Məhkəmə qərarları › İş №e-2(005)-2102/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2102/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2102/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclasının katibi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndəh oğlunun, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 26 yanvar 2009-cu il təvəllüdlü X7 adlı övladlarının saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması, hər ay tutulacaq 300 (üç yüz) manat məbləğində alimentin hazırki iddia ilə məhkəməyə müraciət edildiyi vaxtdan üç il əvvəldən hesablanmaqla (aliment əvvəlki 3 illik dövr üçün hesablanmaqla) tutulması, eyni zamanda ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin də, cavabdehdən iddaçı Şıxəmirova (Həsənli) Rəna Rafiq qızının xeyrinə tuyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Şıxəmirova (Həsənli) Rəna Rafiq qızıCavabdeh ilə 03 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 26 yanvar 2009-cu il təvəllüdlü X7 adlı bir övladları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2981/2010 saylı 30 avqust 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Şıxəmirova (Həsənli) Rəna Rafiq qızı ilə Cavabdeh arasında 03 noyabr 2007-ci il tarixdə bağlanmış nikahları pozulmuşdur. Həmin vaxtdan (ondan da, əvvəl) indiyədək 26 yanvar 2009-cu il təvəllüdlü X7 iddiaçının yanında və himayəsindəir. İddiaçı 2010-cu il tarixdə nikahları pozulduğundan keçən 12 il ərzində hər dəfə cavabdehə uşaqlarının saxlanmsı üçün maddi dəstək göstərməsini xahiş etsədə o, hər dəfə müxtəlif bəhanələr gətirərək və ya icrası mümkün olmayan şərtlər qoyaraq bundan imtina etmiş və heç bir vaxt uşağın saxlanması üçün pul (aliment) ödəməmişdir. X1 12 ildir ki, iddaçının yanında və himayəsindədir və onun tərbiyyəsi, səhhəti, maddi, müalicə və digər təlabatlarını iddiaçı qarşılayır. Lakin hazırda həm özünün, həm də, övladının maddi tələbatlarını qarşılaya bilmir, Cavabdeh isə bundan illərdir ki, yayınır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndəh oğlu məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X8 iddia tələbinin qismən əsaslı olduğunu, əvvəlki 3 illik dövr üçün aliment tələbinin əsassız olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 564271 saylı xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 yanvar 2009-cu ildə X6 Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 443 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2981/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki,Cavabdeh Museyib oğlu və X14 arasında Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə 840№-li akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin faktiki nikahından xx.xx.2009-cu-cı il təvəllüdlü X6 övladları var, tərəflərin faktiki olaraq münasibəti sonradan pozulmuş, onlar hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan oğlu isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşaqlarının saxlanması üçün əvvəlki 3 il müddətinə alınmamış aliment nəzərə alınmaqla, cavabdehdən hər ay uşağına 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı övladının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində - 193 manat alimentin tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə iddiaçı məhkəmə iclasında əvvəlki 3 il müddətinə alınmamış alimentin nəzərə alınması ilə bağlı qeyd edir ki, iddiaçı alimentin əvvəlki üç illik müddət üçün cavabdehin ödəməkdən boyun qaçırmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı bu hallar sübuta yetməmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutulmalı və İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində - 193 manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh X2 50 (əlli) manat dövlət rüsumu tutulsun və İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar