin əmək funksiyasının icrası müvəqqəti olaraq Zümrüd Əsgərovaya həvalə edilməsi müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38.7-ci maddəsinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci mаddəsinin 3-cü hissəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 9-cu maddəsinin “d” bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. 57.1-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 57.2-ci maddəsinə əsasən, əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. 58-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. 58-ci maddəsinin 2-ci bəndinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. 58-ci bəndinə əsasən, 3-cü bəndinə əsasən, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155.3-cü maddəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu tarixdən etibarən Cavabdeh ASC-də idarə heyətinin sədri vəzifəsində çalışıb. İddiaçının rəsmi əmək haqqı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 720 AZN və xx.xx.2017-ci il tarixdən hazıradək 864 AZN təşkil etmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən hazıradək əmək haqqı almamış, əvvəlki dövrlər üçün iddia müddəti ötürüldüyündən hazırda iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək dövrü əhatə edən ödənilməmiş əmək haqqı və əmək haqqının ödənilməməsi səbəbindən dəbbə pulunun ödənilməsini xahiş edir. Cavabdeh iddianın əsassız olduğunu bildirərək, iddiaçının xx.xx.2021-ci il tarixindən hal-hazıradək hər hansı əmək funksiyasını icra etmədiyini, hazırda cavabdehin etirazını təkzibedən hal kimi iddiaçının öz əmək funksiyalarının icrasını sübut edən hər hansı imzalanmış sənədin təqdim edilə bilmədiyini qeyd edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı əmək haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Göründüyü kimi, hazırda iddiaçı tərəfindən əmək funksiyalarının icrasını təsdiqləyən mötəbər sübutlar mövcud deyil. Bunun əksinə isə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli əmrin surəti təqdim olunmuşdur. Hansı ki, həmin əmrlə iddiaçı səhhəti ilə əlaqədar olaraq, qeyri-müəyyən müddətə öz hesabına əmək məzuniyyətinə çıxmışdır. Nəticə etibarilə, hazırda həmin tarixdən sonra iddiaçının öz əmək funksiyalarını icra etdiyini təsdiq edən dəlillər müəyyən edilmir. Hətta iddiaçı özü bildirir ki, 2016-ci il tarixindən hazıradək əmək haqqı almadan əlavə iş yeri üzrə həmin cəmiyyətdə işləyir. Qeyd olunanların kontekstində məhkəmə bildirir ki, nə qədər ki, iddiaçı tərəfindən yerinə yetirməli olan müvafiq işin icra edildiyi təsdiq olunmur, belə olan halda isə iddiaçının yerinə yetirmədiyi əmək funksiyasına görə əmək haqqını tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Məlum olduğu kimi, əmək qanunvericiliyi aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqının ödənilməsi ilə bağlı hüquqlara təminatları təsbit etmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə cavabdeh tərəfindən əmək haqqının ödənilməməsi Əmək Qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Bundan başqa məhkəmə, iddiaçının istinad etdiyi “əgər iddiaçı əmək funksiyasını icra etmirdisə, nə üçün əmək müqaviləsinə xitam verilmirdi” dəlilinə münasibətdə bildirir ki, əmək münasibətlərinə qeyd olunan halla bağlı xitam verilməsi üçün qanunvericilikdə işəgötürənin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Bu səbəbdən də, iddia tələbinin həmin dəlili hazırda iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas deyildir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər tələbi isə həmin iddia tələbindən törəmə olduğundan həmin hissədə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görmür. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı əmək fəaliyyətinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa Cavabdeh ASC nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandıırlmışdır ki, Cavabdeh ASC-də əsas səhmdar olan “X6” MMCnin baş direktoru kimi iddiaçı 15 iyun 2010-cu il tarixdə keçirilən Cavabdeh ASC-nin ümumi yığıncağında öz namizədliyini verərək özünü Cavabdeh ASC-nin İdarə Heyətinin sədri olaraq təyin etmişdir. Daha sonra iddiaçı özü barəsində 05 mart 2021-ci il tarixində Əmr verərək özünü ödənişsiz əmək məzuniyyətinə buraxmışdır. Bununla belə iddiaçı özü faktiki olaraq 15 iyun 2010-cu il tarixindən 05 mart 2021-ci il tarixinədək Cavabdeh ASCdə İdarə Heyyətinin sədri vəzifəsində işləməsinə baxmayaraq özünə əmək haqqı ödəməmişdir. Yəni iddiaçı uzun illər ərzində icra orqanının rəhbəri olduğu halda əmək haqqı almadığını bilirdi və əmək haqqını almadığını bildiyi sonuncu tarix isə 05 mart 2021ci il olmuşdur. Bununla belə iddiaçı 05 mart 2021-ci il tarixindən hüququnun pozulduğunu bildiyi halda, keçən 2 il ərzində Cavabdeh ASC-yə qarşı hər hansı tələb irəli sürməmişdir. Odur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının ödənilməsi və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsinə iddia müddətini tətbiq edərək iddia tələbinin tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia müddəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının ehtimal olunan pozuntusundan 2016-cı il tarixindən məlumatlı olsa da, iddia tələbi ilə yalnız 2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin həcmini azaldaraq, xx.xx.2022-ci il tarixindən ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmiş, bununla da həmin tarixlərə görə iddia tələbi irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Beləliklə də, hazırda iddia müddətinin tətbiqi üçün hüquqi əsaslar mövcud deyil. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının ödənilməsi və dəbbə pulunun tutulması” tələbinə dair iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının ödənilməsi və dəbbə pulunun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1942/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1942/2023
12.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver