Məhkəmə qərarları › İş №e-2(005)-1956/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1956/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1956/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1ASC-nin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh1 X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi tələbi”nə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1ASC-nin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ipotekaya xitam verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilə dair “xxxx” ASC-nin (06 fevral 2014-cü il tarixli, 100.CL.060214.0002/a saylı ipoteka müqaviləsi və 08 may 2015-ci il tarixli, 100.CL.060214.00002/a saylı ipoteka müqaviləsinə əlavə üzrə) ipotekasına xitam verilməsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzil ipoteka ilə yüklülükdən azad edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Cavabdeh1" ASC cavabdehlər İddiaçı, X4 va X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı "Cavabdeh1" ASC-nin xeyrinə 08 may 2015-ci il tarixli 100. LN 1604.080515.00001 saylı kredit müqaviləsi üzrə 27566,28 ABŞ dolları əsas, 11275.25 ABŞ dolları faiz və 7462,93 ABŞ dolları cərimə olmaqla, cəmi 46304,46 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilinə yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehdən ümumi qaydada tutulması, ipoteka əmlakı olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində cavabdehlərin yaşayış evini boşaldılması və onların həmin yaşayış evində istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva; 2(006)- 357/2019) iddia qismən təmin edilmiş, İddiaçı 08 may 2015-ci il tarixli 100.LN.1604.080515.00001 saylı kredit müqaviləsinə əsasən kredit borcu üzrə cəmi 39341,53 ABŞ dolları məbləğində pul vəsaitinin (ondan 27566,28 ABŞ dolları əsas borc, 11275.25 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla) iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan, 68,8 kv.m. ümumi, 53,0 kv.m. yaşayış, 15,8 kv.m. köməkçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, əldə olunmuş pul vəsaitindən İddiaçı Cavabdeh1 ASC-yə olan borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdeh İddiaçı ümumi qaydada tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı alınması və Cavabdeh1 ASC-nə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu tarixli qətnaməsi ilə (hakimlər:E.Y.Şamayev (sədrlik edən və məruzəçi) M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova; 2(103)-8494/2019) cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddia qismən təmin edilmiş, Cavabdeh1 ASC və İddiaçı arasında bağlanmış 08 may 2015-ci il tarixli, 100.LN.1604.080515.00001 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 27566,28 ABŞ dolları məbləğində əsas, 11275,25 ABŞ dolları faiz borcunun, cərimə borcu üzrə tələb azaldılaraq 500 ABŞ dolları, cəmi 39341,53 ABŞ dolları (otuz doqquz min üç yüz qırx bir ABŞ dolları əlli üç sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivelenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat İddiaçı tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 nömrəli mənzilə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat məbləğində müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləği cavabdeh İddiaçı ümumi qaydada tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh tərəfindən Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin (hakim Əli Rüstəmov) 2(102)-7206/2019 saylı, 18.11.2019-cu il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8494/2019 saylı, 27 iyun 2019-cu il tarixli icra vərəqəsinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 2631-3281/2020-5-22 nömrəli, 19.02.2020-ci il tarixli sifariş məktubuna əsasən tələb yönəldilən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 evin, 35 nömrəli mənzili “xxxx” MMC tərəfindən açıq hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş bildirişdən müəyyən edilir ki, 18.09.2020-ci il tarixində açıq hərracdan satılması üçün ilkin satış qiyməti 150000 (yüz əlli min) manat olmaqla ilkin hərraca çıxarılmış lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. İlkin hərracda alıcı olmadığı üçün “xxxx” MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X5 müvafiq elan verilmişdir. İddia ərizəsinə əlavə edilmiş bildirişdən müəyyən edilir ki, mənzil 15% aşağı qiymətinə yəni, 127.500 (yüz iyirmi yeddi min beş yüz) manata 05.10.2020-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün “xxxx” MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X5 müvafiq elan verilmişdir. İddia ərizəsinə əlavə edilmiş 12.10.2020-ci il tarixli təklif (ipoteka predmetinin əldə olunmasına dair) müəyyən edilir ki, qeyd edilən mənzil 95.625 manat qiymətə ipoteka qoyana təklif edilmiş və “İpoteka Haqqında” Qanunun 43.7-ci və 43.8-ci maddələrinin tələbləri ipoteka saxlayan “xxxx” ASC-yə izah edilmişdir. Həmin elan tarixindən bu günədək ipoteka saxlayan (tələbkar) Cavabdeh1 ASC ilə hərracın təşkilatçısı “xxxx” MMC arasında həmin ipoteka predmetlərinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. 15.02.2021-ci il tarixli sorğu ilə hərracın keçirilməsi və yekunları barədə məlumat almaq üçün “xxxx” MMC-nə rəsmi müraciət edilmişdir. Müraciətə cavab olaraq “xxxx” MMC tərəfindən a/589 saylı, 04.02.2021-ci il tarixli məktubla bildirilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus ünvan 1, 35 nömrəli mənzil ilkin və təkrar olaraq açıq hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün hərraclar baş tutmamış və bununla bağlı qəzetdə müvafiq elanlar dərc edilmişdir. Həmçinin bildirilmişdir ki, “İpoteka Haqqında” Qanunun müvafiq maddəsinə əsasən Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən 95 625 (doxsan beş min altı yüz iyirmi beş) manata ipoteka predmetinin əldə edilməsi üçün ipoteka saxlayana təklif məktubu göndərilmiş və həmin təklifə cavab olaraq ipoteka saxlayan tərəfindən razılıq verilmişdir. Lakin ipoteka saxlayan tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8494/2019 saylı, 27.06.2019-ci il tarixli icra sənədi üzrə borc məbləği (66880.60 manat) ilə ipoteka predmetinin əldə edilməsi (95625 manat) dəyəri arasındakı fərq (95625- 66880.60=28744.4 manat) ipoteka saxlayan tərəfindən ödənilmədiyi üçün tərəflər arasında ipoteka predmetlərinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. Yuxarıda qevd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq ”Cavabdeh1” ASC il ipoteka qoyan İddiaçı arasında bağlanmış 100.CL.060214.0002/a saylı 06 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi və 100.CL.060214.0002/a saylı, 08 may 2015-ci il tarixli ipoteka müqaviləsinə əlavə üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə ipoteka İddiaçı məxsus ünvan 1, 35 nömrəli mənzil ipoteka ilə yüklülükdən azad edilməli və Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır. Əvvəlki məhkəmə prosesində İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini həmin idarəyə qarşı tələb yönəldiyindən cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Nəsimi rayon icra və probasiya şöbəsinin “xxxx” MMC-yə və İddiaçı ödənilmiş 19.02.2020-ci il tarixli 2631-3281/2020-5-22 saylı məktubun surətindən görünür ki, Bakı Apelysiya Məhkəməsinin 2(103)-8494/2019 nömrəli, 27.06.2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı 39341.53 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)- 8494/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh1 ASC və İddiaçı arasında bağlanmış 08 may 2015-ci il tarixli, 100.LN.1604.080515.00001 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 27566,28 ABŞ dolları məbləğində əsas, 11275,25 ABŞ dolları faiz borcu, cərimə borcu üzrə tələb azaldılaraq 500 ABŞ dolları, cəmi 39341,25 ABŞ dolları (otuz doqquz min üç yüz qırx bir ABŞ dolları əlli üç sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat İddiaçı tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi və tutma İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, 35 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. 12.10.2020-ci il tarixli 01/1789 nömrəli ipoteka predmetinin əldə olunmasına dair hərracın direktoru Nərgiz Əliyevanın imzaladığı təklifdən görünür ki, “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz olmayan qiymətlə yəni 95 625 (doxsan beş min altı yüz iyirmi beş) manat olmaqla ipoteka saxlayana təklif olunur.Həmin təklif LPO”xxxx” ASC-nə, İddiaçı Nəsimi rayon İcra və probasiya şöbəsinə ünvanlanmışdır. Həmin təklif 13.10.2020ci il tarixdə Məmməd Məmmədov tərəfindən imzalanmışdır. 03.03.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin 21.04.2021-ci il tarixli 3281/2020-5-22 saylı məktubundan görünür ki, təklifin tələbkar tərəfindən qəbul edilib edilmədiyi, edildiyi təqdirdə protokolun surətinin və ya qəbul edilməyibsə, bu barədə Nəsimi rayon icra şöbəsinə məlumat verilməsinə dair “xxxx” MMC-yə dəfərlərlə müraciət olunasa da, lakin bugünədək qeyd olunan protokol və ya hər-hansı bir məlumat Nəsimi rayon icra şöbəsinə daxil olmamışdır. Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx” MMC-nin 31.05.2021-ci il tarixli a/3080 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən ipoteka qoyan İddiaçı məxsus ünvan 3 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, 68.8 kv.m ümumi, 53.0 kv.m yaşayış, 15.8 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilinin “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq hərracları keçirilmiş, 43-cü maddəsinə müvafiq olaraq hərraclar baş tutmamış elan edilmişdir. “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə tərəfimizdən “Birja yenilikləri “ qəzetinin 10.10.20-ci il tarixli nömrəsində elan dərc olunmuş və tələbkarın əldə etməsi üçün məktub göndərilmişdir. Qeyd edilən təklif məktubu Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən hərrac təşkilatında 13.10.2020-ci il tarixində imzasıyla təsdiq edilməklə qəbul edilmişdir. Həmçinin poçt xidməti vasitəsilə Əmanətlərin Sığortalanması Fonduna çatdırlmış 18.10.20-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Yusifova tərəfindən qəbul edilmişdir. FM express poçt xidmətinin 125393 saylı qəbzindən görünür ki, Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxx” MMC-nin təklif məktubu Əmanətlərin Sığortalanması Fonduna çatdırlmış və 18.10.20-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Yusifova tərəfindən qəbul edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 29.10.2020ci il tarixli **********549 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifə cavab məktubunun surətindən görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus, Bakı şəhəri, Azadlıq prospektində yerləşən ümumi sahəsi 68,8 kv.m 4 otaqlı 86 saylı evin 35 nömrəli mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 95.625 (doxsan beş min altı yüz iyirmi beş) manata ləğv prosesində olan Cavabdeh1 ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticləri haqqında yekun protokolun tərtib olunması, hesab-fakturanı, elektron vergi fakturanı təqdim edilməsi və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh1 ASC-nin adına rəsimləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. 09.11.2020-ci il tarixli poçt qəbzinin FM Express poçt xidmətinin 258499 saylı qəbzinin surətindən görünür ki, LPO Cavabdeh1 ASC tərəfindən təklifə cavab məktubunun surəti Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01.12.2020-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. Nəsimi rayon İcra və probasiya şöbəsinin İddiaçı ünvanlanmış 28.10.2020-ci il tarixli 16247-3281/2020-5-22 saylı və 10.12.2020-ci il tarixli 19702-3281/2020-5-22 nömrəli məktublarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8494/2019 nömrəii, 27.06.2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı 39341.53 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tutma İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, 35 nömrəli mənzilə yönəldilməlidir, həmin əmlakın ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalıdır və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğ borclu İddiaçı ümumi qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53- cü maddəsini rəhbər tutaraq, göstərilən əmlakın satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsinə dair 19.02.2020-ci il tarixli məktubla “xxxx” MMC-yə müraciət edilmişdir. “xxxx” MMC-nin şöbəyə daxil olmuş 12.10.2020-ci il tarixli təklif məktubunda, qeyd olunan əmlakın ipoteka saxlayana təklif olunduğu qeyd olunmuşdur. “İpoteka haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsinin 298.2,319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Məlumat üçün bildiririk ki, qeyd olunan protokol Nəsimi rayon icra və probasiya şöbəsinə hələki təqdim edilməmişdir. Qeyd olunan təklifin tələbkar tərəfindən qəbul edilib edilmədiyi, edildiyi təqdirdə protokolun surətinin və ya qəbul edilməyibsə, bu barədə Nəsimi rayon icra və probasiya şöbəsinə məlumat verilməsinə dair 08.12.2020-ci il tarixli məktubla “xxxx” MMC-yə müraciət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 8494/2019 nömrəii, 27.06.2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı 39341.53 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tutma İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, 35 nömrəli mənzilə yönəldilməlidir, həmin əmlakın ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalıdır və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğ borclu İddiaçı ümumi qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53- cü maddəsini rəhbər tutaraq, göstərilən əmlakın satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsinə dair 19.02.2020-ci il tarixli məktubla “xxxx” MMC-yə müraciət edilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən ipoteka qoyan İddiaçı məxsus ünvan 3 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, 68.8 kv.m ümumi, 53.0 kv.m yaşayış, 15.8 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilinin “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq hərracları keçirilmiş, 43-cü maddəsinə müvafiq olaraq hərraclar baş tutmamış elan edilmişdir. “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə tərəfimizdən “Birja yenilikləri “ qəzetinin 10.10.20-ci il tarixli nömrəsində elan dərc olunmuş və tələbkarın əldə etməsi üçün məktub göndərilmişdir. Poçt xidməti vasitəsilə Əmanətlərin Sığortalanması Fonduna çatdırlmış 18.10.20-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Yusifova tərəfindən qəbul edilmişdir. Həmin təklifə cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ipoteka predmeti olan İddiaçı məxsus, Bakı şəhəri, Azadlıq prospektində yerləşən ümumi sahəsi 68,8 kv.m 4 otaqlı 86 saylı evin 35 nömrəli mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 95.625 (doxsan beş min altı yüz iyirmi beş) manata ləğv prosesində olan Cavabdeh1 ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticləri haqqında yekun protokolun tərtib olunması, hesab-fakturanı, elektron vergi fakturanı təqdim edilməsi və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh1 ASC-nin adına rəsimləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş etməsilə bağlı məktub 09.11.2020-ci il tarixdə FM Express poçt xidməti vasitəsilə Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş və 01.12.2020-ci il tarixdə Məmmədova tərəfindən imzalanaraq qəbul edilmişdir. Məhkəmə qeyd olunan tələblərlə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda; 43.1.3-cü maddəsinə əsasən hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4-cü maddəsinə əsasən hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanununn 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanununn 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanununn 43.9-cu maddəsinə əsasən ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 30 dekabr 2008-ci il tarixli Qərarında göstərildiyi kimi, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə MM-də kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında o da qeyd edilir ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). İşin hallarından göründüyü kimi ünvan 3 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən, 68.8 kv.m ümumi, 53.0 kv.m yaşayış, 15.8 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilinin “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq hərracları keçirilmiş, 43-cü maddəsinə müvafiq olaraq hərraclar baş tutmamış elan edilmişdir. “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə tərəfimizdən “Birja yenilikləri “ qəzetinin 10.10.20-ci il tarixli nömrəsində elan dərc olunmuş və tələbkarın əldə etməsi üçün məktub göndərilmişdir. Poçt xidməti vasitəsilə Əmanətlərin Sığortalanması Fonduna çatdırlmış 18.10.20-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Yusifova tərəfindən qəbul edilmişdir. Bu hal cavabdeh xxxx MMC-nin cavab məktubu ilə də təsdiqini tapır. Cavabdeh bank tərəfindən isə “İpoteka haqqında” qanunvericliyin tələb etdiyi müddətdə həmin təklifə cavab olaraq Cavabdeh1 ASC-nin adına rəsimləşdirilməsi ilə bağlı göstəriş verilməsinə dair razılıq məktubu 09.11.2020-ci il tarixdə FM Express poçt xidməti vasitəsilə Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş və 01.12.2020-ci il tarixdə Məmmədova tərəfindən imzalanaraq qəbul edilmişdir. Bu hal 09.11.2020-ci il tarixli poçt qəbzinin FM Express poçt xidmətinin 258499 saylı qəbzinin surətilə də təsdiqini tapır. Digər tərəfdən o da qeyd edilməlidir ki, iddiaçı tərəf 12.10.2020-ci il tarixli 01/1789 nömrəli ipoteka predmetinin əldə olunmasına dair hərracın direktoru Nərgiz Əliyevanın imzaladığı təklifinə istinad edərək həmin təklifin 13.10.2020-ci il tarixdə cavabdeh bankın nümayəndəsi Məmməd Əhmədov tərəfindən imzalanaraq qəbul edildiyini mübahisələndirsə də Mərkəzləşdirilmiş İnformasiya sistemində iş yerinə dair arayışa dair məlumatlardan görünür ki, Əhmədov Məmməd cavabdeh bankın deyil, digər bank olan “xxxx” QSC-nin işçisi olmuşdur. Qeyd olunan əsasların və hüquq normalarının hazırki iddia tələbinə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklif vaxtında qəbul edildiyindən müddət ötürülməmişdir. Odur ki, iddia əsasssızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1ASC-nin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( “xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ) “ipotekaya xitam verilməsi tələbi”nə iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar