Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2304/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X9 təvəllüdlü müalicəsi ilə əlaqədar Cavabdeh əlavə xərclərə cəlb edilməklə uşağın müalicəsinə 553,22 manat məbləğində çəkilmiş xərcin yarısının, yəni 276,5 manat, övladları X6, X4 və X2 və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan 733,06 manat vəsaitin yarısı, yəni 366,53 manat, habelə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün mediasiya prosesində iştirakla bağlı ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 50 manat, cəmi isə 693,03 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan üç övladı anadan olmuşdur: xx.xx.2016-cı il təvəllüdlü Nigar, xx.xx.2017-ci il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Kamal. Ailə münasibətləri əvvəllər normal olsa da, sonradan bu münasibətlər pisləşmişdir. Ailə münasibətlərinin pisləşməsinə səbəb Cavabdeh onu evin bir xanımı kimi saymaması, ona hörmət etməməsi, ailəsinin maddi ehtiyaclarını tam ödəməməsi, ailə büdcəsi ilə bağlı qərarlarının təkbaşına verməsi və sair hərəkətlər olmuşdur. Cavabdeh bütün bu hərəkətləri son nəticədə faktiki ayrılmağına əsas olmuşdur. Hazırda o, birgə övladları Nigar, Hüseyn və Kamal ilə birlikdə Cavabdeh ayrı yaşayırlar. Cavabdeh ilə faktiki ayrıldığı vaxtdan, övladlarının bütün maddi və mənəvi təminatı onun üzərinə düşmüşdür. Cavabdeh bu çətin dövrdə üç uşağın saxlanılmasında ona köməklik etmir və etmək niyyətində də deyil. Məhkəmə qətnaməsi ilə övldalarının saxlanılması üçün müəyyən edilmiş alimenti belə Cavabdeh vaxtı-vaxtında ödəmir. Hazırda onun 2.000 manatdan artıq aliment borcu yaranmışdır. Həmçinin qeyd edir ki, cavabdehlə birgə övladı xx.xx.2017-ci il təvəllüdlü X9 uzun müddət hərəkət etməkdə narahatçılıqları və qasıq nahiyyədə ağrıları olduğuna görə, mütamadi olaraq konservativ müalicə götürmüşdür. Lakin həmin müalicələr effekt vermədiyinə və ağrılar davam etdiyinə görə, “LANSET” Cərrahlıq Klinikasına müraciət olunmuşdur. Həmin klinikada övladına “sağ tərəfli qaşıq yırtığı, sağ toxum ciyəsinin sisti” diaqnozu qoyulmuş və əməliyyat olunmasının zəruriliyi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə övladı Kamal əməliyyat olunmuşdur. Əməliyyatdan əvvəl analizələrə görə 80 manat, əməliyyat üçün 400 manat, ƏDV olaraq 73,22 manat, cəmi isə 553,22 manat məbləğində vəsait xərcləmişdir. Hesab edir ki, həmin xərclərin yarısı Cavabdeh aid edilməlidir. “LANSET” Cərrahlıq Klinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0711125№-li epikrizdən görünür ki, övladı X9 üzərində xx.xx.2021-ci il tarixdə “Sağ tərəfli Martınov üsulu ilə hernioplastika” cərrahi əməliyyatı aparılmışdır. Həmin Klinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 15 №-li və 59 №-li satış çeklərindən görünür ki,X6 analiz və əməliyyat xərclərinə görə cəmi 553,22 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan başqa, həm övladı Kamalın, həm Hüseynin, həm də Nigarın səhhəti və normal inkişaf etməsi üçün çoxsaylı dərman, vitaminlər, qida əlavələri alınmışdır. Bunlar həm həkim tərəfindən yazılmış reseptlər əsasında, həm də özümün təşəbbüsü ilə alınmışdır(özünün ali tibb təhsili vardır). Qeyd edilən Bu fakt iddia ərizəyə əlavə olunmuş reseptlər və çeklərlə təsdiq olunur. Qeyd olunan sənədlərə əsaslanaraq hesab edirəm ki, X6 müalicəsinə, habelə hər üç övladının səhhəti və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan həmin xərclərə Cavabdeh cəlb olunması və həmin məbləğin yarısının Cavabdeh onun xeyrinə tutulması barədə hazırki iddia tələbi əsaslıdır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə etiraz edərək, yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında olanda hər hansı sağlamlıq problemlərinin olmadığını, dünyaya gələrkən tam sağlam uşaqlar olduğunu, iddiaçının uşaqlara lazımi qayğı göstərməməsi səbəbindən uşaqların səhhətində problem olduğunu, habelə onun alimentdən əlavə hər hansı vəsait ödəməyə imkanının olmadığını nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, X7 xx.xx.2016-cı il tarixdə, X8 xx.xx.2017-ci il tarixdə və X9xx.xx.2017-ci il tarixdə doğulmuşdurlar. Ataları Cavabdeh, anaları isə İddiaçıdır. “LANSET” Cərrahlıq Klinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0711125№-li epikrizdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X9 üzərində xx.xx.2021-ci il tarixdə “Sağ tərəfli Martınov üsulu ilə hernioplastika” cərrahi əməliyyatı aparılmışdır. “LANSET” Cərrahlıq Klinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 15 №-li və 59 №-li satış çeklərindən görünür ki,X6 analiz və əməliyyat xərclərinə görə cəmi 553,22 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər nikahı xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Hal-hazırda tərəflərin ailə münasibətləri pozulmuş və nikahları formal xarakater daşıyır. Tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatmamışdır xx.xx.2017-ci il təvəllüdlü X1 yaranmış xəstəlik ilə əlaqədar onun üzərində cərrahi əməliyyat aparılmışdır. Bununla bağlı olaraq iddiaçı xx.xx.2017-ci il təvəllüdlü X6 müalicəsinə 553,22 manat məbləğində çəkilmiş xərcin yarısının, yəni 276,5 manat, övladları X6, X4 və X2 və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan 733,06 manat vəsaitin yarısı, yəni 366,53 manat pulun Cavabdeh tutulmasını məhkəmədən xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən,18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı iddia tələbini əsaslı hesab edir. Belə ki, xx.xx.2017-ci il təvəllüdlü X6 əməliyyat, analiz və müalicə xərcləri, eyni zamanda X6, X4 və X2 və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan 733,06 manat vəsait İddiaçı tərəfindən çəkilmişdir. Həmin xərclər müəyyən edilən zaman məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş ödəniş qəbzləri, çəkilmiş xərclər təqdim edilmiş sübutlar əsasında hesablanmışdır. Məhkəmə hesab edir ki, bu öhdəliklər bərabər olaraq valideynlərin üzərinə qoyulduğundan, ödənilmiş və ödəniləcək məbləğ də onların arasında bərabər bölünməlidir. Məhkəmə Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərini nəzərə alaraq, yəni valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarına görə hesablanmış xərcin yarısının Cavabdeh alınıb İddiaçı ödənilməsini ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü müalicəsi ilə əlaqədar Cavabdeh əlavə xərclərə cəlb edilməklə X6 müalicəsinə 553,22 manat məbləğində çəkilmiş xərcin yarısının, yəni 276,5 manat, X6, X4 və X2 və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan 733,06 manat vəsaitin yarısı, yəni 366,53 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya prosesində iştirakla bağlı ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 50 manat dövlət rüsumu cavabdehdən tutulmalı və iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 müalicəsi üçün çəkilmiş 553,22 manat xərcin yarısı, yəni 276,5 manat, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan 733,06 manat vəsaitin yarısı, yəni 366,53 manat pul vəsaiti və 50 manat mediasiya xərci olmaqla, cəmi 693,03 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2304/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2304/2022
01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver