Məhkəmə qərarları › İş №e-2(005)-2207/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2207/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2207/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin uşaqların adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin uşaqların adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə cavabdeh İddiaçı ilə aralarında bağlanmış 07 dekabr 2018-ci il tarixli, 267980№-li nikah şəhadətnaməsi ilə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra uşaqların yaşayış yerinin müəyyənləşməsi, 01 oktyabr 2019-cu il təvəllüdlü X4 və 18 oktyabr 2021-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdehdən hər ay 2 uşağın saxlanmasından ötrü onun əmək haqqının 1/3 miqdarında, yəni 1213.75 (min iki yüz on üç manat yetmiş qəpik) manat məbləğində alimentin, 01 oktyabr 2019-cu il təvəllüdlü X2 01 oktyabr 2022-ci il tarixədək (yəni 3 yaşı tamam olmasına qədər) və 18 oktyabr 2021-cı il təvəllüdlü X1 3 yaşına çatmasına qədər (18 oktyabr 2024-cü ilə qədər) olan müddətə əlavə xərclərinə görə-hər ay üçün 100 manat olmaqla pulun, mediasiya və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumu, 150 manat vəkil xidməti pulunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-232/2023 saylı qətnaməsi İlə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07.12.201.8-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsində bağlanan və nikahın bağlanması haqqında qeydləri kitabında 201 № ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulan yetkinlik yaşma çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-cİ il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3(üçdə bir) hissəsi miqdarında alimentin tutularaq, iddiaçı Cavabdeh ödənilməsi, yetkinlik yaşına çatmayan xx.xx.2021-cİ il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı uşaqlar yetkinlik yaşma çatanadək anaları Cavabdeh ödənilməli olan aliment məbləği ilə razı deyil. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmənin müəyyən etdiyi aliment İddiaçı qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında təxminən 1200 manat məbləğindədir. Bu məbləğ isə yaşayış minumumdan 5 dəfə çox artıqdır Belə ki, İddiaçı hesab edir ki. uşaqların gələcəkdə maddi təminatlarının yaxşılaşdırılması üçün ödəniləcək vəsaitin 1/2 hissəsinin banka, yəni uşaqlar üçün acılacaq hesaba. 1/2 hissəsi isə uşaqların saxlanılması üçün Cavabdeh ödənilməlidir. Cavabdehin özünün də işlədiyini və uşaqları ailə qanunvericiliyinin tələbləri baxımından onun özünün də təmin etməli olduğunu nəzərə alaraq hesab edir ki, tərəfindən ödənilən aliment məbləği yalnız uşaqların saxlanmasına, tərbiyə və təhsilinə deyil, həm də cavabdehin öz xərclərinə sərf edilir. Halbuki, Ailə Məcəlləsinin 55.2-ci maddəsinin tələbinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Bu səbəbdən də hesab edirik ki, cavabdehə ödənilən aliment məbləğinin 50 faizi uşaqların adına açılmış bank hesabına köçürülməlidir. Bu, uşaqların mənafeyi baxımından da əlverişlidir. Belə ki, cavabdeh vəziyyətdən sui-istifadə edə bilməyəcək və uşaqlar yetkinlik yaşına çatdıqdan sonra özləri sərbəst şəkildə həmin məbləğlərdən istifadə edə biləcəklər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin uşaqların adına açılacaq bank hesabına köçürülməsi tələbinə məhkəmədə baxılmalı deyil. Belə ki, hüquq və azadlıqların məhkəmə müdafiəsi müvafiq məhkəmə aktının qəbul edilməsi ilə yanaşı onun icra edilməsi ilə təmin olunur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru tərəfindən icra sənədi əsasında icraata başlanılır. Məhkəmə aktları ilə icra məmuru icraata başlayır və icra hərəkətləri aparılmaqla şəxsin pozulmuş hüquqlarının müdafiəsi təmin edilir. Məhz bu səbəbdən də mülki prosessual qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmədənkənar müdafiəsi mümkündürsə, belə bir qayda qanunvericilikdə nəzərdə tutulmuşdursa o zaman həmin qaydaya uyğun, məhkəmədənkənar həyata keçirilir. Hazırda baxılan mülki iş materiallarından aydın olur ki, qeyd edilən məsələ icra mərhələsində həll edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Qeyd edilən məsələni tənzimləyən maddi hüquq normasında aliment məbləğinin bir hissəsini uşağın adına açılmış bank hesabına köçürmək imkanı verilsə də, bu məsələyə hansı qaydada (iddia icraatı və ya icra icraatı) baxılması təsbit olunmamışdır. Məhkəmə hesab edir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, onun bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Belə ki, bu məsələyə baxılarkən aliment tutulmur və onun məbləği müəyyən edilmir. Yalnız alimentin hansı qaydada ödəniləcəyi müəyyən olunur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Odur ki, Ailə Məcəlləsinin 55.3-ci və MPM-in 231.1-ci maddələrinin qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyənin belə tələbinə məhkəmə qətnaməsinin icrası qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin uşaqların adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar